".az" milli domenin 20 yaşı oldu

 

İnformasiya kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

 

 Dünən Bakıda ".az" ölkə kodlu yüksək səviyyəli domen adının istifadəyə verilməsinin 20 illik yubileyi münasibəti ilə beynəlxalq konfrans keçirilib. Tədbirdə ICANN-ın (Internet Corporation for Assigned Names and Numbers), RusiyaUkrayna milli domen inzibatçılarının rəhbərləri və nümayəndələri, Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Elektron Təhlükəsizlik Mərkəzi, eyni zamanda yerli və əcnəbi informasiya-kommunikasiya texnologiyaları (İKT) ekspertləri iştirak ediblər.

   Azərbaycanın milli ".az" domeninin inzibatçısı "Intrans" şirkətinin rəhbəri və Elektron Təhlükəsizlik Mərkəzinin direktoru Faiq Fərmanov tədbirdə 20 il ərzində görülən işlər və gələcək planlar barədə məlumat verib. Mərkəz direktoru yaxın zamanda ".az" domen zonasında "iPV6" protokoluna keçidin planlaşdırıldığını vurğulayıb: "Artıq bu məqsədlə 4 milyard "iPv6" ünvanı alınıb və yerli saytlar mərhələlərlə yeni ünvanlara köçürüləcək".

   Onun sözlərinə görə, Azərbaycan MDB məkanında Ukraynadan sonra milli domenini qeydiyyata almış ikinci dövlət olub. F.Fərmanov bildirib ki, ötən dövr ərzində Azərbaycanın ".az" milli domeninin inzibatçısı "Intrans" şirkəti 5 yerli və 7 xarici qeydiyyatçı şirkətlə əməkdaşlıq əlaqələri qurub. Eyni zamanda şirkət, domen adlarının beynəlmiləlləşdirilməsi üzrə çoxdilli sistemin həyata keçirilməsi (IDN) "whois" vahid milli servis sisteminin yaradılması, qeydiyyat qiymətinin və texniki dəstəyin beynəlxalq standartlara uyğunlaşdırılması, Azərbaycanı dünya təhlükəsiz internet sisteminin bir hissəsi edən "L-root DNS" özək serverinin Azərbaycanda işə salınması, domenlərin qeydiyyatı üzrə avtomatlaşdırılmış sistemin hazırlanması layihələrinin həyata keçirilməsinə nail olub. Bu müddət ərizndə ".az" domen zonasında 20 min domen qeydiyyatdan keçib, onların 39%-i (7 760 domen) müxtəlif təşkilatlar, qalan hissəsi isə fərdi şəxslər tərəfindən qeydiyyata alınıb. Son on il ərzində milli domenlərin sayı 5 dəfəyədək artıb, 2009-cu ildən etibarən isə domen sayının intensiv artımı müşahidə olunur.

   Növbəti mərhələdə şirkət servislərin işə salınması, o cümlədən domenlərin itirilməsi hallarının qarşısını almaq üçün istifadəçilərə SMS və elektron bildirişlərin göndərilməsi, SMS vasitəsilə "whois" servisinin işə salınması, domen sahibləri üçün domenlərini idarə etmək və bildirişlərini sazlamaq üçün nəzərdə tutulan "Şəxsi kabinet"in, "Domenlərin müddətinə nəzarət" sisteminin yaradılmasını nəzərdə tutub.

   "Azərbaycanda internet istifadəçilərinin öz domen adlarının avtomatik olaraq provayderlər arasında daşınması məsələsi texnoloji baxımdan artıq həll olunub. Müəyyən hüquqi bazanın formalaşması ilə bərabər bu sistem yaxın vaxtlarda istifadəyə veriləcək". Bunu isə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib (APA).

   Nazir xatırladıb ki, hazırda Azərbaycanda 40-dan artıq internet provayder fəaliyyət göstərir: "Onlar arasında rəqabətin düzgün təşkili, istifadəçilərin sərbəst seçimi, bir sıra çətinliklərlə rastlaşmamaq üçün yaxın vaxtlarda onlayn qeydiyyat sistemi istifadəyə veriləcək. İstənilən istifadəçi provayderini onlayn rejimdə istənilən vaxt dəyişə biləcək".

   Yeri gəlmişkən, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi mobil nömrələrin daşınması sistemində olduğu kimi, internet provayderlər üzrə "İnternet portlarının daşınması" sistemini də həyata keçirəcək. Bununla da istifadəçi öz istəyinə uyğun olaraq internet provayderini seçə biləcək. Artıq sistemin texniki bazası hazır vəziyyətə gətirilib, hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində isə müvafiq tədbirlər görülür.

   "İnternet portlarının daşınması" sisteminin yaxın vaxtlarda istifadəçilərin ixtiyarına veriləcəyini deyən Ə.Abbasovun fikrincə, bu da öz növbəsində provayderlər arasında şəffaf, ədalətli rəqabət mühitini təmin edəcək, eyni zamanda, keyfiyyəti yüksəldəcək. Nazir jurnalistlərlə söhbətində ".az" milli domeninin online-qeydiyyatının bu il sentyabr ayının 1-dən başlayacağını bildirib. Azərbaycanın milli ".az" domen zonasında qeydiyyata alınan domenlərin sayının o qədər də çox olmadığını deyən Abbasovun bildirdiyinə görə, bunun inkişafı üçün yeni stimullaşdırıcı yanaşmalar tələb edilir: "Bu gün dünyada aktiv saytların sayı 250-300 milyona çatır. Azərbaycanda milli domen zonasında qeydiyyatdan keçən internet-resursların sayı 250 minə çatır. ".az" domen zonasında qeydiyyatdan keçən internet-resurs sayı təxminən 10 mindir əgər respublikada real internet istifadəçilərinin sayının yeddi milyona çatdığını nəzərə alsaq, onda bu, təbii ki, azdır".

   Ə.Abbasov qeydiyyatın online rejimdə istifadəyə verilməsinin domen istifadəçilərinin sayının daha da artmasına səbəb olacağını güman edir. Domenlərin qeydiyyatının tariflərinə gəlincə, nazir onun qeydiyyatı xidmətinin elə yüksək olmadığını deyib. Onun sözlərinə görə, bununla yanaşı, qeydiyyata alınan domenlərin sayı artdığı təqdirdə domenlərin qiyməti məsələsinə baxıla bilər.

   "ICANN"ın vitse-prezidenti Veni Markovski Azərbaycanın domen inzibatçısı ümumiyyətlə, Rabitə İnformasiya Texnologiyaları Nazirliyi ilə "ICANN"ın çox sıx əməkdaşlıq etdiyini bildirib. Onun sözlərinə görə, Azərbaycanın "iPv6" protokolunun tətbiqinə keçməsi çox təqdirəlayiqdir. "Biz Azərbaycan mütəxəssislərini "ICANN"ın rəhbərliyində görmək istəyirik. Yerli mütəxəssisləri bizim rəsmi saytımızda öz təcrübələrini bölüşməyə çağırırıq".

   Tədbirdə Rusiya Ukraynanın domen inzibatçıları da çıxış ediblər.

   Konfransda ".az" ölkə kodlu yüksək səviyyəli domen adının istifadəyə verilməsindən ötən 20 il ərzində həyata keçirilən tədbirlər, hazırkı vəziyyət bu sahənin inkişaf perspektivləri ilə bağlı müzakirələr aparılıb.

   Xatırladaq ki, domen adı dedikdə domenin simvolik adı nəzərdə tutulur. Domen adı bir domen daxilində istənilən hərf rəqəm birləşməsi ola bilər. Domenin tam adı nöqtə ilə ayrılmış bütün domenlərin adlarından təşkil olunur İnternetdə nəşr edilmış hər hansı veb-saytın ünvanını göstərir. Məsələn, az.wikipedia.org domen adı üçüncü səviyyəli az domeninə aiddir, o da öz növbəsində ikinci səviyyəli wikipedia domeninə, wikipedia isə birinci səviyyəli org domeninə aiddir. Saytların rəqəm şəklində verilmiş İP ünvanlarını yadda saxlamaq çox çətin olduğundan DNS sistemi vasitəsi ilə bu ünvanlar domen adları ilə əvəz olunur. Beləliklə, domen adı - istənilən internet istifadəçisinin sayta müraciətinə şərait yaradan ünvandır.

   Bu günə kimi Azərbaycanda 17569 domen adı qeydə alınıb onların sayının bu il ərzində artımı gözlənilir. Hazırda Azərbaycanda 16385-.az, 699-.com.az, 172-.edu.az, 91-.org.az, 54-.net.az, 42-.int.az, 41- .co.az, 39-.pp.az, 23 -.info.az, 11- .biz.az, 3 -.name.az domeni istifadə olunur.

   Son üç ildə .az domen zonasında kəskin artımı müşahidə olunur 2009-cu ildə illik artım 2 min domen təşkil edirdisə, 2010-cu ildə bu göstərici - 3 min, 2011-ci ildə isə- 4387, 2012-ci ildə - 5478 domen adı olub.

   Lakin hər il yeni domenlərin yaradılması ilə yanaşı, istifadə olunmayan ya xidmət haqqı ödənilməyən domenlərin qeydiyyatdan çıxarılmasıda müşahidə olunur. Bunun nəticəsində ötən il .az domeninin xalis artımı 3039 domen adı təşkil edib ki, bu da 2011-ci illə müqayisədə 40% çoxdur. Bu ilin birinci kvartalında müşahidə olunan artım tempi davam etdiyi halda, ilin sonuna kimi milli domenlərin xalis artımı 4500-dək təşkil edəcəyini gözləmək olar.

   Azərbaycanın yuxarı səviyyəli milli domen zonasında (.az) qeydiyyatdan keçən domenlərin sayı da artmağa davam edir. Belə ki, ".az" domen zonasında ilin əvvəlindən qeydiyyatdan keçmiş domenlərin sayı 18 mini ötüb.

   Məlumat üçün bildirək ki, internetdə Adlar Nömrələr üzrə Qeydiyyat Korporasiyası (Internet Corporation For Assigned Names and Numbers, ICANN) 1993-cü il avqustun 25-də ".az" domen zonasının Azərbaycan dövlətinə verilməsi haqqında qərar qəbul edib.

   Dövlət elektron xidmətləri

   Avropa tərəfindən maliyyələşdirilcək

   Avropa Komissiyasının "e-SENS" (Electronic Simple European Networked Services) adlandırılan yeni investisiya layihəsi Avropa İttifaqı (Aİ) ölkələri arasında biznesin aparılmasına imkan verən dövlət orqanlarında elektron xidmətlərin maliyyələşdirilməsi üçün nəzərdə tutulub. Rabitə İnformasiya Texnologiyaları Nazirliyindən bildirildiyinə görə, bu barədə "CNewsru" məlumat yayıb.

   "e-SENS" xidmətləri Avropa ölkələrinin sahibkarlarına Aİ-nin digər ölkələrində öz nümayəndəliklərini qeydiyyatdan keçirməyə, həmin ölkələrin qanunlarına uyğun olaraq sövdələşmələri savadlı rəsmiləşdirməyə, eləcə qonşu dövlətlərin hökumətləri tərəfindən keçirilən açıq tenderlərdə iştirak etməyə kömək edir. Belə ki, Avropa vətəndaşları şirkətlər tezliklə ölkələrində olduğu kimi asanlıqla hüquqi dəstək ala biləcəklər. "e-CODEX" dövlət hüquqi xidmətlər servisi layihəsi istifadəçilərəüzrə bütün məhkəmə instansiyalarına müraciət etməyə imkan verməklə yanaşı, həm instansiyalar arasında əlaqə yaratmaqla onlara birlikdə aparmağa şərait yaradır.

   Avropa sahibkarları "SPOCS" servisi sayəsində xaricdə öz nümayəndəliklərini aça biləcəklər. Şirkətlərin dövlət qeydiyyatı elektron sistemi sahibkarların digər ölkələrdə fəaliyyətlərini genişləndirmək üçün keçməli olduqları uzun inzibati prosedurları tənzimləyəcək.

   Növbəti 3 ildə "e-SENS" layihəsinə yatırılması planlaşdırılan investisiyaların ümumi məbləği 13,7 milyon avro təşkil edəcək. Bu məbləğ ümumi büdcəsi 27,4 milyon avro olan layihənin yalnız yarısıdır. "e-SENS"-in həyata keçirilməsi üçün vəsaitlər İKT sahəsində siyasətin həyata keçirilməsinin dəstəklənməsi üzrə Ümumavropa Proqramının "Information and Communication Technology Policy Support Programme" (ICT-PSP) büdcəsindən daxil olur".

 

Səhifəni hazırladı Qənirə MƏMMƏDLİ

 

Ekspress.-2013.- 24-26 avqust.- S. 10.