Poçt rabitəsinin tarixi

 

İnformasiya kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

 

Azərbaycanda poçt rabitəsinin maraqlı tarixiinkişaf dövrü var. Rabitənin ilkin inkişaf dövrü XVI əsrə təsadüf edir. Həmin dövrdə adi vasitələrdən istifadə etməklə məktub və məlumatların çatdırılması təmin olunurdu.

   Müasir formada poçtun yaranması isə XIX əsrin 1-ci rübünə təsadüf edir. 1818-ci ildə Gəncə şəhərində ilk poçt kontoru açılıb. 1826-cı ildə Bakıda, 1828-ci il martın 12-də isə Naxçıvanda poçt ekspedisiyası təşkil edilib.

   1830-cu ildə Rusiya ilə Zaqafqaziyanın ticarət əlaqələrini inkişaf etdirmək üçün Azərbaycan ərazisində-Şuşada, Şamaxıda, Bakıda və Naxçıvanda 1-ci dərəcəli, Gəncə və Qubada isə 2-ci dərəcəli poçt kontorları yaradılıb. 1980-ci ilə qədər Azərbaycanda poçt rabitəsi əsasən ölkədaxili məlumatlaşma üçün inkişaf etdirilib. Amma 1861-ci ildə ilk dəfə olaraq Xəzər dənizi ilə Qafqazın və İranın Rəşt və Astarabad limanları arasında dəniz poçt mübadiləsi yaradıldı.

   1863-1872-ci illərdə İran tranzit ticarətinin müdafiəsi məqsədilə TiflisCulfa arasında poçt rabitəsi quruldu. Culfada poçt şöbəsi yaradılaraq İranla Azərbaycan arasında ilk beynəlxalq məktub korrespondensiyası mübadiləsi təsis edildi.

   Nəqliyyat infrastrukturunun inkişaf etməsi poçt rabitəsinin də paralel olaraq inkişafı üçün gözəl zəmin yaradıb. XIX əsrin sonuna doğru dəmiryol nəqliyyatının inkişafı xüsusilə əhəmiyyətli olub. Azərbaycanda poçtun dəmiryol nəqliyyatı ilə daşınmasına 9 may 1883-cü ildə Bakı-Tiflis,1900-cü ildə isə Bakı-Dərbənd arasında başlanılıb.

   28 may 1918-ci ildə Azərbaycan Demokratik Respublikası öz müstəqilliyini elan edərkən 6 oktyabr 1918-ci ildə hökumətin tərkibində Poçt və Teleqraf Nazirliyi yaradılıb.

   Respublikada iqtisadiyyatın və mədəniyyətin inkişafı, əhalinin sosial vəziyyətinin yaxşılaşması poçt xidmətlərinə olan tələbatı daha da artırıb. Bu dövrdə 1920-ci ilə nisbətən poçt rabitəsi şəbəkələrinin sayı 9 dəfə artaraq 524-də çatdırılıb. Poçt müəssisələrinin 402 ədədi və ya 76,7% kənddə yerləşirdi. Poçt marşrutlarının məsafəsi 1940-cı ildə 2,6 dəfə artaraq 6767 kilometr təşkil edib.

   Azərbaycan poçtunun ən çətin dövrü II Dünya müharibəsi illərinə təsadüf edir. Bu illərdə xüsusilə poçtalyonların fədakarlığını qeyd etmək yerinə düşərdi. Bu dövrdə poçt işçilərinin üzərinə ikiqat məsuliyyət düşürdü, çünki poçt göndərişlərinin həcminin artması və əsgər məktublarının vaxtında ünvanlara çatdırılması bütün mənalarda məsuliyyət və iradə tələb edirdi. Bu çətinliklərə baxmayaraq müharibə illərində poçt işçiləri öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirdilər. 1945-ci ildə Bakıda beynəlxalq Poçt Ekspedisiyası təşkil edilib. Bu tədbir beynəlxalq poçt göndərişlərinin hərəkətinə, qorunub saxlanılmasına və yaxşı nəzarət edilməsinə imkan yaradıb.

       1970-ci ildə 1940-cı ilə nisbətən respublikada rabitə müəssisələrinin sayı 3 dəfə artaraq 1590-a, o cümlədən kənd yerlərində 1171-ə, məktub korrespondensiyasının sayı 3 dəfə artaraq 75 milyon təşkil edib, bağlamalar 2 dəfə, qəzet və curnallar 6,5 dəfə, poçt marşrutlarının məsafəsi 3 dəfə artaraq 20023 km., avtomobil marşrutlarının sayı 9 dəfə artaraq 1705 min km. olub.

   XX əsrin sonunda keçmiş SSRİ-nin dağılması və respublikamızın müstəqillik əldə etməsi ilə poçt rabitəsinin inkişafında da yeni mərhələyə start verildi.

   Müstəqilliyin ilk illərində digər qonşu ölkələrdə olduğu kimi Azərbaycanda da poçt rabitəsi özünün ən çətin dövrlərindən birini yaşadı. Lakin 1997-ci il yanvar ayının 1-dən etibarən poçt rabitəsinin elektrik rabitəsindən ayrılaraq müstəqil bir qurum kimi fəaliyyətə başlaması ilə poçt rabitəsi özünün yeni inkişaf mərhələsinə qədəm qoydu. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində poçt rabitəsinin inkişafına start verildi. 1997-ci ilin mart ayında poçt rabitəsinin qısa müddətli "Dirçəliş və inkişaf proqramı" qəbul olundu, dekabr ayında isə "1998-2003-cü illər üçün poçt rabitəsinin inkişaf konsepsiyası" təsdiq edildi. 2000-ci ildən etibarən Poçt rabitəsi yenidən rentabelli fəaliyyət göstərməyə başladı.

   Poçt rabitəsinin tarixində ilk dəfə olaraq 2002-ci ildə milli "Poçt Rabitəsi qaydaları" hazırlanaraq təsdiq edildi. 2004-cü il iyun ayının 29-da Azərbaycan prezidenti tərəfindən ilk dəfə "Poçt rabitəsi haqqında" Azərbaycan Respublikası Qanununun imzalanması poçt rabitəsinin inkişafını daha da sürətləndirdi.

   Poçt rabitəsinin tarixindən və inkişaf mərhələlərindən danışanda milli poçt operatoru "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyətinin adını xüsusilə qeyd etmək lazımdır.

   "Azərpoçt" Azərbaycanın hazırda ölkənin bütün ərazisində ən geniş xidmət şəbəkəsinə malik olmaqla, əhalinin bütün təbəqələrinə və eləcə də hüquqi şəxslərə münasib qiymətlərlə ənənəvi və qeyri-ənənəvi poçt xidmətlərinin və poçt-maliyyə xidmətlərinin göstərilməsini həyata keçirir.

   Son illərdə maliyyə vəziyyətinin yaxşılaşması bütün poçt şöbələrinin müasir standartlara uyğun kompüterləşməsi, texniki avadanlıqlarla tam təchizatı və informasiya texnologiyalarının ən son nailiyyətlərinin bu sahədə geniş tətbiqinə imkan verib. Texnoloci yeniliklər göstərilən xidmətlərin yüksək keyfiyyətinə və etibarlılığına şərait yaradıb.

   Azərbaycan poçt administrasiyası 1991-ci ildə Regional Rabitə Birliyinə (RRB), 1992-ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT), 1993-cü ildə Ümumdünya Poçt İttifaqına (ÜPİ), 2001-ci ildə PoçtTelekommunikasiya Administrasiyalarının Avropa Konfransı təşkilatına (CEPT), "Azərpoçt" MMC-nin filialı olan "Azərekspresspoçt" Rabitə Müəssisəsi isə 2002-ci ildən etibarən ÜPİ-nin EMS (sürətli poçt) Kooperativinin tamhüquqlu üzvlüyünə qəbul edilib.

    Azərbaycan poçtu ən böyük uğurlarından biri kimi ÜPİ-nin 24-cü Konqrensdə ilk dəfə olaraq bu təşkilatın iki orqanina-Administrativ ŞurayaPoçt İstismarı Şurasına üzv seçilib.

   "Azərpoçt" MMC-nin beynəlxalq sahədəki növbəti uğurlarından biri kimi Ümumdünya Poçt İttifaqının EMS Kooperativi tərəfindən dünyanın 160-dan artıq poçt operatorları arasında sürətli poçt xidmətlərinin keyfiyyəti üzrə keçirilən yarışlarda ardıcıl 5-ci dəfə qızıl səviyyəli sertifikata layiq görülüb.

   Ölkəmizdə 2013-cü ilin ilk 6 ayı ərzində də poçt xidməti şəbəkəsinin inkişafı və genişləndirilməsi sahəsində bir sıra əməli tədbirlər həyata keçirilib.

   Hesabat dövründə poçt sektorunda əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,7% artaraq 15,2 milyon manat təşkil edib.

   I yarımillik ərzində 10 ədəd poçt şöbəsi binası tikilib ki, bundan 2 ədədi Naxçıvan MR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi üzrə olub. "Azərpoçt" MMC üzrə tikilən 8 ədəd poçt şöbəsi binasından 2-i Bakı şəhərində, 6-ı isə regionlarda tikilib, eyni zamanda 5 ədəd inzibati və 8 ədəd poçt şöbəsi (PŞ) binasının cari və əsaslı təmir işləri başa çatdırılıb.

    Hal-hazırda Bakı şəhərində 2 saylı poçt filialının (PF), regionlarda isə Quba, Qobustan PF-lərin yeni inzibati binalarının və eləcə də 4 ədəd PŞ binasının tikintisi işləri, habelə 10 ədəd inzibati, 4 ədəd PŞ binasının əsaslı təmir işləri aparılır.

   2013-cü ilin 6 ayı üzrə qəbul edilən daxili sadə və sifarişli məktub korrespondensiyasının sayı 2 828 657 ədəd (o cümlədən, sadə 806 707 ədəd, sifarili 2 021 950 ədəd) olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,4% və ya 478 319 ədəd çoxdur.

   Hesabat dövründə qəbul edilən beynəlxalq sadə məktub və banderolların sayı 60 896 ədəd olub. Sifarişli məktub və banderolların sayı 19 387 ədəd, beynəlxalq kiçik paketlərin sayı isə 4251 ədəd təşkil edib. Daxili bağlamaların sayı isə 46 221 ədəd, beynəlxalq bağlamaların sayı isə 4 429 ədəd olub.

   Respublikadaxili köçürmələr üzrə 761 251 ədəd pul köçürməsi qəbul edilib, 636 837 ədəd isə ödənilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qəbul edilən pul köçürmələrinin sayı 198 573 ədəd (35%) artıb, məbləği isə 43 347 467 manat (77%) çox olub.

   "Azərpoçt" MMC beynəlxalq bağlamaların axtarışına dair Ümumdünya Poçt İttifaqının (ÜPİ) "Cricket" sorğu sistemi vasitəsi ilə hazırda dünyanın 155, "PRİME" (müştəri xidmətləri) sistemi ilə beynəxalq sifarişli poçt göndərişləri üzrə 84 ölkə, sifarişli poçt göndərişləri üzrə beynəlxalq izləmə sistemi vasitəsilə 31 ölk ilə əməkdaşlıq edilir.

   "Azərpoçt" MMC-nin ÜPİ-nin Qlobal Monitorinq Sisteminə (GMS) qoşulması prossesi demək olar ki, tam başa çatdırılıb.

   Cari ilin yanvar ayında ÜPİ-nin Beynəlxalq Bürosunun Keyfiyyətin Yaxşılaşdırılması Komitəsi tərəfindən təqdim olunan audit yoxlamasının nəticələri təsdiqlənib və "Azərpoçt" MMC qızıl səviyyəli sertifikata layiq görülüb. "Azərekspresspoçt" RM isə 2012-ci ilin yekunlarına görə növbəti dəfə (7-ci dəfə) ÜPİ-nin EMS Kooperativinin qızıl səviyyəli sertifikatına layiq görülüb.

   2013-ci ilin I yarımilliyi ərzində maliyyə xidməti fəaliyyətinin həyata keçirilməsi üçün icazələrin alınması işi davam etdirilib və Mərkəzi Bankdan daha 8 poçt şöbəsinə maliyyə xidmətləri göstərilməsi üçün icazə alınıb. "Azərpoçt" MMC üzrə alınmış icazələrin ümumi sayı 1016-ya çatdırılıb.

   "Azərpoçt" MMC tərəfindən 11 400-ə yaxın MaestroMasterCard loqolu əmək haqqı kartı emissiya edilərək müştərilərə təqdim olunub və hazırda MMC 94 ədəd POS-terminal və 14 ədəd ATM-lər vasitəsi ilə müştərilərə xidmət göstərir. 9 ədəd ATM Bakı ərazisində, 5-i isə bölgələrdə (1 ədəd Yevlaxda, 1 ədəd Kürdəmir və 3 ədəd ATM Gəncə şəhərində) quraşdırılaraq müştərilərin ixtiyarına verilib.

   2013-cü ilin I yarımilliyi ərzində "Azərmarka" şirkəti tərəfindən 15 mövzuda 41 ədəd poçt markası, 2 növ markalanmamış poçt kartı dövriyyəyə buraxılıb.

   Qeyd edək ki, Azərbaycanda poçt fəaliyyətinin əsasını "Azərpoçt" MMC təşkil etsə də ölkəmizdə 33 özəl poçt operatorları da, hüquqifiziki şəxslərə sürətli və kuryer poçt xidmətləri göstərir. Lakin bu operatorların fəaliyyəti hələlik ön plana çıxa bilmir.

 

   

Vasif CƏFƏROV

 

Ekspress.-2013.- 29 avqust.- S.9.