Məhsəti Gəncəvinin 900 illiyi Fransada qeyd olundu

 

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə noyabrın 28-də Fransanın Reyms şəhərinin To sarayında Məhsəti Gəncəvinin 900 illiyinə həsr olunan sərgi təşkil edilib.

 

   "AzərTAc"ın məlumatına görə, şəhər merinin müavini Jak Kuen bildirib ki, Məhsəti Gəncəvi ilə bağlı şəhərdə keçirilən silsilə tədbirlərin davamı kimi Azərbaycan incəsənət ustaları Reyms Konservatoriyasında çıxış edəcəklər.

 

   Ölkəmizin Fransadakı səfirliyinin müşaviri Nigar Hüseynova Məhsəti Gəncəvinin Şərq İntibahının mədəniyyət mərkəzlərindən biri olan, Azərbaycanın ikinci böyük şəhəri Gəncədə yaşayıb yaratdığını, bu şəhərdə öz əsərləri ilə bəşər ədəbiyyatını zənginləşdirən daha bir söz ustası -Nizami Gəncəvinin dünyaya göz açdığını diqqətə çatdırıb.

 

   Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Gəncənin Azərbaycanın ikinci şəhəri olmaqla yanaşı, həm qədim mədəniyyət incəsənət mərkəzi olduğunu xatırladıb, dünya ədəbiyyatına Nizami Gəncəvi Məhsəti Gəncəvi kimi dühalar bəxş etdiyini diqqətə çatdırıb.

 

   O, Prezident İlham Əliyevin sərəncamına əsasən Nizami Gəncəvinin 870 Məhsəti Gəncəvinin 900 illiyinin Azərbaycanda onun hüdudlarından kənarda qeyd olunmasını qeyd edib, Gəncədə Məhsəti Gəncəvi ilə bağlı silsilə tədbirlərlə yanaşı, ikinci beynəlxalq şərab festivalının keçirildiyini, festivalda Fransadan böyük nümayəndə heyətinin iştirak etdiyini, Gəncənin 2016-cı ildə "Avropa gənclərinin paytaxtı" elan olunduğunu bildirib.

 

   Sərgidə nümayiş etdirilən Məhsəti Gəncəvi dövrünə məxsus qadın geyimləri, xalçalar üzərində şairənin əsərlərinə çəkilən illüstrasiyalar, qədim pul vahidləri, misgərlik dulusçuluq sənət nümunələri, çini qablar digər eksponatlar şəhər sakinlərinin digər qonaqların böyük marağına səbəb olub. 

 

Ekspress. - 2013.- 30 noyabr - 2 dekabr.- S.31.