İKT-nin bölgələrdə tətbiqi

 

İnformasiyakommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

 

 Hazırda informasiya texnologiyalarının müasir cəmiyyətdə mühüm rol oynadığı bir dövrdə yaşayırıq. Bir neçə il əvvələ qədər informasiya texnologiyaları dedikdə, təbii ki, yalnız kompüterinternet başa düşülürdü, ancaq yaşadığımız dövrdə texnologiyalar fərqli səviyyələrdə bizim həyatımızı təmamilə əhatə etməkdədir.

 

   Qeyd edək ki, informasiya texnologiyalarının insan həyatına inteqrasiyası istiqamətində ən əsas vəzifələrdən biri də insanların texnologiyalara çıxışının təmin edilməsidir. Əlbəttə ki, məhz buna görə əhalinin kompüterlərlə təmin edilməsi çox vacibdir.

 

   Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, HP və Microsoft şirkətlərinin birgə olaraq həyata keçirdikləri "Xalq kompüteri" layihəsini ölkədə kütləvi kompüterləşmənin ilk mərhələsi hesab etmək olar. "Xalq kompüteri" layihəsinin əsas məqsədi əhalinin sosial təbəqələrinin müasir kompüterlərin və lisenziyalı proqramlarla təchiz edilmiş güzəştli şərtlərlə əldə etməsinə şərait yaratmaq və bölgələrdə informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqini genişləndirməklə rəqəmli geriliyi azaltmaq, Azərbaycan hökumətinin informasiya cəmiyyətinin və e-hökumətin inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətini dəstəkləməkdən ibarətdir (bestcomp.net). Layihənin ümumi konsepsiyası bir sıra mühüm dövlət proqramlarına, o cümlədən "Elektron Azərbaycan" Dövlət Proqramına və "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"na tam uyğundur. Eyni zamanda layihənin məqsədi insanların İKT imkanlarından səmərəli istifadə edərək həyat səviyyəsini yüksəltmək və həyat tərzini yaxşılaşdırmaq, informasiya cəmiyyətinə keçidi təmin etmək üçün aşağıdakı məsələlərin inkişafına nail olmaqdır.

 

   Layihə çərçivəsində HP şirkətinin mini-noutları (MiniNote), noutbukları (Laptop) və stolüstü kompüterləri (Desktop) təqdim olunub. Bütün bu avadanlıqlarda Microsoft şirkətinin lisenziyalı proqram təminatı quraşdırılıb. Bu, Təhsil NazirliyiMicrosoft korporasiyası arasında imzalanmış Məktəb Sazişi çərçivəsində həyata keçirilir.

 

   "Xalq kompüteri" layihəsinin icrası Azərbaycanda hökumət-özəl tərəfdaşlıq konsepsiyasının, dövlət strukturlarının və İKT sektorunun dünyada aparıcı biznes qurumları ilə birgə işbirliyinin təzahürü hesab etmək olar. İndiyədək 1000-dən artıq müəllim bu layihə çərçivəsində kompüterlərə sahib olub. Hazırda layihə pilot formasında həyata keçirilir. Artıq bu layihənin yekunlarının analizi digər peşə nümayəndəri üçün də tətbiqini reallaşdıra bilər. Bu isə artıq yüzminlərlə Azərbaycan vətəndaşının müasir kompüterlərlə təmin edilməsi deməkdir.

 

   Azərbaycan MDB ölkələri arasında internet istifadəçilərinin sıxlığına görə liderlik edir. Bu barədə "yap.org.az"a müsahibəsində bildirən "Aztelekom" İB-nin baş direktoru Məhəmməd Məmmədov deyib ki, son illərdə ölkəmizin iqtisadi siyasətində regional inkişafa xüsusi diqqətin yetirilməsi, bölgələrin tərəqqisinə yönəlmiş dövlət proqramlarının, fərman və sərəncamların yüksək dinamizmlə həyata keçirilməsi artıq özünün məntiqi nəticələrini vermiş, respublikamız iqtisadi sahədə böyük uğurlar əldə edib. Onun sözlərinə görə, ölkəmizin son 10 ildə əldə etdiyi böyük makroiqtisadi uğurlar ilk növbədə sistemli və ardıcıl şəkildə gerçəkləşdirilən islahatların nəticəsidir. "İqtisadiyyatın daha da inkişaf etdirilməsi regionların inkişafının sürətləndirilməsini, regionlarda müasir infrastrukturun yaradılmasını tələb edir. Müasir infrastrukturun əsasını isə informasiya-kommunikasiya texnologiyaları təşkil edir. Müasir İKT-nin inkişafının əsas infrastruktur göstəricisi sayılan internetin inkişafı üçün əhəmiyyətli tədbirlər həyata keçirilir. Son üç ildə Azərbaycan MDB ölkələri arasında internet istifadəçilərinin sıxlığına görə liderdir. 2012-ci ildə istifadəçilərin sayı əhalinin 70 faizinə yaxınlaşıb, qiymətlər isə təxminən 35 faiz azalıb".

 

   M.Məmmədov deyib ki, ölkədə, xüsusən də regionlarda sürətli internetdən istifadənin genişləndirilməsi və keyfiyyətin yüksəldilməsi məqsədilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Dövlət Neft Fondu tərəfindən "evlərə optika" modeli üzrə ölkənin bütün yaşayış məntəqələrinə yüksək sürətli genişzolaqlı internet xidmətlərini verən optik şəbəkənin qurulması üzrə layihə hazırlanıb. Əsas hədəf ucqar kəndlər də daxil olmaqla, sürəti 10-100 meqabit-saniyə arasında olan genişzolaqlı internetə çıxışı təmin etmək və istifadəçilərin sayını inkişaf etmiş ölkələrin səviyyəsinə çatdırmaq, habelə elektron xidmətlərin, distant-təhsil, elektron ticarət, teletibb və digər fəaliyyət formalarının geniş tətbiqinə nail olmaqdır.

 

   Onun fikrincə, 2013-cü ilin 9 ayı ərzində həyata keçirilmiş investisiya layihələri çərçivəsində EATS-lərinin birləşdirici xətlərinin optik kabellərlə təşkili məqsədilə ümumilikdə 98 kənd EATS-inə 546 km məsafədə fiber-optik kabel çəkilib, genişzolaqlı internet avadanlıqlarının montaj tutumu 48 min port artırılıb, şəbəkədə ümumi tutumları 7222 nömrə olan 23 yeni EATS quraşdırılıb: "54 EATS-in transmissiyası optik multipleksor, 40 EATS-in transmissiyası rəqəmli radio-rele avadanlıqları vasitəsilə təşkil olunmaqla informasiya texnologiyalarının inkişafı üçün zəruri infrastruktur yaradılıb. 28 Telekommunikasiya Qovşağının xidmət ərazilərində ümumilikdə 63 yaşayış məntəqəsində NGN texnologiyalı avadanlıqlarının alınıb quraşdırılması üçün hazırlıq işlərinə başlanılıb. Birliyin xidmət ərazisində genişzolaqlı internet xidmətləri istifadəçilərinin sayı 2013-cü ilin əvvəli ilə müqayisədə 53 min istifadəçi və ya 31,5% artaraq (o cümlədən "Aztelekom.net" şəbəkəsində 39 minya 69%) 167 minə çatmışdır. Hazırda hər 100 ailədən 14,5-i, hər 100 abunəçidən 24,7-si genişzolaqlı xidmətlərin istifadəçisidir".

 

   Qeyd edək ki, bu ilin sentyabr ayında rayon TKQ-lərdə genişzolaqlı xidmətlərin aylıq həcminin əldə edilmiş ümumi gəlirdə xüsusi çəkisi 31,0%-ə çatıb (ilin əvvəlində 21,9%). M.Məmmədov qeyd edir ki, genişzolaqlı xidmətlərin tətbiqinin genişləndirilməsi, abunəçilərin bu xidmətlərdən istifadəsi zamanı rahatlıqlarının təmin olunması məqsədilə Birliyin strukturunda Marketinq və Xidmətlərin Satışı Şöbəsinin bazasında Marketinq və Satış Departamenti yaradılmış, struktur müəssisələrdə də texniki və xidmət personalından ibarət marketinq qrupları təşkil edilərək fəaliyyətə başlayıb: "Vətəndaşlardan telefon və internetlə bağlı təklif, sifariş, və şikayətlərin internetmobil telefondan SMS vasitəsi ilə qəbulu xidməti yaradılaraq istismara verilib. Ağdam rayonunun Quzanlı qəsəbəsində Ağdam TKQ üçün yeni inzibatitexnoloji binanın tikintisi başa çatdırılıb, Zaqatala, Balakən, Ağstafa və Cəlilabadın 6 kəndində yeni EATS binaları tikilib. Rayon telekommunikasiya qovşaqlarında xidmət göstərilən abunəçilərin sayı 678 mini keçmiş, Birliyin xidmət ərazisində hər 100 nəfərə düşən telefonların sayı 12,3-ə, 100 ailəyə düşən telefonların sayı 58,6-ya çatıb. "Aztelekom" İstehsalat Birliyinin Rayon Telekommunikasiya qovşaqlarının ayrı-ayrı EATS-lərində olan boş tutumların istifadəyə verilməsi - yeni salınmış yaşayış məntəqələrinin telefonlaşdırılması, əhalidən, yerli icra hakimiyyəti orqanlarından, daxil olmuş müraciətlərin əsasında boş nömrələrdən səmərəli istifadə etmək məqsədilə xətt şəbəkələrinin tikintisi və genişləndirilməsi istiqamətində layihələrin icrasına başlanılıb. Layihə çərçivəsində ümumilikdə 200-dən artıq yaşayış məntəqəsində xətt şəbəkəsinin genişləndirilməsi və tikintisi işlərinin aparılması nəzərdə tutulur. Bir sıra yaşayış məntəqələrində xətt qurğularının genişləndirilməsi və tikintisi işlərinin qovşaqların daxili imkanları hesabına yerinə yetirilməsi məqsədilə Birlik tərəfindən mərkəzləşdirilmiş qaydada kabel materialları ayrılıb. Bundan əlavə, bəzi yaşayış məntəqələrində tikinti işlərinin yerinə yetirilməsi üçün podrat təşkilatlar cəlb olunub. Hazırda 100 obyektdə xətt şəbəkəsinin genişləndirilməsi və tikintisi işləri aparılır. Artıq 26 obyektdə tikinti işləri başa çatıb. İlin sonuna qədər qeyd olunan 200-dən artıq yaşayış məntəqəsi üzrə işlər tamamlanacaq".

 

   Onun dediyinə görə, Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının müşahidə olunan yüksək inkişaf tempi respublikamızın bu sahədə də inkişaf göstəricilərinə görə dünyanın aparıcı dövlətlərindən birinə çevriləcəyinə inam yaradır. 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi bu inamı bir daha təsdiq edir.

 

   Qeyd edək ki, Azərbaycanın aliorta ixtisas məktəblərində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə bağlı hələ də mərkəzlə bölgələrin müqayisəsində mühüm problemlərin olduğunu açıqlanıb. Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədov APA-ya deyib ki, "mərkəz və region" problemi yalnız Azərbaycanda deyil, dünyanın digər dövlətlərində, o cümlədən ABŞ və Qərbi Avropa ölkələrində də var. O bildirib ki, problemin əsasında ənənəvi olaraq mərkəzin biliklərə daha yaxın olması dayanır: "Mərkəzin müəllimləri, şagirdləri adətən daha bilikli olur və biliklərdən effektiv istifadə edə bilir. İnformasiya texnologiyalarının köməyi ilə bu tendensiya artıq dəyişməkdədir. İnformasiya texnologiyalarının əsas məqsədi məsafədən asılı olmayaraq hər bir müəllimə, hər bir şagirdə biliklərə asan çıxış yaratmaqdır. Müasir texnologiyalar müstəvisində "mərkəz və region" məfhumu artıq öz aktuallığını itirib. İmkanlar bərabərləşməkdədir. Təhsil sisteminin informasiyalaşdırılmasının növbəti mərhələlərində region müəllimləri üçün məlumat almaq daha rahat olacaq".

 

   S.Məmmədov onu da qeyd edib ki, "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"nın reallaşdırılması prosesində Təhsil Nazirliyi olaraq iki əsas məqsədə nail olunub. Onun sözlərinə görə, ilkin olaraq, dünya təcrübəsinə əsaslanan və informasiya texnologiyaları üzərində qurulan Milli Təhsil Modelinin formalaşması üçün bünövrə yaranıb: "İkincisi isə bu bünövrə üzərində təhsilin sistemli informasiyalaşdırılmasına başlanıb. Dörd il ərzində həyata keçirilən Dövlət Proqramı çərçivəsində informasiya texnologiyaları təhsildəki dəyişikliklərdə məqsəd kimi deyil, alət kimi istifadə olunur".

 

Rəşid RƏŞAD

Ekspress. - 2013.- 6 dekabr- S.9.