"Elektron hökumət" bülletenin bir yaşı oldu

 

İnformasiya kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

 

 Elektron Hökumət Portalının Elektron Hökumət Bülleteninin ilk nömrəsinin buraxılmasından bir il il ötür. İlk dəfə olaraq 2013-cü ilin yanvarında bülleten həm elektron, həm adi jurnal formasında dərc edilib. Bülleten yanvarda dərc edilsə ilk nömrədə 2012-ci ilin dekabrına aid olan məlumatlar öz əksini tapıb. Həmin dövrdən başlayaraq Elektron Hökumət Portalında (e-gov.az) olan yeniliklər haqqında ətraflı məlumat verilir. Son bir ildə ayda bir dəfə olmaqla 12 bülleten buraxılıb.

 

   Elektron Hökumət Portalı 2012-ci ilin aprel ayında fəaliyyətə başlayıb. Portal vətəndaşların dövlət orqanları ilə təmaslarını daha münasib şəkildə qurmaq üçün "bir pəncərə" prinsipi əsasında təşkil edilib. Bülletenin buraxılması portalın işinin, burada olan yeniliklərin daha yığcam formada çatdırılmasına imkan verir.

 

   Rabitə İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən hazırlanmış "Elektron hökumət" bülletenində isə ölkə üzrə "elektron hökumət"in formalaşması istiqamətində görülən işlər, həyata keçirilən layihələr elektron xidmətlər ilə bağlı statistik məlumatlar yer almış, müxtəlif dövlət orqanlarının informasiya sistemləri ilə bağlı yazılar dərc olunur.

 

   Bülletenin dərcinə başlanıldığı son bir ildə Elektron Hökumət Portalı ilə bağlı hansı yeniliklər olub?

 

   2013-cü ildə Azərbaycan prezidenti "Elektron hökumət" portalı haqqında Əsasnamənin təsdiq edilməsi elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə Fərman verib.

 

   Fərmanla "Elektron hökumət" portalı haqqında Əsasnamə" təsdiq edildi Nazirlər Kabinetinə iki ay müddətində "2013-2015-ci illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi "elektron hökumət"in inkişafına dair Dövlət Proqramı"nın layihəsini hazırlayıb Azərbaycan Prezidentinə təqdim edilməsi tapşırıldı.

 

   Bundan əlavə, Nazirlər Kabineti iki ay müddətində dövlət informasiya sistemlərinin ehtiyatlarının yaradılmasının idarə edilməsinin tənzimlənməsi barədə təkliflərini hazırlayıb prezidentə təqdim etməli, həmçinin "Elektron hökumət" portalına qoşulmalı olan informasiya sistemlərinin ehtiyatlarının siyahısını informasiya sistemlərinin ehtiyatlarının, elektron xidmətlərin portala qoşulması üçün texniki tələbləri Azərbaycan Prezidenti ilə razılaşdıraraq təsdiq etməli idi. Fərmanla Rabitə İnformasiya Texnologiyaları Nazirliyi "Elektron hökumət" portalının fəaliyyətinin təşkili ondan səmərəli istifadənin təmin edilməsi üçün zəruri tədbirlər görməli, dövlət orqanlarının elektron xidmətlərinin portala qoşulmasını təmin etməlidir . Mərkəzi icra hakimiyyəti orqanları isə elektron xidmətlərin təşkilini sürətləndirməli onların "Elektron hökumət" portalına qoşulması üçün zəruri tədbirlər görməlidir.

 

   Fərmanda qeyd edilirdi ki, informasiya sistemləri ehtiyatları arasında informasiya mübadiləsinin səmərəli təşkili məqsədi ilə sərəncamlarında olan informasiya sistemlərində ehtiyatlarında fərdi identifikasiya nömrəsinin tətbiqini təmin etməlidirlər. Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinə dövlət orqanlarının "Elektron hökumət" portalına qoşulması üçün onları zəruri telekommunikasiya kanalları ilə təmin etmək, portalın təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görmək tapşırıldı.

 

   Ötən bir ildə dövlət orqanları tərəfindən əhaliyə göstərilən xidmətlərin təkmilləşdirilməsi, genişləndirilməsi şəffaflığın artırılması məqsədilə Rabitə İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən dövlət informasiya ehtiyatlarının reyestrinin, eləcə fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatının (reyestrinin) aparılması üçün proqram təminatı hazırlanıb istifadəyə verildi. Reyestrlərin operatoru olaraq, dövlət informasiya ehtiyat- larının fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatına alınması ləğv edilməsi RİTN-ə həvalə edildi hal-hazırda müvafiq dövlət qurumları, aidiyyəti hüquqi fiziki şəxslərin malik olduğu informasiya ehtiyatlarının fərdi məlumatların informasiya sistemlərinin reyestlərə daxil edilməsi istiqamətində RİTN tərəfindən lazımi işlər görülür.

 

   Qanunvericiliyə uyğun olaraq, yeni yaradılan, quruluşunda dəyişikliklər aparılan, fəaliyyəti dayandırılan informasiya ehtiyatları haqqında məlumatların Dövlət Reyestrinə daxil edilməsi ya müvafiq düzəlişlərin edilməsi üçün lazımi sənədlər (müraciət ərizəsi qeydiyyat kartı) müraciət edən tərəfindən 20 gündən gec olmayaraq Reyestrin operatoruna təqdim edilməlidir .

 

   Həmçinin "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsinə qədər mövcud olan Qanunun tələblərinə uyğun olaraq qeydiyyatı məcburi olan informasiya sistemləri dövlət qeydiyyatından keçirilməlidir.

 

   İnformasiya ehtiyatlarının fərdi məlumatların informasiya sistemlərinin reyestrlərdə qeydiyyata alınması üçün qurumlar elektron imza ya RİTN tərəfindən təqdim olunan kod-parol vasitəsi ilə sistemə daxil olaraq lazımi məlumatları (müraciət ərizəsi, qeydiyyat kartı s.) sistemə daxil edə bilərlər.

 

   Daha bir yenilik autentifikasiya sertifikatlarının tətbiqinə başlanılmasıdır.

 

   Yaradılan sistem istifadəçilərə iki faktorlu autentifikasiya sxemindən istifadə edərək, internet vasitəsilə smart telefonlar, tablet kompüter kimi mobil cihazlarda xüsusi proqram vasitəsinin quraşdırılmasını, onunla rəqəmli sertifikatların yaradılmasını sonra QR kodu skan edilərək e-hökumət portalına (istənilən informasiya portallarına inteqrasiya mümkündür) daxil olmağı təmin edir. Burada 1 illik mobil autentifikasiya sertifikatı 4 manat (ƏDV daxil), 2 illik mobil autentifikasiya sertifikatı 7 manat (ƏDV daxil), 3 illik mobil autentifikasiya sertifikatı isə 9 manat (ƏDV daxil) təşkil edir .

 

   2013-cü ildə Azərbaycanda 2016-cı ilə qədər "Elektron hökumət"in inkişafı üzrə yeni proqram hazırlanıb. RİTN Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tərəfindən "2013-2015-ci illərdə "Elektron hökumət"in inkişafı Dövlət Proqramı" layihəsi hazırlanıb.

 

   Bu proqram "Azərbaycan Respublikasında rabitə informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı" nın davamıdır. Yeni proqram respublikada "Elektron hökumət"in formalaşdırılması bunun üçün dövlət orqanlarında müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi yolu ilə idarəetmənin metod mexanizmlərinin təkmilləşdirilməsi, elektron xidmətlərin göstərilməsi, həmçinin əhali təşkilatların bu xidmətlərə asan sərbəst çıxışı üçün kompleks tədbirlərin görülməsini nəzərdə tutur.

 

   May ayında "Elektron hökumət" portalının mobil qurğular üçün versiyası təqdim edildi. Planşet smartfon istifadəçiləri üçün nəzərdə tutulan "Elektron hökumət" portalının mobil versiyası təqdim edilib. Burada (www.e-gov .az/mini) istifadəçilər elektron xidmətlərdən sadə formada yararlanmaqla yanaşı, portalda yerləşdirilən xidmətlər haqqında ən yeni məlumatları daha rahat əldə edə bilərlər. Yaradılan yeni imkanların əsas məqsədi xidmətlərin göstərilməsi üçün dövlət qulluqçuları vətəndaşlar arasında olan "məsafəni" maksimum azaltmaq, bu münasibətləri sadələşdirmək şəffaflaşdırmaqdır.

 

   Mayın ayında həmçinin Bakıda Vergilər, RİTN "ASAN xidmət"i tərəfindən "ASAN imza" təqdim edildi. Fəaliyyətə başlaması üçün Vergilər Nazirliyinin sertifikat mərkəzi 2013-cü ilin may ayında Rabitə İnformasiya Texnologiyaları Nazirliyində akkreditə oldu milli sertifikat xidmətləri mərkəzləri sisteminə daxil edildi.

 

   "ASAN imza"dan həm də portala daxil olmaq üçün istifadə edilməyə başlanıldı. "ASAN imza" portala daxil olmaq məqsədilə istifadə edilən sayca 5-ci vasitə oldu. İstifadəçi Vergilər Nazirliyinin sertifikat xidmətləri mərkəzi tərəfindən verilən "Asan imza" ilə daxil olmaq üçün, portala giriş bölməsində, "Asan imza ilə daxilolma" menyusuna daxil olmalı və mütləq təqdim olunan hər üç bəndi - "İstifadəçinin mobil nömrəsi"ni, "İstifadəçi ID"-ni və şəkildə göstərilən təhlükəsizlik kodunu doldurmalıdır. Daha sonra aşağı hissədə " Asan imza" ilə giriş düyməsini basmalıdır. Bu zaman onun telefonuna pin-kod göndərilir. Əgər pin-kodun dürüstlüyü təsdiqlənərsə, istifadəçi telefonunda "Ok" düyməsini basır və onun şəxsiyyəti autentifikasiya olunur. Əgər istifadəçinin kimliyi doğrudursa, o, portala daxil olaraq, istədiyi elektron xidmətdən yararlana bilir.

 

   Sadalananlarla bərabər "Elektron hökumət" portalı vətəndaşların ideya və təkliflərini qəbul etməyə başladı, "Elektron hökumət portalı" ilə bağlı suallar "Skype" vasitəsilə də cavablandırılması təcrübəsi tətbiq olundu, "Elektron hökumət" portalında qeyri-rezident bölməsi yaradıldı, portal üzərindən "Dilmanc" proqram təminatı vasitəsilə yeniliklərin, xəbərlərin, mətnlərin səsləndirilməsi xidməti istifadəyə verildi.

 

   Son bir ildə tətbiq edilən yeniliklərində köməkliyi ilə portala daxilolmaların sayı artmaqda davam edir. Statistik uçotun aparıldığı 2012-ci ilin dekabrından 2013-cü ilin noyabr ayının 30-a qədər portala daxil olanlar haqda toplanan məlumatlar göstərir ki, portala ümumilikdə 424 778 daxilolma qeydə alınıb.

 

   Portala müraciət edənlərin ümumi sayı isə 245 607 nəfər olub. Belə ki, 245 607 nəfər ümumən 424 778 dəfə portala baxıb və 651 008 elektron xidmətə müraciət ediblər. Həmin şəxslər 1480 010 dəfə müxtəlif səhifələrə keçid ediblər və portala sərf etdikləri vaxt ortalama 4 dəqiqə 46 saniyə olub.

 

Vasif CƏFƏROV

Ekspress. - 2013.- 7-9 dekabr.- S.10.