"Bakutel-2013":
İKT sərgisinin nüfuzu
və önəmi artır
İnformasiya və kommunikasiya
texnologiyalarının inkişaf
etdirilməsi
Bakı Ekspo Mərkəzində
təşkil edilən
"Bakutel 2013" 19-cu Azərbaycan
Beynəlxalq "Telekommunikasiya
və İnformasiya texnologiyaları" sərgi
işini yekunlaşdırıb.
Azərbaycan Respublikası
Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyinin (RİTN) fəal
dəstəyi ilə
"Iteca Caspian" və
"ITE Group Plc" şirkətləri tərəfindən təşkil
edilən sərgi və həmçinin konfrans 4 gün davam etdi. Sərginin sponsoru
isə informasiya texnologiyaları sahəsində
ən iri ABŞ şirkətlərindən biri
olan "HP" şirkəti
idi.
Rəsmi məlumata görə,
informasiya-kommunikasiya texnologiyaları
(İKT) sahəsində Xəzər
və Qafqaz regionlarının ən böyük tədbiri məhz "Bakutel" sərgisidir. Bu mənada ötən illərdə təşkil
edilən sərgilər
kimi dekabrın 2-5 tarixlərində baş tutan sərgi-konfrans da sadəcə Azərbaycan üçün
deyil, həm də yaxın region üçün böyük
əhəmiyyət kəsb
edirdi. Bu il Azərbaycanda
"İKT ili" elan
edilməsi də sərginin əhəmiyyətini
artıran əsas hadisələrdən olub.
Yeri gəlmişkən, beynəlxalq
sərgi elə
"İKT ili" şüarı
altında keçirilib.
Ölkəmizdə 2013-cü ilin "İKT ili" elan olunması "Bakutel
2013" sərgisinin bütün
ekspozisiyasında öz
əksini tapdı.
"İKT İli" çərçivəsində bu sərgi və
konfransın keçirilməsi,
kibertəhlükəsizlik üzrə
konfransın və digər mühüm tədbirlərin sərgi proqramına daxil edilməsi, eləcə də sərgidə aparıcı şirkətlərin
geniş surətdə
təmsil olunması bu tədbirin önəmini daha da artırdı.
İKT sahəsində Azərbaycanın
bilavasitə iştirak
etdiyi bir çox beynəlxalq və yerli layihələr
hazırkı sərgidə
nümayiş etdirilib.
Burada
İKT inkişafının bütün sektorları,
o cümlədən telekommunikasiya
və şəbəkələr,
geniş zolaqlı, peyk və simsiz
rabitə və texnologiyaları, teleradio yayım avadanlığı
və texnologiyaları,
proqram təminatı və avtomatlaşdırma
sistemləri, habelə
informasiya texnologiyaları
və ofis texnologiyaları mütəxəssislərin
diqqətinə təqdim
olundu.
RİTN-nin sərgi-konfransın yekunlarına
dair məlumatında qeyd edilir ki,
İKT üzrə sərgi
və konfranslar sektor üzrə əldə olunan nailiyyətlərin nümayiş
etdirilməsi, texniki və texnoloci yeniliklərlə tanış olmaq, qabaqcıl təcrübə
mübadiləsi və
faydalı əməkdaşlıq
üçün əlverişli
platforma rolunu oynayır. Bu kontekstdə dünyanın bir çox aparıcı
İKT şirkətlərinin iştirakı ilə dekabr ayının 2-dən
start götürən Xəzər
və Qafqaz regionlarının telekommunikasiya
və informasiya texnologiyaları sahəsində
ən böyük tədbir olan "Bakutel 2013" sərgi-konfransı
xüsusi əhəmiyyət
kəsb edir. Dekabrın
5-də öz işini
yekunlaşdıran sərgi-konfrans
Azərbaycan Respublikasının
prezidenti İlham Əliyevin sərəncamı
ilə elan edilən "İKT ili"
çərçivəsində xüsusilə əlamətdar
oldu. Bu əlamətdar
ildə "Bakutel"
sərgisi ilk dəfə
olaraq ümumilikdə
12000 kvadratmetrlik üç
zalı əhatə edir. Bu il sərginin sahəsi də 35 faiz genişlənərək, dünyanın
28 ölkəsindən 300 şirkəti
bir araya gətirməyə nail oldu.
Bu il
sərgi təkcə iştirakçıların sayına
görə deyil, həm də sərgi çərçivəsində
keçirilməsi nəzərdə
tutulan tədbirlərin
sayına görə ən zəngin sərgi oldu. Belə ki, bu
tədbirlər sırasında
internetin inkişafı,
kibertəhlükəsizlik, internetin Azərbaycanda təkamülü və
regional inkişafı mövzularında
müxtəlif seminar və
konfranslar, o cümlədən
"Qlobal kibertəhlükəsizlik
üzrə əməkdaşlıq:
problemlər və perspektivlər" mövzusunda
beynəlxalq konfrans,
"TASİM" konsorsiumunun əsas telekommunikasiya operatorlarının illik forumu, Azərbaycan -
ABŞ, "Azərbaycan - İsrail
İKT forumları, Müəyyən
radiotezlik zolaqlarının
perspektiv və səmərəli istifadəsi
ilə bağlı yüksəksəviyyəli görüş,
BMT-nin Asiya və Sakit okean
ölkələri üçün
iqtisadi və sosial komissiyasının
"SPECA" layihəsinin işçi qrupunun "Biliyə əsaslanan iqtisadiyyatın inkişafı"
mövzusunda iclasları,
Azərbaycanda dövlət
və özəl
İKT sektorları arasında
tərəfdaşlıq üzrə
mütəxəssis mərkəzinin
yaradılması ilə
əlaqədar olan tədbir yer aldı.
Məlumatda daha sonra qeyd edilir ki,
tədbirin birinci günü Azərbaycan prezidenti İlham Əliyev sərgini ziyarət etdi. Prezident bütün zallara daxil olaraq
həm yerli, həm də aparıcı xarici şirkətlərin stendləri
ilə tanış
oldu. Həmçinin, ölkə başçısı
RİTN-nin stendində
keçirilən Dünya
Azərbaycanlılarının II Virtual Konfransında da iştirak etdi. Sərgi ilə tanışlıq zamanı
dövlət başçısı
"Euronews" telekanalına
müsahibə verdi.
Artıq uzun illərdir ölkə başçısı
sərgini ziyarət edir, nümayiş olunan yeniliklərlə tanış olur. Bu fakt sərgiyə,
ümumiyyətlə, informasiya-kommunikasiya
sektoruna ən ali səviyyədə
göstərilən diqqəti
nümayiş etdirir. Azərbaycan prezidentinin
"Bakutel 2013" sərgi-konfransının
iştirakçılarına ünvanladığı təbrik
məktubundan da bunu hiss etmək mümkündür. Məktubda
qeyd edilir ki, hər il Azərbaycanda həyata keçirilən
beynəlxalq "Bakutel"
sərgi və konfransı müxtəlif
ölkələrdən təşkilatları,
alimləri və mütəxəssisləri bir
araya gətirərək
ideya mübadiləsi,
işgüzar münasibətlərin
genişləndirilməsi, habelə
qabaqcıl texnoloci nailiyyətlər və yeni məhsullarla tanışlıq üçün
əlverişli şərait
yaradır.
Məlumatda bildirilir ki,
sərgidə Azərbaycanın
aparıcı İKT şirkətləri,
mobil rabitə operatorları, internet provayderləri,
sistem inteqrasiyası üzrə şirkətlər
və distribüterlərin
geniş şəkildə
təqdim olunması artıq ənənə halını alıb.
Sərgi
eksponentlərinin 40 faizini
daimi iştirakçılar
təşkil edir.
Sərginin fəaliyyət
göstərdiyi illər
ərzində əsas
nailiyyətlərdən biri
də yerli şirkətlərin ildən-ilə
artması və bu il iştirakçıların ümumi
sayının 30 faizini
təşkil etməsidir.
Budəfəki sərgini fərqləndirən
xüsusiyyətlərdən biri də RİTN-nin fəal dəstəyi
ilə təşkil edilən milli stendlərin sayca daha çox olması idi. Burada
"Trans-Avrasiya Super İnformasiya
Magistralı" (TASİM) layihəsi, Azərbaycanın
kosmik sənayesi və Azərbaycanda İT
texnoparkının yaradılması
layihələri də
öz əksini tapdı. Bu il
Azərbaycanda vüsət
alan "startup" hərəkatına
böyük diqqət
yetirildi və Bakı Ekspo Mərkəzində onların
təqdimatı üçün
xüsusi olaraq ayrılmış zonalardan
əlavə, "Azərbaycanda
milli startupların dəstəklənməsi" mövzusunda
konfrans keçirildi.
Sərginin daha çox
ölkələrin diqqətini
cəlb etməsi və nüfuzunun artması danılmaz faktdır. Hər il dünyanın
müxtəlif ölkələri
böyük həvəslə
sərgidə iştirak
can atır. Bu il də istisna olmadı. ABŞ, Əfqanıstan, Macarıstan,
İtaliya, İsrail və digər ölkələrin nümayəndə
heyəti "Bakutel"
sərgisində iştirak
etmək üçün
Bakıya gəldilər,
öz xidmət və məhsullarını
nümayiş etdirdilər,
işgüzar görüşlər
keçirdilər və
sərgi çərçivəsində
keçirilən beynəlxalq
konfranslar da iştirak etdilər.
Sərgidə mötəbər qonaqlar da iştirak
edib. Onların
arasında Beynəlxalq Telekommunikasiya
İttifaqının (BTİ) Baş katibi Hamadun Ture, Macarıstanın milli
inkişaf naziri
xanım Jujanna Nemet, Avropa Parlamentinin üzvü xanım Kristina
Oyuland, Regional Rabitə
Birliyinin Baş direktoru Nuriddin Muxitdinov, Rusiya, İraq, Banqladeş kimi ölkələrin müvafiq
nazirləri var idi.
Qonaqlar sərginin telekommunikasiya
sahəsində çalışan mütəxəssis və
alimlərin məhsuldar fəaliyyəti üçün
görüş yeri və
biznes meydançası kimi
yüksək rolunu vurğulayıblar.
Rusiyanı sərgidə rabitə
və kütləvi kommunikasiyalar naziri Nikolay Nikiforov təmsil
edib. Rusiyalı nazirin
başçılığı ilə Rusiya
nümayəndə heyəti 19-cu Azərbaycan Beynəlxalq İKT
sərgi və konfransına baş çəkib.
Nikolay Nikiforovun fikrincə, sərgi sənayenin vacib hadisəsidir və çoxsaylı
şirkətlərin hər il texnoloci tərəqqinin ən son
yeniliklərini və nailiyyətlərini təkcə bu sahənin mütəxəssisləri və
peşəkarlarına deyil, həm də
sıravi ziyarətçilərə nümayiş
etdirməsi sevindirici haldır.
Sərginin yekununda xarici iştirakçılar tərəfindən "Bakutel"i bu sahənin ən əsas və oricinal sərgisi statusunu təsdiq etdiyi bir daha vurğulandı. Bu beynəlxalq tədbirdə ziyarətçilər həm iştirakçıların, həm də təşkilatçıların hazırladıqları saysız-hesabsız sürprizlərlə qarşılandı. Bu il sərgi rəsmi və işgüzar qrafiki ilə yanaşı, əyləncəli və maraqlı anlarla da yadda qaldı.
Sərginin
elə ilk günü
yüksək moda nümayişi
ilə bağlı möhtəşəm şou
baş tutdu. Üçüncü pavilyonda
xüsusi oyun
zonası yerləşdirilmişdi və burada
hər kəs "lazer simlərində ifa" oyununda iştirak edərək hətta musiqi bəstələmək kimi
zövqlü imkan əldə
etdi. Bu zonada həmçinin "X-box"
oyun qurğuları və interaktiv
oyunlarla yaxından tanış olmaq mümkün idi. Sərgidə MDB ölkələri
arasında ilk dəfə olaraq
məhz Azərbaycanda "Titan"
adlı robot nümayiş
etdirildi.
"Bakutel" sərgisi 1995-ci ildən keçirilir və son 19 ildə hər il təşkil olunub. Burada Azərbaycandan 22 İKT şirkəti, o cümlədən özəl, dövlət, qeyri-hökumət təşkilatları və onların rəhbərləri iştirak ediblər. Sərgidə Azərbaycanın milli pavilyonu üçün ayrılan 156 kvadratmetrlik sahədə ölkəmizdə həyata keçirilən genişmiqyaslı layihələr, o cümlədən "Azerspace", "Elektron hökumət" həlləri, "Dilmanc" layihəsi, nanotexnologiyalar, rəqəmli televiziya, son mobil texnologiyalar olan "3G" və "4G" xidmətləri, eyni zamanda ölkədə elm və texnologiyalar sahəsində ən son elmi nailiyyətlər nümayiş olunub. Burada həmçinin xarici iştirakçılar tərəfindən telekommunikasiya və şəbəkələr, informasiya texnologiyaları və ofis texnologiyaları, kabel və simsiz rabitə, peyk rabitəsi və texnologiyaları, televiziya və radioyayım avadanlıqları və texnologiyaları, bank texnologiyaları və xidmətləri, təhlükəsizlik sistemləri, genişzolaqlı rabitə və texnologiyalar, proqram təchizatı və avtomatlaşdırma sistemləri, e-hökumət və e-təhsil haqqında məhsullar təqdim edildi.
Vasif CƏFƏROV
Ekspress.- 2013.- 10 dekabr.- S. 9.