Binəqədi rayonunun sosial-iqtisadi
inkişafı: real vəziyyət və
perspektivlər
Binəsi qədim, özü modern rayon -
BİNƏQƏDİ
Binəqədi - Bakının ən qədim və böyük kəndlərindən biri. Adının mənası haqqında konkret fikir olmasa da, arxeoloji qazıntılar zamanı əldə edilən nadir tapıntılar əsasında bu kəndin binədən qədim olduğu sübuta yetib. Hələ ötən əsrin 40-cı illərində Binəqədi yaxınlığında qədim kərgədanın elm aləminə məlum olmayan skeleti tapılmışdı.
Əldə edilən nadir tapıntılar əsasında Azərbaycan tarixşünaslığı və arxeologiyası dünyada ilk dəfə olaraq IV dövr faunasını müəyyənləşdirə bilmişdilər. Və bu gün də elm aləmində nəsli kəsilmiş heyvan qalıqlarının çoxluğuna və növ müxtəlifliyinə görə Amerika Birləşmiş Ştatlarından sonra ikinci yerdə Azərbaycan dayanır. "Binəqədi faunası" dünya təbiətşünasları arasında çox məşhur bir terminə çevrilib...
Binəqədinin tarixi doğrudan da qədimlərə gedib çıxır. Amma binəsi qədim olan bu rayonunun bugünkü vəziyyətindən danışacağıq sizlərə. Abadlaşan Binəqədidən, modern Binəqədidən. Və əlbəttə ki, öz rayonlarının dərd-sərinə, problemlərinə biganə qalmayan binəqədililərdən.
Sistemli işin nəticəsi
Bəli, heç kimə sirr deyil ki, Rəsulzadə, Biləcəri, Binəqədi, Xocasən, Sulutəpə kimi qəsəbələri, böyük mikrorayonları, geniş yaşayış məntəqələrini birləşdirən və az qala 300 min nəfərə yaxın əhalinin yaşadığı Binəqədi rayonuna indi sürətlə öz simasını dəyişir. Dövlət başçısı, cənab İlham Əliyevin imzaladığı "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrasının necə həyata keçirilməsinə şahidlik etmək istəyirsinizsə, sadəcə Binəqədi rayonunda olun.
Düzünü deməliyik, Xaləddin İskəndərovun rayona icra başçısı təyin olunmasından sonra rayonun inkişafında keyfiyyətcə yeni mərhələ başlanıb, həyata keçirilən tikinti-abadlıq, quruculuq işləri özünün sistemliliyi, qlobal miqyası, müasirliyi ilə diqqət çəkir. Ölkə başçısı, cənab İlham Əliyevin apardığı siyasətin mahiyyətindən irəli gələrək rayonda qarşıya qoyulmuş başlıca vəzifələr, əhalinin sosial rifah halının yaxşılaşdırılması, təhsil-səhiyyə müəssisələrinə diqqətin artırılması, xidmət və infrastruktur sahələrində işin müasir dövrün tələblərinə uyğunlaşdırılması, sahibkarların fəaliyyətinə mane olan süni əngəllərin aradan qaldırılması həllini tapıb. Heç kimə sirr də deyil ki, Binəqədinin sürətlə inkişafı rayon rəhbərliyinin sistemli işinin nəticəsidir.
Bu sistemlilik təkcə icra strukturlarının işində özünü göstərmir. Söhbət vətəndaşlarla işin də müasir tələblər səviyyəsində qurulmasından gedir.
Qış gəlib, nə olsun?
Təkcə bir fakt - budur, qış qapını kəsib. Binəqədi rayonunda isə artıq qışa hazırdırlar desək, qəti yanılmarıq. Rayonda bu qayğıların həllinə hələ yaz və yay aylarından başlayıb. Məhəllədaxili istilik xətlərinin bərpası, mövcud qazanxanaların modernləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilib.
Tüstü və hava kanalları tutulmuş mənzillərin siyahıları dəqiqləşdirilərək təmizlənməsi üçün müvafiq işlərinin həyata keçirilməsi məqsədilə Binəqədi Rayon MKTB tərəfindən bu ilin oktyabrın 22-də Azərbaycan Respublikası Yanğın Mühafizə Cəmiyyəti idarəsi ilə müqavilə bağlanıb. Komissiya tərəfindən 10125 mənzilin tüstü və hava kanallarına baxış keçirilib. 1762 mənzildə tutulmuş tüstü kanalları təmizlənmiş və hazırda iölər davam etdirilir.
Bir maraqlı məqam. Təkcə noyabr ayı ərzində rayon ərazisində 1572 p/m qaz xətti çəkilib, 7-ci mikrorayonda binaların istilik xəttində dik dayaqlarda 34 metr, zirzəmilərdə 55 metr, 8-ci mikrorayonda yaşayış binalarının istilik xəttində dik dayaqlarda 121 metr, zirzəmilərdə 12 metr, Naxçıvani, Z.Qəmbərov və C.Hacıbəyli küçələrində yaşayış binalarında dik dayaqlarda 57 metr, zirzəmilərdə 33 metr boru bərpa edilib.
3 saylı istilik qazanxanasında təmir-bərpa və proflaktiki tədbirlər görülüb, 270, 273 və 275 saylı qazanxanalarda cari təmir işləri aparılıb və texniki baxış keçirilib.
Və bütün bunlar və görülən digər işlər haqda icra başçısı şəxsən rayon camaatına hesabat verir. Onlarla elə yaşadığı məhəllələrdə görüşür, problemlərini dinləyir. Məsələn, bu yaxınlarda 7-ci mikrorayon Fərman Məlikov küçəsində yerləşən əhalinin kütləvi tədbirlər evində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov sakinləri ilə növbəti səyyar görüşünü keçirildi. Görüşdə rayon rəhbəri ilə yanaşı, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və 136 nəfər mikrorayon sakini iştirak edirdi.
Mikrorayon sakinləri gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və eyni zamanda onları narahat edən bəzi nöqsan və çatışmazlıqlarının aradan qaldırılmasını xahiş etdilər.
RİH-in başçısı sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verdi.
Görünən dağa nə bələdçi?
Sumqayıt-Bakı yolunda görülmüş abadlıq işlərinə qayıdacağıq. Necə deyərlər, görünən dağa nə bələdçi? Amma bir faktın üstündə dayanaq. Rayonun Sulutəpə qəsəbəsində yeni böyük park salınır. Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, parkda 54 800 kub m torpaq işləri görülüb, 2 ədəd hər biri 100 kub m tutumu olan su anbarları inşa olunub, ümumi suvarma şəbəkəsi quraşdırılıb.
14 000 kv metr çəmən otu əkilib, diametri 300 mm olan 200 metr uzunluqda kanalizasiya xəttinin yeri dəyişdirilib, 1750 kv metr tamet daşı, 1200 metr bardür düzülüb, 300-ə yaxın dekorativ ağac və kol əkilib. Parkda əhalinin asudə vaxtının səmərəliliyinin təmin edilməsi məqsədilə oturacaqlar, uşaqlar üçün müxtəlif attraksionlar, yelləncəklər və digər idman və oyuncaq elementləri quraşdırılıb. Yeni salının park ekoloji mühitin qorunmasına xidmət edəcək. Hazırda da Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən parkın ərazisi Bakı-Şamaxı magistral yolu istiqamətində genişləndirilərək abadlaşdırma və yenidənqurma işləri aparılır, yeni yaşıllıq və rekreasiya əraziləri salınır. Paralel olaraq magistral yol boyu Binəqədi rayonu, Xocasən qəsəbəsi ərazisində yolkənarı hasarlar müasir üzlük daşlarla üzlənir, kiçik memarlıq formalardan istifadə edilməklə landşaft elementlərindən ibarət kompozisiyalar yaradılır. Xocasən qəsəbəsi ərazisində qəsəbədaxili yolların əsaslı təmiri və genişləndirilməsi istiqamətində müvafiq işlər davam etdirilir.
Heç kimə sirr deyil ki, ölkənin şimal və şimal-qərb bölgələrindən paytaxta gələn qonaqlarda şəhərimiz haqqında ilk təəssürat yaradan ünvan Binəqədi rayonunun Biləcəri qəsəbəsidir. Son illərdə iki dəfə böyümüş bu qəsəbədə görülən işlər Biləcərinin simasını özü üçün ənənəvi olmayan bir şəkildə dəyişib. Bakı-Sumqayıt istiqamətində və yuxarıda qeyd etdiyimiz rayonlara gedib-gələn insanlar Biləcəridə davam edən tikinti-quruculuq və bərpa işlərinin bu gün də davam edən sürətini məmnunluqla qəbul edirlər. Qəsəbənin girəcəyi olan "Biləcəri aşırımı" indi həqiqətən yaşıllıqlara bürünmüş bir təbiət ünvanına çevrilib. Hələ yay aylarından burada başlanan abadlıq işləri bu həndəvərdə vaxtilə Rusiyada və Avropada gördüyümüz şəhər gözəlliklərini xatırladır. Rayonumuzun "Şamaxinka" adlanan ərazisindən Sumqayıta doğru gedən magistral yolun hər iki tərəfində süni təpələr yaradılır, yol kənarları çoxsaylı dekorativ ağaclarla, gül kollarıyla yeni görkəmdə abadlaşdırılır. Yaşıl təpələr üzərində çiçəklərlə yazılmış "Binəqədi rayonu" sözü bu möhtəşəm təmtərağı yaradanların ünvanını göstərirmiş kimi əhəmiyyət kəsb edir.
Problem var?
Həlli də var!
Problemlər? İş olan yerdə
əlbəttə ki,
var. Paytaxtın bütün
ərazilərində olduğu
kimi, Binəqədi rayonunda da qanunsuz
tikililər sarıdan
ciddi problemlər yaşanır. Uzun illər
ərzində neft-qaz yataqları üçün
ayrılmış ərazilərdə,
su-kanalizasiya kəmərlərinin,
yüksək gərginlikli
enerji xətlərinin,
dəmir və şosse yollarının zolaqlarında heç bir sənəd olmadan, ən yaxşı halda bələdiyyə qərarları
ilə minlərlə
qanunsuz evlər tikilmiş, həyətyanı
sahələr salınmışdır.
Bu səbəbdən belə yaşayış sahələrində müxtəlif
bədbəxt hadisələr
baş verir, yanğınlar olur, evlər uçur. Digər tərəfdən, həmin
ərazilərə heç
bir mühəndis- kommunikasiya xətləri, yollar çəkilməmiş,
sosial infrastruktur obyektləri, məktəb,
xəstəxana, uşaq
bağçaları, müxtəlif
xidmət obyektləri
yaradılmamış, onlar
üçün torpaq
sahələri saxlanılmamışdır.
Məhz bu cür halların
nəticəsidir ki, indi həmin ərazilərdə çoxsaylı
problemlər yaşanır.
Amma çətin də olsa, bu gün
Binəqədi rayon rəhbərliyi
problemlərin həllinə
çalışır, həmin
ərazilərdə sosial
infrastruktur yaradılır
və nəticədə
müsbət dəyişikliklərə
nail olunur.
Binəqədinin bu cür dəyişməsi dövlətimizin
də sosial-iqtisadi inkişafından xəbər
verir. Azərbaycanın davamlı və
sürətli tərəqqisinin
canlı nümunəsi
olan Binəqədi paytaxtımızın ən
gözəl rayonlarından
birinə çevrilib.
Bu da Binəqədidə
aparılan infrastruktur,
abadlıq, quruculuq və yaşıllaşdırma
işləri sayəsində
baş verib. Bu işlər hələ
bitməyib. Bütün yuxarıda
adıçəkilən və
çəkilməyən işlərdən
başqa, bu gün də Binəqədidə quruculuq
və sosial-iqtisadi inkişaf istiqamətində
işlər davam etdirilir.
***
"Məni
bu vəzifəyə ölkə prezidenti cənab İlham Əliyev göndərib, etimad göstərib.
Mən də bu etimada
layiqincə cavab vermək üçün
hər bir Binəqədi sakininin sosial problemlərini həll etmək, rayonun simasını gözəlləşdirmək, qarşıda duran problemləri həll etmək üçün əlimdən gələni
əsirgəməyəcəyəm.
Düşünürəm ki, bu mənim həm vəzifə, həm vətəndaşlıq, həm
də insani borcumdur. Arzularımızın, layihələrimizin həyata keçirilməsi
üçün sizin
hər birinizin məsləhətinizə, səmərələşdirici
təklifinizə böyük
ehtiyacımız var. Gəlin
sizli-bizli doğma rayonumuzu gözəlliklər
məskəninə çevirək.
İnanın ki, qarşılıqlı
anlaşma, təkliflər
söyləyib, xeyirxah
məsləhətlər verməklə
biz buna tez bir zamanda nail olacağıq". Bunu icra
başçısı Xaləddin
İskəndərov sakinlərlə
görüşlərinin birində
deyib. Və məncə, əlavə
şərhə də
ehtiyac yoxdur.
Xanoğlan ƏHMƏDOV
Ekspress.-2013.- 14-16
dekabr.- S.18.