İnformasiya əldə etmək
hüququ və açıq cəmiyyət
KİVDF-nin
təşkilatçılığı ilə konfrans keçirildi
İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf
etdirilməsi
Dünən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun təşkilatıçlığı ilə "İnformasiya əldə etmək hüququ və açıq cəmiyyət" mövzusunda konfrans keçirilib.Tədbirdə KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, ombudsman Elmira Süleymanova, Mətbuat Şurasının sədri Əflatun Amaşov, rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, deputat Fazil Mustafa, dövlət qurumlarının mətbuat katibləri, agentlik və qəzet rəhbərləri iştirak ediblər.
KİVDF-nin icraçı direktoru Vüqar Səfərli bildirib ki, Azərbaycan prezidentinin sərəncamı ilə insan hüquqları ilə bağlı Milli Fəaliyyət Planı təsdiqlənib. "Proqram geniş və sistemli tədbirlərin keçirilməsini, eləcə də bu tədbirləri icra edəcək dövlət orqanlarının rolunu müəyyənləşdirib. Milli Fəaliyyət Proqramının əsas məqsədi ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, cəmiyyətdə hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsidir. Proqramın 4.16-cı bəndinə əsasən, informasiya əldə etmək haqqında qanunvericiliyin izahı ilə bağlı maarifləndirmə tədbirlərinin həyata keçirilməsi və informasiya almaq hüququnun səmərəli təmin edilməsi Azərbaycan Respublikasının Prezidenti yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fonduna həvalə edilib. Bununla əlaqədar olaraq, mövzu üzrə Yevlaxda və Lənkəranda regional konfranslar təşkil edilib. Bu tədbirlərdə jurnalistlər, dövlət qulluqçuları, bələdiyyə üzvləri, QHT nümayəndələri və ziyalılar iştirak ediblər".
Ombudsman Elmira Süleymanova bildirib ki, informasiya almaq mühüm faktordur. Onun sözlərinə görə,
informasiya daşıyıcıları
bilməlidirlər ki,
onlar məlumatı operativ, dəqiq və qərəzsiz çatdırmalıdırlar: "Həmçinin informasiya verən şəxs də eyni tərzdə
bilməlidir ki, informasiya verərkən dəqiq, operativ,
qərəzsiz olmalı,
şəxsiyyətə toxunan
məlumatlar verməməlidir.
Biz Ombudsman Aparatı olaraq ölkənin 58 rayonunda müxtəlif tədbirlər keçirib,
maarifləndirmə işləri
aparırıq. Əsas istiqamətlərimizdən
biri də məhz informasiya əldə etmək və onu cəmiyyətə
təqdim etməklə
bağlıdır".
2010-cu ildə qanunvericiliyə edilən dəyişikliklərdən
sonra ombudsmanın dövlət qurumlarından
informasiya əldə edilməsinə nəzarəti
həyata keçirdiyini
xatırladan Süleymanovanın
bildirdyinə görə,
hazırda informasiya ombudsmanı təsisatının
yaradılması ilə
bağlı Avropa təcrübəsi mövcuddur.
Mətbuat Şurasının sədri Əflatun Amaşovun dediyinə görə, informasiya əldə etmək hər zaman jurnalistika üçün
aktual olub. Onun sözlərinə görə, informasiya əldə edilmədən
jurnalistika inkişaf edə bilməz: "Dövlət qurumları jurnalistlərin əksər
sorğularını cavablandırmalıdır.
Sağlamlığın və mənəviyyatın
mühafizəsi, digər
şəxslərin hüquq
və azadlıqlarının,
məhkəmə nüfuzunun
məqsədlərinə zidd
olmadığı təqdirdə
informasiya əldə edilməsinə icazə verilir".
İnformasiya əldə edilməsinin
hər bir ölkədə söz azadlığının əsasını
təşkil etdiyini deyən Amaşov, Konstitusiyanın 50-ci maddəsində
də hər bir kəsin azad informasiya əldə etmək hüququnun əksini tapdığını xatırladıb.
"İnformasiya əldə
etmək haqqında"
qanuna görə, açıq və qapalı informasiyalar var. Qapalı informasiyalar gizli və məxfi
informasiyalara bölünür:
"KİV-in sorğusuna cavab
olaraq təşkilatlar
informasiyanı bir həftə ərzində,
təcilidirsə, 24 saat
ərzində, insan sağlamlığı ilə
bağlıdırsa, 48 saat
ərzində açıqlamalıdırlar.
Əgər informasiya alanın hüquqları pozulursa, Cinayət Məcəlləsinə görə,
KİV-ə informasiya verməkdən
imtina edənlər
100-500 manat cərimələnə
və 1 il, vəzifəli şəxs
informasiyanı verməkdən
imtina edirsə, 2 il islah işlərinə
cəlb oluna bilər".
"2013-cü ilin
"İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi açıq cəmiyyətin
formalaşmasında yeni
mərhələdir" mövzusunda
məruzə ilə çıxış edən
Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib ki, bu
il "İKT ili"
elan olunduqdan sonra xüsusi tədbirlər planı hazırlanıb: "2013-cü il İKT sahəsində uğurlu il oldu. İnformasiya əldə etməklə
yanaşı, informasiya
təhlükəsiziliyi də
vacib məsələlərdəndir.
Bu məsələdə milli peykimizin orbitə çıxması
mühüm rol oynayıb".
Elektron hökumət portalı barədə də məlumat verən nazir müavininə görə, portaldan istifadə edənlərin
sayı gündən günə artmaqdadır:
"Hazırda əhalinin
70 faizi internet istifadəçisidir".
Vəlizadənin
sözlərinə görə,
RİTN tərəfindən həyata keçirilən
"Elektron hökumət"
- müasir informasiya texnologiyalarından istifadə
etməklə dövlət
qurumları tərəfindən
Azərbaycan Respublikasının
ərazisində yaşayan
bütün vətəndaşlara,
hüquqi və fiziki şəxslərə,
xarici vətəndaşlara
və vətəndaşlığı
olmayan şəxslərə
informasiya və e-xidmətlərin göstərilməsinə
şərait yaradır.
O qeyd edib ki, RİTN görülən
işlərin əlaqələndiricisi
olaraq, dövlət qurumlarının informasiya
sistemləri arasında
informasiya mübadiləsini
təmin edən infrastruktur - "Elektron hökumət"in formalaşması
üzrə digər dövlət orqanları ilə sıx fəaliyyət göstərir:
"Müvafiq infrastrukturun
yaradılması üzrə
həyata keçirilən
fəaliyyətin nəticəsi
olaraq, hazırda "Elektron hökumət" portalından istifadə edənlərin sayı 246
min nəfərə çatıb.
Rəqəmlərin müqayisəli təhlili
göstərir ki, portala daxilolmalar, eyni zamanda istifadəçilərin
portala olan marağının nəticəsi
kimi portalda sərf etdikləri vaxt gündən-günə
artır. İndi portala
daxil olanlar portaldan istifadə edərkən 5 dəqiqə
vaxt sərf edirlər".
Portala giriş şaxələrindən
də söz açan nazir müavini "www.e-gov.az-dan istifadə
üçün təklif
olunan autentifikasiya vasitələrinin sayının
artırılaraq, artıq
beşinci vasitənin
də istifadəçilərin
ixtiyarına verildiyini
bildirib: "Bunlardan biri e-imzanın tətbiqidir. İndi mobil telefonlardan
da "Elektron hökumət" portalına
giriş mümkündür.
Həmçinin dövlət qurumları
tərəfindən əldə
edilən e-imzaların
sayı 13 min, vətəndaşlar
tərəfindən isə
əldə edilən
e-imzaların sayı
6 minə çatıb.
E-imzaya sahib olanların
sayı artdıqca
"Elektron hökumət"
portalına da giriş artır. "Bakutel-2013" sərgisində
4 gündə 1048 nəfərə
pulsuz e-imza verildi. Artıq e-imzaya sahib olanların
say artımı göstərir
ki, vətəndaşlar
"Elektron hökumət"
portalından istifadə
etməyə maraq göstərirlər. Bu isə vətəndaşların
xidmət almalarını
asanlaşdırır".
Deputat Fazil Mustafa isə
"İnformasiya azadlığı
insan haqlarının vacib elementidir" mövzusunda çıxış
edərək bildirib ki, Azərbaycanda vətəndaşlar informasiya
əldə etməyə
çox da maraq göstərmirlər.
Onun sözlərinə
görə, informasiya
əldə etmək üçün qanunvericiliklə
bağlı çox ciddi problemlər olmasa da, müəyyən
əskiklərin həlli
üçün addımlar
atılmalı olduğunu
söylədi: "Gürcüstanla
Ermənistanla müqayisədə
Azərbaycanda informasi
əldə etməkdə
passiv vətəndaş
mövqeyi diqqət çəkir. Bizdə informasiya azadlığı
mövzusunda fikir dəyişikliyinə ehtiyac
var. İndi biz 50-ci maddəni
əsas gıtirsək
də, qanunvericilikdə
57-ci maddə, müraciət
hüququ daha çox diqqətə çəkilməlidir. Həmin maddənin
2.1-ci bəndində informasiya
əldə etmək azadlığı verilsə
də, 2.4 bəndində
"o şərtlə icazə
verilir ki," ifadəsi işlədilir.
Bu da, 1-ci maddəni
təkzib edir".
Tədbirdə
hüquqşünaslar Aydın
Kərimov "İnformasiya
azadlığı insan
hüquqlarının vacib
elementidir" məruzəsi
ilə, Ələsgər
Məmmədli ""İnformasiya
əldə etmək haqqında" qanunun tətbiqi vətəndaşların
dövlətin idarə
olunmasında iştirak
forması kimi" mövzusunda çıxış
ediblər. Ombudsman Aparatının şöbə
müdiri Zaur Əliyev isə "İnformasiya azadlığı
haqqında qanunvericiliyin
düzgün tətbiqinə
nəzarət üzrə
milli və beynəlxalq mexanizmlər"
mövzusunda çıxışından
sonra konfrans disskusiyalarla davam etdirilib.
Daha sonra mövzu ətrafında ətraflı
müzakirələr aparılıb.
Konfrans çərçivəsində
tədbir iştirakçılarına
Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi
Fondu tərəfindən
hazırlanan "İnformasiya
əldə etmək haqqında qanunvericilik"
adlı məlumat kitabçası da paylanılıb.
Səhifəni hazırladı Qənirə
MƏMMƏDLİ
Ekspress.-2013.- 20 dekabr.- S.9.