Dünya "bulud" texnologiyasına doğru gedir

                                     

                                             İnformasiya kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

 

Yaxın 5-10 il ərzində informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində gözlənilən əsas yeniliklər sırasında "bulud" texnologiyaları da olacaq. Elektron sistemlərin "bulud" texnologiyasına daha çox uyğunlaşdırılacağı bildirilir.

   Azərbaycanda da gələcəkdə "bulud" texnologiyasının tətbiqinin genişlənəcəyi gözlənilir. "Bulud" texnologiyasının xərclərə xeyli qənaət etməyə imkan verməsi və informasiya texnologiyaları infrastrukturunu mərkəzləşdirməyə kömək etməsi bu texnologiyaya marağı artırır. "Bulud" texnologiyaları mobillik imkanı yaradır və İT bazarının drayveri olmaqla bazarın özünü dəyişir.

   Artıq "bulud" texnologiyaları dövlət sektorunda geniş tətbiq edilir. Ayrı-ayrı dövlət təşkilatlarının informasiya sistemlərinin "bulud" mühitində yerləşməsinı üstünlük verilir. Bu, bütün dünyada baş verir və Azərbaycan da yeni innovasiyalara uyğunlaşacaq. Öz növbəsində, mövcud tendensiya informasiya texnologiyaları və kompüter bazarını arxasınca aparacaq.

   "IBM" şirkətinin apardığı bir araşdırma da bunu təsdiqləyir. Şirkət yaxın beş il ərzində ən çox gözlənilən texnoloci innovasiyaların təqdim olunduğu ənənəvi "Beş ildən sonra növbəti beşlik" (Five in Five) siyahısını dərc edib (mincom.gov.az).

   Araşdırmaya əsasən, bu ilin ilk yeniliyi tədris texnologiyalarına aiddir. Bu, şagirdlər üçün fərdi cədvəl tərtib etmək, internet platformaları və "bulud" analitikasının köməyi ilə sınaq imtahanlarının nəticələrini, dərslərdə iştirakı və davranışı izləmək imkanı deməkdir. "Big data" ilə səhiyyə sahəsinə də aid olacaq. "IBM"-in proqnozuna görə, həkimlər insan DNK-sının xüsusiyyətlərini nəzərə alaraq müalicə variantları təklif edə biləcək. "Məlumatlar analitikası və "bulud" koqnitiv sistemlərinin genom tədqiqatları ilə yanaşı, inkişafı həkimlərə xərçəng xəstəliyinə düzgün diaqnoz qoymaqda kömək edəcək və milyonlarla xəstə üçün fərdi müalicə planlarının əldə olunmasını mümkün edəcək.

   Hazırda dünyada onlayn alışlar adi mağazalardakı alışlara nisbətdə daha fəal inkişaf edir, Lakin şirkət müəyyən edib ki, növbəti beş ildə mağazalar populyarlığı geri qaytarmaqla əlavə reallıq texnologiyasının, "bulud" texnologiyasındakı məlumatlar əsasında sürətli çatdırılma və ekspertizanın köməyi ilə hər bir alıcıya fərdi yanaşacaq.

   "Bulud" texnologiyasına marağı nəzərə alaraq dekabrın 24-də Bakıda "bulud" proqramlaşdırılmasına dair seminar da keçiriləcək. "Microsoft Azerbaican" şirkəti Bakıda İT mütəxəssislər və tələbələr üçün mobil və "bulud" proqramlaşdırmasına dair seminar təşkil edəcək. Şirkətdən bildirilib ki, seminarda "Windows Phone 8" əməliyyat sistemi üçün mobil əlavələrin yaradılması, mobil əlavələr üçün "Windows Azure Mobile Services" xidməti, universal API-nin yaradılması və "Microsoft Office Share Point" yeni paketi üçün əlavənin yaradılması kimi məsələlər müzakirə olunacaq.

   Bəs, barəsində söhbət açdığımız "bulud" texnologiyası nədir və o hansı üstünlüklərə sahibdir ki, dünya bu texnologiyaya doğru dəyişir?

   Öncə qeyd edək ki, "bulud" sözünun mənası Azərbaycan dilində başa düşülən səmadakı buludu ifadə edir. Yeni texnologiyanın rəmzi məhz bulud işarəsidir. "Bulud" texnologiyaları umumi kompüter resursları toplusuna (məsələn, şəbəkə, serverlər, məlumat anbarları, proqramlar və servislər) sorğu əsasında şəbəkə vasitəsilə əldə etməyə imkan verən modeldir. Resurslar minimal istismar xərcləri sərf etməklə və ya servis provayderlərinə muraciət etməklə əldə edilir. Burada bütün resurslar bir yerdə toplandığından və oradan paylandığından texnologiya bulud adlandırılır. Tərifdən göründüyü kimi, "bulud" texnologiyaları müəyyən bir konstruksiyadır. Bu konstruksiya vasitəsilə kompüter resurslarının virtuallaşmış infrastrukturu ümumi internet şəbəkəsindən istifadə etməklə istifadəçilərə servis şəklində təqdim olunur.

   "Bulud" texnologiyasinda məlumatlarımız öz cihazlarımızda deyil, istifadə etdiyimiz xidmətin serverlərində saxlanılır. Məlumat saxlama arxivində internet vasitəsilə ilə istənilən yerdən hər cür məlumata və fərdi məlumatlara dərhal daxil olma təmin edilir, istənilən əməliyyatları dərhal reallaşdırmaq mümkün olur.

   "Bulud" texnologiyasının istifadəsi gündən-günə yayılarkən, bu texnologiya sayəsində istifadəçilər şəkil, musiqi və digər məzmunlarını internetdə olan bir serverə göndərir. Bu şəkildə istifadəçi həm istədiyi nöqtədən və istədiyi cihazdan məlumatlarına çata bilir, həm də məlumatların silinməsi kimi bir təhlükə ehtimalı olmur. Yaxın gələcəkdə internetin daha da sürətlənəcəyini və cihazların yüngülləşib ucuzlaşacağını düşünsək, bu texnologiyanın ən doğru sərmayə olduğunu bu gündən söyləyə bilərik.

   "Bulud" texnologiyasi informasiyanın gələcəyi olaraq bəhs edilir. Səbəblərinə baxsaq, sərhədsiz məlumat yığma məlumatlarımıza hər yerdən çatma imkanı təqdim etməsidir. Müasir istifadəçilər istifadə etdikləri cihazlarda daha çox məlumat yığmaq istəyirlər. Texnologiya firmaları da bu ehtiyaca cavab vermək üçün istehsal etdikləri məhsullarda məlumat tutumunu hər keçən gün artırma meyli göstərirlər. İstehsal edilən masaüstü kompüterlər, notebooklar, netbooklar, ağıllı telefonlar, tabletlər digər mobil cihazların elektron cihazların tutumları artdıqca qiymətləri artır. Lakin bu qurğularda olan informasiyadan istifadə etmək üçün həmin qurğuların daim yanımızda olması şərtdir.

   "Bulud" texnologiyası bu mənada əvəzsizdir. Yalnız internetə girən qurğunun olması kifayətdir ki, müəyyən serverdə saxladığımız informasindan istifadə edə bilək. "Bulud" texnologiyasinda məlumatlarımız öz cihazlarımızda deyil, istifadə etdiyimiz xidmətin serverlərində saxlanılır. Beləcə çox aşağı birtutumlu məlumat saxlama arxiviniz olsa da, belə internet vasitəsilə ilə istədiyiniz hər yerdən hər cür məlumatınızı fərdi məlumatlarınıza dərhal daxil olma təmin edilir, istədiyiniz əməliyyatları dərhal reallaşdıra bilirsiniz.

   İnternetdə informasiyanın USB kartda saxlanan kimi müəyyən serverdə toplanması üçün şəbəkəyə giriş imkanı verən sayt proqramlardan istifadə edilməlisiniz. Həmin sayt proqramlar bizə aid olan informasiyanın müəyyən yerdə toplanmasına sonradan istifadə edilməsinə imkan verir. Məsələn, hazırda ən çox müraciət edilən xidmət saytları Google Drive, Dropbox, SkyDrive ve Box.Net-dir.

   Dropbox-un timsalında "bulud" texnologiyasının sadə variantını görə bilərik. Bu xidməti istifadə etmək üçün, www.dropbox.com daxil olaraq, qeydiyyatdan keçmək lazımdır. Daha sonra, məsələn Windows üçün proqram yüklənməlidir. Yüklədiyiniz anda, kompüterinizdə Dropbox qovluğu yaranır. Burada pulsuz 5 Gb həcmində informasiya saxlamaq olar. Lakin müəyyən ödəniş etməklə bu həcmi limitsiz artırmaq olar. Gələcəkdə "bulud" texnologiyası əsasında işləyən serverlərdə pulsuz informasiya saxlanılma həcmlərinin 10 dəfələrlə artacağı bildirilir. Artıq elektron poçt xidməti göstərən saytlar da "bulud" texnologiyası əsasında pulsuz həcmlərini artırırlar. Məsələn, Google-nin poçt xidmətində (gmail.com) pulsuz 15 Gb informasiya saxlamaq olar. Ancaq burada 5 il əvvəl pulsuz həcm təxminən 1 Gb idi. Şirkət pulsuz həcmi məhz "bulud" texnologiyasının sayəsində artıra bilib.

   Göstərdiyimiz nümunə "bulud" texnologiyasına dair bir nümunədir. Bu texnologiyanın imkanlarından təhsildə istifadə edilir. Ölkəmizin təhsil sistemində "bulud" texnologiyasından istifadəyə başlanılıb.

 

   Xatırladaq ki, bir müddət əvvəl Bakıda "Microsoft Azərbaycan" şirkətinin təşkilatçılığı ilə "Bulud üzərində Təhsil" mövzusunda seminar keçirilib. Tədbirdə Azərbaycanın ali orta təhsil müəssisələrinin nümayəndələri, şagird tələbələr iştirak edib.

   Burada bildirilib ki, hazırda bu texnologiyalar təhsil sisteminə öz müsbət təsirini göstərir. "Microsoft Azərbaycan" şirkətinin əsas məqsədlərindən biri Azərbaycanda bir çox sahələrdə istifadə edilən "bulud" texnologiyasınının tətbiqinin təhsil sisteminə yönəldilməsidir. Şirkət hesab edir ki, bu texnologiyalar ölkədə fərdiləşmiş tədrisə yardım edə bilər. Belə ki, zaman keçdikcə, insanların , tədris yaşam tərzi dəyişir. Müasir iqtisadi sosial şəraiti nəzərə alaraq, bir çox ölkələr gələcəkdə keyfiyyətli təhsil sisteminə ümid bəsləyir. Gələcəyin təhsil sistemində fərdiləşdirmiş tədrisə geniş önəm veriləcək bu forma ölkəmizdə genişlənə bilər.

   Ümumiyyətlə, hesab edilir ki, "bulud" texnologiyasının tətbiq sahəsinin genişlənməsi gələcəkdə milyonlarla yeni yerinin açılmasına imkan verəcək.

   "IDC" tədqiqat şirkətində çalışan analitiklərin proqnozlarına görə, 2015-ci ilədək "bulud" texnologiyaları sayəsində dünyada 14 milyondan çox yeri yaradılacaq həmin vaxtadək belə texnologiyalardan əldə olunan mənfəət 1,1 trilyon dolları ötəcək ("İCTnews").

   "Bulud" sistemlərinin tətbiqi nəticəsində ən çox yeni yerləri inkişaf etməkdə olan ölkələrdə, xüsusilə Çin Hindistanda yaranacaq. Mütəxəssislərin proqnozlarına görə, 3 ildən sonra "bulud" texnologiyaları sahəsində 4 milyondan çox çinli işləyəcək. Hindistanda "bulud" texnologiyaları sayəsində 2,75 milyon peşə yaranacaq.

   Onu da bildirək ki, hər bir üstün texnologiya kimi bu texnologiyanın da müəyyən zəif nöqtələri var. Ekspertlərə görə hazırda "bulud" texnologiyaların təhlükəsizlik səviyyəsi olduqca zəifdir bu amil onun geniş tətbiqinə böyük maneə yaradır. Bu səbəbdən bulud texnologiyalarının təhlükəsizlik problemlərinin müəyyənləşdirilməsi, onlara qarşı mübarizə üsullarının işlənməsi hazırda ən aktual məsələlərdən biridir.

   Bulud texnologiyalarının təhlükəsizlik problemlərinin həllinə həsr olunmuş çox sayda yanaşmalar irəli sürülmüşdür. Lakin qoyulan əksər təhlükəsizlik məsələləri bulud texnologiyalarının xüsusiyyətlərini, xarakteristikalarını özündə əks etdirmir.

 

  

Vasif CƏFƏROV

 

Ekspress.-2013.- 21-23 dekabr.- S.10.