Zaman və lideri
"Azərbaycan xalqını əmin etmək istəyirəm ki, mən bundan sonra da ölkəmizin hərtərəfli inkişafı, xalqımızın rifahı üçün əlimdən gələni əsirgəməyəcəyəm, doğma xalqımıza bundan sonra da sədaqətlə xidmət edəcəyəm...". "On il bundan əvvəl birinci dəfə prezident vəzifəsinə seçiləndə söz vermişdim ki, əgər xalq mənə etimad göstərərsə, mən ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam. Şadam ki, on il ərzində qarşıda duran bütün vəzifələr uğurla icra edildi".
Bu sözlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimindəki nitqindəndir. İlham Əliyevin yenidən dövlət başçısı seçilməsi xalqın iradəsini tam şəkildə əks etdirirdi: bu, azərbaycanlıların öz liderinə etimadı, onun son on il ərzində gördüyü işlərə verdiyi yüksək qiymət idi. "Azərbaycan xalqı görülmüş işlərə öz qiymətini, öz səsini verdi. Eyni zamanda, bu səsvermədə gələcəklə bağlı öz fikirlərini, arzularını ifadə etdi", - deyə prezident andiçmə mərasimində bəyan etmişdi.
Bu on ildəsə böyük uğurlara imza atılıb, inanılmaz təşəbbüslər reallığa çevrilib. Ən əsası risklər və təhlükələrlə dolu müasir dünyada Müstəqilliyimiz möhkəmlənib, ölkəmizdə ictimai-siyasi sabitlik qorunub. Bu fonda iqtisadi inkişafımızda sıçrayışlara nail olunub. Siyasi sabitlik və iqtisadi inkişaf dinamikası isə bütün istiqamətlər üzrə islahatlar aparmağa, fantastik sayılan təşəbbüslərin, layihələrin gerçəkliyə çevrilməsinə, Azərbaycanın beynəlxalq arenada söz sahibi olmasına və sonucda ölkəmizin daha da güclənməsinə real zəmin yaradıb.
Məhz bütün bunların, "təşəbbüsləri gerçəkliyə çevirən" liderin sayəsində dünyanın siyasi xəritəsində Azərbaycan dinamik, müasir, öz gücünə arxalanan və kimsədən asılı olmayan azsaylı dövlətlərdən birinə çevrilib.
***
Dekabrın 24-ü dövlət başçımızın ad günüdür, cənab prezidentin 52 yaşı tamam olur.
İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. 1967-1977-ci illərdə Bakı şəhərində orta məktəbdə oxuyub. 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ) daxil olub. 1982-ci ildə MDBƏİ-ni bitirən İ.Əliyev həmin institutun aspiranturasına daxil olub, 1985-ci ildə tarix elmləri namizədi dərəcəsini alıb. 1985-1990-cı illərdə MDBƏİ-də müəllim işləyib. 1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib.
1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. "Heydər Əliyevin neft strategiyası"nın həyata keçirilməsində fəal iştirak edib.
Suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifidir. Siyasi elmlər doktorudur.
O, 1995-ci və 2000-ci illərdə Milli Məclisə üzv seçilib.
1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti olan İlham Əliyev Olimpiya hərəkatının inkişafındakı xidmətlərə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilib. 1999-cu ildə YAP sədrinin müavini, 2005-ci ildəsə partiyanın sədri seçilib. 2001-2003-cü illlərdə AŞPA-da Milli Məclisin nümayəndə heyətinin rəhbəri olan İ.Əliyev 2003-cü ilin yanvarında AŞPA sədrinin müavini seçilib. 2003-cü ilin avqustunda baş nazir olan İ.Əliyev həmin il oktyabrın 15-də keçirilən prezident seçkisində qalib gəlib. Prezident seçkilərində seçicilərin 76%-dən çoxu İlham Əliyevin lehinə səs verib və o, 2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlayıb.
2004-cü ilin aprelində AŞPA-nın fəaliyyətində fəal iştirakına və Avropa ideallarına sədaqətinə görə AŞPA-nın fəxri üzvü diplomu və AŞPA medalı ilə təltif edilib.
2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73% səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib və 2008-ci il oktyabrın 24-də vəzifəsinin icrasına başlayıb.
2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə tam və şəksiz qələbə qazanan İlham Əliyev üçüncü dəfə Azərbaycan Respublikasının prezidenti seçilib və oktyabrın 19-dan vəzifəsinin icrasına başlayıb.
Azərbaycan, rus, ingilis,
fransız və türk dillərini mükəmməl bilir.
Evlidir. Üç övladı, iki
nəvəsi var.
***
İlham Əliyev siyasətinin
başlıca xətti
milli maraqlarımızın
qorunması, lideri olduğu ölkənin beynəlxalq arenada nüfuzunun artması və Vətənin siyasi-iqtisadi-mədəni planda
daha da çiçəklənməsidir.
O, yeni əsrin, prioritetləri qəfil və sərt şəkildə dəyişməyə meylli
dünyanın çağırışlarına
cavab verməyə qadir liderdir.
XXI əsr
başlayandan dünya
sosial-siyasi təlatümlər,
sarsıntılar, böhranlar,
çəkişmələr və cürbəcür risklərdən keçir,
planetimizin nizam və simasının necə şəkillənəcəyi
hələ də bəlli deyil. Qlobal çaxnaşmalar və supergüclərin qaranlıq
oyunları fonunda riskli coğrafiyada yerləşən bir ölkədə milli dəyər və maraqların keşiyində
durmaqla daxili və xarici siyasət yürütmək,
mövqe nümayiş
etdirmək ikiqat çətin missiyadır.
Üstəlik, Azərbaycan
lideri yalnız gərgin situasiyalardan çıxış yolu,
daxili və xarici problemlərə açar tapmaqla yetərlənmir, novasiyalara
həssas olan, irəlini - Azərbaycanın
perspektivlərini düşünən
bir rəhbər kimi İlham Əliyev Vətən və Xalq naminə
olan missiyası ilə qlobal miqyasda bir dövlət
kimi Azərbaycanın
üfüqlərini daha
da genişləndirir.
Zira
regional və qlobal məkanda sözünü
eşitdirməsən, söz
sahibi olmasan, prezidentin dediyi kimi hücum diplomatiyasına əl atmasan, ölkə hüdudlarında qalmaqla milli maraqları müdafiə etmək, Azərbaycan gerçəklərini
dünyaya çatdırmaq
mümkün deyil.
Məhz risk və təhdidlərlə dolu beynəlxalq arenada Azərbaycan liderinin çəkinməz və
davamli siyasətinin nəticəsidir ki, Azərbaycan beynəlxalq arenada müstəqil siyasət aparır, prezidentin sözləri ilə desək "biz heç kimdən asılı deyilik, öz hesabımıza yaşayırıq, Azərbaycan
xalqının yaratdığı
maddi imkanlar, dəyərlər hesabına
yaşayırıq".
Biz indi kimsədən pay ummuruq, əksinə Azərbaycanın
neft-qazından pay uman,
investisiya gözləyən
ölkələr var.
Dövlət müstəqilliyimizin memarı
Heydər Əliyev idisə,
ötən əsrin 90-cı illərindəki
xaosdan ölkəmizi ulu öndər xilas edib inkişaf
yoluna çıxırmışdısa,
bu təməl üzərində Azərbaycanın
bir dövlət kimi təhlükəsizliyinin
daha da möhkəmlənməsi,
iqtisadi sıçrayışı,
dünyadakı nüfuzu
və mahiyyətcə
qlobal sayıla biləcək misilsiz və nəhəng regional
layihələrin həyata
keçirilməsi İlham
Əliyevin adı ilə bağlıdır.
Azərbaycan lideri daim ölkəsinin
və xalqının ümiqlərini böyüdür,
plankanı yuxarı qaldırır, hər uğurdan sonra yeni yüksək hədəf müəyyən
edir: yeni zirvələrə yürüş
və fəth - bu, dövlət başçısının fəaliyyət
prinsipidir. Kimsəyə sirr deyil ki, cənab prezident hədəfə çatmaqda, milli maraqlar naminə layihə və ideyaları gerçəkləşdirmək
yolunda prinsipial siyasət yürüdür,
heç bir əngəl tanımır.
Son on ildə
biz dəfələrlə gerçəkləşməsi
inanılmaz görünən
layihə və təşəbbüslərin baş
tutmasına, siyasət,
diplomatiya, iqtisadiyyyat,
mədəniyyət və
idman sahəsində əldə edilən uğurlara dəfələrlə
şahid olmuşuq.
Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü
olmaqla böyük diplomatik zəfərə imza atıb.
"Eurovision" mahnı yarışına
ev sahibliyi
etməklə dünyanın
diqqətini özünə
cəlb edib. Türkiyə ilə TransAnadolu
qaz kəməri
(TANAP) kimi bütün
dünyaya səs salan, hətta transmilli neft-qaz şirkətlərinə
qəfil sürpriz olan layihəni və Azərbaycan qazını Avropa bazarlarına çıxaracaq
TransAdriatik qaz kəmərini (TAP) gerçəkləşdirmək
ərəfəsindəyik.
Bu il
dekabrın 17-də Bakıda
daha bir tarixi hadisəyə imza atıldı - "Şahdəniz" layihəsinin
ikinci mərhələsi
üzrə yekun investisiya qərarı imzalandı. Bu layihə
gələcəkdə ölkəmizin
müstəqil inkişafına
daha bir töhfə olacaq, həm də Avropanın enerji təhlükəsizliyinin təmin
edilməsində rol alacağıq.
2015-ci ildəsə məhz Bakıda Birinci Avropa Olimpiya Oyunları keçiriləcək.
İlham Əliyev artıq bəyan edib ki, bu
Oyunların hansı standartlara cavab verəcəyini Azərbaycan
müəyyən edəcək:
"Biz istəyirik ki,
bu oyunları ən yüksək səviyyədə, Yay Olimpiya Oyunları səviyyəsində keçirək
və buna imkan var".
Azərbaycanın hazırda gəlib
çatdığı səviyyə,
artan iqtisadi potensialı, düşməndən
qat-qat üstün olan hərbi gücü göz önündədir. Nəhəng
layihələr, siyasi,
iqtisadi, eləcə də cəmiyyət həyatındakı uğurlar,
xarici siyasət kursu, milli təhlükəsizliklə,
neft-qazla bağlı strategiya, ictimai-siyasi sabitlik, dinamik iqtisadi inkişaf, əhalinin sosial rifahının artması,
yoxsulluğun azaldılması,
sahibkarlığın inkişafı,
milli-mənəvi dəyərlərimizə
qayğı və s. sahələrdə atılan
addımlar Azərbaycanı
regionun liderinə çevirib.
Zamanın saatı və
bölgədə gedən
siyasi proseslər Azərbaycanın xeyrinə
işləyir. Ermənistanın qeyri-konstruktiv, vasitəçi
superdövlətlərin ikili
oyunlarına rəğmən,
Azərbaycan Dağlıq
Qarabağ danışıqlarında
prinsipial mövqeyini davam etdirir. Prezidentin mövqeyi qətidir: Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ
münaqişəsi Azərbaycanın
ərazi bütövlüyü
çərçivəsində öz həllini tapmalıdır.
Ermənistan isə bütün
regional layihələrdən təcrid edilib, havadarlarının dilənçi
payı olmasa, bu erməni dövləti gec-tez iflas edəcək.
Bu faktdır
ki, Cənubi Qafqazda heç bir regional layihə Azərbaycan və onun liderinin fikri öyrənilmədən,
onunla məsləhətləşmədən
reallaşdırılmır. Artıq bütün dünya, Qərb liderləri mürəkkəb bir regionda balanslaşdırılmış
və uğurlu xarici siyasət yürüdən Azərbaycanın
etibarlı tərəfdaş
olduğunu etiraf edirlər.
Bu günün
Azərbaycanı zamanın
çağırışlarına cavab verə-verə yeni-yeni hədəflərə
doğru irəliləyir.
"Ekspress" qəzetinin
kollektivi cənab Prezidenti ad günü münasibətilə təbrik
edir, ona cansağlığı, uzun
ömür və böyük missiyasını
yerinə yetirməkdə
- Azərbaycanı daha
zəngin ölkəyə,
qüdrətli dövlətə
çevirmək yolundakı
ali fəaliyyətində
böyük uğurlar
arzulayır.
A.Xəlil
Ekspress.-2013.- 24 dekabr.- S.3.