Rəqəmsal
dünyanı proqramlarsız təsəvvür etmək olmur
İnformasiya və kommunikasiya texnologiyalarının
inkişaf etdirilməsi
Son illərdə həyatımızın bütün sahələrində rəqəmsal sistemlərdən istifadə genişlənib. Müasir dövrümüzdə rəqəmsal sistemlə işləyən qurğu ilə təchiz edilməyən mexaniki vasitə tapmaq çətindir.
Rəqəmsal sistemlərlə təchiz edilən mexaniki vasitələrin idarəedilməsi daha da asanlaşıb, eyni zamanda həmin qurğular bu cür sistemlərin köməyi ilə daha çox funksiyanı yerinə yetirmək imkanına sahib olub. Beləliklə, həyatımıza, istehsal və xidmət sahələrinə rəqəmsal qurğuların daxil olması gündəlik fəaliyyətimizi xeyli sadələşdirib.
Rəqəmsal sistemləri belə dəyərli edən əsas cəhət onların proqramlaşdırma xüsusiyyətinə sahib olmasıdır. Hər bir elektron qurğunun təyinatı üzrə işləyə bilməsi üçün onun proqram təminatının olması vacibdir. Proqram təminatı olmayan ən sadə elektron qurğu belə verilən əmri icra edə bilməz, həmin qurğu tamamilə lazımsız əşyaya çevrilər. Günümüzdə rast gəldiyimiz sadə kalkulyatordan ən mürəkkəb kompüterlərə kimi bütün elektron vasitələr proqram təminatına, yəni onun üçün yazılan proqramlara möhtacdır.
Deməli, əslində həyatımızın daha da rahatlaşmasının əsas səbəbkarı proqramlardır. Elm-texnologiya inkişaf etdikcə nəinki yeni, həm də ənənəvi texniki vasitələrin idarəetmə qurğularında rəqəmsal sistemlərdən istifadə genişlənib. Günümüzdə məişətdə tez-tez rastlaşdığımız televizor, telefon, foto və video aparat, paltaryuyan və qabyuyan maşın, kondisioner, pultlar və s. kimi vasitələrin idarəetmə sistemi proqram təminatına sahib olan rəqəmsal sistemlərlə təchiz edilir.
Proqram təminatı üçüncə sözsüz ki, kiproqramlaşdırmaya ehtiyac var. Yəni, kimsə proqram yazmalıdır ki, qurğuları idarəedilməsi, müəyyən komandaları icra etməsi mümkün olsun. Bu tələblə əlaqədar olaraq son illərdə dünyada proqramçılara, proqramlaşdırmaya və cürbəcür proqramlara ehtiyac artır. Ümumi inkişaf istiqaməti göstərir ki, gələcəkdə bu sahə daha populyar olacaq.
Proqramların elektron qurğular üçün əhəmiyyətini
kompüterlərdə daha aydın
görmək olur. Arxitektura
cəhətdən dünyada mövcud olan əksər
kompüterlər arasında elə də böyük
fərq yoxdur. Evdə istifadə etdiyimiz kompüterlə kosmik
tədqiqatlarda istifadə olunan
kompüterlər bir-birindən əsasən, yaddaş
və sürətinə görə fərqlənir. Bəs,
kompüterlərə bu qədər
müxtəlif işlər yerinə yetirməsinə imkan verən nədir? Əlbəttə ki, kompüterləri təyinatına görə
bir-birindən fərqləndirən əsas cəhətlər
məhz proqramlardır. Proqram kompüterə
hansı işlər görməli olduğunu
bildirir. Proqramlarsız kompüter
tamamilə yararsız bir əşyadır.
Kompüterdə əməliyyat sistemindən (Windows) tutmuş kalkulyatora qədər bütün vasitələr ayrılıqda bir proqramdır. Windows ən böyük proqramdır. Onun tərkibində isə minlərlə xırda proqramlar var. Antivirus, viruslar və s. kompüterdə bilinən hər şey ayrılırdı proqramdır.
Proqramı isə əlbəttə ki, proqramçılar tərtib edir. Bu iş son dərəcə çətin və məsuliyyətlidir. Proqramın hazırlanma prosesi, onun daxili strukturu və yerinə yetirilmə prosesi kifayət qədər mürəkkəb məsələlərdir və bu məsələlərlə məşğul olmaq təcrübə və yaradıcı bilik tələb edir.
Proqram dedikdə müəyyən şərtlərə və nizama görə lazım olan əməliyyatlar toplusu nəzərdə tutulur. Proqramlaşdırma da, proqram yazıb-yaratmaq da sənətidir. Müxtəlif problemlərin həll olunmasında proqramlar zəruridir. Yazılan proqramlar həyatımızın bir çox hissəsində bizə lazım olmaqda, işlərimizi asanlaşdırırı. Elə insan yoxdur ki, həyatı boyunca hansısa proqramla bilərək və ya bilməyərək təmasda olmasın.
Bəhs etdiyimiz hər proqramın yazılması üçünsə proqramlaşdırma dillərindən istifadə edilir. Bu dillər vasitəsi ilə yazılan məhsullar sırasında kompüterimizə yüklədiyimiz müxtəlif proqramları (Office, Photoshop, oyunlar və s.), mobil telefonlara yüklənən proqramları, paltaryuyan maşınların, bəzi nəqliyyat vasitələrinin (avtomobil, qatar, təyyarə kimi) və s. digər qurğuların avtomatik idarə edilməsi üçün yazılan proqramları göstərmək olar.
Kompüter və digər qurğulardakı sistemin "başa düşdüyü" yeganə dil isə maşın dilidir. Buna "maşin kodu" da deyilir. Maşının birbaşa başa düşəcəyi dillə proqram tərtib etmək, sonra isə onun düzgünlüyünü yoxlamaq çox çətindir. Çünki bunun üçün ya bütün komandaların kod və formatını yadda saxlamaq, ya da hər dəfə xüsusi cədvəllərdən istifadə etmək lazım gəlir. Kodlaşdırmada azacıq səlıqəsizlik, yazıda yanlışlıq, rəqəmlərin yerinin qarışdırılması gözlənilməz nəticələrə aparıb çıxarır. Yol verilən səhvi tapmaq da asan iş deyil, çünki proqramçının qarşısında az-çox aydın dildə yazılmış alqoritm deyil, rəqəmlər yığını durur.
Assembler proqramlaşdırma
dili maşın dilinə ən yaxın proqram sayılır. Lakin assemblerlə proqramlaşdırma
olduqca mürəkkəbdir
və uzun-uzadı əməliyyat aparmaq lazım gəlir.
Proqramlaşdırma dillərinin asanlaşdırılması
üçün son onilliklərdə
xeyli təkmilləşdirmələr
aparılıb. İlk addım
kimi komandaların adi sözlərin qısaltmaları ilə göstərilməyə başlandı
və bu məsələdə xeyli
təkmilləşdirmə aparıldı. İdeya
sadə olsa da, onun gerçəkləşdirilməsi
yazılmış proqramların
digər proqramçılar
tərəfindən qavranılmasını
asanlaşdırmağa, səhvlərin
sayını azaltmağa,
proqramçıların işini
yüngülləşdirməyə imkan verdi.
Tədricən, dillər sadələşdirildi,
daha zəngilləşdirildi
və daha böyük proqramlar yazılmağa başlanıldı.
Dillər nə qədər
zənginləşdirilsə də istənilən dildə yazılan proqramın yenidən maşın dilinə çevrilməsi lazımdır.
Bu işə kompilyasiya, onu həyata keçirən proqram isə kompilyator adlanır.
Hazırda da bu
Assembler proqram dilindən
istifadə edilir.
Bi dil vasitəsilə
effektiv və kompakt proqramlar yaradılır. Assemblerlərdən
sistem proqramlarının,
drayverlərin, kompüterin
aparat resurslarına müraciət üçün
və s. proqramların
yaradılmasında istifadə
edilir.
Digər tanınmış dillərdən C (Si)" proqramlaşdırma
dilini göstərmək
olar. Bu dil
Bell laboratoriyasında yaradılıb
və assembler dilini əvəz etmək üçün nəzərdə
tutulub. Assemblerdən
fərqli olaraq C konkret tip prosessordan asılı deyil.
C++ (si
plas-plas) 1980-cı ildə
Byörn Straustrup tərəfindən yaradılıb.
Proqramın imkanları proqramçının
işinin məhsuldarlığını
artırırır. C++
C dilinin təkmilləşdirilmiş
variantı da sayıla bilər.
C#(C Sharp) Microsoft.Net platformu ilə birlikdə təqdim olunan C ailəsinə aid yeni obyekt orientasıyalı
dillərdən biridir.
Fortran - 1950-ci illərdə Cim Bekus tərəfindən yaradılan ilk kompilyasiya dilidir. Bu dildən
hal-hazırda da bütün dünyada istifadə edilir. 2000-ci ildə Fortranın
yeni versiyası yaradılıb.
CAL- Wouter Van Ooicen tərəfindən 16F84 ,16C84,16F877, Scenix SX18 ve SX28 kimi mikrokontrollerləri
proqramlaşdırmaq üçün
yaradılan dildir.
Cava 1990-cı illərdə Sun kompaniyası
tərəfindən S++ proqram
dili əsasında yaradılıb. Cava S++ proqram dili əsasında
əlavələrin işlənməsini
sadələşdirir və
hazırda ən məhşur proqramlaşdırma
dilidir.
Pascal - 1970-ci illərdə Niklaus Birt tərəfindən yaradılıb, Alqol dilinə daha çox oxşayır.
Delphi- Pascal dilinin əsasında yaradılan
dildir.
Cobol - 60-cı illərdə yaradılıb,
iqtisadi sahədə, biznes məsələlərin
həllində istifadə
edilir. Bu proqramın
operatorları adi ingilis cümlələrinə
çox bənzəyir.
İnternetdə proqramlaşma dilləri
isə fərqlidir.
Onlara nümunə kimi
HTML - web-səhifələrin
hazırlanmasında istifadə
edilən populyar dildir.
XML - Həm
insanlar həm informasiya əməliyyat sistemləri tərəfindən
asanca oxuna biləcək sənədlər
yaratmağa yarayan dildir.
PHP - (Hypertext
Preprocessor) dinamik veb səhifələr yaratmaq
üçün 1995-ci ildə
yaradılıb.
Proqramlaşdırma sənətinin inkişafı,
proqram məhsullarına
tələbatın artması
nəticəsində hazırda
bu fəaliyyətin böyük bazarı da formalaşıb. Bu sahədə iri
şirkətlər var. Belə
şirkətlərdən ən
böyüyü 1975-ci ildə
təsis edilən
"Microsoft" korporasiyasıdır.
Şirkət proqram təminatı
istehsalında dünya
lideridir. "Microsoft"
korporasiyası geniş
çeşidli proqram
məhsulları hazırlayır
və istehsal edir. Onların arasında stolüstü
və şəbəkə
əməliyyat sistemləri,
müştəri-server mühitləri
üçün server tətbiqləri,
istifadəçilər üçün
stolüstü biznes-tətbiqlər
və ofis tətbiqləri, interaktiv proqram və oyunlar, internet şəbəkəsində
işləmək üçün
vasitələr və
hazırlama alətləri
var.
"Microsoft" korporasiyasının məhsulları
80-dən artıq ölkədə
satılır, Azərbaycan
dili də daxil olmaqla 45-dən çox dilə tərcümə edilib və fərdi kompüter platformalarının
əksəriyyəti ilə
uyğundur. 2005-ci ildən Azərbaycanda fəaliyyət göstərən
"Microsoft Azerbaican" şirkətinin
başlıca fəaliyyət
istiqaməti elektron idarəetmə, biznes inzibatçılığı və təhsil sistemi üçün yeni məhsulları tətbiq etməkdir.
Proqramlaşdırma sənətinin son illərdə inkişafı
dünyada ona olan münasibəti də dəyişib.
Bu sahə böyük
hörmət və dayər qazanmaqdadır.
Buradan irəli gələrək
dünyanən əksər
qabaqcıl ölkələrində
Proqramçılar Günü
qeyd edilir. Proqramçılar günü
- bir "bayt" ın sahib ola biləcəyi 256 fərqli
dəyərin tapılması
səbəbiylə ilin
256-cı günü (normalda
13 sentyabr, artıq illərdə yəni fevral 29 gün olduğu illərdə 12 sentyabr) qeyd olunması təklif edilən gündür.
Rusiyada hətta bu gün rəsmi tətil günü elan edilib. Azərbaycandada həmin günün
ayrıca qeyd edilməsi arzu edilir.
Yeri gəlmişkən bildirək
ki, dekabrın 24-də
"Microsoft Azerbaican" şirkəti
proqramlaşdırmaya marağı
artırmaq məqsədilə
Bakıda informasiya texnologiyaları mütəxəssisləri
və tələbələr
üçün mobil
və "bulud" proqramlaşdırmasına dair
seminar təşkil edib.
Şirkətdən bildirilib
ki, seminarda "Windows
Phone 8" əməliyyat sistemi
üçün mobil
əlavələrin yaradılması,
mobil əlavələr
üçün "Windows Azure Mobile
Services" xidməti, universal API-nin yaradılması və "Microsoft Office Share Point" yeni paketi üçün
əlavənin yaradılması
kimi məsələlər
müzakirə olunacaq.
Vasif CƏFƏROV
Ekspress.-2013.-25 dekabr.-S.9.