Məlumat Hesablama Mərkəzinin
layihələri
İnformasiya və kommunikasiya
texnologiyalarının inkişaf
etdirilməsi
Azərbaycan dövləti ölkədə
informasiya-kommunikasiya texnologiyalarının
(İKT) inkişafı məqsədilə
son illərdə həyata
keçirdiyi layihələrin
bir çoxunun koordinasiyası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin
(RİTN) Məlumat Hesablama
Mərkəzi (MHM) tərəfindən
icra edilir. Mərkəzin fəaliyyət sahəsi informasiya texnologiyalarının
demək olar ki, bütün istiqamətlərini əhatə
edir.
Bunlar arasında respublikanın bütün ərazisini əhatə edən məlumatların ötürülməsi şəbəkəsi olan AzDataKom-un idarə edilməsini, fiziki və hüquqi şəxslərə internet və data xidmətlərin göstərilməsini, Milli Sertifikasiya Xidmətləri Mərkəzinin fəaliyyətinin təşkilini, elektron imza texnologiyalarının və sertifikatların respublikada yayılmasını, "Elektron hökumət" infrastrukturunun yaradılması və mərkəzi icra hakimiyyəti orqanları tərəfindən göstərilən e-xidmətlərin vahid platforma əsasında fiziki və hüquqi şəxslər tərəfindən istifadəsinin təmin edilməsini, operativ rejimdə hesablama işlərinin yerinə yetirilməsini və s.-i göstərmək olar.
Qeyd edilənlərlə bərabər mərkəz bir neçə layihəni də həyata keçirir ki, bu layihələr İKT-nin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edir. Bu layihələr arasında "Elektron hökumət", "Elektron imza", AzDataCom, Mobil Cihazların qeydiyyatı Sistemi və Reyestr Xidməti layilərinin adını çəkmək olar.
"Elektron hökumət" layihəsi müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsinə şərait yaradır. Yaradılan yeni imkanların əsas məqsədi xidmətlərin göstərilməsi üçün dövlət qulluqçuları və vətəndaşlar arasında olan "məsafəni" maksimum azaltmaq, bu münasibətləri sadələşdirmək və şəffaflaşdırmaqdır. Bu məqsədə nail olmaq üçün dövlət orqanları tərəfindən elektron xidmətlərin geniş tətbiqi, onların sayının və keyfiyyətin artırılması, vətəndaşların xidmətlərdən məmnunluğunun yüksəldilməsi vacibdir.
Beynəlxalq təcrübəyə əsasən, vətəndaşların dövlət orqanları ilə təmaslarının daha rahat və münasib şəkildə təşkili üçün dövlət orqanlarının göstərdiyi elektron xidmətlərin bir məkanda cəmləşdirildiyi "elektron hökumət" portalı "bir pəncərə" prinsipi əsasında yaradılır.
RİTN bu sahədə görülən işlərin əlaqələndiricisi olaraq "elektron hökumət"in formalaşdılrması üzrə digər dövlət orqanları ilə sıx əməkdaşlıq edir və müvafiq infrastrukturun yaradılması üzrə fəaliyyət göstərir. Artıq elektron imzalarn istifadəsi üçün Milli Sertifikasiya Xidmətləri Mərkəzi yaradılıb, dövlət orqanlarının informasiya sistemləri arasında informasiya mübadiləsini təmin edən infrastruktur qurulub, "Elektron hökumət" portalı hazırlanaraq istifadəyə verilib. Bütün dövlət qurumları bunlardan bəhrələnərək vətəndaşlara elektron xidmətlərin göstərilməsini təmin edə bilərlər.
Vətəndaşlara, dövlət qurumlarına, yerli icra hakimiyyəti orqanlarına, biznes strukturlarında işləyən hüquqi və fiziki şəxslərə Milli Sertifikasiya Xidmətləri Mərkəzi tərəfindən elektron sənədi təsdiq edən elektron imza verilir. Elektron imzanın və elektron sənədin istifadəsi, elektron sənəd dövriyyəsinin tətbiqi, əlaqədar subyektlərin hüquqlarının müəyyənləşdirilməsi və aralarında yaranan münasibətlərin hüquqi əsasları "Elektron imza və elektron sənəd haqqında" qanunla tənzimlənir.
Artıq "elektron hökumət"in formalaşdılrması üzrə elektron imzaların istifadəsi üçün, dövlət orqanlarının informasiya sistemləri arasında informasiya mübadiləsini təmin edən infrastruktur yaradılıb. Bütün dövlət qurumları və yerli icra hakimiyyəti orqanları, biznes strukturları bunlardan bəhrələnərək elektron xidmətlərin göstərilməsi vasitəsilə vətəndaşlara, fiziki və hüquqi şəxslərə xidmət edə bilərlər.
Yaradılan geniş informasiya mühitində informasiya və kommunikasiya texnologiyalarından vətəndaşlar tərəfindən kütləvi istifadə edilməsi, sosial və iqtisadi fəaliyyətin yeni formalarının yaradılması, informasiyanın əmtəəyə çevrilməsi, beynəlxalq, milli və regional səviyyədə informasiya mübadiləsi sistemlərinin imkanlarının artması cəmiyyətin ümumi inkişafına xidmət edir.
Məlumat Hesablama Mərkəzi tərəfindən icra edilən digər mühüm layihə AzDataCom şəbəkəsidir. AzDataCom şəbəkəsinin yaradılması layihəsi RİTN tərəfindən BMT-nin İnkişaf Proqramının (UNDP) tərəfdaşlığı ilə həyata keçirilən "Milli E-İdarəcilik Təşəbbüsü" layihəsinin əsas komponenti kimi yaradılıb. AzDataCom layihəsi məlumatların ötürülməsi üçün ölkənin bütün regionlarını əhatə edən şəbəkə infrastrukturunun qurulmasını nəzərdə tutur.
Layihənin məqsədi milli informasiya və kommunikasiya infrastrukturunun potensialının artırılması, dövlət orqanlarının, əhalinin və biznes sektorunun İKT xidmətlərinə artan tələbatının ödənilməsi, informasiya cəmiyyəti quruculuğunun mühüm elementi olan e-idarəciliyin inkişaf etdirilməsi, ölkədə rəqəmli geriliyin aradan qaldırılması və e-hökumət xidmətlərindən istifadə imkanlarının təmin edilməsidir.
Layihə RİTN və BMT-nin İnkişaf Proqramının birgə layihəsidir. 2004-cü ildən icrasına başlanılan layihədə AzDataCom şəbəkəsinin qurulması 4 mərhələdə həyata keçirilib. I və II mərhələlərdə şəbəkənin Bakı, Sumqayıt şəhərlərini və Abşeron yarımadasını əhatə edən seqmenti istifadəyə verilib. III və IV mərhələlərdə Bakı-Gəncə, Yevlax-Şirvan, Bakı-Astara istiqamətlərindəki rayonlar şəbəkəyə qoşulub.
Şəbəkənin əsas xüsusiyyəti onun bütün regionları əhatə etməsi, miqyaslanma mümkünlüyü, inteqrasiya imkanlılığı, səmərəliliyi, etibarlılığı, dayanıqlılığı, təhlükəsizliyi və yüksək sürətliliyidir.
Bu layihənin icrasından çox ciddi nəticələr gözlənilir. Əsas nəticələr Bakı ilə regionlar arasında yüksəksürətli əlaqənin təmin olunması, regionlarda internetin inkişaf etdirilməsi və İKT-dən istifadə imkanlarının artması, "Maliyyə xidmətlərinin inkişafı" layihəsinin həyata kecirilməsinə dəstək verilməsi (poçt şobələrinin AzDataCom-a qoşulması), NGN texnologiyası və İP-telefoniya xidmətlərinin inkişaf etdirilməsi, distant təhsil, e-kommersiya, biznesin məsafədən idarə olunması və digər mütərəqqi fəaliyyət formalarının dünya standartlarına uyğun təşkilinə şərait yaradılmasıdır.
Mobil cihazların qeydiyyat sistemi (MCQS) Məlumat Hesablama Mərkəzində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 2011-ci il tarixli qərarı ilə təsdiq edilən "Mobil cihazların qeydiyyatının aparılması Qaydası"-na uyğun yaradılıb. Mobil cihazların qeydiyyat sisteminin yaradılması İnformasiya Komminikasiya Texnologiyaları İli çərçivəsində həyata keçirilən tədbirlər sırasındadır.
Şəxsi istifadə məqsədi ilə ölkə ərazisinə gətirilərək istifadə olunan (respublikamızın mobil operatorlarının SİM kartları vasitəsi ilə) hər bir mobil cihazın İMEİ nömrəsi həmin cihazın şəbəkədən xidmət almağa başladığı tarixdən ən geci 30 (otuz) gün müddətində qeydiyyata alınmalıdır.
Bu qayda respublikamiza gələn xarici qonalqlar, turistlər tərəfindən xarici ölkə operatorunun SİM kartı ilə rouminq xidmətindən istifadə edilən cihazlara şamil olunmur. Yəni, onlar xarici ölkə operatorlarının SİM kartları ilə işləyən cihazlardan maneəsiz olaraq istifadə edə bilərlər.
Qediyyat sistemi istismara başladığı tarixədək Azərbaycanda mobil rabitə şəbəkələrində istifadə edilən bütün mobil cihazların İMEİ nömrələri qeydiyyata alınmış hesab edilir. Yeni mobil cihazların qeydiyyatının yüksək səviyyədə təşkil edilməsi üçün əhali qaynar xətdən və ya internet səhifəsindən bu barədə aldığı məlumatlarla yanaşı, eyni zamanda mobil operatorların müştəri xidmətlərindən ətraflı məlumat əldə edə biləcəklər.
Mobil cihazlardan *#06# yığmaqla İMEİ nömrəsini müəyyən etmək olar. www.imei.az internet səhifəsindən istifadə etməklə abunəçilər istifadə etdikləri mobil cihazların İMEİ nömrələri ilə cihazların orijinallığını müəyyənləşdirə, eləcə də əlavə məlumatlar əldə edə biləcəklər. Mobil cihazların qeydiyyatının aparılmasında məqsəd abunəçilərin mobil cihazlarından rahatlıqla istifadə edilməsinə şərait yaradılmasından, mənşəyi bilinməyən, texniki parametrləri standartlara uyğun olmayan, keyfiyyət əmsalları aşağı olan və insan orqanizmi üçün zərərli elektromaqnit şüalanmaları yayan (xalq arasında "pirat" kimi tanınan) mobil cihazların ölkəyə idxalının qarşısının alınmasından, həmçinin istehsalçı şirkətlərin tanınma dərəcəsinin və rəqabət qabiliyyətinin yüksəlməsinin təmin edilməsindən ibarətdir.Eyni zamanda, qeydiyyat sistemi itirilən mobil cihazların şəbəkədə istifadəsini mümkünsüz edir.
İtirilən mobil cihaz sahibinin qeydiyyat mərkəzinə müraciəti əsasında həmin cihazdan respublika ərazisində istifadə dayandırılır və oğurlanan mobil cihaz qısa müddətdə lazımsız əşyaya çevrilir. Bununla yanaşı, qeydiyyat sistemi, qeyri-qanuni yollarla ölkə ərazisinə idxal olunan mobil cihazlardan istifadənin qarşısının alınmasını təmin edir. Qeyd olunduğu kimi, mobil cihaz qeydiyyat sistemi müvafiq qərara əsasən Məlumat Hesablama Mərkəzində yaradılıb. Bununla bağlı Məlumat Hesablama Mərkəzində mərkəzi baza sistemi quraşdırılıb. Eyni zamanda, mobil operatorların şəbəkələrində uyğun avadanlıqlar quraşdırılıb və mərkəzi baza sistemi ilə uyğunlaşdırılıb. Dövlət Gömrük Komitəsi və Naxçıvan Muxtar Respublikası da mərkəzi baza sisteminə qoşulub.
Sevindirici haldır ki, belə bir sistemin proqram təminatı yerli mütəxəssislər tərəfindən hazırlanıb.
Hazırda belə sistemdən Türkiyədə, ABŞ-da,
Hindistanda istifadə edilir. Ukraynada da bənzər
sistemin tətbiqinə
cəhdlər edilmiş,
lakin müvəffəqiyyətlə
sonlandırılmamışdır. Avropa ölkələrində isə
oğurluq mobil cihazlar barədə məlumat mübadiləsi
vahid qara siyahı üzərindən
təşkil olunur.
Dövlət İnformasiya Ehtiyatlarının
və Fərdi Məlumatların İnformasiya
Sistemlərinin Dövlət
Reyestri dövlət informasiya ehtiyatlarının
və sistemlərinin idarə edilməsinin tənzimlənməsi, dövlət
orqanları tərəfindən
əhaliyə göstərilən
xidmətlərin təkmilləşdirilməsi,
genişləndirilməsi və
şəffaflığın artırılması məqsədilə
RİTN-ə dövlət informasiya
ehtiyatlarının və
fərdi məlumatların
informasiya sistemlərinin
dövlət qeydiyyatının
(reyestrinin) aparılması
tapşırılıb.
Qanunvericiliyə uyğun olaraq,
yeni yaradılan, quruluşunda dəyişikliklər
aparılan, fəaliyyəti
dayandırılan informasiya
ehtiyatları haqqında
məlumatların Dövlət
Reyestrinə daxil edilməsi və ya müvafiq düzəlişlərin edilməsi
üçün lazımi
sənədlər (müraciət
ərizəsi və qeydiyyat kartı) müraciət edən tərəfindən 20 gündən
gec olmayaraq Reyestrin operatoruna təqdim edilməlidir.
Həmçinin "Fərdi məlumatlar
haqqında" Azərbaycan
Respublikası Qanununun
qüvvəyə minməsinə
qədər mövcud
olan və Qanunun tələblərinə
uyğun olaraq qeydiyyatı məcburi olan informasiya sistemləri dövlət qeydiyyatından keçirilməlidir.
Vasif CƏFƏROV
Ekspress.-2013.-5 iyun.-S.9.