Kitabxanalarda informasiya-kommunikasiya texnologiyaları
İnformasiya
və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi
Ötən
əsrin ən böyük elmi kəşflərindən olan
internet müasir dövrdə informasiyanı ən sürətlə
təmin edən vasitədir. Əgər 20 il əvvəl
dünyada təxminən 1,5 milyon nəfərin internetdən
istifadə etmək imkanı vardısa, 1996-cı ildə
onların sayı 60 milyon, 2006-cı ildə isə 880 milyona
çatırdı. Hazırda dünyada 3 milyarddan çox
insan informasiya əldə etmək üçün internetdən
istifadə edir.
Cəmiyyətdə informasiya əldə etmək üçün əsas yerlərdən biri də kitabxanalardır. Müasir kitabxana öz elektron sənəd fondunu, elektron resurslarını mütəmadi olaraq zənginləşdirir, verilənlər bazası yaradır, istənilən elektron materialı bütün sutka boyu, həm də kitabxana binasından kənarda belə çatdıra bilir. Yəni, kitabxana bu gün kitab əldə etmək, onu saxlamaq, qorumaq və oxuculara müvəqqəti istifadəyə vermək kimi ənənəvi funksiyaları ilə yanaşı, həm də bütün kitabxana proseslərinin tam kompüterləşdirilməsi nəticəsində virtual (elektron) informasiya mərkəzinə çevrilməkdədir. Göründüyü kimi, informasiya kommunikasiya texnologiyalarının (İKT) tətbiq edilməsi kitabxanaların əsas funksiyasının, strukturunun, təyinatının dəyişməsinə gətirib çıxarır, onları çoxfunksiyalı bir təsisata çevirir. Bu çoxşaxəli fəaliyyət sahəsi kitabxanaların cəmiyyətdə əhəmiyyətini getdikcə artırır. Məhz buna görə də kitabxanalara müasir informasiya texnologiyalarının tətbiq edilməsi son dərəcə vacib bir məsələdir. Fikrimizcə, zəngin fonda malik olan kitabxanalarda müasir informasiya texnologiyaları tətbiq edilməli, elektron bazalar yaradılmalıdır.
Elektron resurslar yaradılarkən kitabxanaların profili əsas götürülməli, pərakəndəliyə, sistemsizliyə, səthiliyə yol verilməməlidir. Ölkənin siyasi, iqtisadi, mədəni həyatına, onun tarixinə, beynəlxalq əlaqələrinə, elmi potensialına, incəsənətinə, Dağlıq Qarabağ probleminə, Xocalı soyqırımına, diasporlarımıza aid müxtəlif dillərdə mükəmməl elektron resursların hazırlanıb lokal və qlobal şəbəkələrdə yerləşdirilməsi aparıcı kitabxanaların əsas vəzifələrindən biri olmalıdır. Mədəni və tarixi irsimizin qorunub saxlanılması kitabxanaların inkişafına gedən yoldan keçir. Bu sahənin inkişaf etdirilməsi ilə yanaşı, kitabxanalarımızın dünya informasiya məkanına daxil olmasını təmin etmək istiqamətində də işlər görülməkdədir.
XXI əsrin bizə verdiyi imkanlar bu işin həyata keçirilməsini daha da asanlaşdırır. Bu gün respublikamızda geniş kitabxana informasiya şəbəkəsinə malik olan kitabxanalar mövcuddur. Ölkədə kitabxanaçılıq fəaliyyətinin yaxşılaşdırılması, onların müasir tələblərə cavab verən texnologiya və proqram təminatları ilə əlaqədar Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 20 aprel 2007-ci il tarixli "Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında" sərəncam imzalayıb. Sərəncamın icrası Mədəniyyət və Turizm və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birgə işi sayəsində həyata keçirilir. Belə ki, sərəncama əsasən kitabxanalar modernləşməli, müasir informasiya texnologiyaları ilə təmin edilməli, Azərbaycanın regionlarında fəaliyyət göstərən kitabxanalar təmir olunmalı, ölkənin iri kitabxanalarının elektron kataloqu və elektron kitabxanası müasir standartlar səviyyəsinə qaldırılmalı və onun bazasında "Azərbaycan ədəbiyyatının virtual kitabxanası"nın oxucuların tam istifadəsinə verilməsini təmin etməlidir.
Qeyd
etdiyimiz kimi, müasir şəraitdə ölkənin
yüksək səviyyədə inkişafı üçün yeni
keyfiyyətdə informasiyalaşmış mühitin
yaradılması zəruridir. Tarixi-mədəni, ədəbi-bədii
və elmi-fəlsəfi irsin
toplanmasında, nəsildən-nəsilə
çatdırılmasında və cəmiyyətin intellektual, mənəvi potensialının
inkişafında kitabxanalar əvəzsiz rol oynayır. Kitabxana fondlarının müasir informasiya daşıyıcıları ilə
zənginləşdirilməsi, dünyanın qabaqcıl kitabxana-informasiya müəssisələrinin təcrübəsindən
istifadə edilməsi, elektron məlumat
bazalarının yaradılması dövrümüzün
vacib məsələlərindən biridir. Ötən əsrin 90-cı illərinin
əvvəllərində ölkədə baş
verən hadisələr kitabxanaların da
fəaliyyətinə təsirini göstərib, onların maddi-texniki bazasının olduqca
zəifləməsinə gətirib çıxarıb.
Prezident İlham Əliyevin müvafiq sərəncamından sonra ölkə ərazisindəki kitabxanalar müasir texniki avadanlıqlarla təmin olunub, kitabxanaların avtomatlaşdırılması prosesi gücləndirilib, kitabxanalarda yeni texnologiyaların tətbiqi və istifadəsinə başlanılıb. Ölkəmizdə kitabxana-informasiya sahəsində yeni texnologiyaların tətbiqi və istifadəsi nəticəsində müasir kitabxana-informasiya infrastrukturunun yaradılmasına, istifadəçilərə göstərilən kitabxana-informasiya xidmətinin dünya standartları səviyyəsinə çatdırılmasına şərait yaradılıb. Kitabxana tərəfindən edilən hər bir yenilik hər şeydən əvvəl oxucuya yönəldilir. Ümumiyyətlə, müasir kitabxana işini yeni informasiya və kommunikasiya texnologiyaları olmadan təsəvvür etmək bir qədər çətindir. İnformasiya və kommunikasiya texnologiyalarının insan fəaliyyətinin bir sıra sahələrində olduğu kimi kitabxana işində də tətbiqi ənənəvi kitabxana proseslərinin sürətlənməsinə və avtomatlaşmasına gətirib çıxarır.
Uzun
illərin təcrübəsi göstərir ki,
insanların həyatında kitab oxumaq həmişə mühüm
rol oynayıb. Kitab oxumaq insanın inkişafında, tərbiyəsində
və təhsilində böyük əhəmiyyət
kəsb edib. Lakin müasir uşaqların həyatında kompüter və internet televiziyadan da öncə yer tutur. İnternet
mütəmadi olaraq bizim
həyatımıza öz keyfiyyətlərini
dəyişərək daxil olur. Kitabxanaçılıqdan internet resurslarından istifadə hər bir oxucuya
arzuladığı kitabı və yaxud
materialı tapmaqda böyük
imkanlar yaradır. Hal-hazırda biz o səviyyədəyik
ki, internet sayəsində
söz ehtiyatımız və bilik səviyyəmiz artır. Buna
görə də multimedia oxucuların
internetdən, bloq və sosial
şəbəkələrdən istifadəsinə şərait
yaratmaq lazımdır.Bu sosial
şəbəkələrdən kitabxana
sahəsində də istifadə etmək məqsədəuyğundur.
Elə bir kitabxana ola
bilər ki, onun web saytı olmasın. Veb saytı olmayan
kitabxanalar özləri
üçün bloq yarada bilər və oxucularla öz informasiyalarını
paylaşa bilərlər.
Kitabxanalar yuxarıda qeyd
etdiyimiz şəbəkələrdə,
yəni "Facebook"
və "Tvitter"də
də özlərinə
səhifə aça
bilərlər. Və çalışmalıdılar
ki, yaratdıqları sayt və səhifələr
rəngarəng dizaynda
olsun. Bu səhifələrdə
kitabxanada keçiriləcək
tədbirlər haqqında
məlumat verilir, tədbirlərin foto şəkilləri, video çarxları
yerləşdirilir, kitabxana
sahəsində baş
verən yeniliklərlə
oxucuları tanış
edir, kitabxanaya daxil olmuş yeni kitablar haqqında
mütəmadi informasiyalar
yerləşdirilir.
Bu gün
paytaxtda fəaliyyət
göstərən kitabxanaların
əksəriyyətində müasir informasiya texnologiyaları tətbiq edilir. Kitabxanaların maddi resurslarının
elektronlaşdırılması ilə yanaşı
internet istifadəçilərinin bu kitabxanaların resurslarından istifadəsinə
şərait yaradılır.
Mədəniyyət və Turizm
Nazirliyi kitabxa işçiləri üçün
müasir informasiya texnologiyasını öyrənmək
üçün mütəmadi
olaraq təlimlər təşkil edir.
Azərbaycan prezidentinin 2008-ci il
"6" oktyabr tarixli
3072 nömrəli Sərəncamı
ilə təsdiq edilmiş Azərbaycan Respublikasında kitabxana - informasiya sahəsinin
2008-2013-cü illərdə inkişafı üzrə
Dövlət Proqramı
çərçivəsində Azərbaycan Respublikası
Prezidentinin İşlər
İdarəsinin "Prezident
Kitabxanası", M.F.Axundov
adına Azərbaycan Milli Kitabxana, AMEA-nın Mərkəzi Elmi Kitabxanası, Bakı Dövlət Universitetinin Elmi Kitabxanası, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin
Mərkəzi Aparatının
kitabxanası, Azərbaycan
Dillər Universitetinin
kitabxanası, "Xəzər"
Universitetinin Elmi kitabxanası, Qərb Universitetinin kitabxanası,
F.Köçərli adına
Respublika Uşaq Kitabxanası, Şamaxı
rayon və Gəncə
şəhər mərkəzi
kitabxanaları elektron
kataloqları yaradılıb
internet resursları ilə
təchiz edilib. Hazırda Mədəniyyət və
Turizm Nazirliyinin kitabxana şəbəkəsində
müxtəlif formada
40 milyon nüsxəyə
yaxın informasiya daşıyıcıları və
digər ənənəvi
sənədlər qorunub
saxlanılır ki, bu sahədə də müasir informasiya texnologiyalarının
tətbiqi istiqamətində
işlər aparılıb.
İltifat HACIXANOĞLU
Ekspress.-2013.-5 mart.-S.10.