Hökumət niyə genişzolaqlı interneti kütləviləşdirir?

 

  İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

 

   Azərbaycan dövləti son illərdə genişzolaqlı internet istifadəçilərinin sayının artırılması üçün ciddi səylər göstərir. Bu məqsədlə müxtəlif tədbirlər həyata keçirilir. Buna misal kimi ATS-lərin elektronlaşdırılmasını, mövcud rabitə xətlərinin yenilənməsini, mis naqilli xətlərin fiber-optik xətlərlə əvəzlənməsini, internet tariflərinin aşağı salınmasını və s.-i göstərmək olar.

   2009-cu ildən bəri atılan addımlar təsdiqləyir ki, bu sahədə görülən işlər kampaniya xarakteri daşımır və dövlət genişzolaqlı internet istifadəçilərinin sayını artırmaq və sürətli internet istifadəçilərinin çoğrafiyasını genişləndirmək hədəfindən imtina etməyəcək. Qeyd edək ki, ölkəmizdə genişzolaqlı internetin kompleks inkişafının təmin edilməsi məqsədilə "Azərbaycan Respublikasında 2011-2015-ci illərdə genişzolaqlı internet xidmətlərinin inkişafı üzrə Fəaliyyət Proqramı" da hazırlanıb.

   Fəaliyyət Proqramı hazırlanan zaman Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) 2015-ci il üçün hədəfləri əsas götürülüb. BTİ-nin müəyyənləşdirdiyi hədəfə görə, 2015-ci ilədək genişzolaqlı internet dünyanın 60 faizində yayılmalı və inkişaf etməkdə olan ölkələrdə ailələrin 40%-nin sürətli internetə çıxışı olmalıdır.

   Bu istəyi Azərbaycanla eyniləşdirsək, ölkəmizdə internetdən istifadə edənlərin sayı cəmi əhalinin 60%-ni ötməlidir, həmçinin sürətli internetə çıxışı olan ailələrin sayı 40%-dən az olmamalıdır.

   Hazırda Azərbaycan bu göstəricilərdən geridə qalsa da, ona nail olmaq o qədər də çətin deyil. 2011-ci olan məlumata əsasən, ailələrin 54%-nin internetə çıxış imkanı var. 2007-ci ildə bu göstərici 28% idi. Göründüyü kimi, internet şəbəkəsinə qoşulan ailələrin sayında artım sürəti olduqca yüksəkdir.

   İnternetdən istifadə edən insanların sayı isə cəmi əhalinin 70%-ni təşkil edir. 2012-ci ilin sonuna olan məlumata görə, əhalinin hər 100 nəfərinə düşən kompüterlərin sayı 20 ədədə, internet istifadəçilərinin sayı 70-ə bərabərdir. 2005-ci ildə qeyd edilən göstəricilər müvafiq olaraq 2,3 ədəd və 8 faiz təşkil edib.

   İndi ölkədə hər 100 nəfərə düşən genişzolaqlı internet istifadəçilərinin sayı 50-yə bərabərdir. Rəsmi məlumatlara əsasən, ailələrin 36%-i (2011-ci il) genişzolaqlı internet istifadəçisidir. 2009-cu ildə bu göstərici 3,9% idi. 2012-ci ildəki nəticə nəzərə alınarsa aydın olur ki, Azərbaycan artıq BTG-nin hədəfinin birinə nail olub: sürətli internetdən istifadə edən ailələrin sayı 40%-i ötüb.

   İndi əsas məsələ sürətli internetdən istifadə edənlərin nisbətinin 60%-dən çox olmasını təmin etməkdir.

   Mövcud göstəricilərlə Azərbaycan internet istifadəçilərinin sıxlığına görə MDB ölkələri arasında birinci yerdədir dünya orta göstəricisini təqribən 2 dəfədən çox qabaqlayır.

   Dövlət genişzolaqlı internet istifadəçilərinin sayının artırılması üçün internet qiymətlərin endirilməsi siyasətini yürüdür. BTİ-nin 2015-ci ilə qədər olan hədəfinə görə geni"zolaqlı internet üzrə orta qiymət əhalinin orta aylıq gəlirinin 5%-dən az olmalıdır. Azərbaycanda bu göstərici aylıq gəlirlər üzrə 4% təşkil edir. Əmək haqqı əsas götürülərsə göstərici 3%-ə çatıb.

   Dövlət 2009-cu ildən başlayaraq Azərbaycanda sürətli internetin qiyməti sürətlə edirməyə ba"layıb bunun sayəsində BTİ-nin hədəflərinə yaxınlaşıb. 2009-cu ildə genizolaqlı internetin orta qiyməti 70,5 manat idi. 2010-cu ildə 20 manata, 2011-ci ildə 12,5 manata qədər endirildi. 2012-ci ildə isə həyata keçirilən tədbirlər nəticəsində il ərzində internetin qiymətləri ayrı-ayrı sürətlər üzrə təqribən 35% aşağı salındı. Dəyişiklik nəticəsində genişzolaqlı xidmətin tarifləri 2 mbit/s üzrə 20 manatdan 15 manata, 1 mbit/s üzrə 15 manatdan 10 manata endirildi. Bu gün Azərbaycanda 1 mbit/s xidmətin qiyməti orta əmək haqqının təxminən 3%-i qədərdir. İnkişaf etməkdə olan ölkələr üçün bu rəqəm orta hesabla 20% civarındadır. Gəlirlər üzrə isə 2009-cu ildə 33% olan internet xərcləri 2012-ci ildə 4%-ə endi.

   Dövlət genişzolarlı internet istifadəçilərinin sayının artırılması məqsədilə infrastrukturu da yaxşılaşdırmağı düşünür. Rabitə İnformasiya Texnologiyaları Nazirliyi Dövlət Neft Fondu Azərbaycanda "evlərə optika" modeli üzrə ölkənin bütün yaşayış məntəqələrinə yüksəksürətli genişzolaqlı internet xidmətlərini verən optik şəbəkənin qurulması üzrə layihə buna misaldır. Layihə 2013-2015-ci illəri əhatə edir onun icrası nəticəsində ölkənin ucqar kənd yerləri belə genişzolaqlı internetlə təmin olunacaq. Layihə çərçivəsində 2015-ci ilə qədər sonrakı dövrdə əhali Bakı şəhərində 30-100 Mbit/saniyə, digər iri şəhərlər rayon mərkəzlərində 10-30 Mbit/saniyə, qəsəbə kənd yerlərində isə 10 Mbit/saniyə daha çox sürətli genişzolaqlı internetlə təmin ediləcək.

   Qeyd edək ki, ölkədə genişzolaqlı internetin inkişafı layihəsinin icrasına Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən 450 milyon manat məbləğində vəsait ayrılacaq. Layihənin birinci mərhələsinin maliyyələşdirilməsi üçün ARDNF tərəfindən 103,6 milyon manatın ayrılması nəzərdə tutulub yaxın gönlərdə bununla bağlı tədbirlərin icrasına başlanılacağı qeyd edilib.

   Layihədə 2013-2015-ci illərdə sonrakı dövrdə "hər evə optika" prinsipi üzrə yüksəksürətli keyfiyyətli genişzolaqlı internet xidmətlərinin təşkili üçün telekommunikasiya şəbəkəsinin müxtəlif istiqamətlərinə, ucqar yaşayış məntəqələrinə magistral şəbəkədə ATS-dən 2 km-dən çox məsafədə yerləşən telefon şkaflarına fiber-optik kabel xətlərinin çəkilişi, kommutasiya transmissiya qurğularının yeni xidmətlərə uyğun modernləşdirilməsi, telefonlaşdırılmayan yaşayış massivlərinin, çoxmərtəbəli binaların, qismən telefonlaşdırılmış yaşayış məntəqələrinin ən yeni texnologiyaların tətbiqi ilə telefonlaşdırılması, yeni ATS binalarının tikintisi, struktur tarif islahatlarının həyata keçirilməsi, tənzimləmənin təkmilləşdirilməsi digər məsələlərin həlli planlaşdırılır.

   Sadaladıqlarımızı uzada bilərik. Lakin burada daha önəmli olan bir sual var. Niyə Azərbaycan dövləti genişzolaqlı internetin kütləviləşməsində bu qədər maraqlıdır?

   Öncə vurğuladıq ki, bunu dövlət kampaniya məqsədilə etmir genişzolaqlı internetin yayılması da, istifadəçilərinin sayının artmasına xüsusi hədəf kimi yanaşır. Deməli, dövlət internetin kütləviləşməkdə başqa məqsədi var.

   Qoyulan suala cavab olaraq bildirək ki, dövlətin genişzolaqlı internetin kütləviləşmə istəyini iki qrup səbəblə əlaqələndirmək olar. Birinci qrup səbəb kimi internetin iqtisadi təsirlərini qeyd etmək mümkündür. İkinci qrup səbəb kimi isə internetin sosial həyatdakı faydalarını göstərmək olar.

   İnternet faydası özünü ilk növbədə iqtisadi müstəvidə göstərir. Dünya Bankının apardığı qiymətləndirməyə əsasən internet iqtisadiyyatın inkişafına effektiv təsirə malikdir. 2000-2006-cı illərdə aşağı orta gəlirli ölkələrdə genişzolaqlı internetin iqtisadiyyata təsirini öyrənən Dünya Bankı müəyyən edib ki, genişzolaqlı internetin istifadəsinin 10% artması ümumi daxili məhsulun (ÜDM) 1,38% artımını təmin edib.

   ABŞ-da aparılan başqa bir tədqiqata görəsə, internet şərti olaraq ayrıca bir ölkə kimi qəbul edilsə, 2016-cı ildə o ABŞ, Çin, Yaponiya Hindistandan sonra dünyanın 5-ci ən böyük iqtisadiyyatı olacaq. Hətta internet məkanı formalaşdırdığı iqtisadi dəyərə görə, Almaniyanın ümumi iqtisadi dəyərindən böyük olacaq.

   2011-ci ilin məlumatına əsasən, yalnız dünyanın 20 ən böyük iqtisadiyyatında internetin bazar payı 2 trilyon dolları ötüb. 2016-cı ildə internetin formalaşdırdığı dəyər 4-4,2 trilyon dollara yüksələcək. Yəni, cəmi 5 il ərzində internetin bazar dəyəri 2 dəfə böyüyəcək.

   2016-cı ildə İngiltərədə internetin ÜDM-nin formalaşmasında payı 12,4%, Cənubi Koreyada 8,27%, Çində 7%, Avropa Birliyi ölkələrində orta hesabla 5,7%, ABŞ-da 5,4%, Kanadada 3,6%, Fransada 3,4% olacaq.

   Bu həmin ölkələrdir ki, hazırda onlarda internetdən istifadə səviyyədi xeyli yüksəkdir. Həmin ölkələrdə internet vasitəsilə aparılan ticarət əməliyyatlarının həcmi ildən-ilə sürətlə artır, internet vasitəsilə pullu xidmətlərdən istifadə çox böyükdür bir sıra ödənişlər məhz internet vasitəsilə aparılır. Eyni zamanda həmin ölkələrdə internet pullu təhsil, səhiyyə xidmətlərinin təşkili üçün əla vasitə sayılır.

   Müyyənləşdirilib ki, internetin kütləviləşdiyi ölkələrin digərlərinə nisbətən rəqabət qabiliyyəti inkişaf imkanları daha yaxşı olur.

   Bu üstünlüklərini nəzərə alaraq Azərbaycan dövləti genişzolaqlı internetin yayılma arealını genişləndirir. Əslində, dövlət buna məcbur qalıb. Əks təqdirdə Azərbaycan 2020-ci ildə inkişafın yüksək səviyyəsinə yaxınlaşacağına dair müəyyənləşdirdiyi hədəfinə çata bilməyəcək. Buradan çıxış edərək deyə bilərik ki, iqtisadiyyatını inkişaf etdirmək, onun rəqabət qabiliyyətini artırmaq istəyən Azərbaycan genişzolaqlı internete geniş qapı açmağa məcburdur. Ehtimal ki, bu zərurəti nəzərə alaraq sürətli internet istifadəçilərinin sayının artırılması üçün dövlət növbəti illərdə Azərbaycanda geneşqolaqlı internetdən istifadə qiymətləri bir qədər endiriləcək.

   Genişzolaqlı internetin yayılmasının sosial faydası da var. Buna görə YUNESKO BTİ ilə birgə rəqəmsal inkişaf üzrə genişzolaqlı internet komissiyasının yaradılmasına qərar verib. Bu komissiya ölkələrlə əməkdaşlıq edərək heç kimin rəqəmsal inqilabdan, ələlxüsus da genişzolaqlı internet şəbəkəsində yaradılan informasiya cəmiyyəti üçün sosial-iqtisadi səmərələrdən kənarda qalmamasını təmin etməyə çalışacaq.

   Azərbaycan dövləti sosial xidmətlərin genişlənməsi üçün electron xidmətlərin tətbiqini göcləndirib. Hazırda elektron xidmətlərdən əhalinin 7%-i istifadə edir. Hökumət hesab edir ki, genişzolaqlı internetin yayğınlaşması nəticəsində 2020-ci ilədək elektron xidmətlərdən istifadə edənlərin səviyyəsi 100%-ə çatacaq insanların sosial problemlərinin həllində mühüm dəyişikliklər hiss ediləcək.

 

  

   Vasif CƏFƏROV

 

  Ekspress.-2013.-13 mart.-S.9.