Təhsil informasiyalaşdırılır
Dövlət proqramı 5 ildə müsbət nəticələrin qazanılmasına
imkan verib
İnformasiya və kommunikasiya texnologiyalarının
inkişaf etdirilməsi
Bu il "2008-2012-ci illərdə Azərbaycan
Respublikasında təhsil
sisteminin informasiyalaşdırılması
üzrə Dövlət
Proqramı"nın icrası
başa çatdı.
Proqram təhsildə informasiya kommunikasiya texnologiyalarının
(İKT) tətbiqi sahəsində
böyük mərhələ
oldu. Dövlət
proqramı çərçivəsində
görülən işlər
imkan verdi ki, təhsilin informasiyalaşdırılmasında əvvəlki illərdə
mövcud olan çatışmazlıqlar müəyyən
qədər aradan qaldırılsın, təhsil
işçilərinin İKT bilikləri artırılsın,
orta ümumtəhsil məktəblərinin kompüter
təchizatı yüksəldilsin,
müəllimlərin, tələbələrin
kompüter əldə
etmək yolları sadələşdirilsin və
s.
Proqramın qəbul edildiyi 2008-ci ilə qədər təhsildə İKT vasitələrinin
tətbiqi, bu sahəyə aid biliklərin
mənimsənilməsində çatışmazlıqlar çox
idi. Yalnız bir faktı xatırladaq ki, 2007-ci ildə 4562 ümumtəhsil
məktəblərinin 82 faizi,
107 texniki-peşə müəssisəsinin
45-i və ya 42 faizi, 56 dövlət orta ixtisas təhsil
müəssisəsinin 51-i və
ya 91 faizi, ali məktəblərin hamısı kompüter avadanlığı ilə
təmin olunmuşdu.
2007-ci ilin sonuna olan məlumata görə, ümumtəhsil
məktəblərində orta
hesabla 5-11-ci siniflər
üzrə hər 29 şagirdə 1 kompüter,
dövlət ali məktəblərində
hər 28 tələbəyə
1 kompüter düşürdü.
Hökumət proqramı qəbul
etməklə sadəcə
olaraq sadalanan göstəricilər üzrə
statistikanı yaxşılaşdırmaq
fikrində deyildi.
İnkişaf üçün bu cür işlərin
görülməsi qaçılmazdır.
Müasir dünyamızda inkişafın
yeganə vasitəsi insandır. Gələcəkdə inkişaf üçün
insan amili, yüksək bilik daha vacib səbəbə
çevriləcək, inkişaf
etmək istəyən
hər bir ölkə insan biliyinin artırılmasına
məcbur qalacaq.
İnsanın inkişafı isə
təbii ki, ilk növbədə təhsildən
keçir. Təhsil prosesi
elə qurulmalıdır
ki, insanlar müasir texnologiyaları mənimsəyə bilsin.
Müasir təhsil İKT texnologiyalarının
genişmiqyaslı tətbiqi,
ilk növbədə, təhsil
müəssisələrinin kompüter avadanlığı
ilə təminatının
köklü şəkildə
yaxşılaşdırılmasını
tələb edir.
2008-ci ilə qədər
kompüter / şagird
nisbətinin bütövlükdə
ölkə üzrə,
xüsusilə də bölgələrdə və
kənd yerlərində
optimallaşdırılması ən vacib problemlər
sırasında idi.
Həmin
dövrdə ölkənin
təhsil sisteminin bütün pillələrində
kompüterlərə çıxış
imkanlarının genişləndirilməsi,
İKT avadanlığının daha səmərəli istifadə olunması, o cümlədən texniki nəzarət və dəstək sisteminin təkmilləşdirilməsinin aktuallığı qabarıq
şəkildə hiss olunurdu.
Araşdırmalar göstərirdi ki,
respublikada təhsil prosesində rəqəmsal
texnologiyaların geniş
istifadəsinə maneçilik
törədən əsas
amillərdən biri rəqəmsal şəbəkə
infrastrukturunun zəif
inkişaf etməsi, təhsil ocaqlarının
ölkədaxili intranet şəbəkəsi
ilə yetərli səviyyədə əhatə
olunmaması və yüksək sürətli
internet əlaqəsi ilə
təmin olunmamasıdır.
Belə ki, 2007-ci ildə respublikanın ali məktəblərində
internet əlaqəsi tam təmin
olunsa da, orta təhsil məktəblərinin təxminən
3 faizi, orta ixtisas məktəblərinin
isə 12 faizi internetə çıxış
imkanlarına malik idi. Təhsil müəssisələrinin böyük əksərinin
veb-səhifələri yaradılmamışdı,
müəssisədaxili rəqəmsal
şəbəkələri, həmçinin, vahid ölkədaxili təhsil portalı formalaşdırılmamışdı.
Bununla yanaşı, multimedia
xarakterli dərsliklərin və digər
tədris vasitələrinin işlənilməsi,
yayılması və təhsil prosesində tətbiq
olunması ləngiməkdə idi. Baxmayaraq ki, həmin ilə qədər bu
sahədə bir sıra tədbirlər həyata
keçirilmişdi, elektron
tədris sistemlərinin formalaşdırılması istiqamətində
əməli addımlar atılmışdı. Lakin İKT tətbiqi üzrə elmi-metodiki bazanın təkmilləşdirilməsi,
ümummilli səviyyədə vahid elektron təhsil
məkanının təşəkkül tapması məsələsi
həll edilməmiş qalırdı.
"2008-2012-ci illərdə Azərbaycan
Respublikasında təhsil sisteminin
informasiyalaşdırılması üzrə Dövlət
Proqramı" qeyd olunan
məsələlərin səmərəli və kompleks şəkildə həllini nəzərdə
tuturdu. Dövlət Proqramı 2003-cü
ildə prezident sərəncamı ilə
təsdiqlənən "Azərbaycan Respublikasının
inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə milli strategiya (2003-2012-ci
illər)" əsasında hazırlanmışdı.
Dövlət
Proqramının əsas məqsədi təhsilin bütün
pillələrində müasir informasiya və kommunikasiya
texnologiyalarının səmərəli tətbiqi və
istifadəsi ilə vahid ümummilli təhsil mühitinin
formalaşdırılması və bu zəmində əhalinin
bütün təbəqələri üçün keyfiyyətli
təhsil almaq imkanlarının təmin edilməsi, habelə
ölkənin təhsil sisteminin dünya təhsil məkanına
inteqrasiya olunması üçün şərait
yaradılmasıdır. Bu məqsədə nail olmaq
üçün 5 əsas istiqamətdə işlər
görüldü. Əsas istiqamətlər kimi təhsil
sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi,
elektron təhsil texnologiyalarının tətbiqinin genişləndirilməsi,
təhsil sistemində idarəetmənin
informasiyalaşdırılması, kadr potensialının
gücləndirilməsi və normativ hüquqi bazanın təkmilləşdirilməsi
götürüldü.
Dövlət
Proqramını qəbul edən zaman hökumət müəyyən
nəticələrin əldə edilməsini gözləyirdi.
Hökumət proqramın icrası zamanı təhsil müəssisələrinin
İKT avadanlığı ilə təminat göstəricilərini
köklü şəkildə
yaxşılaşdırılmasını, bütün təhsil
müəssisələrində hər bir şagirdə
düşən kompüter nisbətinin ən azı 1:20-ə
çatdırmağı hədəf müəyyənləşdirib.
Bundan başqa bütün fənlər üzrə elektron tədris
və metodiki resursların yaradılması, bütün fənlər
üzrə tədris planlarında və kurrikulumlarda İKT-dən
istifadə, ümumtəhsil müəssisələrinin yeni nəsil
rəqəmsal tədris resurslarından istifadə
imkanlarını yaratmaq, proqram resurslarından səmərəli
istifadə olunmaq nəzərdə tutulurdu. Proqramın
icracı nəticəsində həmçinin yeni təlim
formaları (distant təhsil daxil olmaqla) tətbiq və istifadə
olunmasına, bütün təhsil müəssisələrini
əhatə edən ölkədaxili korporativ və yüksək
sürətli internet şəbəkəsinə
çıxış imkanı təmin edilməsinə, cəmiyyətin
təhsil sistemində mövcud proseslərə cəlb edilməsinə
və maarifləndirilməsi üçün vahid təhsil
portalı yaradılmasına nail olunmalı idi.
Qeyd edilənlərlə
bərabər proqramın həyata keçirilməsi nəticəsində
təhsilin idarə olunmasının və monitorinqinin
effektivliyi artırılacağı, təhsil sisteminin pedaqoji
və inzibati-idarəetmə kadrlarının İKT üzrə
bilik və bacarıqları yüksələcəyi,
bütün təhsil pillələri üzrə məzunların
sosial, peşə və mədəni həyatında İKT
üzrə uzun illər istifadə edəcəyi bilik və
bacarıqlar qazanacağı, əhalinin bütün təbəqələri
üçün keyfiyyətli və İKT əsaslı tədris
proqramı ilə təhsil almaq imkanları təmin
olunacağı və s. gözlənilirdi.
Qeyd
etdiyimiz kimi, proqramın icrası artıq başa
çatdırılıb. 2008-2012-ci illərdə təhsilin
informasiyalaşdırılmasında, burada İKT-nin tətbiqində
həqiqətən irəliyə doğru ciddi işlər
görülüb. Son məlumatlara görə, proqramın
icrası nəticəsində təhsil müəssisələrinə
5565 ədəd stolüstü kompüter, 1640 ədəd
noutbuk və 1576 ədəd proyektor paylanıb. Ölkə
üzrə ümumtəhsil məktəblərində 5-11
siniflərin sayına görə şagird kompüter nisbəti
1:16-ya çatdırılıb. Eyni zamanda 1700 təhsil müəssisənin
təxminən 17 000 sinif otağı şəbəkə
avadanlıqları ilə təchiz olunub. Təhsil müəssisələri
"Mimio", "Promethean" və "Smart" şirkətlərinin
istehsalı olan 300-ə yaxın interaktiv lövhələr ilə
də təchiz edilib.
Eyni
zamanda, dövlət proqramı çərçivəsində
Bakı, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərində,
habelə 60-a yaxın rayonda yerləşən təhsil müəssisələrində
kompüterlərə texniki dəstək xidməti göstərilib.
Təhsil müəssisələrində yerləşən
kompüter avadanlıqları 32 000 lisenziyalı proqram (MS
Windows, MS Word) və 15 000 ədəd kompüter lisenziyalı
antivirus paketi ilə təmin olunub.
Hazırda 1700 təhsil müəssisəsi Azərbaycan
Təhsil Şəbəkəsinə (ATŞ) və
İnternetə qoşulub. Azərbaycan Təhsil Şəbəkəsinə
qoşulan məktəblər "Vebsens" proqramı vasitəsilə
internetdə olan zərərli informasiyalardan qorunur.
Pedaqoji
heyət hazırlayan ali təhsil müəssisələrinin
və pedaqoji ixtisasartırma institutlarının
informasiya-kommunikasiya üzrə maddi-texniki bazasının təkmilləşdirilməsi,
kompüter avadanlığı və digər zəruri rəqəmsal
avadanlıqla təminat işinin
yaxşılaşdırılması, təhsil müəssisələrinin
korporativ şəbəkə infrastrukturunun və intranet xidmətlərinin
işlənilməsi və internet şəbəkəsinə
çıxışının təmin olunması məqsədilə
Azərbaycan Pedaqoji Universitetində kompüterlər
quraşdırılaraq internetə çıxışla təmin
edilib. Eyni zamanda Təhsil Problemləri İnstitutunda, Azərbaycan
Müəllimlər İnstitutunda, Bakı Pedaqoji Kadrların
İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda
kompüter şəbəkəsi qurulub, internetə
çıxış ilə təmin olunub və şəbəkə
avadanlıqları ilə təchiz edilib. Gəncə Dövlət Universiteti fiber-optik kanal vasitəsilə Təhsil Sisteminin
İnternet və intranet
şəbəkəsinə qoşulub, Azərbaycan
Dillər Universiteti isə videokonfranslar
keçirilməsi məqsədi ilə tandberqlə təmin olunub.
Proqram çərçivəsində
bir neçə layihə həyata keçirilib. "Elektron
məktəb" və "1 şagird : 1 kompüter" layihəsi
buna misaldır. "Elektron
məktəb" layihəsi
2009-cu ildən
reallaşdırılıb. Layihəyə 50 təhsil müəssisəsi
cəlb edilib. Bunlardan
43-ü ümumtəhsil müəssisəsidir. Bu layihənin məqsədi informasiya-
kommunikasiya texnologiyalarının tədris
sistemində geniş və hərtərəfli
istifadəsi, o cümlədən əldə
edilən müsbət nəticələrin Azərbaycanın
digər tədris müəssisələrində tətbiqidir.
Layihə çərçivəsində pilot
məktəblərin müəllimləri İKT biliklərinin
tədrisdə istifadə üzrə təlimlərdən keçib. Həmçinin "Elektron məktəb" layihəsinə qoşulan məktəblərdə elektron jurnallardan və valideyn nəzarət
sistemindən istifadə olunur.
"1 şagird : 1 kompüter" layihəsində sınaq üçün layihəyə 15 pilot məktəb (Bakıdan 12 məktəb, Sumqayıtdan 2 məktəb və Xaçmazdan 1 məktəb) cəlb edilib. Bu məktəblərə
toplam olaraq 2277 təhsil
üçün nəzərdə tutulan netbuklar paylanıb və
məktəblərdə simsiz internet şəbəkəsi qurulub.
Bu layihə davam etdirilir.
Beləliklə, Dövlət
proqramının nəticələri müsbət xarakterli olsa da, təhsilin
informasiyalaşdırılmasında çox
işlər görülməlidir. Müəllimlərin
İKT biliklərinin artırılması, distant
təhsilin təmin edilməsi kimi məsələlər
hələ də həll edilməmiş qalır.
Vasif CƏFƏROV
Ekspress.-2013.-2
may.-S.9.