Mir Cəfər Bağırov və Mirteymur Yaqubov

 

   Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır?

 

   Azərbaycanda ötən əsrin ən qalmaqallı indiyədək ətrafında söz-söhbətlərin dolaşdığı məhkəmələrdən biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban bu məhkəmə, onun necə kimlərin sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında araşdırıb...

   Qeyd: Artıq 5 ilə yaxındır, Teyyub müəllimin Mir Cəfər Bağırovla bağlı arxivlərdən gün işığına çıxardığı materialları, müxtəlif sənədləri qəzetimizin hər şənbə sayında "Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır" başlığı altında təqdim edirik. Əslində, bu layihəni Mir Cəfərin məhkəməsi ilə, məhkəmənin ətrafında cərəyan edən hadisələrlə ictimaiyyətə məlum olmayan maraqlı faktlarla yekunlaşdırmaq istəyirdik. Lakin arxiv elə dəryadır ki, sonu-bucağı yoxdur. Teyyub müəllim arxivdən elə faktlar, elə sənədlər üzə çıxarırdı ki, onların oxucularımızda maraq doğuracağını nəzərə alaraq bir çox hallarda mövzudan kənara çıxmalı olurduq.

   Yaxın saylarımızda Mir Cəfər Bağırovun məhkəməsini təqdim edəcəyik. Həmin vaxtadək "Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır" başlığını yalnız rubrika kimi saxlayırıq.

   SADIQ RƏHİMOV - Siz vaxtdan bunu deməyə başlamısınız?

   MİRTEYMUR YAQUBOV - Mən hər vaxt bunu demişəm. Moskvada ali məktəbi aspiranturanı bitirdikdən sonra 1933-cü ildə ÜİK(b)P MK tərəfindən Bakıya ezam olunmuşam. Azərbaycan Kənd Təsərrüfatı - Kommunal Məktəbində kafedra müdiri, prorektor vəifələrində çalışmışam. 1937-ci ilin əvvəlində Xurşud Məmmədov ilə birlikdə Moskvada Ali Təkmilləşmə Kursunda təhsil almış, namizədlik dissertasiyası üzərndə işləmişəm. Həmin vaxt Azərbaycandan göndərilmiş rəsmi teleqram əsasında Bakıya qayıtmış, MK-da məni Cahangir Axundzadə yoldaş qəbul etmiş, Bağırovun yanına aparmışdır. Bağırov tərcümeyi-halımla tanış olandan sonra Komsomolun Mərkəzi Komitəsində işləməyi məsləhət gördü. O zaman 33 yaşında idim. Mən komsomolda təcrübəm olmadığını, aspiranturanı yenicə bitirdiyimi desəm , Bağırov heç eşitmək istəmədi. Nəticədə bir neçə gündən sonra Azərbaycan LKGİ MK katibi vəzifəsinə təsdiq olundum. O vaxtdan mən Bağırovu bilavasitə tanımışam. Bir il keçmiş, komsomolun birinci katibi vəzifəsindən Azərbaycan KP MK-nın üçüncü katibi, bir aydan sonra isə ikinci katibi vəzifəsinə irəli çəkilmişəm. ÜİK(b)P MK tərəfindən Azərbaycan Daxili İşlər Xalq Komissarlığı "Üçlüyü"nün tərkibinə daxil edilmişəm.

   1939-cu ildə Partiya tarixinin qısa kursunun nəşri ilə əlaqədar Azərbaycan KP MK-nın təbliğat üzrə katibi şöbə müdiri təyin olundum. 1941-ci ildə XDİK-nın bölünməsindən sonra MK qərarı ilə Daxili İşlər Nazirliyinə göndərilmiş 1950-ci ilədək nazir vəzifəsində çalışmışam. Bundan sonra MK-nın ikinci katibi seçilmişəm. Həmin dövrdə 7 ay Moskvada xəstəxanada yatmışam. Sağalıb Bakıya qayıtdıqdan sonra Bakı Vilayət Partiya Komitəsinin katibi, bundan da sonra Mərkəzi Komitədə 8 ay Azərbaycan KP MK-nın birinci katibi vəzifəsini tutmuşam. Beləliklə, bir daha təkrar edirəm, 1937-ci ildən Bağırovu bilavasitə tanıyıram. Halbuki Bağırov 1920-ci ildə Azərbaycanda rəhbər vəzifələrdə olmuşdur. Bunu nəzərə alın. Axı mənim taleyimi belə asanlıqla üçün bu köhnə qəddarın adı ilə bağlayırsınız? İndi məlum olmuşdur ki, Bağırov tələ 1920-ci ildə dəhşətli cinayətlər törətmişdir...

   Bağırovun respublikamızda törətdiyi antipartiya antidövlət cinayətlərinə görə mən məsuliyyət daşımalıyam? Bir çox qocaman bolşeviklərin Bağırov tərəfindən öldürülməsinə dair Bağırovun məhkəməsində eşitdiyim mətbuatda haqqında oxuduğum adamları mən görməmişəm. Məsələn, Dadaş Bünyadzadəni bircə dəfə, Kirov yoldaşı bir-iki dəfə komsomol fəalları yığıncağında görmüşəm.

   Bağırov həbs olunub xalq düşməni elan edildi. Onun törətdiyi cinayətlərinə görə niyə indi mən məsuliyyət daşımalıyam?! Əlbəttə, başa düşürəm ki, Bağırovun respublikamızda kadrların məhv edilməsində mənim təqsirim vardır. Mən MK Bürosunun üzvü MK katibi kimi kor-koranə bu əclafa, zülmkara inandığıma görə mən müəyyən məsuliyyət daşıyıram. Ancaq bunu da bildirməliyəm ki, mən Bağırovun dövründə heç bir təsərrüfat təşkilatında nazirlikdə rəhbər olmamışam, kənardan onların fəaliyyətlərinə necə təsir edə bilərdim. Günahsız cəzaya məhrum edilmişlər arasında bir nəfər olsun məni özünə düşmən hesab edən tapa bilməzsiniz.

   Partiya işində mən daha çox orta ali məktəb sahələrində təbliğat işi ilə məşğul olmuşam. Əlbəttə, bu sahələrdəki qüsurlara görə mən məsuliyyət daşıyıram.. 1938-ci ildə "Üçlüyün" işində iştirakım barədə Moskvada Partiya kollegiyasının iclasında Serov yoldaşa izahat vermişəm. O vaxt "Üçlüyün" sədri Rayev, üzvləri Əli Hüseynov mən idim. Mövcud qayda-qanunlara görə həbsə alınmış şəxslərin işinə onların iştirakı olmadan baxılırdı. İstintaq Xalq Daxili Komissarlığı orqanlarında aparılırdı. Sonra işlərə hərbi prokurorluqda baxıldıqdan sonra "Üçlüyə" təqdim olunurdu. Dediklərimi arxiv sənədlərində açıq-aşkar görə bilərsiniz. İndi məlum olur ki, istintaqın gedişində həbsə alınanlara fiziki əziyyət verilmiş, günahsız insanlar təhqir olunmuşlar. Bir daha bəyan edirəm ki, "Üçlüyün" üzvü kimi mənə təqdim edilmiş istintaq materiallarında bu cür qanunsuzluqlara yol verildiyinə təsadüf etməmişəm. "Üçlüyün" müşavirələri Rayevin kabinetində aparılır qərarlar da orada qəbul olunurdu. Hər bir istintaq üzrə işə ayrıca protokol tutulurdu protokola 1-2 gündən sonra "Üçlüyün" müşavirəsindən sonra imza atılırdı. Bəzən protokollara prokuror "Üçlüyün" digər üzvləri imzaladıqdan sonra mən öz kabinetimdə, MK binasında qol çəkmişəm. Bu qayda Xalq Daxili İşlər Komissarlığında 1938-ci ildə qüvvədə idi. Həmin il bir müddət keçəndən sonra mən Bağırov qarşısında məsələ qaldırdım ki, "Üçlüyün" üzvlüyündən azad olunum, çünki məhkəmə prokurorluq orqanlarında işləməmişəm, səriştəm yoxdur. Xahişimi Rayev müdafiə etdi. Beləliklə, mən MK qərarı ilə "Üçlüyün" tərkibindən çıxarıldım, bu qərarı ÜİK(b)P Mərkəzi Komitəsi təsdiq etdi.

   Hal-hazırda müəyyən olunur ki, o zaman istintaq işləri sosialist qanunçuluğunun ziddinə aparılmışdır, cəza çəkən günahsız insanlar bəraət alırlar. 1938-ci ildə "Üçlüyün" işindəki fəaliyyətimə siyasi qiymət verilərkən nəzərə almaq lazımdır ki, o zaman "Üçlüyün" qərarlarına imza atarkən partiya tapşırığını yerinə yetirdiyimi zənn edirdim. Mənim faciəm budur.

   Bağırovun şəxsiyyətinə pərəstişlik yaradılmasında mənim rolumdan danışanlara deyə bilərəm? Bağırov ifşa edilənədək onu despot hesab etsək , onun bir kommunist kimi təmizliyi bizdə şübhə doğurmurdu. Onun burada, Mərkəzi Komitə binasında nələr törətdiyi hamınızın gözü qarşısınla baş vermişdir... ancaq hamımız da ağzımıza su alıb oturmuşuq. Azərbaycan KP MK Bürosunun qərarı olmadan Bağırov Azərbaycan SSR Nazirlər Sovetinin sədri necə təsdiq edildi? Bizi kabinetinə yığdı, dedi ki, sizlər - Yaqubov, Səmədov, Mustafayev - MK katibləri olacaqsınız. Biz dinmədik. Bax, Bağırovun şəxsiyyətinə pərəstiş belə yarandı. "Bağırovun rəhbərliyi altında" sözlərini təkcə mən demirdim, hamımız deyirdik. Moskvada, partiyanın XIX qurultayında bütün nümayəndələrinin gözü qarşısında Bağırov Fadeyevi məcbur etdi ki, ondan üzr istəsin. üçün? Ona görə ki, Fadeyev Bağırovun çıxışına etiraz etmişdi.

   MUSTAFAYEV - Yaqubov yoldaşa kimin sualı var? (Yoxdur) Kimin təklifi var?

   YAKOVLEV - Təklif edirəm ki, Yaqubov partiya sıralarından xaric edilsin.

   MUSTAFAYEV - Bu təkliflə əlaqədar kim çıxış etmək istəyir?

   YAQUBOV - Mən çox böyük səhvə yol vermişəm, bu faktdır. Mənə, göz açıb qarşısında partiyanı komsomolu görmüş bir adama təklif etdiyiniz qərar ölümdən betərdir. Sizdən acizanə xahiş edirəm, cəza verirsinizsə-verin, ancaq partiya sıralarında saxlayın.

 

   əvvəli ardı var

 

 

   Teyyub Qurban

 

   Ekspress.-2013.- 4-6 may.-S.15.