Şuşanın işğalından 21 il ötür

 

   Bu gün Azərbaycanın alınmaz qalası sayılan Şuşa şəhərinin ermənilər tərəfindən işğal olunmasından 21 il ötür.

   Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ələ keçirilməsi ilə Dağlıq Qarabağın işğalı başa çatdırılıb.

   Bununla, ermənilər bölgənin Azərbaycandan faktiki qoparılmasına nail olublar.

   Şuşanın işğalı nəticəsində 480 günahsız vətəndaş qətlə yetirilib, 600 nəfər yaralanıb, 22 min nəfər öz yurdundan didərgin düşüb. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə hələ də məlumat yoxdur.

   İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib. Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da daxil olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir.

   Ermənilər Azərbaycana məxsus olan bir çox abidənin məhv edilməsinə və ya erməniləşdirilməsinə nail olublar. Onlar Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3 muzeyi, Şərq musiqi alətləri fabrikini dağıdıblar.

 

   "Şuşaya azadlıq" kampaniyası başladı

 

   Azərbaycan Milli QHT Forumu (MQF) Şuşa şəhərinin erməni silahlı qüvvələri tərəfindən işğalının növbəti ildönümü ərəfəsində "Şuşaya azadlıq!" kampaniyasına start verib. Bununla bağlı MQF-də görüş keçirilib.

   MQF-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə forum prezidenti Rauf Zeyni ilə forumun departament rəhbərləri arasında "Şuşaya azadlıq!" kampaniyasına hərtərəfli dəstək vermək məsələləri müzakirə olunub. Kampaniya ilə əlaqədar bir sıra təkliflər irəli sürülüb, 1 il ərzində müxtəlif layihələr əsasında kampaniyanın aparılması nəzərdə tutulub.

   Qeyd olunub ki, Şuşa Azərbaycan mədəniyyətinin beşiyidironun azad edilməsi istiqamətində fəaliyyət göstərmək hər bir Azərbaycan vətəndaşının borcudur.

 

 

Nərgiz

 

Ekspress.-2013.-8 may.-S.13.