E-audit səmərəliliyi artıracaq

 

İnformasiya kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

 

Audit - əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır.

   Qeyd edək ki, bu ildən Vergilər Nazirliyi bu ildən ölkədə "elektron audit" ("e-audit") sisteminin tətbiqinə başlayacaq.

   Vergi yoxlamalarında elektron auditin tətbiqi məqsədilə Vergilər Nazirliyi xarici ekspertlərlə birgə "Kompüter əsaslı audit sistemi sahəsində Azərbaycan Vergilər Nazirliyinə dəstəyin göstərilməsi" Tvinninq layihəsi hazırlayıb. 2010-cu ilin mayında Avropa Komissiyasının Azərbaycandakı nümayəndələyində Danimarka, Finlandiya, Estoniya, Fransa, Almaniya, Hollandiya və Litvanın vergi administrasiyalarının nümayəndələrinin iştirakı ilə keçirilmiş tenderdə Niderland Krallığının VergiGömrük Administrasiyası qalib gəlib. Layihənin 6 komponentdən ibarət olduğunu deyən vergilər nazirinin müşaviri Asəf Əsədovun sözlərinə görə, ilk komponent 3 ay davam edibbura "e-audit"in tətbiqi üçün zəruri olan hüquqi bazanın hazırlanması, ikinci komponentə "e-audit" üçün müvafiq proqram təminatının seçilməsi, üçüncü komponentə "e-audit"in tətbiqi ilə bağlı məlumat bazasının yaradılması, dördüncüyə "e-audit" üzrə metodologiyanın hazırlanması və auditorların treninqin təşkili, beşinciyə "e-audit" sisteminə uyğun olan ortairi müəssisələr arasında istifadə edilən "e-mühasibat" sistemlərinin tətbiqi praktikasının inkişaf etdirilməsi, altıncı komponentə isə "e-audit" sistemnin tətbiqi daxildir. Bu müddət ərzində "e-audit"in tətbiqinə hazır olan bir neçə müəssisədə ilkin olaraq pilot (sınaq) layihəsinin həyata keçirilməsi nəzərdə tutulur. Layihə başa çatdıqdan sonra ilkin nəticələr əsasında "e-audit"in tətbiqi praktikası tədricən digər ortairi müəssisələri də əhatə edəcək.

   Layihənin reallaşdırılması Azərbaycanda iriorta müəssisələrin audit yoxlamaları sahəsində nazirliyin strukturlarının təkmilləşdirilməsinə, müəssisələrdə mühasibat uçotunun elektron formatda aparılmasına və elektron auditin tətbiqinə imkan verəcək.

   Vergilər naziri Fazil Məmmədovun sözlərinə görə, "e-audit"in tətbiqi obyekt və müəssisələrdə səyyar yoxlamaların kəskin azaldılmasına səbəb olacaq: "Bu gün Azərbaycanda olan müəssisə, təşkilat, şirkət, sahibkarların təqribən 5%-ə qədərində səyyar vergi yoxlaması aparılır. Hesab edirik ki, bu layihənin həyata keçirilməsi ilə bu rəqəmi daha da azalda və seçmə üsuluna keçirə biləcəyik".

   Qeyd edək ki, "e-audit" zamanı müəssisə və ya şirkətin fəaliyyətinin hesabatı elektron formatda vergi orqanına təqdim olunacaq. Vergi orqanı bu məlumatları xüsusi proqram vasitəsilə təhlil edərək müəssisənin təsərrüfat fəaliyyəti, vergi qanunvericiliyinə əməl edilməsi ilə bağlı vəziyyəti araşdıracaq. Araşdırma başa çatandan sonra bütün məlumatlar silinəcək və bununla da ödəyicinin kommersiya sirləri qorunacaq. Başqa sözlə, "e-audit" vasitəsilə səyyar yoxlama ofisdən çıxmadan, birbaşa vergi orqanında aparılacaq.

   "E-audit" ilk növbədə iri şirkətlərdə tətbiq ediləcək. Çünki indi böyük şirkətlər həm beynəlxalq auditor şirkətlərinin tələbi ilə, həm də inkişaf və şəffaflıq məsələləri ilə əlaqədar olaraq beynəlxalq mühasibatlığa keçibya buna hazırlaşırlar. Buna görə də ilk növbədə bu yenilik iri dövlət və qeyri-dövlət şirkətlərində, eyni zamanda banklarda tətbiq olunacaq. Xüsusilə banklar bu yeniliyə maksimum hazırdır.

   Layihə çərçivəsində lazımi hüquqi bazanın hazırlanması, "e-audit" üzrə məlumat bazasının yaradılması, "e-audit" metodologiyasının hazırlanması, ortairi müəssisələrdə elektron mühasibat sisteminin inkişafı nəzərdə tutulur. Layihə çərçivəsində əsasən iri müəssisələrdə "e-audit"in pilot layihə olaraq tətbiqi nəzərdə tutulur. Bu layihə əsasında təhlillər aparılacaq və bu işlər təkmilləşdirilərək "e-audit" praktikası digər ortairi müəssisələrə də tətbiq ediləcək.

 

   "E-audit" ölkəmizdə şəffaflığın artırılmasına, vergitutma bazasının genişləndirilməsinə səbəb olacaq, yoxlama proseslərində vaxt itkisinin qarşısını alacaq. Ölkədə "e-audit"in tətbiqi üçün savadlı mütəxəssislərin yetişdirilməsi vacib əhəmiyyət daşıyır və beynəlxalq aləmdə bu sahədə istifadə edilən ən yeni sistemlər Vergilər Nazirliyində də tətbiq ediləcək.

   Yeri gəlmişkən, Azərbaycanda bu layihənin reallaşdırılmasına müvafiq tenderdə qalib gəlmiş Niderland VergiGömrük Administrasiyası nail olub. Niderland Krallığının təmsilçisi, "e-audit" üzrə əlaqələndirici, EDP audit mütəxəssisi Bob van Stinvijk ölkəsinin "e-audit" sahəsində çoxillik təcrübəyə malikdir olduğunu deyərək, orada "e-audit"in 1988-ci ildən tətbiq edildiyini xatırladıb. Onun sözlərinə görə, müəyyən zaman keçdikdən sonra Azərbaycan da "e-audit"in inkişaf etdiyi dövlətlərdən birinə çevriləcək. Azərbaycanda elektron audit layihəsinin təqdimatından ötən bir il ərzində mərhələli şəkildə müəyyən işlər həyata keçirilib. "E-audit" layihəsinin uğurla həyata keçirilməsi üçün müvafiq bilik və bacarıqlara malik kadr potensialının, zəruri qanunvericilik bazasının, təlim və təhsilin rolu xüsusilə önəmlidir. "Vergilər Nazirliyi tərəfindən ilk təlimçilər seçilibbiz bu sahədə biliklərimizi Azərbaycanın gənc auditorları ilə bölüşürük. Müsbət haldır ki, Azərbaycan tərəfi növbəti mərhələlərdə təlimçilərin sayının artırılmasını nəzərdə tutur. Bu cür addımlar, o cümlədən Vergilər Nazirliyi tərəfindən vergi xidmətlərinin elektronlaşdırılması istiqamətində həyata keçirilən ardıcıl işlər nəticəsində ölkədə "e-audit"in tez bir zamanda tətbiqi mümkün olacaq".

   Niderland Krallığının təmsilçisi, ortaböyük təşkilatlar üzrə EDP auditoru Cor Sonnemans da Azərbaycanda həyata keçirilən "e-audit" layihəsi barədə müsbət rəydədir: "Gündən-günə sürətlə elektronlaşan dünyada "e-audit" zamanın tələbidir. Dünyanın əksər ölkələrində mühasibat artıq elektron vasitələrlə aparılır. Xüsusən, korrupsiyaya qarşı mübarizədə və bütün fəaliyyət sahələrində şəffaflığın təmin edilməsində, maliyyə və vergi yayınmalarına qarşı mübarizədə elektron auditin rolu əvəzsizdir".

   Azərbaycanda "e-audit"in tətbiqi istiqamətində bir sıra tədbirlərin həyata keçirilməsinə başlansa da, hələ də həllini gözləyən müəyyən məsələlər var. İlk növbədə, ölkədə səmərəli və effektiv mühasibat mövcud olmalıdır ki, bu da ölkədə yüksək səviyyəli elektron auditin tətbiqinə təkan verəcək. Auditin elektron formada həyata keçirilməsi Azərbaycana bir sıra üstünlüklər gətirəcək. Belə ki, "e-audit", ilk növbədə, səmərəliliyi artıracaq. "E-auditin tətbiqi vergi ödəyiciləri haqqında məlumatları daha dərindən və təfsilatı ilə təhlil etməyə, auditorlara isə ödəyicilər haqqında daha düzgün rəy verməyə əminlik yaradacaq. Bütövlükdə "e-audit"in aparılması Azərbaycanda auditin keyfiyyətinə müsbət təsir göstərəcək.

   Hüquqi baxımdan "e-audit" adi audit yoxlaması hesab edilir. Yalnız yeni sistem mühasibat sənədlərinin elektron versiyada müvafiq formatda təqdim edilməsi üçün vergi ödəyiciləri qarşısında öhdəlik qoyur. Vergi orqanları isə xüsusi proqramlar vasitəsilə vergi ödəyicilərinin maliyyə sistemlərinin elektron versiyalarını təhlil edə biləcək. İri orta müəssisələrin hər birində elektron mühasibat bazası olacaq həmin bazanın nüsxəsi elektron daşıyıcılar vasitəsilə nazirlik tərəfindən audit üçün cəlb ediləcək. Elektron audit zamanı məxfiçilik qaydalarına ciddi əməl olunacaq. Audit bitdikdən sonra müəssisənin mühasibat məlumatlarının nüsxəsi tamamilə silinəcək.

   Yeni sistemin düzgün təhlükəsiz şəkildə işləməsinə imkan verən əsas vasitə isə güclü proqram təminatı olacaq. Onu da qeyd edək ki, audit yoxlamalarının əsas məqsədi vergi ödəyicilərinin vergi öhdəliklərini dəqiq icra edib-etməməsini yoxlamaq, həmçinin ödənməyən vergilərin tam ödənişini təmin etmək bu vəziyyəti yaradan səbəbləri təhlil etməkdir. Mövcud qaydalara əsasən, vergi auditi aparılan zaman mühasibat sənədləri, hesab-fakturalar, müqavilələr vergilərlə bağlı digər sənədlər araşdırılır, müəyyən hallarla bağlı vergi ödəyicilərinin izahatlarına baxılır.

   "E-audit" təcrübəsindən istifadə isə vergi orqanlarına şirkətə getmədən ya daha az getməklə qısa müddət ərzində böyük həcmli mühasibat yazılışlarının yoxlanılmasına imkan yaradır. Proqram təminatından istifadə etməklə yoxlamanın daha tez başa çatdırmağa imkan verir, auditorlar yoxlamaya daha az vaxt sərf edirlər. Burada ikinci üstünlük kağıza qənaətdir. "E-audit" istifadə edilən kağızı azaldır.

 

   Elektron auditin digər səmərəli cəhəti vergi ödəyicilərinin məlumatlarının araşdırılması üçün əlverişli texniki üsullardan istifadədir. İstifadə edilən xüsusi proqram bir hesab-fakturanın iki dəfə qeyd edilməsi, yanlış ayda ƏDV əvəzləşdirilməsinin verilməsi, eyni növ mallara müxtəlif ƏDV dərəcələrinin tətbiqi kimi digər mühasibat yazılışlarındakı səflərin aşkarlayır.

   Nəhayət, "e-audit" sisteminin tətbiqi vergidən yayınmaya qarşı preventiv rol oynamaqla bərabər, eyni zamanda vergi yoxlamalarına sərf olunan vaxtdan insan resurslarından daha qənaətlə istifadəyə imkan yaradır. Bu üstün cəhətlərinə görə dünyada "e-audit" metodlarının populyarlığı artır. Bir çox dövlətlər artıq "e-audit" metodlarından geniş istifadə edirlər. Hazırda elektron audit təcrübəsi ABŞ, Avropa İttifaqı ölkələri Avstraliya kimi dövlətlərdə uğurla tətbiq edilir. Beləliklə, elektron auditin tətbiqi Vergilər Nazirliyinə vergi ödəyicisinin ofisinə getmədən məsafədən nəzarət imkanları yaradacaq. Başqa sözlə, bu, vətəndaş-məmur təmaslarının azalmasına nəticədə neqativ halların yaranma ehtimalının minimuma endirilməsinə xidmət edəcək.

   Onu da qeyd edək ki, Vergilər Nazirliyini tənqid etmək istəyən insanlar hər zaman audit yoxlamaları burada olan neqativ halları daha çox qabardır. Həqiqətən audit yoxlamalarının mövcud texnologiyası məmurla sahibkarın birbaşa təmasına geniş imkanlar yaratdığından biznes strukturlarının işinə müəyyən müdaxilə faktlarına rast gəlinir. Bu mənada hesab edilir ki, "e-audit" biznesə daha az zərbə vuracaq. Çünki elektron texniki üsullar səyyar yoxlamaları azaldacaq ki, nəticədə auditorların yoxlanılan şəxslərin sahibkarlıq fəaliyyətinə müdaxiləsi azalacaq. Digər tərəfdən, gözlənilir ki, "e-audit"in tətbiqi genişləndirilməsi korrupsiya hallarına qarşı mübarizədə mühüm rol oynaya biləcək. Buna görə "e-audit"in daha tez, gecikdirilmədən istifadəyə verilməsi biznes strukturları ilə bərabər, dövlətin maraqlarına xidmət edir.

 

  

Ulduzə QARAQIZI

 

Ekspress.-2013.-23 may.-S.9.