"Səməndər Rzayev dedi ki,
vallah, mən dəli oldum"
Ofelya Sənani: "Qayınatam
Möhsün Sənani
mənə kinoya çəkilməyə icazə
vermədi"
Xalq artisti Ofelya Sənani 10-cu
sinifdə oxuyarkən radioda diktorluğa başlayıb. Daha
sonra ADU-nun filologiya fakültəsinin axşam
şöbəsində ali təhsil
alıb. Radiodan tez-tez
televiziyaya dəvət olunan
Ofelya xanım 1975-ci ildə AzTV-yə keçib. Ali dərəcəli
diktor kimi 1979-cu ildə
əməkdar, 1991-ci ildə xalq artisti fəxri adlarını alıb. Prezident təqaüdçüsüdür.
- Ofelya xanım, indiki teleaparıcılar sizi qane edirmi?
- Aparıcının tamaşaçı tərəfindən sevilməsinin və qəbul olunmasının şərtləri var. Bura verilişin mövzusu, qoyulan məsələnin həll yolları və s. aiddir. Aparıcı üçün mövzu seçmək və fikrini izah etmək bacarığı, haqqında danışdığı mövzunu dərindən bilmək, müsahiblərini yaxından tanımaq vacib şərtlərdəndir. Bundan başqa, onun yüksək nitq qabiliyyəti olmalıdır - bu, ilk növbədə Azərbaycan ədəbi dilini təmiz bilməyi tələb eləyir. Çox təəssüflər olsun ki, bu gün bizim radiolara və televiziyalara qulaq asanda Azərbaycan dilini tanımaq olmur. İbarəpərdazlıq baş alıb gedir. Doğma dilimiz böyük imkanlara malik olduğu halda, başa düşmürəm, xarici sözlərdən tez-tez istifadə etməyin nə mənası var? Elə cümlə formaları yaranıb ki, ədəbi dilimizin qayda-qanunları ilə uzlaşmır. Radiodakı diceylərin və özəl telekanallardakı musiqi verilişlərinin aparıcılarının danışıqlarına fikir vermisinizmi? Dalğavari danışıq stili yaradıblar. Elə bil ki, bir yerə yığışıb söz qoyublar ki, hamısı elə danışmalıdır.
- Əvvəllər teleaparıcılar və diktorlar seçiləndə hansı göstəricilərə diqqət yetirilirdi?
- Əvvəllər
beləydi ki, bu işi bilənlərdən
münsiflər heyəti
yaradılırdı və
20-30 müsabiqə iştirakçısı
arasından 2-3 nəfər
müsabiqədən keçə
bilirdi. Danışıq
aparatlarına və səslərinə xüsusi
diqqət yetirilirdi. Və müsabiqədən
keçəndən sonra onlarla
aylarla işləyirdilər. Bir neçə aydan sonra gənc diktorlar
proqramları deyirdilər, gecə xəbərlərini
çatdırırdılar və kiçik
verilişləri aparırdılar. Yetişdikcə bu diktorlara böyük
verilişləri aparmaq, kadr
arxasında böyük mətnləri oxumaq həvalə olunurdu.
Amma indi vəziyyət
dəyişib. Diktorların dövrü
artıq keçib. SSRİ dövründə
diktorlar televiziyanın əsas
simalarından sayılırdı. Jurnalistlər çox nadir hallarda efirə çıxırdılar. Hətta
kadrarxası mətnləri də jurnalistlər özləri oxumurdular. Amma indi jurnalist ekrana çıxa bilir. Amma efirə çıxan
jurnalistlər də yoxlanmalıdırlar. İndi
kim istəsə,
efirə çıxa
bilir... Nə xarici görünüşləri
var, nə səsləri yerindədir.
Nədən danışdıqlarını heç özləri də bilmirlər. Bir dəfə özəl telekanalların birində belə bir hadisə
ilə rastlaşdım.
Aparıcı Aygün Kazımovanı
təqdim eləyəndə
qayıtdı ki,
"Azərbaycanın ən
seksual müğənnisi
Aygün Kazımova".
Bunları qınamıram, xarici kanallara baxırlar, belə sözləri eşidirlər, elə bilirlər bizdə də işlətmək olar... Efirdə özbaşınalıq baş alıb gedir. Bir müğənnini çağırırlar verilişə,
ondan müsahibə alıb, veriliş düzəldirlər. Elm adamları, mühəndislər,
heykəltəraşlar, kinossenaristlər
və kinorejessorlarımız
var, onları tapıb ortaya çıxarmaq lazımdır.
- Bunların qarşısını necə
almaq olar?
- Ali məktəblərdə
tələbələrə nitq mədəniyyəti tədris olunmalıdır.
Məsələ burasındadır ki, telekanallardakı aparıcıların əksəriyyəti
jurnalistikanı bitirməyib.
Amma aralarında istedadlıları da var. Bunlarla yanaşı, bayağı verilişləri
aparanlar da az deyil.
Telekanalların rəhbərlikləri ilk növbədə bunlarla məşğul olmalıdırlar.
Mənim
telekanallarla əlaqələrim
var, son zamanlar təsadüfən aparıcı
olanların kanallardan uzaqlaşdırılması barədə
də məlumatlar eşidirəm. Bir məsələ də var ki, bizdə
özəl telekanallar
təzə yaranıb,
bu keçid dövrü mütləq olmalıydı...
- Televiziya, dublyaj, kino ilə
bağlı yəqin ki, maraqlı xatirələriniz çoxdur...
- Bir dəfə rəhmətlik
Səməndər Rzayevlə
bir fimin dublyajındaydıq. Valid də təbii ki, həmişəki kimi yanımızda idi. Aktyorların Valid Sənani ilə
yaxşı zarafatları
vardı. Səməndər dedi ki," Valid, sənə yazığım
gəlir. Ofelya ilə
səhərdən-axşama qədər ora-bura gedirsən. Evə gedəndə də
yəqin ki, ac qalırsan. Ona görə belə
arıqsan". Sözün düzü
elə bildim ki, ciddi deyir
və bu söz xətrimə dəydi. Validlə Səməndərgili götürüb gəldik
evə. O vaxt uşaqlar da balaca idi. Gəlib gördülər.
Ev səliqəli, tərtəmiz.
Balqabaqlı, lobyalı aş,
yarpaq dolması, müxtəlif turşularım
və salatlarım.
Gətirib süfrəyə
düzəndə, Səməndər
dedi, vallah mən dəli oldum. Ofeliya xanım sən
bunları haçan eləmisən? Dedim səhər saat altıya qədər bunları edirəm. Yuxumu da maşınlarda işə gedəndə alıram. Onlara yaxşı bir
çay süfrəsi
də açdım.
Gedəndə dedilər gərək
bu barədə hər yerdə deyək.
- Siz həm də xarici kinoların əksəriyyətinin dublyajında
iştirak etmisiniz. Bir-iki kinoya da çəkilmisiniz.
Niyə belə az çəkilmisiniz?
- İlk
dəfə 1966-cı ildə
Gülhüseyn Hüseynoğlunun
"Mücrü" şeri
əsasında çəkilən
qısametrajlı bədii
filmə çəkilmişəm.
Bu şeri o dövrdə
SSRİ Yazıçılar İttifaqının sədri
Nikolay Tixonov oxuyandan sonra xoşuna gəldiyi üçün filmin çəkilməsini təklif
etdi və baş rola da
məni çəkdilər.
Bundan başqa, "O qızı
tapın" filmində
epizodik rola çəkiləndən sonra
1967-ci ildə "Dağlarda
döyüş" filminə
dəvət olundum.
Bu filmdə mən
rəhmətlik qayınatam
Möhsün Sənani
ilə birgə çəkilmişəm. O, mənim atamı oynayırdı. Sonra rəhmətlik Möhsün
müəllim mənə
kinoya çəkilməyə
icazə vermədi.
Sözün düzü,
rəhmətlik Valid də mənim kinoya çəkilməyimi
istəmirdi. "Dağlarda
döyüş" filminə
də qayınatam özü çəkilirdi
deyə icazə verdi. O filmdən
sonra SSRİ-nin bir çox kinostudiyasından mənə
təkliflər gəldi,
amma çəkilməkdən
birdəfəlik imtina
elədim. Ancaq kino ilə bağlı fəaliyyətimi
indi də davam etdirirəm. 120-dən çox kinonun dublyajında və bizim filmlərin
20-nin səsləndirilməsində iştirak etmişəm.
- Valid müəllimlə
necə tanış
olmuşdunuz?
- Valid müəllimlə
radioda işləyəndə
tanış olmuşam. O, radioya məndən 4 il
əvvəl - 1955-ci ildə
gəlmişdi. O vaxt
o, savadlı, püxtələşmiş
jurnalist, mən də sadə gözəlliyə malik qız idim. İstəyənlərim çox olsa
da, ağıllı və mehriban olduğuna görə onu seçdim. Radioda tanış
olduq və 1961-ci ildə ailə qurduq. Sonralar bir-birimizi daha
çox sevdik. İşə bir gedib qayıdırdıq. Onun yanında
çox rahat olurdum. Mən gözəl səs
vurğunuyam. Gözəl səsi
olan adamla rastlaşanda fikirləşirəm
bundan yaxşı
radio diktoru olar.
- Övladlarınızdan
sizin sənəti davam etdirəni varmı?
- Xeyr. Bizim sənət elə sənətdir ki, gərək ona qabiliyyətin çatsın
və həvəsin olsun. Aparıcılıq,
diktorluq etməyə hər adamın hünəri çatmaz...
AYXAN
Ekspress.-2013.- 2-4 noyabr.- S.12.