İnformasiya məhsullarına tələbat artır

 

İnformasiyakommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

 

 İnformasiya texnologiyalarının inkişafı əksər ölkələrdə olduğu kimi Azərbaycanda da ənənəvi məhsullarla yanaşı informasiya məhsullarına da tələbatı xeyli dərəcədə artırıb. Hazırda həyatın bütün sahələrdə informasiya texnologiyalarına əsaslanan texniki vasitələrə rast gəlinir. Bunlar arasında kompüterlər, mobil qurğular, rabitə vasitələri ən çox tanınanlardır.

   Bu cür qurğuların işləyə bilməsi və onlardan istifadənin genişlənməsi təbii ki, həmin qurğuların işləməsini təmin edən informasiya məhsulunun olmasını tələb edir. Məhz yeni inkişaf meyilləri ilə əlaqədar olaraq informasiya məhsulları sürətlə ənənəvi məhsullar qədər həyatımızın vacib bir elementinə çevrilir.

   İnformasiya məhsulları dedikdə geniş mənada informasiya sistemlərinin fəaliyyəti nəticəsində yaranan məhsullar başa düşülür. İnformasiya sistemi isə özlyündə kompüterlərdən, kompüter şəbəkələrindən, proqram məhsullarından, verilənlər bazalarından, insanların intelektual əməyi sayəsində yaradılan məhsullardan, müxtəlif növ rabitə vasitələrindən və s. ibarət olan sistemdir. Bu sistemin nəticəsi olan məhsullar, yəni informasiya məhsulları konkret halda müxtəlif sənədlər, informasiya massivləri, verilənlər bazası və informasiya xidmətləridir. Dar çərçivədə götürdükdə isə informasiya məhsullarına müxtəlif növ proqramları, elektron kitab, qəzet, jurnalları və s.-i aid etmək olar.

   Göründüyü kimi, informasiya məhsullarına aid edilən məhsul qrupu böyükdür. Bu mənada hər bir ölkədə, o cümlədən Azərbaycanda da informasiya məhsullarının istehsalına rast gəlmək olar. Amma əsas informasiya məhsulları olan kompüter, mobil telefon proqramlarını əsas götürsək həmin məhsulların istehsalçıları azsayda olan ölkələrdir. Bu ölkələr öz məhsullarının daha təhlükəsiz və kopyalanaraq təkrar istehsal edilmədən yayılmasında maraqlıdır.

   Bu cür informasiya məhsullarının ənənəvi məhsullardan ən böyük özəlliyi də məhz onların dünyada yalnız az sayda ölkələr tərəfindən istehsal edilməsi və məhsulların pirat variantının yayılmasının asan olmasıdır. Buradan irəli gələrək informasiya məhsullarının lisenziyalaşdırılması sistemi çox inkişaf edib. Təcrübə göstərir ki, lisenziyalaşdırma sisteminin qaydalarına əməl etmək informasiya məhsulu satan qədər onu alıb istifadə edən üçünvacibdir.

   Ənənəvi məhsull növlərində həmin məhsullardan istifadə etmək üçün lisenziya tələb edilmir. İstənilən istifadəçi məhsulun pulun ödəyib onu mümkün olan hər bir yerdə istifadə edə bilər. Lakin informasiya məhsulunu istifadə edə bilmək üçün, onun səmərəsindən yararlanmaq üçün istehsalçıdan və ya satış hüququ olan təşkilatdan lisenziyanın alınması vacibdir.

   Lisenziya elə müqavilədir ki, o hüquqi olaraq lisenziya alan istifadəçiyə lisenziya verilən məhsuldan istifadə imkanı verir. Lisenziya onu alan şəxsə istifadə ilə bərabər məhsulu lisenziyaya digər müqavilələrlə istifadəyə vermə hüququnu da verə bilər. Adətən informasiya məhsullarına verilən lisenziya həmin məhsulun istifadəsinə başlamaq üçün onu açanya istifadə etməyə başlayan andan mövcudlura başlayır. Lisenziyalar proqram məhsullarına istifadə olunan surətlərin sayına, istifadəçilərin sayına, yayılma şərtlərinə, ödəmə üsuluna görə məhdudiyyətlər qoya bilər.

   Verilən lisenziyalara görə informasiya məhsulları kommersiya (lisenziyalara görə ödəniş tələb edən) və qeyri-kommersiya (lisenziyalara görə ödəniş tələb etməyən) məhsullarına bölünürlər.

   Kommersiya məhsulları sonrakı istifadənin məhdudlaşdırılmasına görə məxsusi və azad informasiya məhsullarına bölünürlər.

   Satış nöqteyi nəzərindən əsas informasiya məhsulları olan proqram məhsulları kommersiya, pulsuz, azad yayımlı (freeware) məhsullarına bölünürlər. Əslində bu bölgü baza bölgüsüdür. Real biznes şəraitində bu bölgünü başqa modifikasiyaları və kombinasiyaları da mövcud ola bilər.

 

   Kommersiya proqramları bugünkü dövrdə ən geniş yayılmış növdür. Alıcı kommersiya proqramına görə satıcıya ödəniş edirlisenziyada olan müqaviləyə əsasən məhsuldan istifadə edir. Satıcı isə müəyyən müddətə məhsula görə məsləhət və ya informasiya-texniki təminat etmə məsuliyyətini üzərinə götürür. Eyni zamanda müəyyən müddət ərzində satıcı alıcıya ya havayı ya da güzəştlərlə ödəmə ilə məhsulun yeni versiyalarının və yeni komponenetlərinin də çatdırılmasını öz üzərinə götürə bilər. Belə proqram məhsulların hazırda geniş istifadə edilən antivirus proqramlarını aid etmək olar.

   Bəzən pulsuz proqram məhsulları da istifadəçiyə təklif oluna bilər. Lakin bu zaman bu proqramdan istifadəyə və ya onun yayılmasına məhdudiyyət qoyulur. Pulsuz proqram məhsullarının istehsalında və istifadəyə verilməsində məqsəd ya reklam məqsədidir (adətən. istehsalçı şirkətlərin imkanlarının reklam edilməsi), ya proqram məhsulundan istifadə, onun konkret şərait və məsələnin həlli üçün uyrunlaşdırılmasına görə ödəmələrə istifadəçinin cəlb edilməsidir, ya da məhsulun içərisində reklam məhsullarının yerləşdirilməsidir.

   Qeyd edək ki, Azərbaycanda son illərdə lisenziyalı proqramlara tələb xeyli dərəcədə artıb. Beş il əvvəl lisenziyası olmayan proqramların istifadə həcmi 50 faizdən çox idi. Amma hazırda bu göstərici 80 faizi ötüb. Bunun əsas səbəbi həmin məhsulların dəyərinin aşarı düşməsi və istifadəçilərin lisenziyalı məhsulların əhəmiyyətini anlamasıdır.

   İnformasiya məhsulları çox vacib, lakin unikal olmayan xüsusiyyətə malikdir. Belə ki, informasiya məhsullarının illkin nüsxələrinin qiyməti sonrakı nüsxələrə görə çox yüksəkdir. Bu xüsusiyyət yalnız informasiya məhsullarına deyil yolların tikintisi, telekommunikasiya şəbəkələrinin qurulması, ümumiyyətlə texniki infrastrukturun qurulmasında və faydalı qazıntıların axtarılması prosesində də özünü göstərir.

   Bütün məhsullar xidmətlər kimi informasiya məhsulları xidmətləri alqı satqı prosesində müəyyən qayda ilə qiymətləndirilir. İqtisadi baxımdan məhsul nə qədər çox istehsal edilərsə, onun orta qiyməti də bir o qədər aşağı olacaq. Lakin burada istehsal qiymətlərinin strukturunun xüsusiyyətləri əhəmiyyətli rol oynayır.

   Müasir dövrdə informasiyanı istehsal etmək baha başa gəlsə də onun təkrar istehsalı ucuz başa gəlir. Bəzən isə informasiya məhsulunun ilkin nüsxəsi yaradıldıqdan sonra istehsal olunan surətlərin qiyməti heçə enir. İnformasiya məhsullarının istehsalında qeyd olunmuş xərclər böyükdür dəyişən xərclər isə çox kiçikdir. Qiymətlərin belə strukturu miqyas iqtisadiyyatına gətirib çıxarır, yəni qeyd edildiyi kim nə qədər çox istehsal olsa məhsulun orta qiyməti o qədər aşağı olacaq.

   Müasir informasiya texnologiyaları informasiya məhsullarının ilkin elektron variantlarının mövcudluğunu təmin edir. Bu isə həmin məhsulların böyük tiracla çoxaldılması və yayılmasını mümükün edir. Digər tərəfdən elektron variantların mövcudluğu məhsulun satışı zamanı ancaq konkret nüsxəyə görə ödəməni aradan qaldırır. Belə ki. alıcı informasiya məhsulunun bir nüsxəsini almaqla demək olar ki. həmin məhsulun sonsuz sayda surətlərinə sahib olma ixtiyarını əldə etmiş olur.

   İnformasiya məhsulları içərisində proqram vasitələri məhz qeyd olunan xüsusiyyətə daha çox malik olan məhsullardır.

   İnformasiya məhsullarının özünəməxsus bazarları da olur. Məsələ burasındadır ki, informasiya bazarı ənənəvi formada yaranmır. Bu bazarın formalaşması üçün informasiya əlaqəsinin olması vacibdir. Satış kanallarının əhəmiyyəti də burada üzə çıxır.

   İnformasiya bazarının özünəməxsusluru həm istehsalçının istehlakçı ilə bütün işi özü görməsidir. O, həm məhsul satışından əldə olunan pulu yırır, yeni alıcılar cəlb edir.

   İnformasiya bazarında kənar istehsalçılarıdan da istifadə edilir. İnformasiya bazarında tez-tez informasiya məhsulları kənar istehsalçının hər hansı məhsulu ilə birgə təqdim olunur. Kənar istehsalçıların məhsulları qurrularya digər informasiya məhsulları ola bilər. Məsələn, kompüterlə bərabər əməliyyatlar sisteminin istehlakçıya çatdırılması bu qəbildən olan satışdır. Lakin yadda saxlamaq lazımdır ki, informasiya bazarında hər hansı şirkətin məhsulları digər şirkətin ticarət markası ilə də satıla bilər. Məsələn, MacBook kompüterləri ASUS şirkəti tərəfindən istehsal edilir.

   Son məlumatlara görə, dünyada informasiya texnologiyaları bazarının dəyəri artıq trilyon dolları ötüb və sürətlə genişlənir. Bazarın həcmində illik artım 3 faizdən az deyil. Bazarda müşahidə olunan artımda əsas amil proqram təminatı dəstəyinə olan tələbatın yüksəlməsi olub. Proqram təminatı seqmentində artım daha böyükdür.

   Bazarın böyüməsində Çin Hindistan xüsusi önəm daşıyır. ümumiyyətlə inkişaf etməkdə olan ölkələrdə informasiya bazarının sürətlə böyüməsi onun iqtisadi əhəmiyyətini artırır. Buna görə inkişaf etməkdə olan ölkələrin İKT bazarı qlobal şirkətlər tərəfindən daha həssaslıqla öyrənilir.

   Azərbaycan da bu baxımdan istisna deyil. Azərbaycanın informasiya texnologiyaları bazarı dünya informasiya texnologiyaları istehsalçılarında xüsusi maraq doğurur. Azərbaycanda informasiya mərkəzlərinin yaradılması məsələləri daha aktualdır. Ölkəmiz perspektivdə regionda informasiya mənbəyi informasiya xidmətləri tədarükçüsü roluna iddia edir. Bu istiqamətdə dünya şirkətləri ilə əlaqələr yaranıb gələcəkdə bazar daha da inkişaf etdiriləcək.

 

   

Vasif CƏFƏROV

 

Ekspress.-2013.- 8 noyabr.- S.9.