"E-hökumət" portalına giriş sayı 400 minə çatıb

 

İnformasiya kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

 

 "Elektron hökumət" portalına daxilolma sayında sürətli artım davam edir. Artıq 230 min nəfər portalın xidmətləri üçün müraciət edib. Bu haqda məlumat "E-hökumət" portalının oktyabr ayına aid olan son buraxılışında yer alıb.

   "E-hökumət" portalına daxilolmaların statistik uçotunun aparıldığı tarixdən, yəni 2012-ci ilin dekabrından 2013-cü il oktyabrın 31-nə qədər olan dövrdə portala ümumilikdə 392 845 daxilolma qeydə alınıb. Portala müraciət xidmətə müraciət edənlərin ümumi sayı isə 229 398 nəfər olub. Belə ki, 229 398 nəfər ümumən 392 845 dəfə portala baxıb və 579 643 elektron xidmətə müraciət ediblər. Həmin şəxslər 1 367 846 müxtəlif müraciət səhifələrə keçid ediblər və portala sərf etdikləri vaxt ortalama 4 dəqiqə 44 saniyə olub.

   Ümumilikdə bu gün vətəndaşlarımızın portala marağının artması müşahidə olunmaqla yanaşı, təkrarən portala müraciət edənlərin də kütlə nisbəti artmaqdadır. Bu dövr ərzində portala müraciət edənlərin 58,6% yeni istifadəçilər 41,4% isə təkrar müraciət edənlər təşkil edib.

   Müqayisə üçün oktyabr ayının statistikasına nəzər salsaq, bu dövrdə portala 33 658 daxilolma qeydə alınıb. Portala müraciət edənlərin ümumi sayı isə 21,7 min nəfər olub. Həmin şəxslər 115 420 müxtəlif səhifələrə keçid ediblər, 78 390 xidmətə edibportala sərf etdikləri vaxt ortalama 5 dəqiqə 3 saniyə təşkil edib. Oktyabr ayı ərzində portala müraciət edənlərin 51% yeni istifadəçilər, 49% isə təkrar edənlər təşkil edib.

   Portala daxil olmaq üçün sadələşdirilmiş kod parol alan istifadəçilərin sayı bu gün 21 500-ə çatıb. Azərbaycanda yaşayan və şəxsiyyət vəsiqəsinə sahib olan istənilən vətəndaş kod-parol əldə edə bilər.

   Portalın "Facebook" sosial şəbəkəsində istifadəçilərinin, sayı isə 92 000 nəfər təşkil edir. Portal üzərindən təqdim edilən xidmətlərin sayı 272 ədəd olub.

   "Açıq məlumatlar"

   mərhələsi başlayır

   Bülletenin son buraxılışında yer alan ən maraqlı məlumatlardan biri "Açıq məlumatlar"la bağlıdır. "Açıq məlumatlar"la bağlı portalın son buraxılışında qeyd edilir ki, "E-hökumət" quruculuğu istiqamətində dünyada liderlik edən ölkələrdə artıq yeni tendensiya müşahidə olunmaqdadır. Daha doğrusu, onlar "Elektron hökumət" həllərində yeni mərhələ olan "Açıq məlumatlar"ın tətbiqinə başlayıb. Yeni mərhələ "e-government 3.0" və ya "Open Data" adlanır.

   Cənubi Koreya dövləti artıq bu mərhələyə qədəm qoyan ölkələr sırasındadır və ölkədə yeni tətbiqlə bağlı əldə edilən uğurlu nəticələr göz qabağındadır. "E-government 3.0" "Open Data" özündə bir sıra mahiyyətləri ehtiva edir . Belə ki, "Açıq Hökumət" - hökumət əməliyyatları üçün yeni sistemdir . Onun məqsədi ayrı-ayrı şəxsləri fərdiləşdirilmiş xidmətlərlə təmin etmək, ictimai məlumatları açıq şəkildə yayaraq istənilən sahədə quruculuğuna yaradıcı iqtisadiyyata dəstək olmaq, eləcə dövlət qurumları arasındakı baryerləri aradan qaldırmaqdır. "Açıq Hökumət" yalnız metodoloci nöqteyi-nəzərdən deyil, eyni zamanda istifadəçilərin tələblərinə uyğun olaraq, dəqiq strukturlar əsasında təqdim edilir. Bu struktur özündə açıq məlumatlar, paylaşma, ünsiyyət əməkdaşlıq prinsiplərini əks etdirir. Açıq məlumalar - dövlət orqanlarının yerli hakimiyyət orqanlarının f əaliyyəti haqqında insane e tərəfindən dəyişiklik edilmədən təkrar istifadə məqsədilə avtomatik emalı təmin edilən, internetdə şəbəkə formatında yerləşdirilmiş məlumatlardır. Daha sadə desək, açıq məlumatlar istənilən şəxsin azad istifadə edə biləcəyi paylaşa biəcəyi məlumatlardır. Bu məlumatların yerləşdirilməsindən asılı olmayaraq, istənilən şəxs tərəfindən qanuna müvafiq şəkildə istifadə edilə bilər. Açıq məlumatlar dövlət orqanları tərəfindən təfərrüatlı şəkildə elektron -formatda təqdim edilir. Bu məlumat toplusu şəxsi məlumatları, ticarət dövlət sirlərini özündə birləşdirmir. İnformasiyanın əldə edilməsi məlumatı təqdim edən orqanın göstərdiyi tələblərə uyğun şəkildə aparılır öz ilkin formasında təqdim olunur. Açıq məlumatlar müəyyən prinsiplər əsasında təqdim edilir. Bu prinsiplərə misal olaraq aşağıdakıları göstərmək olar:

 

   * Qeydiyyatsız istifadə;

   * Məlumatın tamlığı;

   * Daim əldə edilən yenilənən;

   * Sadə rahat istifadə olunan yüklənə bilən format;

   * Tələb olunan standartlara uyğunluq.

   Məlumatların açıq formatda yerləşdirilməsinin əsas funksiyası dünyasının, eləcə cəmiyyətin bütün üzvlərinin maksimal dərəcədə beynəlxalq, siyasi, sosial iqtisadi effekt əldə etməsidir. "Açıq Hökumət" sisteminin əsasını "Şəffaf hökumət", "Tələblərə cavab verən hökumət", "Xidmət-yönümlü hökumət" anlayışları təşkil edir. "Şəffaf hökumət" - cəmiyyəti hökumətin fəaliyyətindən xəbərdar saxlayan, vətəndaşların gündəlik həyatlarına təsir edən məlumatları açıq şəkildə paylaşan, vətəndaşlarla daim əlaqədə olan, vətəndaşların dövlət əhəmiyyətli işlərdə iştirakı onlarla əməkdaşlıq üçün çoxşaxəli vasitələr təmin edən s. sistem anlayışıdır. "Tələblərə cavab verən hökumət" isə nazirliklər arasında baryeri aradan qaldırmaqla, onların strukturlarını təşkilat əsasında olmaqdan tələb əsasında olmağa doğru dəyişərək nəticə əldə edir. Bütün məlumatların nazirliklər arasında paylanmasını təmin edərək hökumətin əməliyyat sistemini inkişaf etdirən sistem anlayışıdır. "Xidmət yönümlü hökumət" - fərdiləşdirilmiş xidmətləri təmin edən, kiçik orta ölçülü bizneslərə dəstək olan, ehtiyacı olan insanlarla üz-üzə əlaqəni təmin edən, smart informasiya texnologiyalarını istifadə edərək insanların gündəlik həyatları ilə sıx əlaqəli xidmət sahələri üçün mobil xidmətlər təmin edən sistem anlayışıdır . "Elektron hökumət" portalının operatoru funksiyasını həyata keçirən Rabitə İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Məlumat Hesablama Mərkəzi tərəfindən portaldan təndaşlara aid fərdi məlumatlar üzrə arayış, lisenziya, sertifi kat s. rəsmi sənədlərin (diplomun surəti, kupça, müxtəlif vəsiqələr s.) avtomataşdırılmış şəkildə təqdim olunması yoxlanılması ilə bağlı elektron xidmət hazırlanmışdır. Hal hazırda xidmətin reqlamenti hüquqi qüvvəsini tənzim ləyən qaydaların hazırlanması üzərində işlər aparılır. Xidmətin hazırlanması üçün Azərbaycan Respublikasının "Fərdi Məlumatlar haqqında" Qanununun 7-ci maddəsinin 7.1.3 bəndi, "İnformasiya əldə etmək haqqında" Qanununun 38-ci maddəsinin 38.6.6-ci bəndi Azərbaycan Respublikası Prezidentinin 2013-cü il tarixli 5 fevral 813 nömrəli fərmani ilə təsdiq edilən "Elektron hökumət" portalı haqqında Əsasnamə"nin 1.2-ci bəndləri əsas götürülmüşdür. Bu tip xidmətlərin hazırlanması, texnoloci imkanların təqdim edilməsi bu texnologiyadan digər xidmət təminatçıları tərəfindən müxtəlif fərdi məlumatların, rəsmi sənədlərin verilməsində istifadə edilməsi nəzərdə tutulmuşdur. Həmçinin "Fərdi məlumatlar haqqında" qanuna əsasən, vətəndaşın razılığı əsasında ona aid fərdi məlumatların bu məlumatları tələb edən quruma ötürülməsi servislərinin təqdim edilməsi nəzərdə tutulub.

   Açıq məlumatlar - "e-government 3.0" istiqamətində ilk xidmət kimi təqdim ediləcək fərdi məlumatlar haqda arayışların verilməsi xidməti özəl sektorda da bir sıra xidmətlərin sadələşməsinə imkan verəcək. Nəticədə isə vətəndaş özəl sektor məmnunluq, rahatlıq, şəffaflıq, operativlik əldə etmiş olacaq. Beləliklə, istifadəçilər www.e-gov .az portalına daxil olaraq, müvafiq xidmətin göstərilməsi yoxlanılması xidmətlərindən istifadə edə biləcəklər.

   DSMF yeni xidmətlər

   tətbiq edəcək

   "Elektron hökumət" portalı vasitəsilə elektron xidmətlərindən ən çox istifadə edilən qurum Dövlət Sosial Müdafiə Fondudur (DSMF). Bu ilin 9 ayında DSMF tərəfindən təqdim olunan elektron xidmətlər əhalinin ən çox müraciət etdiyi xidmətlər sırasında yer alıb. "Elektron hökumət" portalının (www.e-gov .az) statistikasına əsasən, bu ilin 9 ayında əhalinin daha çox yararlandığı elektron xidmətlər sırasına "Pensiya kapitalı barədə məlumat", "Məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlər ödənilmiş məcburi dövlət sosial sığorta haqqı barədə məlumatın əldə edilməsi", "Pensiyaçı tərəfindən məlumatların əldə edilməsi", "Pensiya kalkulyatoru", "Sığortaedənin uçot nömrəsinin öyrənilməsi" adlı xidmətlər daxildir.

 

   İlk 9 ayda fondun "Elektron hökumət" portalına inteqrasiya olunan elektron xidmətlərindən 95 701 nəfər şəxs istifadə edib hazırda DSMF "Elektron hökumət" proqramının ən fəal iştirakçılarından biridir. DSMF "Elektron hökumət" portalı ilə yanaşı, fondun saytı (www.dsmf.gov.az) vasitəsilə əhaliyə müxtəlif elektron xidmətlər göstərməkdədir. Cari ilin 9 ayında bu xidmətlərdən ən çox istifadə olunanları, "Sığortaedənin DSMF orqanlarında məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatların elektron formada hazırlanması üçün proqram təminatı" "Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunan haqqında məlumatın toplanması üçün proqram təminatı" adlı elektron xidmətlər olub. Qeyd olunanlardan əlavə, 54 679 nəfərdən çox vətəndaş bilavasitə fondun saytı vasitəsilə bu xidmətlərdən yararlanıb. Bu ilin ikinci yarısından etibarən isə Şərqi Avropa MDB məkanında ilk dəfə olaraq Azərbaycanda vahid mərkəzdən avtomatlaşdırılmış pensiya təyinatı tətbiq olunmaqdadır. Bu elektron xidmət pensiyaçıların ən çox müraciət etdiyi xidmətlərdən biridir artıq 3 ay ərzində 558 nəfərə bu sistem vasitəsilə pensiya təyinatı aparılıb. Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində DSMF-nin əhaliyə təqdim etdiyi elektron xidmətlərin sayı 21-ə çatdırılıb. İlin sonuna kimi bir sıra yeni xidmətlərin "Elektron hökumət" portalına inteqrasiya olunması nəzərdə tutulur.

 

   

Vasif CƏFƏROV

 

Ekspress.-2013.- 15 noyabr.- S.9.