"Bakutel" regionun ən
böyük İKT sərgisidir
İnformasiya və kommunikasiya
texnologiyalarının inkişaf etdirilməsi
Dekabrın 2-dən 5-dək Bakı
şəhərində telekommunikasiya və informasiya
texnologiyaları sahəsində Xəzər və Qafqaz
regionlarının ən böyük tədbiri - "Bakutel
2013" 19-cu Azərbaycan Beynəlxalq "Telekommunikasiya və
İnformasiya texnologiyaları" sərgisi keçiriləcək.
"Bakutel 2013" sərgisində son illər Azərbaycanda
və dünyada İKT sahəsində əldə olunan nailiyyətlər
nümayiş etdiriləcək.
Sərginin təşkilatçıları
qismində "Iteca Caspian" MMC və onun tərəfdaşı
"ITE Group plc" şirkəti çıxış edir. Təşkilatçıların
məlumatına əsasən, dünyanın 25-dən
çox ölkəsindən, o cümlədən Belorus,
Çin, Malayziya, Rusiya, Sloveniya, ABŞ, Ukrayna, Yaponiya və
digər ölkələrdən 269 şirkət sərgidə
iştirakını təsdiqləyib. Ənənəvi olaraq,
aparıcı İKT şirkətləri, Azərbaycanın
mobil rabitə operatorları, internet provayderləri, sistem
inteqratorları və məşhur markaların
distribyutorları sərgidə çıxış edəcəklər.
Builki sərginin fərqləndirici cəhəti
çoxsaylı milli stendlərin iştirakı olacaq və bu
stendlər sərgidə Azərbaycan Respublikası Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyinin fəal dəstəyi
ilə iştirak edirlər. Belorus, Macarıstan, İsrail,
İspaniya, Kanada, Latviya, Litva, Fransa, Xorvatiya, Estoniya və bir
sıra digər ölkələrin milli stendləri də sərgidə
geniş şəkildə təqdim olunacaq. Əfqanıstan,
İtaliya, İraq və ABŞ-dan olan milli qruplar isə sərgidə
ilk dəfə iştirak edəcəklər. Bu il
"Bakutel" sərgisinin baş sponsoru sərginin daimi
iştirakçısı, habelə informasiya texnologiyaları
sahəsində ən böyük amerikan şirkətlərindən
biri olan "HP" şirkətidir.
Sərgidə Trans-Avrasiya Super
İnformasiya Magistralı ("TASIM") layihəsi, Azərbaycanın
kosmik sənayesi və Azərbaycanda İT texnoparkının
yaradılması layihəsi öz əksini tapacaq. Bu il Azərbaycanda
vüsət alan "startup" hərəkatına
böyük diqqət yetirmək nəzərdə tutulur və
Bakı Ekspo Mərkəzində onların təqdimatı
üçün xüsusi olaraq ayrılmış zonalardan əlavə,
"Azərbaycanda milli startup-ların dəstəklənməsi"
mövzusunda konfrans keçiriləcək.
Bu il sərgi təkcə
iştirakçıların sayına görə deyil, həm
də sərgi çərçivəsində keçirilməsi
nəzərdə tutulan tədbirlərin sayına görə
ən zəngin sərgi olacaq. Belə ki, tədbirlər
sırasında internetin inkişafı, kibertəhlükəsizlik,
internetin Azərbaycanda təkamülü və regional
inkişafı mövzularında müxtəlif seminar və
konfranslar, "TASIM" konsorsiumunun əsas telekommunikasiya
operatorlarının illik forumu, "Azərbaycan-ABŞ"
İKT forumu, BMT-nin Asiya və Sakit okean ölkələri
üçün iqtisadi və sosial komissiyasının
"SPECA" layihəsinin işçi qrupunun "Biliyə əsaslanan
iqtisadiyyatın inkişafı" mövzusunda iclasları, Azərbaycanda
dövlət və özəl İKT sektorları arasında
tərəfdaşlıq üzrə mütəxəssis mərkəzinin
yaradılması ilə əlaqədar olan tədbir yer
alır. "Bakutel" sərgisinin mühüm tədbirlərindən
biri Dünya Azərbaycanlılarının I Virtual
Konfransı olacaq. Lakin tədbirlərin siyahısı bununla
bitmir, belə ki, müxtəlif seminar və konfransların
keçirilməsi barədə təkliflər hələ də
daxil olmaqdadır. Sözügedən tədbirlər çərçivəsində
bu sahənin beynəlxalq strukturları ilə bir sıra
memorandumların imzalanması baş tutacaq.
Azərbaycanda "İKT ili"
ilə əlaqədar olaraq, sərgidə ziyarətçi və
iştirakçılar üçün xüsusi proqram nəzərdə
tutulub. Bakı Ekspo Mərkəzinin ziyarətçiləri və
sərgi iştirakçıları üçün
çoxlu sürpriz, müsabiqə və viktorinalar
hazırlanıb. Burada hər kəs lazer şousunun
iştirakçısı ola biləcək. Zalların birində
ən yeni texnoloci vasitələrdən istifadə etməklə
xüsusi oyun zonası quraşdırılacaq. Ziyarətçiləri
isə xüsusi olaraq sərgi qonaqlarını salamlamaq
üçün "Bakutel" sərgisinə gəlmiş
dünyaca məşhur "Titan" robotu qarşılayacaq.
"Titan" robotu Tokiodan tutmuş Vankuverə qədər
bütün dünya ölkələrində olub. Bu robot Əbu-Dabidə
Qran-pri Formula 1 yarışında ("ABU DHABI F1 GRAND
PRIX") qonaq olub və iri şirkətlərin, eləcə
də məşhur brend və markaların təqdimatlarında
iştirak edib. "Titan" robotu dünya miqyaslı superulduz
Rihannanın konsert turnesini də uğurla müşayiət
edib. "Titan" robotunun Uill Smit (Will Smith), Ceki Çan
(Cackie Chan), Robert Douni-oğul (Robert Downey Cr), Adam Sandler (Adam
Sandler), Keyti Perri (Katy Perry), Stiv Karel (Steve Carell), Snup Doq (Snoop
Dogg), Castin Biber (Custin Bieber), Kris Rok (Chris Rock) və Teylor Svift
(Taylor Swift) kimi məşhurlar üçün kəşfində
Rihannanın simvolik rolu var.
Sərginin inkişafında və
təşəkkül tapmasında Azərbaycan Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyi mühüm rol
oynayıb və "Bakutel" sərgisinə ciddi dəstək
göstərir. "Bakutel" Xəzər və Qafqaz
regionlarının ən böyük sərgisi sayılır.
Sərgi 1995-ci ildən keçirilir və son 19 ildə hər
il təşkil olunub. Bakı sərgisinin beynəlxalq
nüfuzu bu sahə üzrə beynəlxalq təsisatların,
o cümlədən Birləşmiş Millətlər Təşkilatı
(BMT), Beynəlxalq Elektrik Rabitə İttifaqı (ITU) və
Regional Rabitə Birliyinin (RRB) dəstəyi, habelə
Ümumdünya Sərgi Sənayesi Assosiasiyasının (UFI)
keyfiyyət nişanı ilə təsdiq olunur.
Xatırladaq ki, sərgi son illərdə
bir qayda olaraq noyabr ayında keçirilib. Lakin bu il bir qədər
gec keçirilməsi planlaşdırılıb. Sərginin
keçirilmə vaxtının dekabr aygna çəkilməsini
noyabrın 19-22 noyabr tarixlərində Taylandın Banqkok şəhərində
İKT üzrə BMT-nin ixtisaslaşmış agentliyi olan
Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ)
nüfuzlu "ITU Telecom World 2013" sərgi-konfransının
təşkil edilməsi ilə bağlıdır. Qlobal
telekommunukasiya və informasiya texnologiyalarfna həsr olunan bu
konfransda ölkəmiz rabitə və informasiya
texnologiyaları naziri Əli Abbasovun rəhbərlik etdiyi
nümayəndə heyəti ilə təmsil olunur.
"ITU Telecom World 2013" sərgisində
Azərbaycandan 22 informasiya yexnologiyaları şirkəti, o
cümlədən özəl, dövlət, qeyri-hökumət
təşkilatları və onların rəhbərləri
iştirak edirlər.
Sərgidə "Azerspace",
Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM),
"Elektron hökumət" həlləri, "Dilmanc"
layihəsi, nanotexnologiyalar, rəqəmli televiziya, son mobil
texnologiyalar olan "3G" və "4G" xidmətləri,
eyni zamanda ölkədə elm və texnologiyalar sahəsində
ən son elmi nailiyyətlər nümayiş etdirilir.
Bu sərgi qədər olmasa da hər
halda "Bakutel" sərgisinin də beynəlxalq
nüfuzunun ildən-ilə artması, daha çox şirkətin
sərgiyə maraq göstərməsi onun əhəmiyyətini
artırır. "Bakutel" sərgisi keçirildiyi illər
ərzində ölkənin telekommunikasiya bazarının
ayrılmaz hissəsi olan aparıcı hadisəyə
çevrilib. Sərgi telekommunikasiya və informasiya
texnologiyaları sektorunun bütün nailiyyətlərini
nümayiş etdirmək, qeyri-adi ideya və layihələri təqdim
etmək, habelə müzakirələr, danışıqlar və
yeni-yeni uğurların təməlini təşkil edən
biznes münasibətlərini qurmaq üçün bir
platforma kimi bir çox ölkənin mütəxəssis,
ekspert və sahə peşəkarlarının diqqətini cəlb
edir. Bu mənada "Bakutel" ölkəmizdə İKT-nin ən
müxtəlif sahələrində əldə olunan mühüm
nailiyyətlərin beynəlxalq işgüzar dairələrə
çatdırılması, təşəbbüskarı və
bilavasitə iştirakçısı olduğumuz regional və
beynəlxalq İKT layihələrinin həyata keçirilməsi,
eləcə də qarşılıqlı faydalı əməkdaşlığın
və təcrübə mübadiləsinin genişləndirilməsi
baxımından olduqca əhəmiyyətlidir.
Rabitə və informasiya
texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bir
müddət öncə "Bakutel-2013" telekommunikasiya sərgisi
ilə bağlı keçirilən iclasda qeyd etdiyi kimi
sözügedən tədbir əhəmiyyət
baxımından digərlərindən fərqlənir.
2013-cü ilin "İKT ili" olduğunu xatırladan nazir
müavini Azərbaycanın İKT sahəsində əldə
etdiyi nailiyyətlərin həm ölkə ictimaiyyətinə,
həm də dünyaya hərtərəfli
çatdırılmasının vacibliyini bildirib. O deyib ki, bu
il keçirilən "Bakutel-2013" sərgisi mahiyyət və
tərkib baxımından da fərqlənir. "Bakutel"
çərçivəsində 12-yə yaxın paralel tədbirin
keçirilməsi planlaşdırılıb. Bununla belə,
çox əhəmiyyətli bir mövzuda - kibertəhlükəsizlik
məsələlərinə həsr edilən konfrans
keçiriləcək. Bu, bütün dünyanın diqqətində
olan məsələdir. İnternet forumu ilə bağlı tədbirlərin
reallaşdırılması nəzərdə tutulub. Bununla
yanaşı, ikitərəfli biznes-forumların düzənlənməsi
planlaşdırılan məsələlərin tərkib hissəsidir.
Daha sonra o bildirilib ki, "Bakutel-2013"
telekommunikasiya və informasiya texnologiyaları sərgi-konfransı
çərçivəsində Regional Rabitə Birliyinin
üzvlərinin görüşü nəzərdə tutulub.
Bu zaman bir sıra məsələlər müzakirə
olunacaq və çıxışlar dinləniləcək.
Qeyd edək ki, "Bakutel-2013"
çərçivəsində dünya Azərbaycanlılarının
I virtual konfransına da start veriləcək. Bu konfransı
RİTN ilə Diasporla iş üzrə Dövlət Komitəsi
birgə keçirəcək. Dünyanın 8 dayaq nöqtəsindən
konfransa birbaşa bağlantı olacaq. Bu zaman 20-yə
yaxın ölkədə yaşayan soydaşlarımızın
onlayn konfransa qoşulması nəzərdə tutulub.
Belə mühüm sərgidə
iştirak iştirakçılara bir sıra
üstünlüklər də verir.
Öncə də qeyd etdiyimiz kimi
bu sərgi Xəzəryanı və Qafqaz regionlarında
keçirilən ən iri telekommunikasiya sərgisidir. Sərgi
məhsul və xidmətləri sahənin mütəxəssislərinə,
həmçinin geniş ziyarətçi kütləsinə
vasitəsiz çatdırmaq imkanı verir. Bundan başqa sərgi
potensial sifarişçi və tərəfdaşlar ilə
görüşüb işgüzar görüşlər
keçirtmək, İKT sahəsinin professionallarının
bazarda yeni məhsul və xidmətlər haqqında dolğun
məlumat almaq, işgüzar forum, ixtisaslaşmış tədbirlər
və seminarlar vasitəsi ilə beynəlxalq və yerli
mütəxəssislər arasında fikir, təcrübə və
texnologiyalar mübadiləsinə zəmin yaratmaq, sərginin zəngin
iş və sosial proqramında iştirak edərək bundan
faydalanmağa şərait yaradır.
Dekabrda keçiriləcək sərgidə
telekommunikasiya və şəbəkələr, informasiya
texnologiyaları və ofis texnologiyaları, kabel və simsiz
rabitə, peyk rabitəsi və texnologiyaları, televiziya və
radioyayım avadanlıqları və texnologiyaları, bank
texnologiyaları və xidmətləri, təhlükəsizlik
sistemləri, genişzolaqlı rabitə və texnologiyalar,
proqram təchizatı və avtomatlaşdırma sistemləri,
e-hökumət və e-təhsil haqqında məhsullar təqdim
ediləcək.
Vasif CƏFƏROV
Ekspress.-2013.- 21 noyabr.- S.9.