Mir Cəfər
Bağırov və Teymur Quliyev
Mir Cəfərin məhkəməsi necə
hazırlanmışdır?
Azərbaycanda ötən əsrin ən qalmaqallı və indiyədək ətrafında söz-söhbətlərin dolaşdığı məhkəmələrdən biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban bu məhkəmə, onun necə və kimlərin sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında araşdırıb...
Qeyd: Artıq 5 ilə yaxındır, Teyyub müəllimin Mir Cəfər Bağırovla bağlı arxivlərdən gün işığına çıxardığı materialları, müxtəlif sənədləri qəzetimizin hər şənbə sayında "Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır" başlığı altında təqdim edirik. Əslində, bu layihəni Mir Cəfərin məhkəməsi ilə, məhkəmənin ətrafında cərəyan edən hadisələrlə və ictimaiyyətə məlum olmayan maraqlı faktlarla yekunlaşdırmaq istəyirdik. Lakin arxiv elə dəryadır ki, sonu-bucağı yoxdur. Teyyub müəllim arxivdən elə faktlar, elə sənədlər üzə çıxarırdı ki, onların oxucularımızda maraq doğuracağını nəzərə alaraq bir çox hallarda mövzudan kənara çıxmalı olurduq.
Yaxın saylarımızda Mir Cəfər Bağırovun məhkəməsini təqdim edəcəyik. Həmin vaxtadək "Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır" başlığını yalnız rubrika kimi saxlayırıq.
1956-cı il avqustun 28-də keçirilən Azərbaycan KP MK-nın Büro iclası əslində Nazirlər Kabinetinin başçısı Teymur Quliyevin məhkəməsinə çevrilmişdi...
Dmitri Yakovlev ( Azərbaycan KP MK-nın ikinci katibi): - Əli Bayramlıdakı (İndiki Şirvan-red.) Rəncbər kəndinin 51 nəfər sakini də sizin sədrlik etdiyiniz məhkəmənin hökmü ilə güllələnmişdir.
Teymur Quliyev: - Onlarda silah aşkarlanmışdı.
Dmitri Yakovlev: - Nə silahbazlıqdır? Silahı özünüz yerləşdirmisiniz. Onların hamısı sıravi kolxozçu idi.
Teymur Quliyev: - Mən yalnız məhkəmə işini aparmışam. Heç kəsi həbsə almamışam.
Dmitri Yakovlev: - Əli Bayramlıda 51 nəfər günahsız vətəndaşın məhkəməsini siz aparmısınız. Bağırov tərəfindən uydurulmuş cinayətlərə görə 51 nəfərin işinə məhkəmədə siz baxmısınız.
Teymur Quliyev: - Mənim sədrliyimlə keçən məhkəmələrdə heç kəs əsassız cəzalandırılmamışdır. Dediklərinizi sübut edə bilərsinizmi?
Dmitri Yakovlev: - Yusif Qasımovu tanıyırdınız?
Teymur Quliyev: - Qori seminariyasında bir yerdə oxumuşuq.
Dmitri Yakovlev: - Yusif Qasımov respublikanın fəxri idi. Belələrini məhv etməklə siz Bağırova qulluq göstərdiniz. Bağırovun məqsədi mərd və təmiz kadrları məhv etmək idi. Siz isə adamları görmədən onlara ölüm cəzası imzalayırdınız.
Teymur Quliyev: - Mən Üçlüyün üzvü kimi təqdim olunan məhkəmə işlərini ayrı-ayrılıqda yoxlaya bilməzdim. Bunu da bilin ki, mən Üçlüyün tərkibinə öz xoşumla düşməmişdim.
Dmitri Yakovlev: - Siz Bağırovun adamı kimi Üçlüyə salınmışdınız. Fövqəladə Komitssiyanın sədri Sumbatov Nazirlər Sovetinin sədri kimi sizin tabeliyinizdə idi. Təəssüf ki, siz Bağırovun məhkəməsində iştirak etməmisiniz və öz məhkəməsində Bağırovun dediklərini eşitməmisiniz - "məni güllələmək azdır!" Siz Bağırovun koranə nökəriydiniz. Nazirlər Sovetində nə işlə məşğuldunuz? İnsanlara ölüm hökmü imzhalamaqla. Əlləriniz qana batmışdır. Bağırov nahaq yerə məhz sizi Xalq Komissarları Sovetinin sədri etməmişdi. Siz həmişə partiyamıza sədaqətli kadrların aradan götürülməsində Bağırovla birlikdə olmusunuz.
Teymur Quliyev: - Elə deyil, düz danışmırsınız.
Dmitri Yapkovlev: - Bəs onda nə üçün 1953-ci ilin iyul ayınadək Bağırovun cinayətkar hərəkətlərini, sosialist qanunçuluğunun kobudcasına pozduğunu və partiyamıza zidd davranışını hər vəchlə gizlədibsiniz. Siz Bağırovu ifşa etmək əvəzinə onun şəxsiyyətinə pərəstiş etmisiniz. 1942-ci ildə hamı bilirdi ki, Bağırov öz kabinetində Qəmbər Bağırovu döymüş, çiyinlərindən paqonlarını, sinəsindən Ali Sovetin deputatı nişanını çıxarmış, partiya biletini almış və Yaqubova tapşırıq vermişdir ki, onu həbs etsinlər. Qəmbər Bağırov 10 ay həbsdə saxlanılmışdır. Siz bundan xəbərdardınız, nə üçün səsinizi çıxarmadınız?
Teymur Quliyev: - Mənim heç onun həbsindən xəbərim olmamışdır.
Dmitri Yakovlev: - Siz 1948-ci ildən Azərbaycan KP MK Bürosunun üzvü idiniz. Məgər bilmirdiniz ki, SSRİ Dövlət Nəzarətinin yoxlama briqadasına qarşı necə təxribat hazırlanmış və həyata keçirilmişdir?
Teymur Quliyev: - Əgər yoxlama briqasının başçısı Yemelyanov sağdırsa, mənim bu məsələdə nə kimi rolum olmasını ondan soruşun.
Dmitri Yakovlev: - Moskva briqadası Azərbaycanda ifrat dərəcədə malliyyə cinayətlərini aşkara çıxardı. Bunu siz yaxşı bilirdiniz. Bilirdiniz ki, sizi ağır cəza gözləyir.
Teymur Qudiyev: - Mən Moskva briqadasına köməklik göstərmişəm.
Dmitri Yakovlev: - Bəli, Bağırov yoxlama briqadasına bir tərəfdən köməklik göstərməyi tapşırmış, digər tərəfdən özü murdar işlərlə məşğul olmuşdur. Siz isə buna göz yummusunuz. Yaxşı, əgər Bağırov qarşısında qorxaqdınızsa, niyə ondan gizlicə yaramazlıqları Moskvaya, Sov.İKP MK-ya çatdırmadınız?
Daha bir fakt. Əlizadənin (Ələşrəf Əlizadə nəzərdə tutulur - T.Q.) və onun ailəsinin, Dövlət təhlükəsizliyi nazirinin müavini Mustafayevin, Böyük Vətən müharibəsi iştirakçısı həkim Cavadovun təqib olunmasında iştirak etməmisiniz?
Teymur Quliyev:
- Yalnız bir faktı xatırlayıram.
Əlizadənin arvadı mənzil
məsələsinə görə
mənim qəbulumda olmuşdu.
Dmitri Yakovlev: -
Cəbrayıl rayonunun
mərkəzində Bağırov
muzeyini kim
yaratmışdı?
Teymur Quliyev: - İnkar etmirəm, mən yaratmışam. Ata-baba evimiz olan həmin binada vaxtilə Bağırov gecələmişdi. Mən əmimə zəng vurdum və ondan xahiş etdim ki, Bağırovun qapldığı otağı o zamankı görkəminə salsınlar.
Dmitri Yakovlev: - Bilirsinizmi bu muzey dövlətə neçəyə başa gəlmişdir? Muzey 1947-ci ilin noyabrın 17-dən 1958-ci ilin dekabrın 20-dək fəaliyyət göstərmişdir və buna 807900 manat dövlət vəsaiti sərf edilmişdir. Muzeyin yerləşdiyi evin sahibi - sizin atanız 1929-cu ildə qolçomaqlığına görə seçki hüququndan məhrum olunmuş və sonralar sizin köməyinizlə bərpa edilmişdir. Mən sizin Mərkəzi Komitədə saxlanılan şəxsi işinizlə tanış olmuşam. Qardaşınız Şamil Quliyev yad ünsür kimi partiyadan qovulmuşdur. Siz isə bu faktı uzun zaman partiyadan gizlətmisiniz. Bunlar sübut edir ki, siz qolçomaq ailəsindənsiniz və bu səbəbdən də Bağırovla birlikdə sovet adbamlarını qırmısınız. Bir fakt da sizin qolçomaq mənşəyinizi göstərir. Vəzifənizdən sui-istifadə edərək 500 kvadratmetrlik sahədə ikimərtəbəli xüsusi mülkdə yaşamısınız və yalnız 123 kvadrat metrinin vergisini ödəmisiniz.
Teymur Quliyev:- Mən "JEK" evində yaşamalı idim?
Dmitri Yakovlev: - İndiki rəhbərlər sadə tərzdə yaşayırlar. Məsələn, Mustafayev yoldaş kimi. Mən onun mənzilində bir dəfə olmuşam - 1953-cü ildə. "İnturist"də qalırdım. Rayonların birinə gedəcəyimiz günün səhəri maşına əyləşib Mutafayev yoldaşın yaşadığı binaya tərəf yollandım. Səhər saat yeddi olardı. Şərtləşdiyimiz kimi, ondan bir kitab götürməliydim. Mustafayev yoldaş məni binanın qarşısında qarşıladı və yuxarıya qalxdıq. Mustafayev yoldaş indiyəcən mənzilini dəyişməmişdir və dəyişmək də istəmir.
Teymur Quliyev: - O təvazökardır, biz isə qeyri-təvazökar olmuşuq.
Dmitri Yakovlev: - Siz mənəviyyat və məişət cəhətdən də qusurlusunuz. Müharibə vaxtı hərbi xidmətçi Ələsgərovun arvadı Nazarova ilə cinsi əlaqədə olmusunuz. Serov yoldaşla söhbətdə isə bunu inkar etmisiniz, cavab vermisiniz ki, Nazarova familiyalı heç bir qadın tanımırsınız. 1954-cü ilin fevralında Azərbaycan Kommunist Partiyasının qurultayında mən Moskvanın nümayəndəsi kimi iştirak edirdim. Sizin barədə indi müəyyən olunmuş faktlar əgər qurultay vaxtı səslənsəydi, sözsüz ki, yaxanızı vəzifənizdən kənarlaşdırmaqla qurtara bilməyəcəkdiniz. Siz olduqca hiyləgər və fəndgirsiniz, sizdə partiya vicdanından əlamət yoxdur.
Teymur Quliyev:
- Mən istərdim ki, bir çoxları
da mənim kimi partiya vicdanlı
olsunlar.
Dmitri Yakovlev: - Doğru deyirsiniz, heç kəsi
sizə bənzətmək olmaz. Məsələn,
Yaqubov yanınızda pişik
balasına bənzəyirdi. Əgər Həmid Sultanovun məhkəməsini o
aparsaydı, hökmə etiraz edənlərin
səsini boğaraq fasilə elan etməzdi. Siz Həmid
Sultanovun məhkəməsində vəhşi
naturanızı nümayiş etdirmisiniz.
MÜƏLLİFİN QEYDİ: Azərbaycan KP MK-nın ikinci katibi Dmitri Yakovlevin Teymur Quliyevlə sorğu-sualından
30 il sonra -1986-cı ildə Azərbaycan Sovet Ensiklopediyasının
doqquzuncu cildində Həmid Həsən oğlu Sultanov haqqında məqalə belə başlayır:
"Sultanov Həmid Həsən oğlu (26.5.1889,
Qazax qəzasının
Şınıx Ayrım
kəndi - 1938). 1907-ci ilin yanvarından Sov.İKP
üzvü". Elə çıxır
ki, 1907-ci ildə Qazax
rayonunun Şınıx Ayrım kəndində
şura hökuməti qurulubmuş
və 18 yaşlı kəndli balası bu
quruluşun hakim
partiyasına qəbul edilmişdir.
Gülməli deyilmi? Həqiqət arxiv sənədindədir.
Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi
Siyasi Sənədlər
Arxivində Azərbaycan
Xalq Cümhuriyyəti
dövründə, 1920-ci il fevralın 12-13-də
Bakıda fəhlə
klubunda Azərbaycan kommunist (bolşevik) partiyasının gizli keçirilmiş birinci qurultayı iştirakçılarının
siyahısı saxlanılır.
Qurultay nümayəndələrinin
116 nəfərdən ibarət olan
siyahısında 98-cisi belədir - "Sultanov
Həmid Həsən oğlu. 1907-ci ildən
"Hümmət" partiyasının üzvü".
1937-ci il iyul ayının
30-da Kreml divarları arasında hazırlanmış
repressiya qanununun qanlı maddələri əsasında Azərbaycan
"Hümmətçi"ləri başda Nəriman Nərimanov olmaqla xalq düşməni edilmişlər. Belələri
arasında AK(b)P-nin birinci qurultayında "Hümmət"i təmsil
edən və ASE cildlərində "1907-ci ildən
Sov.İKP üzvü"
kimi qələmə verilmiş soydaşlarımız
vardır; Bünyadzadə
Dadaş Qoca oğlu, Hüseynov Mirzədavud Bağır oğlu, Cəbiyev Həbib Pircan oğlu, Dadaşov Müseyib Mirzə oğlu, Xanbudaqov Əyyub Şirin oğlu, Xuluflu Vəli Məmmədhüseyn
oğlu, Eminbəyli İbrahim Əsədulla oğlu, Həsənbəyov
Balabəy Cabbar oğlu və başqaları.
Sovet rejiminin günahlarını
1956-cı ildə Mir Cəfər
Bağırovun və
onunla birgə çalışmış baş
nazir Teymur Quliyevin üzərinə atmaq Azərbaycana qarşı Sov.İKP MK-nın növbəti əməliyyatı idi.
Xəlil Əfəndiyev: - Mənim sizə bir sualım var. Qonaqkənddən olan Səfərəliyevin və Cəfərovun məhkəmə işini apardığınızı inkar edirsiniz?
Teymur Quliyev: - Onların işini mən yox, kollegiya aparmışdır.
Xəlil Əfəndiyev: - Onları güllələnməyə siz məhkum etmisiniz. Raykom katibi Cəfərovun və icrakom sədri Səfərəliyevin nə təqsiri vardı? Raykom katibi əsir düşərgəsində vəfat etmişdir. Bu həmən Cəfərovdur ki, 1929-cu ildə sizin qardaşınızı partiyadan haqlı olaraq çıxarmışdı.
Teymur Quliyev:
- Qardaşımın onun
tərəfindən partiyadan
çıxarılmasını sizdən eşidirəm.
Dmitri Yakovlev: -
Yəqin Cəfərovdan
intiqam almısınız.
əvvəli və ardı var
Teyyub Qurban
Ekspress.-2013.-12-14 oktyabr.-S.15.