İlqar Sail: "Atam sağ olsaydı, heç vaxt müğənnilik
etməzdim"
İstedadın da qanla, genlə nəsildən nəslə keçdiyi artıq qəbul olunub. Bizdə isə bunu sübut etməyə lüzum yoxdur, ona görə ki, yüzlərlə sübut var. Hamısı da göz qabağında. Yəni indi müxtəlif sənət sahələrində müvəffəqiyyətlə çalışan istedadlı sənət adamlarının əksəriyyəti bir vaxtlar bütün dünyaya səs salan korifey sənətkarların övladlarıdır. Bu üzdən istedadın atadan oğula keçdiyini söyləmək olar. Amma gəlin, görək məşhurların övladları bununla razılaşırlarmı? Valideynlərini necə xatırlayırlar? Axı indi az qala sitayiş etdiyimiz dühaları övladlarından yaxşı kim tanıyır?
Bu rubrikada məqsədimiz ömrünü millətinin inkişafına sərf edən dahiləri yad etmək, onları indiki nəslə tanıtdırmaq və sevdirmək, tanıyanlara isə yeni nə isə deməkdir.
Rubrikamızın qonağı bir zamanların məşhur sənətkarlarından olan Məmmədəli Əliyevin oğlu müğənni İlqar Saildir.
- İlqar
müəllim, atanız
Məmmədəli Əliyev
Azərbaycanda tanınmış
sənətçilərdən idi. Yəqin sənətə
gəlişiniz atanızın
yolunu davam etdirmək istəyi ilə bağlıdır...
- Mən musiqiçi ailəsində dünyaya göz açmışam. Fikrim müğənni olmaq deyildi, musiqiçi olmaq istəyirdim. Bu istəklə də instrumental ifaçı oldum. Əvvəlcə skripka ilə məşğul olmağa başladım. 1 il keçəndən sonra başa düşdüm ki, bu, mənlik deyil. Dedim ki, məni zərb alətləri sinfinə keçirsinlər. 1983-cü ildə atam rəhmətə gedəndən sonra sanki mənə ilahidən vergi verildi. Fikirləşdim ki, müğənni olmalıyam, atamın yolunu davam etdirməliyəm. 1990-cı ildə qəti qərara gəldim ki, bütün instrumental alətləri bir kənara qoyub, müğənni olum. 1991-92-ci illərdə artıq müğənni kimi fəaliyyətə başladım. Əgər atam sağ olsaydı, heç vaxt müğənnilik etməzdim.
- Bəs niyə 1983-cü ildə doğan arzunuzu 10 il sonra həyata keçirdiniz?
- Müğənni
olmaq heç zaman gec deyil.
Mən uşaq vaxtlarımdan oxumağa başlamışam.
Yadıma gəlir, anam
danışırdı ki,
"iki yaşınız
olardı, qardaşınla
səni dənizkənarı
parka gəzməyə çıxarmışdım.
Siz də özünüz üçün nəsə
oxuyurdunuz. Mən sizə
fikir vermirdim. Birdən arxaya çevriləndə gördüm
ki, arxamızca 10-15 adam gəlir.
Sən demə, onlar sizə qulaq asırmışlar". Hələ bizim
iki yaşımız olanda, biz "əl
Mustafa" adlı bir
ərəb mahnısı
var idi, onu əzbər bilirdik.
- Deyəsən
uşaqlığınız haqda danışmağı
xoşlayırsınız?
- Hər insan üçün uşaqlığı müqəddəsdir.
Bilirsiniz,
uşaqlıqda heç
bir problem olmur. Problem olanda da
ürəyinə salmırsan.
Həyat
sənə gözəl
görünür. Bəlkə də
elə buna görə uşaqlığımdan
danışmağı xoşlayıram.
Uşaqlıqdan danışanda insanda
gözəl təəssüratlar
yaranır. Mənim uşaqlığım
doğrudan da gözəl keçib.
Səhərdən axşama
kimi futbol oynayardıq... Heç məktəbdə də yaxşı oxumamışam. Ailədə
beş uşaq
olmuşuq. Qardaşlarım hamısı musiqi
ilə məşğul
olublar. Amma professional səviyyəyə gəlib çıxmayıblar.
Mənsə 1973-cü ildə 6 saylı musiqi məktəbinə daxil olmuşam. Oranı bitirdikdən sonra Asəf Zeynallı adına Musiqi
Texnikumuna, 1980-ci ildə
Azərbaycan Dövlət
Konservatoriyasına daxil
olub, 1985-ci ildə oranı bitirmişəm.
- Atanız yadınızda necə qalıb?
- Mənim xatirmidə atam xeyirxah insan kimi qalıb. Bilirsiniz atam necə insan idi? Heç vaxt heç kəsin qarşısında
boyun əyməzdi, heç kəsin ayağına düşüb
yüngül hərəkətlər
etməzdi. Bəzi insanlar
yaltaqlıqla, kiminsə
qarşısında baş
əyməklə nəyəsə
nail olurlar. Amma mənim
atam belə deyildi. Mənim üçün ideal kişi atam idi. Çox mülayim insandı.
Yadıma gəlmir ki,
nə vaxtsa mənim üstümə qışqırsın. Bir sənətkar
kimi də o, mənim üçün
ideal idi. Səsinə bir oğul kimi
yox, bir dinləyici kimi heyran idim.
Atam sənətinə çox ciddi yanaşırdı. Hər səhər
yuxudan duran kimi 1-2 saat səsi
ilə məşq edərdi. Yanına məsləhət üçün çox adamlar gəlirdi. Atam dəsgah da oxuyub, muğam da oxuyub, teatrda
parçalar da oxuyub. Mən ona universal bir
müğənni kimi
baxırdım. Atam həm
də qəzəlxan idi. "Sail" onun
qəzəlxan kimi təxəllüsüydü. Çox gözəl
qəzəllər yazırdı.
Babam Mirzə Əliqulunun
da çox gözəl səsi varmış. O, dərviş
olub.
Amma nə faydası,
atamı bütün Azərbayan tanısa da, fəxri ad verilmədi. Mən istəyərdim
ki, atama ad versinlər. Nə olsun
ki, həyatda yoxdur. Axı bu
insan Azərbaycan incəsənətində
iz qoyub.
- Atanızdan sonra "Kor ərəbin mahnısı"nı bir çox müğənnilər
oxudu. Hansı ifaçıdan
razısınız? Özünüz niyə
həmin mahnını ifa etmirsiniz?
- Atamdan sonra o mahnını Ağadadaş Ağayev, Faiq Ağayev, Mələkxanım Əyyubova, Əyyub Yaqubov ifa etdi. Amma nədənsə Əyyubun ifası mənim ürəyimə çox yatır. Mən özüm isə həmin mahnını evimizin simvolu olduğu üçün ifa etmirəm. Hər dəfə o mahnını eşidəndə qəhərlənirəm. Mənə psixoloji təsir edir. Amma prinsipiallığa qalanda, o mahnını ifa edərəm, özü də hamıdan yaxşı.
- Eşitdiyimizə görə, atanızın ifalarından ibarət disk çıxarmısınız.
- Hə, disk də, albom da çıxıb. Mən atamın ifalarını Qızıl fonddan tapmışam. Düzdür, texniki qüsurlar çox idi. Təsəvvürünüzə gətirin ki, hamısı 1957-59-cu illərin
lent yazıları idi.
Həmin
mahnıları "Şahinlər"
studiyasına verdim.
Orada bütün qüsurları
aradan qaldırdılar
və mahnılar yaxşı vəziyyətdə
dinləyicilərə çatdırılıdı.
Bilirsiniz
nə qalmayıb atamın mahnılarından?
Atam "Kor ərəbin mahnısı"na kiçik kino-klip çəkdirmişdi.
O dövrdə həmin
klipə baxan yaşlı sənətçilər
bilirlər ki, elə bir klip
var idi. Mən nə qədər həmin lenti axtardımsa, tapa bilmədim. Həmin klipi çəkən
rejissorun oğlu da lentin harada
olduğunu bilmir.
- Özünüz
mahnılar yazırsınızmı?
-
Yazmamışam. Amma mənə elə gəlir
ki, yaza bilərəm.
Çünki 15 il musiqi təhsili almışam. Potensialım var. Yazmaq istəsəm
yazaram. Daha doğrusu, evdə
bir neçə cızma-qaram var. Amma hələ onları oxumamışam.
- İndi
sənətə "ulduz"
axını başlayıb.
Buna münasibətiniz necədir?
- Məncə, kimin istedadı var, onun gələcəyi var. Belə bir aksiom var. Talantsız adam zirvəyə talantlıdan tez çatır. Mən istedadlı insanları dəstəkləyirəm. Əgər pis olmasa, yaxşının qədri bilinməz. Çünki hər sənətdə yaxşılar da var, pislər də. Hərdən bəzi müğənnilər çıxıb efirdə deyirlər ki, cavanlar pis oxuyurlar. Düzgün eləmirlər. Çünki hər insan nəyi bacarır, onu da edir. Ola bilsin ki, kiminsə xoşuna gəlməsin onun ifası, amma həmin adamın da öz pərəstişkarları var. Mən belə hesab edirəm ki, bizim şou-biznesin gələcəyi var. Çünki çox gözəl cavan ifaçılar yetişir.
- Amma, nədənsə, bəzi tanınmış, sevilən sənətçilərimiz indi istedadsız gənclərə efir verilməsindən narazıdırlar.
- Sevilən sənətçilərin efirə
çıxmağa ehtiyacları
da yoxdur. Onsuz da xalq
öz sənətçisini
tanıyır və sevir. Ümumiyyətlə,
mənə belə gəlir ki,
telekanallarımızın hamısında "Sizin
istəyinizlə" adlı verilişlər olmalıdır.
Bu, çox düzgün olar. Kimin ürəyi nə istəyər, onu da sifariş
verər. O ki qaldı şou-biznesə, onun da öz
qanunları var. Biznes alver deməkdir. Düzdür,
şou-biznesə alver demək olmaz. Çünki bu, incəsənətdir. Amma
mənə görə, şou-biznesdə insan
çalışmalıdır ki, irəli
getsin, özünə yollar
açsın. Əgər mənim imkanım varsa,
nəyə görə efirdə görünməməliyəm?
Adam var oturur evdə, deyir ki, "qoy məni
çağırsınlar". Sən elə et
ki, səni çağırsınlar da. O ki qaldı
yaşlı sənətçilərin gileyinə,
xalqımız onları sevir, bilmirəm
niyə gileylənirlər. Yaşlı sənətçilər
başa düşməlidilər ki, zaman keçdikcə, insanlar bir-birini əvəz
etdikcə, mahnı janrları da bir-birini əvəz edir.
Əgər dünən muğama üstünlük verilirdisə, bu gün repə üstünlük verilir.
Dəblə ayaqlaşanlar indi
cavanlara qulaq
asırlar.
Bəzi müğənnilər var, efirə çıxmaq üçün o qədər pul tökürlər. Amma nə olsun, sevilmirlər. Mənim mahnılarımsa efirdə nə həddən artıq çox göstərilir, nə də az. Çünki şərt o deyil ki, mən hər gün efirə çıxım, şərt odur ki, səni insanlar qəbul etsinlər. Bir daha təkrar edirəm ki, müğənni var ki, çox əziyyət çəkir, ancaq bəyənilmir, müğənni var ki, bir mahnı ilə sevilir. Mənim fikrimcə, mahnıda da səmimiyyət olmalıdır. Mən mahnını seçəndə, 99 faiz bilirəm ki, həmin mahnı seviləcək. Mən səmimi insanam. Məncə də hər şeydə səmimilik, sadəlik olmalıdır. Dediklərimi özündən razılıq kimi qəbul etməyin. Mənim ifalarım özümün xoşuma gəlir. Razıyam öz sənətimdən, yaradıcılığımdan. Öz ifam da, mahnılarım da xoşuma gəlir.
- İndi mahnılarda sintez bir növ dəb halını alıb...
- Sintezi mən inkişaf kimi qəbul edirəm. Hamısı sənətdə olan inkişafın əlamətləridir. Sintez mahnılardan xoşum gəlir, hərdən elə orijinal olur ki... Mənə çox təkliflər ediblər ki, mən də mahnılarımı sintez edim, amma nədənsə razılaşmamışam.
AYXAN
Ekspress.-2013.- 12-14
oktyabr.- S.19.