Arşın mal
alan" Türkiyə səhnəsində
Ankara Dövlət
Opera və Balet Teatrında operettanın premyerası olacaq
Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettası səhnəyə qoyulmasının 100 illiyi münasibəti ilə Türkiyədə Ankara Dövlət Opera və Balet Teatrında səhnələşdirilərək repertuara daxil edilib.
Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, operettaya Azərbaycan Dövlət Opera və Balet Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Hafiz Quliyev quruluş verib.
Ankara Dövlət Opera və Balet Teatrının simfonik orkestrinə Mustafa Ərdoğan dirijorluq edəcək.
Azərbaycan milli rəqslərini tanınmış xoreoqraf Dəniz Çığ hazırlayıb.
Tamaşada Ankara teatrının aparıcı aktyorları rol alıb.
Oktyabrın 27-də "Arşın mal alan"ın Ankara Dövlət Opera və Balet Teatrında premyerası keçiriləcək.
Qeyd
edək ki, operetta
indiyədək Moskva, Nyu-York,
Paris, London, Berlin, Ankara, Tehran, Qahirə, Varşava,
Sofiya, Pekin və digər
şəhərlərdə tamaşaya qoyulub.
Ekspress.-2013.- 26-28
oktyabr.- S.20.