E-hökumət korrupsiyaya qarşı

 

İnformasiya kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

 

 Son illər ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının (İKT) dövlət qurumlarına tətbiqi ilə əlaqədar olaraq elektron imzanın sənədin tanınması istiqamətində bir çox tədbirlər həyata keçirilməkdədir. İnternet vasitəsilə dövlət orqanlarında vakant yerlərinə müsabiqə elan edilməsi, əhalinin kommunal borcları ödəyə bilməsi, elektron elm, təhsil, kitabxana, ticarət, sağlamlıq kimi layihələrin tədricən tətbiq edilməsi elektron hökumətin üstünlüyünü tamamilə təsdiqləyir.

   Qeyd edək ki, "Elektron hökumət" - İKT-dən istifadə etməklə dövlət təşkilatları ilə vətəndaşlar arasında qarşılıqlı əlaqəni təmin edən rabitə idarəetmə formasının qurulmasıdır. Əslində demokratiyanın inkişafına təsir edən amillərdən biri "E-hökumət"in formalaşdırılması hesab edilir. Yəni, "E-hökumət" müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən ölkə ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi fiziki şəxslərə, xarici vətəndaşlara vətəndaşlığı olmayan şəxslərə informasiya elektron xidmətlərin göstərilməsinə şərait yaradır.

   Azərbaycanda "e-hökumət"in formalaşdılması beynəlxalq təcrübəyə əsaslanır. Xatırladaq ki, prezident İlham Əliyevin "Azərbaycan Respublikasında Rabitə informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)" təsdiq edilməsi haqqında sərəncamı, "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 23 may 2011-ci il tarixli fərmanı digər normativ-hüquqi aktlarla fəaliyyət üçün hüquqi baza yaradılıb. Təsadüfi deyil ki, Rabitə İnformasiya Texnologiyaları Nazirliyi "e-hökumət"in formalaşdılrması üçün digər dövlət orqanları ilə hər zaman əməkdaşlıq edir. "E-hökumət" portalı da məhz bu səbəblə yaradılıb. Bu portal vətəndaşların dövlət orqanları ilə təmaslarının təşkili üçün "bir pəncərə" prinsipi əsasında təşkil edilib. Portalda təqdim olunan elektron xidmətlər dövlət qulluqçuları vətəndaşlar arasındakı "məsafə"nin maksimum azaltmasına, münasibətlərin sadələşməsinə şəffaflaşmasına xidmət edir.

   Dünya ölkələri sırasında tutduğumuz önəmli yerlər sübut edir ki, Azərbaycan sürətli inkişaf mərhələsindədir. Azərbaycan prezidenti İlham Əliyev çıxışlarının birində elektron hökumət prinsiplərinə keçməyin korrupsiyaya qarşı mübarizədə çox təsirli amil olacağını bildirib. Korrupsiya rüşvətxorluqla mübarizədən danışan dövlət başçısı bildirib ki, bu yöndə çox önəmli addımlar atılıb. "Bütün sahələrdə çox ciddi mübarizə aparılır. Həm inzibati tədbirlər, cəza tədbirləri tətbiq olunur, eyni zamanda institusional metodlardan da istifadə etməliyik".

   Prezident imzaladığı bəzi sərəncamların da məhz bu məqsəd güddüyünü deyib: "Elektron hökumət prinsiplərinə keçməyimiz korrupsiyaya qarşı mübarizədə, məmur-vətəndaş təmaslarını aradan qaldırılmasında böyük rol oynayacaq. İndi internet vasitəsilə, elektron xidmət vasitəsilə müxtəlif məlumatları da, arayışları da əldə etmək olar. Qeydiyyat məsələləri də internet vasitəsilə aparılmalıdı".

   "E-hökumət"in yaradılması nə qədər mühümdürsə, onun korrupsiya-rüşvətin qarşısının alınmasında rolu bir o qədər böyük əhəmiyyət kəsb edir. Müasir dövrdə "E-hökumət" dünya hökumətlərinin fəaliyyətini gucləndirən, onların səmərəliliyini artıran mexanizm kimi cıxış edir. Bu yöndə olan meyillər bütün sahələrə nufuz etdiyi üçün elektron hökumət konsepsiyasının İKT-nin inkişafındakı rolu və əhəmiyyəti artmaqdadır. "Elektron hökumət","hökumət-vətəndaş", "hökumət-hökumət", "hökumət-biznes" əlaqələrinin yaradılmasına da təkan verir. Onun biznes mühitinin inkişafına təsiri və özünün çoxfunksional bir İKT məhsulu olması, eyni zamanda bu sferada tədqiqatlara geniş meydan açır.

   Korrupsiyaya Qarşı Mübarizə Üzrə QHT-lərin məlumatlandırma və əməkdaşlıq şəbəkəsinin apardığı tətqiqat göstərir ki, dövlət işçilərinin 10 faizi öz vəzifəsini böyük vicdanla yerinə yetirir. 10 faizi bütün hallarda - qanun da, nəzarət də çox ciddi olduğu vəziyyətlərdə belə "qarşılıqsız" görmür. Yerdə qalan 80 faizi isə şəraitə uyqun hərəkət edir. Qurumun koordinatoru Əliməmməd Nuriyev hesab edir ki, əgər şərait imkan verirsə, şəxsi mənafeyini üstün tuturlar. "Deməli, həqiqətən də təmasın maksimum dərəcədə azaldılması bu işə mütləq töhfə verəcək".

   Hazırda ayrı-ayrı nazirliklər səviyyəsində elektron hökumətin elementlərinin hiss olunduğunu deyən Nuriyev buna misal kimi Vergilər Nazirliyinin adını çəkir. Onun sözlərinə görə, sanki bu nazirlikdə mini elektron hökumət yaradılıb. "Bütün xidmətlər elektron qaydada aparılır. Bəzi strukturlarda daxili elektron dövriyyə, yəni sənədlərin dövriyyəsinə keçilib. Məsələn, Baş prokurorluq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini misal göstərə bilərik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində eyni zamanda, vətəndaşlara digər elektron xidmətlər də təklif olunur. Elektron qəbul, elektron müraciətlə bağlı müəyyən işlər görülüb. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində vətəndaşlara həm interaktiv, həm informativ xidmət növü təklif edilir. Ədliyyə Nazirliyi tərəfindən çox geniş xidmətlər təklif olunan elektron portal istifadəyə verilməsi isə bir daha sübut edir ki, getdikcə vətəndaşa daha geniş imkanlar yaradılacaq. Belə ki, vətəndaş ona lazım olan məsələ üzrə dövlət orqanına getmədən həm vaxta qənaət edərək rahatlıqla işini həll etsin, həm də sövdələşmələrin xeyli azalmasına nail olunacaq".

   Ekspertlərin fikrincə, elektron xidmətlərlə sadəcə dövlət deyil, eyni zamanda bu sahəni bilən mütəxəssislər də məşğul olmalıdırlar. İqtisadçı ekspert Vüqar Bayramovun fikrincə, heç bir ölkə korrupsiyadan tam sığortalanmayıb: "Bütün ölkələrdə korrupsiya halları qeydə alınır. Amma korrupsiyanın səviyyəsi müxtəlifdir. Elə ölkələr var ki, korrupsiya yox səviyyəsində, bəzilərində isə kifayət qədər yüksəkdir. Artıq Azərbaycanda da korrupsiyaya qarşı ciddi mübarizə aparmaq zərurəti yaranıb. Bunun üçün müxtəlif yollarla mübarizə aparmaq mümkündür. Bəzi ölkələr inzibati yolla, digərləri isə texnologiyadan istifadə edərək mübarizəni gücləndirir".

   Əslində elektron hökumətin tam formalaşmasının vaxtının çatdığını deyən ekspert hesab edir ki, Azərbaycanda elektron hökumət qurmaqinsanlarla məmurların əlaqələrini aradan qaldırmaq çox vacibdir. Bundan əlavə, onun dediyinə görə, inzibati vasitələri gücləndirməklə korrupsiyaya qarşı mübarizə aparmaq çox effekt verər. "İnzibati metodlar inkişafda olanyaxud keçid ölkələr üçün olduqca zəruridir. Vətəndaşların dövlət nümayəndələri ilə münasibətləri elektronlaşdırılmalıdır. Bu mənada vergi sistemi nümunə ola bilər. Bütün ödənişlər elektron formada qəbul edilərsə bu istiqamətdə kifayət qədər yetərli nailiyyət reallaşacaq. Ödənişlərin elektron variantla aparılması o deməkdir ki, vətəndaş məmurla ünsiyyət qurmur. Vətəndaş məmurla nə qədər birbaşa əlaqədə olmursa, o qədər korrupsiyanın səviyyəsi də aşağı düşür".

   "E-hökumət" elementlərindən istifadə etməklə yanaşı inzibati metodlardan istifadə etmək də korrupsiya səviyyəsini minimuma endirən amillərdəndir.

   Avstriyanın nəqliyyat, innovasiyatexnologiyalar üzrə federal nazir müavini Andreas Rayxhard ölkəmizdə "Elektron hökumət" quruluculuğu istiqamətində aparılan tədbirləri yüksək qiymətləndirərək "Rabitə dünyası" qəzetinə verdiyi müsahibəsində deyib: "Azərbaycan "Elektron hökumət" sahəsində artıq çox böyük nailiyyətlər əldə edib. Düşünürəm ki, bu, Azərbaycan üçün bir kompliment olaraq qeyd edilməlidir. Ölkəniz bu istiqamətdə çox müsbət inkişaf səviyyəsi nümayiş etdirir. Eyni zamanda Azərbaycan ümumilikdə İKT sahəsində dünyanın bir çox ölkələri ilə müqayisədə hazırda daha sürətlə inkişaf edir. Konkret olaraq, genişzolaqlı internet xidmətlərindən istifadənin genişləndirilməsi, digər İKT xidmətləri üzrə aparılan tədbirləri qeyd etmək olar. Dövlətin bu sahəyə xüsusi diqqət ayırması İKT sektorunun Azərbaycan üçün çox önəmli sahə olduğunun göstəricisidir, həmçinin bu sektorun ölkənizdə böyük gələcəyinin olduğunu deməyə əsas verir. Avstriya təcrübəsinə gəlincə, İKT sahəsi ilə bağlı hansı istiqamətlər üzrə Avstriya təcrübəsindən, informasiya texnologiyalarından istifadə etməyin mümkünlüyü barədə hazırda mütəxəssis və ekspertlər səviyyəsində işçi qaydada danışıqlar, müzakirələr aparılır".

   Qeyd edək ki, yaşadığımız cəmiyyətdə informasiya mühiti əsasən şəbəkə strukturuna malikdir. İnformasiya mühitinin əsas əlaqə forması internetdiro da bir subyektin digər bir subyektlə informasiya əlaqəsinin texnoloji imkanını təmin edir. Hətta bəzi ölkələrdə informasiya mühitinin inkişafı, zaman və məkan daxilində qeyri-müntəzəm baş verir ki, bu da ölkələrin inkişaf səviyyəsindən asılıdır. Burdan da belə bir nəticəyə gəlmək olar ki, ölkənin inkişafı və onun informasiya mühitinin inkişaf səviyyəsi, bütövlükdə elektron hökumətin reallaşdırılması proqramı üzərində qurulub.

   Elektron hökumətin inkişaf prosesinin izlənməsi və onun effektivliyinin qiymətləndirilməsi də məxsusi məsələlərdəndir. Bütün bunlardan belə nəticəyə gəlmək olur ki, elektron hökumətin mövcudluğu ölkənin hər sahəsində inkişafa böyük təsir göstərməkdədir.

 

   

Rəşid RƏŞAD

 

Ekspress.-2013.- 31 oktyabr.- S.9.