TASİM Azərbaycana nə vəd edir?
İnformasiya və kommunikasiya
texnologiyalarının inkişaf
etdirilməsi
Azərbaycan son 10 ildə - "Azərbaycan
Respublikasının inkişafı
naminə informasiya-kommunikasiya
texnologiyaları üzrə
(2003-2012-ci illər) Milli
Strategiya"nın qəbulundan ötən müddətdə müasir
informasiya texnologiyalarının
Azərbaycanda tətbiqi
sahəsində mühüm
uğurlara imza atıb.
Təsadüfi deyil ki, Beynəlxalq Telekommunikasiya
İttifaqının (BTİ) reytinqində Azərbaycan
son illər informasiya və kommunikasiya texnologiyaları (İKT) üzrə
ən sürətlə
inkişaf edən dövlətlərin sırasındadır.
Hazırda Azərbaycan hökuməti,
konkret desək, Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyi İKT sahəsində
yüksək hədəflərə
- genişzolaqlı internet xidmətlərinin
inkişafı, "elektron
hökumət"in tam formalaşması,
avtomatlaşdırılmış radiomonitorinq sisteminin yaradılması, aşağı
orbitli optik peykin hazırlanması və orbitə çıxarılması, 3G və
4G xidmətlərinin tətbiqinin
genişləndirilməsi, 2013-cü ildə analoq TV yayımlar dayandırılaraq
rəqəmli TV yayıma
tam keçirilməsi, Regional İnnovasiya Zonası
(RİZ) layihəsinin yaradılması
kimi prioritet vəzifələrin reallaşmasına
nail olmağa çalışır.
Bu fonda Azərbaycanın
qlobal miqyaslı təşəbbüsü - Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsi
xüsusilə diqqəti
cəlb edir.
Qeyd edək ki, 2012-ci ilin son günlərində
BMT Baş Assambleyasının
Nyu-Yorkda keçirilən
toplantısında Azərbaycan
hökumətinin təşəbbüskarı
olduğu "Trans-Avrasiya
Super İnformasiya Magistralı
vasitəsilə rabitəliliyin
yaradılması" adlı
qətnamə yekdilliklə
qəbul edilib.
TASİM layihəsinin
reallaşdırılmasına dəstək vermək məqsədilə Azərbaycan
tərəfindən irəli
sürülmüş qətnamə
geniş Avrasiya regionunda "rəqəmsal
uçurum"un aradan
qaldırılması üçün
müvafiq telekommunikasiya
infrastrukturunun inkişaf
etdirilməsini və özəl və dövlət sektorları arasında əməkdaşlığın
möhkəmləndirilməsini nəzərdə tutur.
Qətnamədə həmçinin regionda
telekommunikasiya tranzit yollarının inkişafına
töhfə vermək
məqsədilə hökumətlər,
özəl sektor, vətəndaş cəmiyyəti
və beynəlxalq inkişaf institutları arasında əlaqələndirmənin
təkmilləşdirilməsi üçün Azərbaycan
hökumətinin irəli
sürdüyü Avrasiya
Rabitəlilik Alyansının
təsis edilməsi təklifi öz əksini tapıb. Aparılan işlər nəticəsində
TASİM təşəbbüsü müxtəlif regionlar tərəfindən dəstəklənib
və BMT-nin bir sıra nüfuzlu
ölkələri ona
həmmüəllif kimi
qoşulublar. Onların
sırasında ABŞ, Avstraliya,
Belarus, Çin, Əfqanıstan,
Gürcüstan, Hindistan,
İsrail, İraq, Kanada, Koreya Respublikası, Küveyt, Livan, Qazaxıstan, Mərakeş, Moldova, Özbəkistan,
Pakistan, Rusiya Federasiyası,
Şri Lanka, Tanzaniya, Türkiyə, Ukrayna, Yaponiya, Yeni Zelandiya və digərləri xüsusilə
qeyd oluna bilər.
Qeyd edək ki, bu, Birləşmiş Millətlər Təşkilatının
TASİM-də bağlı
ilk qətnəməsi deyil.
Hələ 2009-cu ildə
BMT Baş Assambleyasının
64-cü sessiyasında Trans-Avrasiya Super İnformasiya Magistralı lakihəsi ilə bağlı xüsusi qətnamə qəbul edilmişdi. 30 ölkə tərəfindən
həmmüəllif qismində
dəstəklənən və
konsensusla qəbul edilən qətnamədə
TASİM-in əlaqələndirilməsində
Azərbaycan Respublikasının
xüsusi rolu qeyd olunur. Baş Assambleyanın
A/RES/64/186 saylı 21 dekabr
2009-cu il tarixli qətnaməsinə
əsasən, Azərbaycan
layihənin reallaşdırılması
üçün əlaqələndirici
kimi müəyyənləşdirilib.
Xatırladaq ki, TASİM ideyasını
rəsmi Bakı
2008-ci ilin payızında
gündəmə gətirib.
2008-ci il noyabrında 14-cü Beynəlxalq
Rabitə və İnformasiya Texnologiyaları
sərgisi və konfransı (Bakutel) çərçivəsində Bakıda keçirilmiş
nazirlər görüşü
zamanı Azərbaycan
Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyi Trans-Avrasiya
Super İnformasiya Magistralı
layihəsinin təşəbbüsünü
irəli sürmüşdü.
Həmin il
noyabrın 11-dəsə Bakıda
TASİM layihəsinin yaradılmasına
dair xüsusi Bakı bəyannaməsi qəbul edilmişdi.
TASİM layihəsi müasir texnologiyalar əsasında
qlobal internet magistrallarına
çıxışı təmin
etmək və Qərblə Şərq arasında qısa yolla informasiya axınını təşkil
etmək, vətəndaşların
informasiya texnologiyalarına
və resurslarına çıxışını asanlaşdırmaq məqsədi
daşıyır.
Layihə Frankfurtdan Honq
Konqa istiqamətlənən
əsas tranzit xəttinin qurulmasını
nəzərdə tutur.
Bu xətt Avropanın
və Asiyanın ən böyük informasiya mübadiləsi mərkəzlərini birləşdirəcək.
Tranzit xətti Çin, Qazaxıstan, Azərbaycan,
Gürcüstan, Türkiyədə
keçərək Almaniyaya
gedəcəkdir. Ehtiyat Şimal
tranzit xətti Rusiya, Ukrayna və Polşadan keçəcək.
Qeyd edək ki,
region ölkələri telekom
sektorunun inkişafı
və bazar tələbatı baxımından
fərqlidir. Daha çox
inkişaf etmiş ölkələrdə "latency" (gecikmə) və yüksək səviyyəli
İP şəbəkələr xidmətləri vacib hesab olunur. Az inkişaf
etmiş ölkələrdə
elementar bağlantı
və beynəlxalq
internet xidmətlərinə çıxış daha çox prioritet təşkil edir.
2010-cu ilin aprelindən etibarən RİTN TASİM layihəsinin
İdarəetmə Qrupunu
yaratmış və maliyyələşdirir. İdarəetmə Qrupu beynəlxalq konsultant ilə əməkdaşlıqda TASİM-n ilkin biznes konsepsiyasını
yaradıb, aparıcı
regional dövlətlər və
operatorlarla TASİM konsorsiumunun
yaradılmasını müzakirə
edir.
2011-ci ilin iyulunda Qəbələ şəhərində hazırlıq
işinin nəticəsində
Azərbaycan tərəfi
aparıcı telekom şirkətləri - Çin
(Chinatelecom), Qazaxıstan
(Kaztranscom), Rusiya (Rostelecom), Türkiyə (Türk Telecom) və Avropa İttifaqı (Pantel) iştirakı ilə TASİM üzrə
1-ci Beynəlxalq seminarı
keçirib. Tədbirin nəticəsində layihənin Katibliyi yaradılıb və operatorlar TASİM Konsorsiumun
yaradılmasına dair
detallaşdırılmış Anlaşma Memorandumu üzərində işləməyə
razılaşıblar.
Son vaxtlar
TASİM Katibliyi TASİM konsorsiumunun
formalaşmasına razılaşan
əsas telekom operatorlarının bir araya gətirməsində
əlaqələndirici rolu
oynayır. RİTN-in rəsmi saytının məlumatına görə,
TASİM Katibliyi layihənin
təşviqində səylərini
davam etdirir və layihəyə yeni maraqlı tərəflərin cəlb
edilməsinə xüsusi
diqqət yetirir.
Katiblik Avropa İttifaqı, Türkiyə,
Rusiya, Ukrayna, habelə BMT Katibliyi, Qara Dəniz İqtisadi Əməkdaşlıq
Təşkilatı (QDİƏT) və Mərkəzi Asiya və Azərbaycan
üzrə xüsusi Proqram (SPECA) qurumları ilə əlaqələr qurub.
Qeyd edək ki, bir sıra ölkələr,
xüsusilə Türkiyə
TASİM transmilli superinformasiya
magistralının tikintisi
layihəsinin reallaşdırılmasında
Azərbaycana hərtərəfli
dəstək göstərəcəyini
bəyan edib. Xatırladaq ki, layihədə Türkiyəni layihənin
reallaşdırılmasında maraqlı olan "Türk Telecom" təmsil
edir. "Türk Telecom" TASIM layihəsinin
iştirakçısı olan
ölkələri böyük
Avropa operatorları ilə birləşdirən
həlqə kimi çıxış edir.
Qeyd edək ki, TASİM layihəsi çərçivəsində
konsorsium yaradılması
istiqamətində işlər
son illər bir qədər intensivləşsə
də, Azərbaycanda
(Qəbələdə), Türkiyədə
və Macarıstanda bununla bağlı görüşlər keçirilsə
də, "son sənədin
üzərində işlər
aparıldığı" bəyan edilsə də, konsorsium yaradılması prosesi bir qədər ləng gedir.
Hələ payızın əvvəllərində
rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov
bildirmişdi ki, "layihə üzrə konsorsiuma daxil olan
beynəlxalq operatorlar müəyyən problemlərlə
üzləşirlər, bununla əlaqədar olaraq onlar həll
edilməyən bütün məsələləri aradan
qaldıracaq növbəti qətnamənin qəbul edilməsi
təşəbbüsü ilə çıxış edirlər".
Ötən ilin dekabrında BMT
Baş Assambleyasında TASİM-lə bağlı ikinci qətnamənin
qəbulu da məhz bununla bağlı idi. Belə bir yüksək
səviyyədə Azərbaycanın bu gün beynəlxalq sənədi
qəbul etdirməsinin həm geosiyasi önəmi var, həm də
rəsmi Bakı bu regional layihənin gerçəkləşdirməkdə
qətiyyətli olduğunu göstərir.
Əslində, TASİM uzunmüddətli
təşəbbüsdür və onun reallaşması iki mərhələdən
ibarət olacaq. Birinci mərhələdə aparıcı
region ölkələri və operatorları Qərbi və
Şərqi birləşdirən əsas internet tranzit
infrastrukturunu yaradacaqlar. Bu tranzit infrastrukturu TASİM-a
kommersiya baxımından əlverişli və sürətlə
artan beynəlxalq İP internet tranzit bazarının tələbatlarına
cavab verən layihə olmasına imkan yaradacaqdır. Bu prosesin
2013-cü ilin axırında başa
çatdırılması nəzərdə tutulur.
İkinci mərhələdə
TASİM qurulan tranzit infrastrukturundan istifadə edərək Mərkəzi
Asiya olmaqla, açıq dənizə
çıxışı olmayan Avrasiya ölkələrinə
münasib qiymətli bağlantı ilə təmin edəcəkdir.
Milli telekom infrastrukturu inkişafı planlarına uyğun
olaraq yeni fiber-optik xəttlər yaradılacaq, mövcud xətlər
isə texnoloji baxımından təkmilləşdiriləcək
və TASİM şəbəkəsinə birləşdiriləcəkdir.
İkinci mərhələdə TASİM layihəsi BMT
mandatına uyğun olaraq həyata keçiriləcəkdir.
İKT üzrə ekspert Ziya
Bayramlı bildirir ki, Trans-Avrasiya Super İnformasiya
Magistralı layihəsinin məqsədi ilk növbədə Qərbi
Avropadan Şərqi Asiyaya qədər Avrasiya ölkələrini
əhatə edən transmilli fiber-optik xəttin çəkilməsidir.
Ekspertə görə, TASİM-i sadəcə və yalnız
vacib regional təşəbbüs kimi qiymətləndirməklə
məhdudlaşdırmaq düzgün olmazdı: "Transmilli
super informasiya magistralı layihəsi Azərbaycanın beynəlxalq
nüfuzunun, regionda artan rolunun, qlobal İKT bazarında aktyora
çevrilmək istəyinin göstəricisidir. BMT-də təşəbbüslə
çıxış etmək və iki qətnamənin qəbuluna
nail olmaq elə də asan məsələ deyil. Bu,
böyük diplomatik səylər, həmfikir ölkələrin
dəstəyinə nail olmaq üçün böyük beynəlxalq
fəaliyyət tələb edir. TASİM-in reallığa
çevrilməsi sosial-iqtisadi bəhrələrini verməklə
yanaşı, Azərbaycanın beynəlxalq nüfuzunun
artmasında yeni bir mərhələ olacaq".
Digər tərəfdənsə,
TASİM kimi layihələr Azərbaycanın öz inkişaf
strategiyasında İKT sektoruna nə qədər önəm
verdiyini nümayiş etdirir. Zira orta və uzaq perspektivdə
ölkələrin rəqabət aparmaq qabiliyyəti
onların informasiya-kommunikasiya texnologiyalarını nə dərəcədə
mənimsəməsindən, nə dərəcədə səmərəli
istifadəsindən asılı olacaq.
Bir sözlə, Trans-Avrasiya Super
İnformasiya Magistralı layihəsi bir tərəfdən
regionda açıq informasiya cəmiyyətinin
yaradılmasına, bağlantının sürətləndirilməsinə
və internet xidmətlərinin inkişafına öz töhfələrini
verəcək, digər tərəfdənsə, iqtisadi
inkişafa, iqtisadiyyatların diversifikasiyasına (şaxələnməsinə)
və raqəbətin artırılmasına şərait
yaradacaq.
Aytən HƏMİD
Ekspress.-2013.-9 yanvar.-S.-9.