"ASAN" bu
gün fəaliyyətə başlayır
"ASAN
mərkəzi"nin fəaliyyəti zamanı informasiya
texnologiyalarından geniş istifadə ediləcək
İnformasiya
və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi
Ötən ilin son günlərində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyin tabeliyində olan 1 nömrəli "ASAN xidmət" mərkəzinin açılışı olub. "ASAN xidmət" mərkəzinin açılışı son zamanlar informasiya kommunikasiya texnologiyalarının dövlət qurumlarının fəaliyyətinə inteqrasiya edilməsi istiqamətində atılan addımların bir hissəsi sayılır.
Xatırladaq ki, ölkəmizdə son illərdə əksər dövlət orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsi təmin edilib. Bu xidmətlər dövlət orqanı əməkdaşları ilə vətəndaşlar arasında birbaşa təması minimuma endirir, mümkün korrupsiya hallarını aradan qaldırır və vətəndaşları dövlət xidmətlərinə yaxınlaşdırır. "ASAN" xidmət mərkəzlərinin yaradılması da vətəndaşlara dövlət xidmətlərindən daha asan və şəffaf formada əldə edilməsini təmin edəcək.
"ASAN" sözü bizim bildiyimiz anlamda "asan" mənasını vermir.
O, ingilis
dilində olan Azerbaican Service and Assessment Network sözlərinin baş hərflərindən əmələ
gələn abbreviaturadır.
"ASAN" tərcümədə
Azərbaycan Xidmət
və Qiymətləndirmə
Şəbəkəsi adlanır.
"ASAN" xidmət ilk növbədə, dövlət
qulluqçularının fəaliyyətində
əhaliyə münasibətdə
vətəndaş məmnunluğunun
təmin edilməsinə
xidmət edən yeni yanaşmanın formalaşdırılmasıdır. Bu dövlət idarəçiliyinə
özəl sektorda geniş yayılmış
"müştəri məmnunluğu"
ideyasının oxşarıdır
və ölkədə
dövlət qulluqçusu-vətəndaş
münasibətlərinin keyfiyyətcə
yeni müstəviyə
keçməsinə təkan
verəcəkdir. Bu ideyanın maraqlı cəhətlərindən biri
də odur ki, bu xidmətlər
şərti müəyyən
edilmiş "bir pəncərə" prinsipi
üzrə təqdim ediləcəkdir. Belə ki,
vətəndaş yalnız
bir qapıdan daxil olmaqla bir
mərkəzdən (bir
inzibati binadan) ayrı-ayrı dövlət
qurumlarının müxtəlif
xidmətlərindən eyni
məkanda və eyni vaxtda yararlana
biləcək. Bu vətəndaşlarımızın fərdi xərclərinin azalmasına, zaman itkisinin aradan qaldırılmasına, şəffaflığın
və onların şəxsi rahatlığının
təmin edilməsinə
imkan verəcək.
Vətəndaş mərkəzə daxil olaraq məlumat
köşkündən əldə
etmək istədiyi sənəd üçün
hansı bölməyə
və hansı sənədlərlə müraciət
etməli olduğunu öyrənəcək və
həmin bölmənin
pəncərəsində elektron
növbə əsasında
gözləyəcək. Mərkəzlərdə yerləşdirilən elektron lövhələr və işarələr vətəndaşların məlumat
əldə etməsini
asanlaşdıracaq. Növbə çatdıqda
xidmətin həyata keçirilməsi üçün
tələb edilən
sənədləri təqdim
edə və əldə etmək istədiyi sənədi qanunverciliklə müəyyən
edilən müddətlərdə
götürə biləcək.
"ASAN xidmət" mərkəzində vətəndaşların
gözləməsi və
vaxtını səmərəli
keçirməsi üçün
funksional yardımçı
xidmətlər yaradılıb.
Belə ki, burada uşaq
əyləncə guşəsi,
tibb xidməti,
internet-kafe, bank, poçt
şöbələri, fotostudiya
fəaliyyət göstərir.
Xidmət üçün nəzərdə tutulmuş
rüsumların ödənilməsi
məqsədi ilə
"pay-point", bankomat aparatları
qoyulub. Bu mərkəzlərdə xidmətlər
yaşayış yeri
üzrə qeydiyyatından
asılı olmayaraq bütün vətəndaşlar
üçün həyata
keçiriləcək və
təqvimin bütün
günlərində fasiləsiz
olaraq vətəndaşlara
açıq olacaq.
"ASAN xidmət" mərkəzinin
əsas prinsipləri
- operativlik, şəffaflıq,
nəzakətlilik, məsuliyyət,
etik davranış qaydalarına nəzarət
və rahatlıqdır.
Mərkəzdə vətəndaşların qəbulu elektron növbə əsasında
həyata keçiriləcək.
Elektron lövhələr və işarələr vətəndaşların
məlumat əldə
etməsini asanlaşdıracaqdır.
Mərkəz daim internetə
açıq olan kompüterlərlə təchiz
edilib və vətəndaşların burada
bütün növ elektron xidmətlərdən
yararlanması üçün
şərait yaradılıb.
"ASAN xidmət" mərkəzində
9 dövlət orqanı
- Ədliyyə, Daxili
İşlər, Vergilər
nazirlikləri, Əmlak
Məsələləri Dövlət
Komitəsi, Dövlət
Gömrük Komitəsi,
Dövlət Miqrasiya Xidməti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi,
Dövlət Sosial Müdafiə Fondu və Milli Arxiv
İdarəsi tərəfindən
23 hüquqi xidmət həyata keçiriləcək.
Xidmətin "asan.gov.az" internet saytı
var və burada vətəndaşlar
üçün "online" növbəyə yazılma,
elektron ərizələr
doldurma, sənədləri
digər orqanlara elektron qaydada göndərmə və digər imkanlar yaradılıb.
Açılışında prezident İlham
Əliyevin də iştirak etdiyi 1 nömrəli "ASAN xidmət"
mərkəzinin xidmət
dairəsi gələcəkdə
genişləndiriləcək. 1 nömrəli "ASAN xidmət"
mərkəzi pilot layihə
olduğu üçün
ilkin mərhələdə
paytaxtın Nəsimi və Nərimanov rayonlarının sakinlərinə
xidmət göstərəcək.
Bir müddət sonra isə qeydiyyat yerindən asılı olmayaraq, bütün vətəndaşlar bu xidmətdən yararlana biləcək. Mərkəzdə əlil vətəndaşların
binaya daxil olmaları və onların istənilən mərtəbəyə qalxmaları
üçün ən
müasir standartlara cavab verən xüsusi araba da alınıb.
Mərkəzdə 62 videomüşahidə kamerası və rüsumların məbləğlərini
əks etdirən tablo quraşdırılıb.
Binada əlil vətəndaşlar
üçün bütün
zəruri şərait
yaradılıb. Görmə qabiliyyəti
məhdud olan insanlar üçün döşəmələrə xüsusi örtüklər
vurulub və onların oxuya bildiyi müvafiq hərflərlə lövhələr
yerləşdirilib.
Mərkəzdə quraşdırılan data mərkəzin digər dövlət orqanlarının
informasiya sistemləri
ilə inteqrasiyası
təmin edilib. Xidmət sistemi müasir İP telefon və İP şəbəkə sistemləri
ilə təmin olunub. Xidmətlərin
tənzimlənməsi məqsədi
ilə 22 elektron
monitor, 52 elektron elan tablosu quraşdırılıb.
Azərbaycan Respublikasının Prezidenti
yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov isə jurnalistlərə bildirib ki, "ASAN xidmət" mərkəzinə
müraciət edəcək
vətəndaşlar xidmət
müqabilində ödəmələri
dövlət qulluqçusuna
birbaşa ödəməyəcək.
Burada bütün ödənişlər yalnız
gözləmə zalında
olan banka
ödəniləcək, ödəmələr
elektron yolla həyata keçiriləcək.
Vətəndaş əldə etdiyi
qəbzi aidiyyəti dövlət qurumunun nümayəndəsinə təqdim
edəcək. Şəffaflığın təmini üçün
burada mərkəzdə
videokameralar da quraşdırılıb.
O deyib ki, "ASAN xidmət" mərkəzlərinin əsas
məqsədi dövlət
orqanlarının hüquqi
xidmətlərinin göstərilməsində
vətəndaş məmnunluğunun,
şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların
tətbiq edilməsi, dövlət qulluqçusu-vətəndaş
münasibətlərində yeni düşüncə tərzinin - "dövlət
qulluqçusunun vəzifəsi
vətəndaşın hüququnu
təmin etməkdir"
yanaşmasının formalaşdırılmasıdır.
Burada xidmət operativ
və şəffaf həyata keçirilməli,
etik davranış qaydalarına ciddi əməl edilməli, vəzifələrin icrasına
məsuliyyətlə yanaşılmalı
və xidmətdən
yararlanan vətəndaşın
maksimum rahatlığı
təmin edilməlidir.
Bir sözlə, dövlət
orqanı vətəndaş
qarşısında vəzifələrini
yerinə yetirərkən
vətəndaş məmnunluğunu
təmin etməlidir.
İ.Kərimov bildirib ki, 1
nömrəli "ASAN xidmət"
mərkəzi ilk mərkəzdir
və o, yanvarın
15-də fəaliyyətə başlayacaq. Gələcəkdə Bakının bir sıra rayonlarında və regionlarda analoci mərkəzlərin
açılması da
nəzərdə tutulur.
"ASAN xidmət" mərkəzində vətəndaşlara
dövlət orqanları
tərəfindən göstərilən
xidmətlərin daha keyfiyyətli və yeni üslubda, müasir innovasiyalar tətbiq edilməklə göstərilməsini nəzərdə
tutan bir sıra işlər görülüb.
"ASAN xidmət" mərkəzində
qəbul elektron növbə əsasında
həyata keçiriləcək.
Mərkəzdə yerləşdirilmiş elektron lövhələr və işarələr məlumat əldə edilməsini asanlaşdıracaq.
Mərkəz daim internetə
açıq olan kompüterlərlə təchiz
edilib və burada bütün növ elektron xidmətlərdən yararlanmaq
üçün şərait
yaradılıb.
Mərkəzdə quraşdırılmış
data mərkəzin digər
dövlət orqanlarının
informasiya sistemləri
ilə inteqrasiyası
təmin edilib ki, bu da,
xidmətlərin göstərilməsi
üçün tələb
olunan müvafiq sənədləri vətəndaşdan
tələb etmədən,
həmin sənədlər
barədə informasiyanın
dövlət orqanlarının
məlumat bazaları vasitəsilə əldə
edilməsinə imkan verir.
Bundan əlavə, mərkəzdə
vətəndaşların gözləməsi
və vaxtını səmərəli keçirməsi
üçün funksional
yardımçı xidmətlər
- uşaq əyləncə
mərkəzi, tibb-xidməti,
qan analizləri laboratoriyası, kafe, bank, poçt şöbələri,
foto-studiya fəaliyyət
göstərir və xidmət üçün
nəzərdə tutulan
rüsumların ödənilməsi
məqsədi ilə
pay point, bankomat aparatları
yerləşdirilib.
Agentlikdə yaradılan "Çağrı"
(call center) mərkəzi vasitəsilə
vətəndaş mərkəzə
gəlmədən internet və
ya telefonla bütün xidmət növləri, tələb
edilən sənədlər
barədə məlumat
ala, növbə tuta bilər. "Çağrı" (call center) mərkəzi, eyni zamanda, videoqəbul vasitəsilə vətəndaşlara
informasiya xidmətini həyata keçirəcək.
Çağrı Mərkəzinin fəaliyyətə
başlaması yanvar ayının sonu üçün nəzərdə
tutulub.
Agentlikdə yaradılmış İnnovasiyalar mərkəzi
dövlət xidmətlərinin
sadələşdirilməsi ilə əlaqədar araşdırmaların aparılmasını,
innovativ ideyaların sınaqdan keçirilməsini,
eyni zamanda müasir informasiya texnologiyalarının tətbiqi
ilə bağlı dövlət orqanlarının
əməkdaşlarına treninqlərin
keçirilməsini təmin
edəcək.
İ.Kərimov qeyd edib ki, mərkəzdə xidmət zamanı gələcəkdə informasiya
texnologiyaların tətbiqi
bir qədər də genişləndiriləcək.
İnnovasiyalar mərkəzi dövlət
orqanları tərəfindən
göstərilən hər
bir xidməti təhlil edərək, onların elektron formada həyata keçirilməsi üçün
müvafiq proqram təminatının, informasiya
sistemlərinin, məlumat
bazalarının və
elektron xidmətlər
reyestrinin yaradılması
və təkmilləşdirilməsi
üzrə fəaliyyəti
həyata keçirəcək.
Onun sözlərinə görə,
Avropada e-govenment konsepsiyası öz yerini mobile-govenment konsepsiyasına təhvil verməkdədir. Bir sıra
qabaqcıl Avropa dövlətlərində yeni
konsepsiyanın həyata
keçirilməsinə başlanılıb,
müsbət nəticələr
əldə edilib.
İnnovasiya mərkəzində mobile-govenment konsepsiyasının
ölkədə tətbiqi
ilə bağlı layihə işlənilərək
bir sıra xidmətlərdə tətbiq
olunacaq.
Vasif CƏFƏROV
Ekspress.-2013.-15
yanvar.-S.-9.