Azərbaycan İKT sektorunda qlobal aktyora çevrilmək əzmindədir

 

   İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

 

   Son illər İnformasiya-kommunikasiya texnologiyaları (İKT) cəmiyyətin inkişafına müsbət təsir göstərən ən mühüm amillərdən birinə çevrilib. Azərbaycanda informatizasiya proseslərinin lazımınca razılaşdırılmış olmaması, dünyada vahid informasiya məkanının formalaşması proseslərinin intensivliyi, regionların, ölkələrin və xalqların informasiya-iqtisadi inteqrasiyası proseslərinin dərinləşməsini və bu proseslərdə respublikamızın da iştirak etməsini zəruri edib.

   Bunu nəzərə alaraq 2002-ci il fevralın 7-də Azərbaycan hökuməti BMT İnkişaf Proqramı (BMT İP) ilə birlikdə "Azərbaycan Respublikasında İKT-nin tətbiq və inkişaf etdirilməsinin milli strategiyası və başlanğıc mərhələdə həmin strategiyanın həyata keçirilməsi" adlı layihə reallaşdırdı. Bununla da BMT-nin və Avropa Şurasının üzvü olan Azərbaycan informasiya cəmiyyətinin yaradılması və dünya birliyinə inteqrasiya yolunda həmin təşkilatlar tərəfindən qloballaşma prosesləri şəraitində müəyyən edilmiş mühüm məqsədlərə nail olmaq üçün növbəti ciddi addım atmağı bacardı. Elə ölkə prezidenti İlham Əliyev BakuTel-2012 XVIII Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisində iştirak edərkən İKT sahəsinin böyük potensiala malik olduğunu, sahəyə dəstək göstərilməsi ilə bağlı dövlət siyasətinin mövcudluğundan danışıb. Prezident eyni zamanda özəl sektorun da bu sahədə çox fəal iştirak etdiyini xatırladaraq, Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafına görə bölgədə artıq aparıcı ölkəyə çevrildiyini vurğulayıb. "Biz gələcəkdə də bu mövqeyimizi saxlamaq və İKT bazarında qlobal oyunçulardan birinə çevrilmək əzmindəyik", - deyə ölkə başçısı bildirib.

   Qloballaşma şəraitində bütün ölkələr informasiya baxımından varlı və yoxsul ölkələrə bölünüb. "Böyük Yeddilik" ölkələri informasiya cəmiyyətinin qarşıdakı dövrdə inkişafı üçün çoxdandır ki, qlobal strategiya işləyib hazırlayıblar. Eyni zamanda, digər ölkələr də özlərinin müvafiq milli strategiyalarını yaratmış və yaratmağa davam edirlər. QHT-lər həmin strategiyalara üzvi şəkildə qoşulmaqdadırlar. "Üçüncü dünya"ya aid edilən bəzi ölkə rəhbərləri getdikcə daha böyük təşvişlə hiss edirlər ki, onların ölkələri sənaye cəhətdən inkişaf etmiş və informasiyalaşdırmanı həyata keçirən ölkələrdən çox geri qalır. Bu isə öz növbəsində həmin ölkələri istər informasiya, istərsə də sənaye baxımından inkişaf etmiş ölkələr birliyinin xammal əlavəsinə çevirir.

   Yeri gəlmişkən, Azərbaycanda informasiya cəmiyyəti yaradılmasının əsas istiqamətlərini, prioritetlərini, əsas vəzifələrini, eləcə də "İnformasiya, informasiya infrastrukturunun inkişafı və informasiya təhlükəsizliyi haqqında" qanunda ifadə edilmiş informasiya siyasəti ilə uzlaşan gözlənilən nəticələri müəyyənləşdirir. Onu da qeyd edək ki, İKT-nin inkişafı və informasiya məkanından istifadə əsasında yaranmış münasibətlər 1998-ci ilin iyununda prezident tərəfindən təsdiq olunmuş "İnformasiya, İnformasiyadan İstifadə və İnformasiyanın Mühafizəsi" qanunu ilə tənzimlənir. Onu da demək lazımdır ki, İKT-ni Azərbaycan cəmiyyətinə tətbiq etməyin əhəmiyyəti Ümumdünya Ticarət Təşkilatına daxil olmaqAvropaya inteqrasiya etmək üçün vacib şərtlərdən biridir.

   Azərbaycanda İKT-nin İnkişafı üzrə Milli Strategiya BMT İnkişaf Fondu ilə Azərbaycan hökumətinin birgə layihəsi kimi təsdiq edilibbu sənəddə internet serverlərinin sayının 15000-ə çatdırılması nəzərdə tutulur. Bu isə o deməkdir ki, ən azı Azərbaycanın 1600 kəndi üçün, eləcə də hər bir təşkilat və QHT üçün bir internet serveribir veb səhifəsi yaradılacaq.

   Azərbaycanda internet əsasən 1995-ci ildən inkişaf etməyə başladı və hazırda istifadəçilərin sayı 700 mindən çoxdur. Belə demək mümkünsə, hər 100 nəfərə təxminən 7 istifadəçi düşür. Əsasən, Bakıda və bəzi rayonlarda 500-dən artıq internet klublar açılıb. Onların böyük əksəriyyəti şəxsi sektor tərəfindən yaradılsa da, dövlət xətti ilə yaradılan internet mərkəzləri şəbəkəsi də mövcuddur. Ölkənin müxtəlif regionlarında yerləşmiş 20 mərkəzdə internetə çıxış ilə yanaşı, əhalinin kompüter biliklərinə öyrədilmə həyata keçirilir.

   Azərbaycanda internet provayderləri bazarı intensiv inkişaf edir və indi 30-dan artıq provayderlə təmsil olunmaqdadır, lakin onlardan yalnız ikisi dövlət müəssisəsi hesab olunur. Yeri gəlmişkən, "Aztelekom.net", "Bakinternet" dövlət internet provayderinin işi nəticəsində hər hansı bir sahədən internet şəbəkəsinə qoşulma imkanı yaranıb ki, nəticədə də internet provayderlərin sayının daimi artımı Qafqaz regionunda güclü rəqabət yaratmağa nail olub. Hazırda ölkəmizdə internetin inkişafı ilə əlaqədar ən yeni texnologiyalardan istifadə olunur və lazımi islahatlar həyata keçirilir. Hətta kompüter bazarının və müasir informasiya texnologiyalarının sürətli inkişafı internetdən istifadə tələbatını daha da artırıb. Azərbaycanın şəbəkə məkanında hərəkət etmək üçün Azərbaycan dilində danışa bilməyən adamlara kömək məqsədilə ingilis, rustürk dillərində onlayn indeksləri və ya göstəriciləri və müəyyən parçaların hazırlanmasına yardım üçün avtomatik tərcümənin xidmətləri istifadə olunmağı nəzərdə tutulmuşbu proses tədricən həyata keçirilməkdədir. Təbii ki, bu cür indeksya parçaların başqa dillərdə hazırlanması, Azərbaycan kontentinin beynəlxalq səviyyədə görünməsi və əlçatan olması üçün Azərbaycan şəbəkə məkanının internetin axtarış vasitələri ilə əlaqələndirilməsinə kömək edəcək.

   Azərbaycanda gender aspektində İKT-nin inkişafında perspektivmümkün çağırışları xüsusilə qeyd etmək lazım gəlir.

   İKT-nin inkişafı üçün perspektivlər iki tərkib hissədən formalaşır: maddi-texniki infrastrukturinsan potensialı. Maddi-texniki infrastruktur barəsində aşağıdakılar danılmazdır: Respublikanın əksər iri şəhər və rayonlarını birləşdirən milli fiber-optik magistralına əsaslanmış telekommunikasiya infrastrukturunun mövcudluğu. Münasib qiymətli şəbəkələrin qurulması üçün obyektiv zəmin var, belə ki, Azərbaycan kifayət qədər enerji resurslarına malikdir. Mövcud şəbəkələr internetin mövcud və proqnozlaşdırılan artımına tab gətirə bilər. Azərbaycan regional bazarlara və Xəzər dənizinə münasibətdə mərkəzi yer tutur.

   Azərbaycan Xəzər dənizindən neft və qazın Türkiyə, Qara dəniz və dünya bazarına daşınması üçün strateji dəhlizə malikdirbuna görə də Azərbaycan ərazisindən keçən, Frankfurt və Şanxayı birləşdirən TAE fiber-optik kabeli vasitəsilə tezliklə internet-magistrala birbaşa qoşulma imkanı əldə edəcək.

   İnvestorlar, onlar üçün münasib şəraitin mövcud olacağı təqdirdə İKT-nin tətbiq edilməsində iştirak etməyə hazırdırlar.

   İnsan potensialı kontekstində aşağıdakıları qeyd etmək lazımdır: Azərbaycan İKT-nin inkişafı üzrə kadr tələbatlarını öz qüvvəsi ilə ödəyə bilər. Azərbaycan "qocalan ölkələr" sırasına daxil deyil, burada yeni vərdişlər və dillər öyrənməyə hazır olan bacarıqlı gənc əhali çoxdur. İnternetins. istifadəsi ilə müstəqil hazırlanma və təlimə səy gözə çarpır.

   Onu da qeyd etmək lazımdır ki, internet-şəbəkələrin və internetin provayder xidmətlərinin yaradılması üçün kifayət qədər ilkin texnikiişgüzar təcrübənin olması vacibdir. Qeyd edək ki, Azərbaycan hökuməti və PROON-nun "Azərbaycanın İKT üzrə milli strategiyası və onun ilkin mərhələdə inkişafı" birgə layihəsinin milli koordinatoru Məleykə Abbaszadə olub. Məhz onun təşəbbüsü ilə İKT respublikada ilk dəfə olaraq tələbə qəbulu üzrə Komissiyada öz tətbiqini tapıb

   Maddi-texniki infrastruktur aşağıdakı çağırışlara mütləq reaksiya verməlidir: Orta əmək haqqı ilə müqayisədə FK və internetə qoşulmanın yüksək qiyməti və FK və xidmətlərin alınması üçün kreditlərdən kifayət olmayan istifadə qaydası.

   Yeri gəlmişkən, ölkənin telefon əlaqəsi və elektrik enerjisi ilə natamam əhatə edilməsi ölkə üzrə internetə qoşulmanı bir qədər məhdudlaşdırır.

   - İKT-nin inkişafını stimullaşdıran elektron ticarətin inkişaf etməməsi;

   - İnkişaf etməmiş informasiya mədəniyyəti İKT-nin imkanları haqda məhdud məlumat;

   Azərbaycanda, xüsusilə Bakıda rus ingilis dillərinə üstünlük verilir, lakin Bakıdan kənarda ya digər böyük şəhərlərdə xarici dillərin istifadəsi çox məhduddur. Əhalinin çoxunu təşkil edən kənd sakinləri sadəcə Azərbaycan dilini bilir ki, bu da onların dünya internetindən istifadə etmələrinə imkan vermir.

   Danılmaz bir faktdır ki, Microsoft (MSCE) firmasının sertifikatlaşdırılmış təlim üzrə kurslarını bitirən mütəxəssislərin çoxu kursları bitirdikdən sonra ölkəni tərk edirlər.

   Bütün dünyada olduğu kimi, kompüter ilk əvvəl Azərbaycanın işgüzar dairələrində tələb olunmuş müəyyən vaxtdan sonra qeyri-rəsmi dairələrdə yayılıb. Ev kompüterlərinin əldə olunması yayılması son illər artıb. Artıq paytaxtda informasiya kommunikasiyalarına yardım edən hər hansı bir şeyi almaq mümkündür. Kompüterlər ucuzlaşır. Əhalinin alıcılıq qabiliyyətinin aşağı olmasına baxmayaraq, paytaxtda kompüterə tələbat zaman keçdikcə çox yüksəlir ki, nəticədə bu proses kompüterlərin ucuzlaşmasına şərait yaradır.

   Orta gəlirli adamlar arasında yüksək dərəcəli müasir kompüter mühüm prioritetə çevrilir.

   Bütövlükdə respondentlər üzrə aşağıdakı mənzərə yaranır:

   İKT haqda informasiyaya malik olmayanlar - birinci qrup, yaşlı əhalinin heç 3%-ni toplamırlar;

   İKT haqda isə bilənlər - ikinci qrup - cəmi 5%-ə yaxın, lakin şübhəsiz 8-10%-dən yuxarı deyil.

   Əhalinin əksəriyyəti aşağıdakı qrularda cəmləşmişdir:

   3-cü qrupda - müəyyən təsəvvürü olanlar;

   4-cü qrupda - daimi istifadəçilər;

   5-ci qrupda - peşəkar biliklərə malik olanlar.

   Hesablamalara görə (tələbatın müqayisəli aşağı plankasında, məsələn, meyarı əhalinin adi fərdi kompüterə münasibətdə hesab etsək), 3-cü qrup 30%-dən 35%-ə kimi təşkil edə bilər; 4-cü qrup 20-25% təşkil edir, 5-ci qrup çox azdır ümumi mənzərəyə təsir etmir. İKT-dən kənarda hələlik əhalinin təxminən üçdə biri qalır.

   Əgər daha sərt meyarlar, xüsusən əhalinin fərdi kompüterə deyil, şəbəkə texnologiyalarına münasibətini götürsək, onda müvafiq olaraq bölgü daha az nikbin alınar, kənarda qalan qrup əhalinin 70-dən 80%- kimi təşkil edə bilər.

   Milli gender sorğunun nəticələri paytaxt regionlar arasında informasiya uyğunsuzluğunun diqqəti cəlb edən meyli aşkar edir. Bu, informasiya-kommunikasiya texnologiyalarının tətbiq olunmasında ciddi geriləməyə səbəb olur ki, bunsuz da müasir cəmiyyəti təsəvvür etmək mümkün deyil. 1500 nəfər arasında aparılan sorğu nəticəsində belə məlum olub ki, əhalinin cəmi 4,5%-i fərdi kompüterə 4,1%-i internetə çıxışı təmin edən modemə malikdir. Bu da o deməkdir ki, Azərbaycanda İKT-nin insanların həyatına tətbiq edilməsi, fərdi kompüter digər aparat vasitələri ilə təmin olunmasından daha tez həyata keçirilir.

 

  

    Ulduzə QARAQIZI

 

    Ekspress.-2013.-19-21 yanvar.-S.-11.