Turan
Yazqanın hədəfi bizim hədəfimizdir"
Közhan
Yazqan: Bundan sonra da vəqfimizdə hər şey Türk
törəsincə olacaq"
Ötən
ilin noyabr ayında türk dünyası son illərin ən
ağır itkilərindən birini yaşadı. Türk
Dünyası Araşdırmaları Vəqfinin başqanı,
professor Turan Yazqan haqqın rəhmətinə qovuşdu. Həyatını
Türk dünyasına xidmətdə keçirən bu
böyük fikir adamının vəfatı bütün sevənlərini
sarsıtdı.
Turan sevdalısı Turan Yazqan
1980-ci illərdə türk coğrafiyasında mədəni
bir bütünlük yaratmaq məqsədilə Türk
Dünyası Araşdırmaları Vəqfini qurmuşdu. Əslində
bu, onun həm də siyasi uzaqgörənliyinin nəticəsi
idi. Türk xalqlarından bir çoxunun hələ də
kommunist rejiminin basqısı altında olduğu o
çağlarda T.Yazqan artıq yaxın gələcəkdə
dünyada ciddi siyasi dəyişiklik
yaşanacağının havasını hiss edə
bilmişdi.
O zamanlar Turan sevdalısı bu
insan Türk dünyasının digər böyük fikir
adamları ilə bərabər onillərlə milli kimliyi
unutdurulan toplumlara özünü tanıma cəsarəti vermək
üçün fikirlərdə bağımsızlıq toxumu
əkməkdəydi.
Türk Dünyası
Araşdırmaları Vəqfinin düzənlədiyi
toplantılarda, elmi konfranslarda, dərc etdiyi "Tarih" dərgisində
dəmir pərdənin o üzündə yaşayan toplumlara
yönəlik çox ciddi mesajlar vardı. 1991-də
SSRİ-nin çöküşü bu ideoloji mübarizənin
təntənəsi oldu. Türk cümhuriyyətləri
müstəqilliklərini elan edəndən sonra Vəqf bu
ölkələrlə daha yaxın təmaslar qurmağa
başladı. Turan Yazqan ən böyük xəyallarından
olan milli, mədəni dəyərlərinə sahib
çıxan türk gəncliyinin yetişdirilməsi
üçün türk cümhuriyyətlərində məktəblər
açmağa başladı. Belə bir məktəb 1992-ci
ildə Bakıda da açıldı. Prezident Əbülfəz
Elçibəyin də qatıldığı
açılış törənində Turan Yazqanın
qürur qarışıq həyəcanına şahid olmaq
belə çox fərqli duyğuydu. O gündən keçən
20 ildə Qazi Mustafa Kamal Atatürkün adı verilən
Bakı Atatürk Litseyində neçə-neçə gənc
yetişdirilib.
Vəfatından qısa zaman
öncəki görüşümüzdə rəhmətlik
Turan Yazqan bizə qurduğu məktəblərin digərlərindən
fərqini belə anladırdı":Bizim sistem digərləri
kimi təbliğat üzərində qurulmayıb. Müəllimlərimiz
heç bir şagirdi qarşısında oturdub onun beynini
"propoqanda" ilə yükləmir. Biz sadəcə
cocuqlarımıza keyfiyyətli təhsil vermək niyyətindəyik.
Düşüncəmiz türk cocukların seçəcəkləri
elm sahələrində başarılı olmalarına şərait
yaratmaqdı. Məqsədimizin kökündə türk
dünyasına xidmət dayanır. Ancaq biz cocuqlara ulu bir
soydan gəldiklərini yalnız sözlə anlatmırıq,
onların bunu yaşamasına imkan yaradırıq. İldə
bir dəfə İstanbulda düzənlədiyimiz Türk
Dünyası Cocuq Şöləninin də əsas qayəsi
budur. Yakutiyadan Uyğurustana, Ön Asiyadan Anadoluya,
Kırımdan Balkanlara qədər nəhəng bir
coğrafiyada yaşayan insanları bir araya gətirib onlara bir
xalının ilmələri olduqlarını göstərməkdən
gözəl nə ola bilər? Azərbaycanda doğulan bir
fidan Altayda doğulan qardaşının da onun kimi
"gün"ə "gün", "ay"a "ay"
deməsindən təsirlənməyəcəkmi?".
Turan Yazqanın vəfatından
sonra Türk Dünyası Araşdırmaları Vəqfi
İdarə Heyətinin qərarı ilə qurumun
başqanlığına onun oğlu Közhan Yazqan
seçilib.
Vəqfin başqanı kimi ilk dəfə
Bakıya gələn Közhan bəylə
görüşüb söhbətləşdik.
- Közhan bəy, vəqfin yeni
başqanı kimi oxuculara özünüzü bir qədər
tanıdardınız.
- Rəhmətlik
Turan hocanın 3 oğlu var. Onların da kiçiyi mənəm. 1964-cü ildə doğulmuşam.
Artıq
50 yaşına yaxınlaşıram.
Elektrik yüksək mühəndisiyəm.
Bir müddət ticarətlə
məşğul olduq.
3 il əvvəldən
Vəqfin İdarə
Heyətində təmsil
olunmağa başladım.
Atamın vəfatından sonra
Vəqfin başqanı
vəzifəsinə seçildim.
Evliyəm, iki uşağım
var. Oğlumun adı Turandır. Digər iki qardaşımın
da oğlanlarının
adı Turandır.
Ailəliklə bu adı yaşatmağa çalışdıq.
- Turan
Yazqanın vəfatı
bütün Türk dünyası üçün
bir itkidir. Bəs bir ata olaraq
siz kimi itirdiniz?
- Atam da öz atasını
çox gənc yaşında itirmişdi.
Və atamız vəfat edərkən həyatın
dayandığını güman
etmişdik. Həqiqətən biz üçün bir anlıq həyat durdu. Amma yenidən həyatdayıq.
Bəli,
bim atamızı itirdik. Ancaq o sadəcə bizim
atamız deyildi və o, Türk dünyasının olduğu
kimi, bizim də müəllimimiz idi. Biz ilk addım
atmağı, dünyaya
baxmağı atamızdan
öyrəndik. Atamızın hədəfləri, eşqləri,
bizim də hədəflərimiz oldu.
Biz də Türk
yurdlarına ilk səyahətlərimizə
atamla birlikdə getdik. Onun yandırdığı ocaqda türk gəncliyi ilə bərabər bişdik.
Bir sözlə atamızın
yolu, bizim də yolumuzdur.
- Vəqfin yaşaması üçün
planlarınız nədir?
- Bundan sonra da hər
şey Türk Törəsincə olacaq. Atamın dəfn mərasimi necə Türk Törəsincə keçmişdisə,
vəfatının 7-ci günündə
ağsaqqallar toplanıb
Türk Törəsinə
uyğun olaraq məşvərət etmiş
və məni vəqfin başqanı seçmişlər. Türk dünyası
yuxarıda göy çökmədikcə, aşağıda
yer yarılmadıqca,
bu ideallarla var olacaq. Biz də Hocamıza
layiq olmağa çalışacağıq. Bu yolda yorulmadan,
sapmadan davam edəcəyik. Tanrı Türkü
qoyursun.
- Turan Yazqanın vəzifəsini
davam etdirmək sizin üçün hansı məsuliyyəti yaradır? .
- Biz onun bütün ideyalarının
yaşaması üçün
fəaliyyət göstərəcəyik.
Turan Yazqan bizim üçün
yeri doldurulmayacaq bir insandır. Həm bir ata olaraq,
həm bir idealımız olaraq böyük bir insanı itirdik. Bundan sonra üzərimizə düşən vəzifə
onun yapdıqlarını
və yapmağı düşündüklərini davam
etdirməkdir. Bu yolda var gücümüzlə
çalışacağıq. Ancaq bu, bizim
tək başımıza
görə biləcəyimiz
iş deyil. O, çox güclü bir insan idi.
Həyatı boyu onun yanında olan bütün insanlardan - məsləkdaşlarından, tələbələrindən
bu müqəddəs işdə yardım alacağımıza inamımız
böyükdür. Turan Yazqan
vəfat etdiyi ilk gündən əslində
biz həm ailə, həm vəqf olaraq bu dəstəyi
hiss etməkdəyik. Hər kəs
atama sanki vəfa borcunu ödəmək üçün
bizim işlərimizə
töhfəsini verməyə
çalışır. Buna görə hər
kəsə təşəkkür
edirik. Vəqfi yaşatmaq, onun
əsərlərini yaşatmaq
bizim ən böyük istəyimizdir.
Onun fikrində gerçəkləşdirməyi
düşündüyü çox planlar vardı. Bu fikirlər
üzərində zox
əmək sərf edir, ideyalarını reallaşdırmanın yollarını
axtardı. Onları həyata
kezirmək bizim üzərimizə düşür.
- Turan hocanın vəfatından
sonra vəqfin Azərbaycanla bağlı
siyasətində hər
hansı yenilliklər
gözlənilirmi?
- Bu məktəbi
çox sevirdi, Bakı Atatürk Litseyinin onun üçün özəl
yeri olduğunu hər zaman söylərdi. Burada bir də İqtisad Universiteti nəzdində İqtisadiyyatın
İdarəedilməsi fakültəmiz
var. Azərbaycanda türk
cocukların savadlı,
xalqına, dövlətinə
gözəl xidmətlər
edən gənclik kimi yetişdirilməsi onun üçün çox qürurverici idi. Hər zaman da bunu çox bxyük fəxarət hissi ilə ifadə etməyi sevərdi. Bu məktəbi zox böyük ümidlərlə
açmışdı. Burada təhsil alan gəncliyin
hər uğuruna öz övladlarının
uğuru qədər sevindiyinin şahidiyəm.
Hər ali
məktəb qazanan, hər hansı elm sahəsində uğur əldə edən şagird, tələbə
onun göz bəbəyi idi. Həm Bakı Atatürk Litseyinin, həm fakültənin rəhbərliyi ilə görüşlərimiz oldu.
Təbii,
hər iki müəssisənin bundan
sonra da yaşaması, inkişaf etməsi üçün
qüvvələri səfərbər
edəcəyik.
- Hal-hazırda
vəqfin Türk Dünyasında necə məktəbi var?
- Əvvəllər
Rusiyadakı türk muxtar respublikaları da daxil olmaqla,
çox sayda məktəblərimiz, fakültələrimiz
vardı. Ancaq sonradan
Rusiya türkcə təhsil verən məktəbləri qapatdı.
Bu zaman bizim
də məktəblər
bağlandı. İndi Azərbaycan,
Qazaxıstan və Qırğızıstanda, hər
birində bir litsey və bir fakültəmiz var. Bunlarda isə 5 minə yaxın şagird-tələbəmiz vəqfin
imkanları hesabına
oxumaqdadır.
- Turan hocanın səhhətində
problemlər başlayandan
sonra vəqf məktəblərinin də
durumunda sıxıntılar
vardı...
- Bəli, atam bu çətinlikləri
ortadan qaldırmağa
çalışırdı. Biz də çalışırıq
ki, bu problemləri
həll edək.
Bundan hər kəs əmin olsun ki, litseyimizdə hər kəs təhsilə davam edəcək. İlk səfərimizin
Azərbaycana edilməsinin
səbəbi də budur. Məktəblərimiz olan digər
ölkələrə də
gedəcəyəm.
- Azərbaycan-Türkiyə
əlaqələrindən razısınızmı?
- Bizim baxışımız bir
millət iki dövlət modelinə uyğundur. Və biz vəqfin fəaliyyətində
də hər zaman bu prinsipi
öndə tutmuşuq.
- Turan
Yazqanın adının
əbədiləşdirilməsi yönündə çalışmanız
varmı?
- Atamın vəfatının bir ilinin tamamına qədər onun haqqında kitab buraxılmasını planlaşdırırıq.
Artıq işlərə
start verilib. Bu, bir ömür yolu kitabı olacaq, onun türk
dünyasına, çalışdığı
elm sahələrinə verdiyi
əməklər haqqında
bir əsər olacaq. Biz eyni
zamanda Turan Yazqan ödülü təsis etməyi düşünürük. Türk dünyası üçün
əmək sərf edən, Turan Yazqan ideyalarını yaşadan insanları bu mükafatla təltif etmək istəyirik. Ancaq ən
böyük hədəfimiz
Turan Yazqan Universiteti yaratmaqdır.
Çox
çətin bir missiyanı üzərimizə
götürmüşük. Turan Yazqan 3 oğulun fizioloji atasıdır, ancaq bütün türk dünyasında onun minlərlə övladları var. Bu gün
TDAV okullarında oxuyan
hər kəs bizim üçün qiymətlidir. İnanıram ki, həyatlarını hansı sahədə davam etdirmələrindən
asılı olmayaraq Türk dünyasına xidməti əsas vəzifələri sayacaqlar.
Qalib İBRAHİMOĞLU,
Aqil
CAMAL
Ekspress.-2013.-19-21
yanvar.-S.-17.