İKT və turizm sektoru

 

    İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

 

    Bu gün Azərbaycanda bütün infrastruktur layihələrində müasir informasiya texnologiyalarının tətbiqi həyata keçirilir. Gələcəyinə böyük ümidlər bəslənilən və xeyli sərməyələr yatırılan turizm sektorunda da müasir informasiya-kommunikasiya texnologiyalarından (İKT) səmərəli istifadəyə ehtiyac var.

   Qeyd edək ki, ölkəmizdə əsasən yay və qış turizmi sektorunda inkişaf gözə çarpır və dövlət səviyyəsində bu sahənin inkişafına daha çox diqqət göstərilir. Yerli turizm şirkətləri və turistləri qəbul edən məkanlar artıq öz internet resurslarını yaratmaqla beynəlxalq "Hoteltoweb" online rezervasiya və satış texnologiyaları sisteminə qoşulublar. Bu da dünyanın istənilən nöqtəsindən sifariş almaq imkanını yaradır.

   Dünya üzrə səyahət turlarının 80 faizi məhz internet vasitəsilə realizə edilir və bu sistem Global Sifariş Sistemi (GDS) əsasında fəaliyyət göstərir. GDS kanalı vasitəsilə dünya üzrə 800 mindən çox hotel və mehmanxana barəsində məlumat əldə etmək mümkündür. Bu gün Bakıda və regionlarda turizm informasiya mərkəzləri fəaliyyət göstərir.

   Turizm sahəsinin daha da inkişafı üçün turizm obyektlərinin fotoşəkilləri və mətn məlumatları web səhifələrdə yerləşdirilməli və xəritələşdirilməlidir.

   Müasir dünyada turizmin belə bir əhəmiyyətli mövqeyə gəlib çıxmasında heç şübhəsiz müasir texniki vasitələrin inkişafının və onların bu sahədə tətbiq olunmasının da rolu vardır. Bu baxımdan beynəlxalq turizmin təşkil olunmasında müasir səviyyəli informasiya texnologiyasının rolunun aydınlaşdırılması və tətbiqinin öyrənilməsi maraq doğuran məsələlərdəndir.

   Beynəlxalq turizmin inkişafında informasiya texnologiyasının rolu isə turizmin bir sıra səciyyəvi xüsusiyyətləri ilə daha da əhəmiyyətlidir. Bu, turizm xidmətinin daşınılmaz olması, onun təşkil olunması üçün geniş informasiya-reklam tədbirlərinin aparılmasının vacibliyis. ilə izah olunur. Bundan başqa, turizm biznesinin mövsümi xarakter daşıması, movsümlərin qızğın çağında kütləvi turist tələbatının həddən artıq artması, turistlərin tələbatlarının ödəniləməsi üçün turizm təşkilatlarından əlavə digər çoxlu sayda müəssisələrin də bu işə cəlb olunması da burada etibarlı və sürətli informasiya mübadiləsi zərurətini ortaya qoyur. Kompüter texnologiyasının və sürətli informasiya mübadiləsinin tətbiqi turizmin təşkilində aparıcı rola malik olan turoperatorların fəaliyyətinə təsir edir.

   Təşkilati cəhətdən istənilən turizm müəssisəsinin informasiya texnologiyaları ilə təchiz olunması ənənəvi olaraq qəbul edilən müəssisə ofisinin avtomatlaşdırılmasından əlavə yerli elektron şəbəkə və elektron sənəd dövriyyəsi, habelə yol biletləri və otel nömrələrinin əvvəlcədən sifariş olunmasına qədər istənilən miqyasda həyata keçirilə bilər. Əgər müasir səviyyəli informasiya texnologiyasının istifadə olunmasının struktur sxeminə nəzər salsaq, burada üç səviyyənin - müəssisədaxili, müəssisələrarası və interaktiv informasiya əlaqəsinin yaradılmasını misal göstərmək mümkündür.

   Bundan əlavə turizm müəssisəsində tətbiq olunan digər elektron tipli informasiya texnologiyası və onların müəssisədaxili yerli şəbəkədə (intranet) fəaliyyət göstərmək imkanının olması həmin müəssisənin struktur bölmələri arasında operativ əlaqə yaradılması, habelə mühafizə olunan informasiyaları əldə etmək üçün maneələrin ortadan qaldırılması baxımından çox əhəmiyyətlidir.

   İnformasiya texnologiyasının turizm biznesində tətbiq olunması müəssisələrarası şəbəkədə birgə istifadə formasında da geniş yayılıb.

   Dünya biznes praktikasında geniş yayılmış olan "Business-to business" elektron ticarət forması da bu baxımdan maraq kəsb edir. Bu cür informasiya şəbəkəsinin istifadə olunması ilə müəssisədə idarəetmə işlərini xeyli sadələşdirmək, turların təşkili prosesini təkmilləşdirmək, maliyyə əməliyyatları sürətli şəkildə həyata keçirmək mümkündür.

 

   Turizm müəssisəsində tətbiq olunan intranet şəbəkəsinin köməyi ilə əldə oluna biləcək imkanları aşağıdakı kimi göstərmək mümkündür:

   - Şəbəkənin yaradılmasının ona xidmətin daha ucuz başa gəlməsi;

   - Geniş əhatəli əməkdaşların informasiya ilə təmin olunmasının sadəliyi;

   - Sistemin informasiya resurslarının proqram təminatının birgə istifadə oluna bilməsi imkanı;

   - İnternetə qoşula bilməsi üçün hazır olması;

   - Digər lokal şəbəkələrlə dərhal əlaqənin yaradıla bilməsi s.

   Ümumdünya elektron şəbəkəsi internetin turizm müəssisəsi üçün yaratdığı imkanları isə qısa olaraq Şəbəkə marketinqinin həyata keçirilməsi; təklif etdiyi xidmətin "On-line" rejimi üzərindən satılması; əraziyə uzaq olan müştərilərlə əlaqə yarada bilinməsi şəklində göstərə bilərik. Bura eyni zamanda ucuz kommunikasiya vasitələri ilə əlaqəyə çıxış (elektron poçt, rəqəmli telefon, videotelefon, s.); internetin köməyi ilə biletlərin satılması, otel nömrələrinin bronlaşdırılması; səmərəli reklamın həyata keçirilməsi; elektron sərgilərdə, yarmarkalarda, sərgilərdə s. iştirak; uzaqdan qeyri-nəqd hesablaşmaların həyata keçirilməsi; 365 gün, 24 saat operativ rejimi; potensial əməkdaşların axtarılması; müəssisənin ictimaiyyətlə aparılan əlaqələrinin yüksək keyfiyyətlə sürətlə aparılması; müəssisənin korporativ saytının yaradılması onun internetdə yerləşdirilməsi s.-i aid etmək olar.

   Müasir səviyyəli informasiya texnologiyasının baxdığımız iki səviyyədə tətbiqi bilavasitə turizm xidmətinin göstərilməsi zamanı daha çox səmərə ilə müşahidə oluna bilər. İnformasiya texnologiyasının interaktiv əlaqə formasında tətbiqi isə turizm sahəsində daha geniş auditoriya toplamaq, bazarın cari vəziyyətini, istehlakçı seçimini s. kimi vacib məlumatları əldə etmək imkanı verir.

   Konkret olaraq, ümumdünya elektron şəbəkəsi olan internetin köməyi ilə həyata keçirilən marketinq, reklam tədbirləri, turistlər üçün informasiya dəstəyinin verilməsi interaktiv informasiya texnologiyasının üstün cəhətlərini nümayiş etdirir.

   Bu baxımdan, potensial turistin internet vasitəsilə əldə edə biləcəyi informasiyaları qısa şəkildə belə göstərmək mümkündür:

   - Məsafədən asılı olmayaraq istənilən turizm müəssisəsinin xidmətlərindən istifadə etmək.

   - Öz marşrutunu müəyyənləşdirmək, nəqliyyat vasitələri bilet qiymətləri haqqında məlumatlar almaq

   - Nəqliyyat vasitələrinə otel nömrələrinə yerləri bronlaşdırmaq.

   - İstifadə etdiyi xidmət əmtəələrin haqqını ödəmək.

   - İnternetin axtarma sistemlərindən istifadə etmək.

   - Elektron poçtdan istifadə etmək.

   İnformasiya, onun etibarlı mübadilə vasitələri (İnternet, intranet s.) turizm üçün niyə bu qədər vacibdir. Bu suala cavab vermək üçün turizm xidmətinin özünəməxsus xüsusiyyətlərini, turizm məhsulunun yaradılması, istifadə olunması zamanı qarşıya çıxan məsələləri araşdırmaq, turistlərin fərdi xüsusiyyətlərini nəzərə almaq lazımdır.

   Müasir dünyada internetin Yer kürəsinin istənilən nöqtəsinə yayıldığını nəzərə alarıqsa, potensial müştərilərin məhz bu şəbəkədən istifadə edərək öz istəkləri çərçivəsində seçimlərinin etdiklərini tamamilə təbii bir hal kimi qəbul etmək olar. Məsələnin populyarlığını başa düşən turizm firmaları ümümdünya şəbəkəsində təmsil oluna bilmək üçün özlərinin səhifələrini təqdim edirlər. İnternet hər bir müştəriyə (potensial turistə) yönəlmiş fərdi yanaşmanı təmin edir. Müasir dövrdə bütün dünya üzrə belə səhifələrin sayının 80 minə çatdığını göstərməklə məsələnin qədər populyar olduğunu bir daha göstərmək mümkündür.

   Ümümdünya şəbəkəsindəki belə səhifələrin bəziləri çox böyük olub, istifadəçiyə kommersiya xarakterli informasiyadan əlavə, səyahətçi məsləhətləri, turizm mərkəzlərinə bələdçiliyi, görkəmli yerlərin foto video təsvirləri, hava məlumatları, valyuta kursları, xəritə planlar haqqında məlumatlar verirlər. Dünya üzrə onlardan- www.world-touris.org, www.yahoo.com, www.expedia.com, www.asiatravel.com. www.travelocity.com, www.thomascook.co.uk, www.wttc.org, www.excite.com, www.travel.net, www.lycos.com s. göstərmək olar.

   Azərbaycan haqqında ümumdünya şəbəkəsində informasiya yayan ən görkəmli saytlardan www.myst.gov.az, (Azərbaycan Respublikası Gənclər, İdman Turizm Nazirliyinin saytı) www.azeribaijan-info.com (Azərbaycan haqında hər şey) www.culture.az, (Azərbaycan mədəniyyətinə incəsənətinə həsr olunmuş sayt), www.azerifolk.com, (Azərbaycan mədəniyyəti haqqında sayt) www.tourizm.az (Virtual Turizm Agentliyinin xidməti), www.gateway.az s. göstərmək olar.

   Ümumdünya şəbəkəsindən istifadə etməklə təkcə informasiyanın verilib-alınması kimi məsələləri deyil, həm birbaşa olaraq turizm xitmətinin satışını da təşkil etmək mümkündür. Baxmayaraq ki, müasir dövrdə bunun miqdarı dünya üzrə ümumi turizm xidmətinin təqribən 1%-ni təşkil edir, ancaq mütləq rəqəmlə ifadə etdikdə bu məbləğin çox böyük olduğunu göstərmək mümkündür. Bu isə turizm xidmətinin böyük bir həcmə malik olmasından irəli gəlir.

 

  

     İltifat HACIXANOĞLU

 

     Ekspress.-2013.-29 yanvar.-S.-9.