Qarabağ əlillərinə əlillik hansı meyarlarla
veriləcək?
Qaçqın və məcburi
köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya
ehtiyacı olan təbəqələrinin problemlərinin
həlli ilə bağlı həyata keçirilən tədbirlərin
işıqlandırılması
Qarabağ müharibəsi əlillərinə əlillik statusunun verilməsi ilə bağlı mövcud meyarlara ciddi dəyişikliklər ediləcək. Artıq Qarabağ əlilləri ilə bağlı yeni sənəd hazırlanır. Qarabağ əlillərinin statusunun artırılması istiqamətində müvafiq dövlət qurumları iş aparır. Yeni sənəddə Qarabağ əlillərinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması, onların maddi və mənəvi durumlarının yüksəldilməsində əlavə imkanların yaradılması nəzərdə tutulur.
Sənədin yaxın günlərdə parlamentə təqdim olunacağı bildirilir. Qarabağ əlilləri ilə bağlı aidiyyatı dövlət orqanları və müxtəlif təşkilatların rəyi də öyrəniləcək. Qeyd edək ki, Qarabağ əlillərini özündə birləşdirən təşkilatlar bir müddət öncə imtiyazların artırılması təşəbbüsü ilə çıxış edərək, Əmək və Əhalinin Sosial Müdafiəsi, Səhiyyə nazirliklərində görüşlər keçiriblər. Yeri gəlmişkən, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli də bir müddət əvvəl əllilik statusunun verilməsi ilə bağlı qaydaların sərtləşdirilməsi təklifi ilə çıxış edib. H.Rəcəblinin fikrincə, hazırda xeyli sayda insan saxta əlillik statusu daşıyır.
Səlim Müslümovun əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilməsindən sonra bu sahədə vəziyyətin düzələcəyinə ümid edən Hadi Rəcəblinin təklifinə nazirlikdən münasibət gəlib. S.Müslümov bildirib ki, qeyri-qanuni yolla əlilliyə görə təqaüd alan şəxslərin dərəcələri ləğv ediləcək.
Xatırladaq ki, saxta əlillik sənədlərinin
alınması ötən əsrin 90-cı illərinə - iqtisadi böhran
dövrünə təsadüf edir. Zavod və fabriklərin qapadılması,
kolxoz-sovxozların dağıdılması nəticəsində
yaranmış böhran insanları
saxtakarlığa məcbur etdi. Belə saxtakarlıqdan biri də
əlillik sənədi düzəltməkdən ibarət idi. Çünki belə bir sənədin olması hər ay dövlətdən maaş
almaq demək idi.
Əslində o illərdə saxta əlillik dərəcələrinin
alınması və verilməsi biznes xarakteri daşıyırdı. Ancaq getdikcə əlillərin
sayının artması hakimiyyət dairələrinin də
narazılığına səbəb oldu.
2006-cı ildə bu tendensiya
yenidən gücləndi. Hətta vəziyyət o yerə çatdı ki,
həqiqi əlillərin sənədlərini rüşvətsiz
qəbul etmirdilər. Bu dəfə tibbi-sosial ekspert
komissiyalarının xeyli rəhbər
şəxsi həbs edildi. Çox
təəssüflər olsun ki, problem problem
olaraq qalırdı. Ancaq
buna baxmayaraq, probleminin həlli yolları hər zaman axtarılır. Artıq saxta
əlillik sənədi düzəldənlərə növbəti
xəbərdarlıq olunub və
saxtakarlığa qarşı mübarizəyə
başlanılıb, proses Azərbaycanın
bütün regionlarında da eynilə aparılacaq. Bu da o deməkdir ki, saxta əlil statusları ləğv olunacaq.
Məhz bütün bunların
nəticəsidir ki, ölkəmizdə Qarabağ
müharibəsi əlillərinə
əlillik statusunun verilməsi ilə bağlı mövcud meyarlara ciddi dəyişikliklər ediləcək.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədovun sözlərinə
görə, bu həmin şəxslərə
qoyulan tibbi diaqnozdan asılı olacaq: "Əgər
1990-cı illərdə Azərbaycanda
bəzi xəstəliklərin
müalicəsi yox idisə, bu gün ölkədə müxtəlif əməliyyatlar
aparılır və nəticələri çox
uğurlu olur. Bu səbəbdən də əlillik statusunun verilməsi ilə bağlı standartlara ciddi dəyişikliklər olunacaq".
Azərbaycanda tibbi-sosial ekspertiza
müayinələrinə dair
arayışlar da elektron formada veriləcək. Azərbaycanda həyata keçirilən
sosial siyasətin ən mühüm istiqamətlərindən birini
əlilliyi olan şəxslərin sosial hüquqlarının təmin
olunması təşkil
edir. 2008-ci ildə "Əlilliyi olan şəxslərin hüquqları haqqında"
Konvensiyanı və Konvensiyanın Fakultativ Protokolunu ratifikasiya etməklə öz üzərinə mühüm
öhdəliklər götürübr.
Bu məqsədlə Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri
və ixtisaslaşmış
vətəndaş cəmiyyətinin
iştirakı ilə
əlilliyi olan şəxslərin hüquqi
statusunun daha dolğun müəyyən
edilməsi və onların sosial müdafiəsinin daha etibarlı təminatı üçün "Əlillərin
Sosial Hüquqlarının
Müdafiəsinə dair
Milli Fəaliyyət Planı"nın (2013-2018-ci illər)
və "Əlillərin
sosial müdafiəsi haqqında" qanun layihə sənədi hazırlanıb.
N.Məmmədov qeyd edib ki, milli qanunvericiliyin
həmin Konvensiyanın
tələblərinə uyğunlaşdırılması
istiqamətində çox
böyük işlər
görülüb. Belə ki,
artıq yeni qanunun və fəaliyyət planın layihələri hazırlanaraq
ixtisaslaşmış vətəndaş
cəmiyyəti və
dövlət orqanları
razılaşdırılıb.
Konvensiyanın tələblərinə uyğun hazırlanan "Əlillərin sosial müdafiəsi haqqında"
yenidən hazırlanan
qanun layihəsi əlilliyi olan insanlara cəmiyyətdə
ayrı-seçkilik aradan
qaldırılacaq və
cəmiyyətin bərabər
hüquqlu üzvləri
kimi bərabər imkanlardan yararlana biləcəklər.
Onu da qeyd edək ki, Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən
tibbi-sosial ekspertiza və əlillərin reabilitasiyası informasiya sistemi qurulub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə
əlaqələr şöbəsindən
verilən məlumata görə, əlilliyin müəyyən olunması
sisteminin və əlillik təyinatları
ilə bağlı aidiyyəti təşkilatlar
arasında məlumat mübadiləsinin tam avtomatlaşdırılması
məqsədilə ƏƏSMN tərəfindən tibbi-sosial
ekspertiza və əlillərin reabilitasiyası
informasiya sisteminin qurulması üzrə işlər artıq başa çatdırılıb.
Nazirliyin yerli Tibbi-sosial
ekspert komissiyalarının
(TSEK) yeni proqram təminatı ilə işləmək bacarıqlarına
malik olmaları üçün Bakı şəhərində və
respublikanın bölgələrində
treninqlərə başlanılıb.
Hazırda pilot işləri
aparılan yeni proqram təminatı əlillik qrupları almaq üçün müraciət edən vətəndaşların xəstəlik
vəziyyətləri, müayinələrin
nəticələri barədə
məlumatların TSEK-lər
tərəfindən elektron
yolla informasiya sisteminə daxil edilməsinə şərait
yaradacaq. Vətəndaşların əlillik vəziyyətinin
müəyyən olunması
üçün göndəriş
formalarının (88 nömrəli
forma) da səhiyyə
müəssisələri tərəfindən
elektron məlumat mübadiləsi sistemi vasitəsilə TSEK-lərə
göndərilməsi ilə
bağlı tədbirlər
görülür.
Xatırladaq ki, yeni yaradılan informasiya sistemi əlillik təyinatı barədə
aidiyyəti dövlət
orqanına təqdim olunmaq üçün vətəndaşlara kağız
arayışların verilməsi
praktikasına da son qoyacaq. Belə ki, əlillik
təyin olunması barədə müvafiq məlumatların TSEK-lər
tərəfindən aidiyyəti
orqanlara elektron yolla və operativ
şəkildə göndərilməsi
təmin olunacaq.
Əlilliyin müəyyən olunması sisteminin və əlillik təyinatları ilə bağlı aidiyyəti təşkilatlar arasında
məlumat mübadiləsinin
tam avtomatlaşdırılması bu sahədə neqativ hallara şərait yaradan məmur-vətəndaş münasibətlərinin
aradan qalxmasına və şəffaflığın
təmin olunmasına,
eyni zamanda vətəndaşlara göstərilən
tibbi-sosial ekspertiza xidmətinin müasir tələblərə uyğun
qurulmasına xidmət
edir.
Xatırladaq ki, ilin əvvəlində Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov "Vətən Əlilləri" İctimai Birliyinin sədri Firudin Məmmədov, "Qarabağ Qaziləri" İctimai Birliyinin sədri Etimad Əsədov və birliyin üzvləri Rey Kərimoğlu, Rizvan Vəliyev və Yaşar Həziyevlə görüşüb. Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüş zamanı S.Müslümov ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə fiziki sağlamlıqlarını itirmiş vətəndaşların sosial müdafiəsinin daim prezident İlham Əliyevin diqqətində olduğunu vurğulayaraq, Qarabağ müharibəsi əlillərinə göstərilən dövlət qayğısının daim artmaqda olduğunu deyib.
Ümumiyyətlə, son vaxtlar dövlət başçısının tapşırığı əsasında əlil və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, müharibə əlillərinin nəqliyyat vasitələri ilə təminatının daha da gücləndirilməsi istiqamətində bir çox işlər görülüb. S.Müslümov onu da bildirib ki, tibbi-sosial reabilitasiya sisteminin təkmilləşdirilməsi, sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara yüksək keyfiyyətli xidmətin göstərilməsi, bu xidmətlərdən istifadədə nöqsan və çatışmazlıqların aradan qaldırılması və şəffaflığın təmin olunması istiqamətində işlər aparılır.
Əlillərə münasibət sahəsində sosial siyasət cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilib. "Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında" qanuna müvafiq olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil sayılır.
Bütün əlillərə qanunvericiliklə müəyyən olunmuş növdə sosial yardım göstərilir. Əlilliyə görə təqaüd (pensiya) ancaq əlillik müəyyən edildiyi hallarda təyin edilir.
Qeyd edək ki, əlillik barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Hər bir halda, tibbi-sosial ekspert komissiyasında müayinə olunarkən xəstəliyin və qüsurun xarakterindən asılı olmayaraq, xəstənin orqanizminin bütün sistemləri kompleks halında yoxlanılır. Səhhətinin vəziyyətini və sosial uyğunlaşma dərəcəsini obyektiv surətdə qiymətləndirmək məqsədi ilə funksional və laboratoriya müayinələrinin nəticələrindən istifadə olunur, xəstəyə suallar verilir, lazımı sənədlər təhlil edilir. Müayinə xəstənin peşə-əmək fəaliyyəti, fərdi xüsusiyyətləri və sosial uyğunlaşma imkanları nəzərə alınmaqla, tibbi etika və deontologiya prinsiplərinə əsaslanır.
Rəşid RƏŞAD
Ekspress.-2014.- 25 aprel.-
S.9.