Əlil və şəhid ailələrinin
evlə təminatında yenilik
Qaçqın və məcburi
köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya
ehtiyacı olan təbəqələrinin problemlərinin
həlli ilə bağlı həyata keçirilən tədbirlərin
işıqlandırılması
"Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Xırdalan şəhərlərində yaşayan Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin evlə təmin olunması üçün hazırda inşası başa çatmış binalardan satınalmalarla mənzil alınması nəzərdə tutulur". Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi nazir Səlim Müslümov deyib.
Nazirin sözlərinə görə, nazirlik tərəfindən aparılan araşdırmalar zamanı məlum olub ki, sözügedən şəhərlərdə 1860 nəfərin evlə təmin olunmasına ehtiyac var. Respublikanın digər şəhər və rayonlarında isə ümumilikdə 3800 nəfər ev növbəsi gözləyir. Bunun üçün həmin şəhər və rayon icra hakimiyyətlərinin əlil və şəhid ailələrinə torpaq sahəsi ayırması üçün mütəmadi müzakirələr aparılır (APA). Torpaq sahəsi ayrıldıqdan sonra bu şəxslərə fərdi evlər tikilə bilər.
Yeri gəlmişkən,
dünən Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sifarişi ilə Ağdam
rayonunda inşa olunmuş 6 mərtəbəli 54 mənzilli
yaşayış evi Azərbaycanın ərazi
bütövlüyü, müstəqilliyi
və Konstitusiya quruluşunun
müdafiəsi uğrunda döyüşlərdə
əlil olmuş vətəndaşların
istifadəsinə verilib. Bu
barədə isə qəzetimizə ƏƏSMN-nin mətbuat
xidmətindən bildirilib.
Yeni mənzillə təmin olunan əlil və şəhid ailələrini
bu münasibətlə təbrik edərək
xoş arzularını ifadə edən əmək
və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov
əlilliyi olan şəxslərin,
müharibə veteranları və əlillərinin, şəhid
ailələrinin rifah halının yüksəldilməsinin
Azərbaycan Prezidenti cənab İlham Əliyevin diqqət mərkəzində
olduğunu vurğulayıb. S.Müslümov bildirib ki,
ötən ay dövlət
başçısının imzaladığı, fərman və
sərəncamlarla əsasən 86 452 nəfər şəxsin
müavinəti və təqaüdü əhəmiyyətli dərəcədə
artırılıb və bu
artımların maliyyələşdirilməsinə aylıq
olaraq 2,1 mln. manat vəsait sərf olunacaq.
İlin sonuna kimi qeyd olunan
artımlara 19,0 mln. manat vəsait sərf ediləcək.
Nazir bildirib ki, bu
qayğının davamı
kimi, Azərbaycan Respublikasının ərazi
bütövlüyünün, müstəqilliyinin və
Konstitusiya quruluşunun
müdafiəsi zamanı
əlil olanların və şəhid ailələrinin sosial müdafiəsini yaxşılaşdırmaq
məqsədilə qanunvericiliyə
edilən dəyişikliklərlə
belə şəxslərin
ödənişli təhsil
alan uşaqları
2014/2015-ci tədris ilindən
etibarən ödənişli
təhsil haqqından azad ediliblər. Bu kateqoriyadan olan
şəxslərin övladlarının
təhsil haqları dövlət büdcəsi
hesabına ödəniləcək.
S.Müslümov bununla yanaşı,
ölkəmizin ərazi
bütövlüyünün, müstəqilliyinin və
konstitusiya quruluşunun
müdafiəsi və
20 Yanvar hadisələri
zamanı əlil olmuş şəxslərin
minik avtomobilləri ilə təmin olunması istiqamətində
tədbirlərin görüldüyünü
bildirib. Belə ki, Azərbaycan prezidentinin 23 dekabr
2013-cü il tarixli sərəncamının yüksək
səviyyədə icrası
olaraq, son üç həftə ərzində
bu ilin əvvəlinədək
növbədə dayanan
Qarabağ müharibəsi
və 20 Yanvar əlillərindən artıq
300 nəfəri avtomobillə
təmin edilib, digər növbədə
olanların isə avtomobilə təminatının
gələn ayın sonunadək başa çatdırılacaq. Eyni zamanda,
növbədə olan
Böyük Vətən
müharibəsi və
Çernobıl əlillərinin,
habelə hərbi xidmət vəzifəsini yerinə yetirərkən əlil olanların da yaxın dövrdə
xüsusi avtonəqliyyatla
tam təminatı üçün
müvafiq tədbirlər
həyata keçiriləcək.
S.Müslümov vurğulayıb ki,
indiyədək artıq
5 minə yaxın əlil və şəhid ailəsi dövlət hesabına mənzillə təmin olunub. Ağdam rayonu ilə yanaşı, cari ildə Bərdə, Goranboy, Tərtər, Beyləqan, İmişli, Şamaxı rayonlarında
da yeni çoxmənzilli
yaşayış evləri
nazirliyin saytında ictimaiyyətə aşıqlanan
növbəlilik əsasında
əlil və şəhid ailələrinin
istifadəsinə veriləcək.
"Respublika hökumətinin 2014-cü ilin
birinci rübünün
sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə həsr
olunmuş iclasında
möhtərəm Prezidentimiz
bəyan etmişdir ki, müharibə veteranları, müharibə
əlilləri, şəhid
ailələri üçün
daha da yaxşı
şərait yaradılacaqdır"
deyə bildirən Səlim Müslümov bu sahədə ölkə rəhbəri tərəfindən müəyyən
edilən vəzifələrin
yüksək səviyyədə
yerinə yetiriləcəyini
vurğulayıb.
Əlil və şəhid
ailələri dövlət
hesabına mənzillə
təmin olunmalarını
həyatlarının ən
sevincli hadisələrindən
biri kimi dəyərləndirərək, onlara belə böyük sevinc bəxş etdiyinə və daim hərtərəfli
qayğı göstərdiyinə
görə prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Əmək və əhalinin
sosial müdafiəsi naziri Səlim Müslümov dünən
Nazirliyin Ağdam rayon
Əhalinin sosial müdafiəsi mərkəzinin
inzibati binasında bu rayonun və
Ağcabədi, Laçın,
Bərdə rayonlarının
sakinlərini də qəbul edib. ƏƏSMN-dən verilən məlumata görə, ümumilikdə
80 nəfərə yaxın
vətəndaş fərdi
qaydada qəbul olunaraq müraciətləri
nazirliyin aidiyyəti struktur bölmələrinin
məsul şəxslərinin
iştirakı ilə
araşdırılıb. Müraciətlərdə imtiyazlı şəxslərin
mənzil və minik avtomobilləri, sanator-kurort yollayışları,
reabilitasiya vasitələri,
bərpa-müalicə xidməti
ilə təmin olunması məsələləri
üstünlük təşkil
edib. Əvvəlki dövrlərdən fərqli olaraq, ünvanlı dövlət
sosial yardımı, əlillik təyinatı ilə bağlı müraciətlər kəskin
şəkildə azalıb.
Səlim Müslümov müraciətlərinə
uyğun olaraq ayrı-ayrı imtiyazlı
şəxslərin bərpa-müalicə
xidməti, reabilitasiya
avadanlıqları, sanator-kurort
yollayışları ilə
təmin olunması barədə tapşırıqlar
verib. Əmək və əhalinin
sosial müdafiəsi naziri vətəndaşların
diqqətinə çatdırıb
ki, hazırda bu və ya
digər sosial təminat növündən
istifadə etmək üçün tələb
olunan sənədlərin
siyahıları nazirliyin
rəsmi saytında təqdim olunur. Həmin sənədləri təqdim
edən şəxslərin
müraciətləri üzrə
sosial təminatında
heç bir problem yoxdur. Qəbul zamanı aidiyyatı
struktur bölmələrinin
məsul şəxslərinə
bir sıra vətəndaşların ünvanlı
dövlət sosial yardımı almaq hüququnun olub-olmamasının
araşdırılaraq müvafiq
qərar qəbul olunması, eləcə də əlillik qrupu almaq üçün
müraciət edən
şəxslərin əlillik
vəziyyətinin müəyyən
olunması tapşırılıb.
Tapşırıqlarda vətəndaşların müraciətlərinə səhlənkar
yanaşan əməkdaşlarla
bağlı inzibati tədbirlərin görülməsi
də əksini tapıb.
Nazir minik avtomobili ilə təmin olunmaq üçün müraciət edən şəxslərə prezident
İlham Əliyevin 23
dekabr 2013-cü il tarixli sərəncamına
əsasən, 2014-cü ilin
əvvəlinədək növbədə
olan vətəndaşların
cari il ərzində
avtomobillə tam təmin
olunması üçün
konkret işlərin görüldüyünü, təkcə
bu ay ərzində həmin insanlardan artıq 300 nəfərinə
avtomobil verildiyini bildirib: "Növbədə
olan daha 375 nəfər əlilliyi olan şəxsə də yaxın aylarda minik avtomobilləri
veriləcək. Biz indi müvafiq işləri görürük
ki, növbədə olan Böyük Vətən müharibəsi
və digər kateqoriyadan olan əlilləri də qısa müddətdə
avtomobillə təmin
edək".
S.Müslümov
əlil və şəhid ailələri
üçün bir sıra bölgələrdə
olduğu kimi, Ağdam və Bərdə rayonlarında
da yeni çoxmənzilli
yaşayış binalarının
inşa olunduğunu deyib: "Artıq Ağdam rayonunda 6 mərtəbəli 54 mənzilli
yaşayış binasındakı
mənzillər növbəlilik
üzrə əlil və şəhid ailələrinə təqdim
olundu. Digər binalardakı mənzillər
də Nazirliyin rəsmi internet saytında
təqdim olunan mənzil növbəliliyi
siyahısı əsasında
paylanacaq. Sonrakı mərhələdə
isə biz şəhər
yerlərində mövcud
olan mənzil fondlarından əlil və şəhid ailələri üçün
mənzillər alınıb
verilməsi qaydasını
tətbiq etməyi qərara almışıq.
Belə yanaşma əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası
üçün də
məqsədyönlü olacaq".
Qəbul zamanı Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət dairəsinə aid olmayan məsələlər aidiyyatı
qurumlara çatdırılmaq
üçün qeydiyyata
alınıb. Ağcabədi, Bərdə və Laçın rayonlarından
qəbula yazılmış
vətəndaşların həmin
rayonların ƏSMM-lərinin
inzibati binalarının
qarşısından xüsusi
ayrılmış nəqliyyatla
Ağdam rayonuna aparılıb gətirilmələri
təmin olunub.
Əlil uşaqların müavinəti artırılmayacaq
"Hazırda
Azərbaycan prezidentinin
göstərişinə əsasən
18 yaşından yuxarı
əlillərin müalicə
üçün müavinətinin
artırılması nəzərdə
tutulur". Bunu Əmək
və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov deyib.
Nazir bildirib ki, sözügedən
yaş həddində
olan əlillərin aldığı vəsaitin
yaşayış minimumunun
üzərinə çıxarılması
istiqamətində iş
aparılır. Prezident
tərəfindən əlillərə
təqaüd müəyyən
edildiyini deyən S.Müslümov hazırda
əlillərin 67 manat
müalicə pulu, üstəgəl 60 manat Prezident təqaüdü,
müavinət aldığını
açıqlayıb.
S.Müslümovun sözlərinə görə, əlil uşaqlar ailələrin sərəncamında olduğu
üçün onların
müavinətlərinin artırılması
nəzərdə tutulmur
(APA). Amma bunun gələcəkdə müzakirə
edilməsi də istisna deyil: "Növbəti illərdə
müalicə, dərmanların
alınması ilə
bağlı qiymətləri
nəzərə alaraq
əlil uşaqlara verilən müalicə pulunun artırılması
mümkün ola bilər. Ancaq hazırda onların müavinətlərinin 18 yaşına
çatmış şəxslər
kimi yaşayış
minimumunun üzərinə
çıxarılması nəzərdə
tutulmayıb".
Səhifəni hazırladı Qənirə
MƏMMƏDLİ
Ekspress.-2014.- 26-28 aprel.-
S.10.