İlk və yeganə qadın spiker
Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban "Ən yaxın tariximiz" başlığı altındakı yeni araşdırmasında arxiv sənədləri əsasında müasirlərimiz olan dövlət və ictimai xadimlərimiz barədə indiyədək bilmədiyimiz məlumatları, faktları işıq üzünə çıxarır.
İlk araşdırma anadan olmasının 80 illiyi münasibətilə Azərbaycan parlamentarizmi tarixində qanunverici orqana başçılıq edən ilk və hələlik son sədr Elmira Qafarovaya həsr edilib.
(əvvəli ötən şənbə saylarımızda)
6 mart 1992-ci il. Ali Sovetin fövqəladə sessiyası
Təkrar tribunaya
qalxan Ayaz Mütəllibov
dedi ki, istefa verir və bu, qeyrətsizlik kimi başa düşülməsin: "Heç kimdən incikliyim
yoxdur, heç yerə
də gedən deyiləm. Azərbaycanda qalıram, Bakıda yaşayacağam. Kimin
ürəyini sındırmışamsa, xahiş
edirəm, bağışlayasınız".
Parlamentin üzvləri grezidentin istefası haqqında mütləq səs çoxluğu ilə qərar qəbul etdilər. Qərar qəbul olunandan sonra deputat Rəhim Qazıyev mikrofona yaxınlaşıb dedi: "Bu gün respublikanın ilk prezidenti istefa verdi. Mütəllibovun bu addımını kişi qeyrətli addım hesab edirəm. Arzulayıram ki, yaxın illərdə Siz yenə respublikada hər hansı işdə işləyə biləcəksiniz"
Deputat Bəxtiyar Vahabzadə: "Prezidentin bu addımını onun mərdliyi kimi qiymətləndirirəm. Xahiş edirəm, bundan sonra qisasçılıqdan əl çəkin, mətbuatda onun adına nalayiq sözlər deyilməsinə yol verməyin".
Deputat
Araz Əlizadə: "Prezident
bu kiçik dəstəni
dağıdıb hakimiyyətini möhkəmləndirə bilərdi.
Dəmir əllə respublikanı idarə edəcəklər".
Deputat Allahşükür Paşazadə: "Bu gün mübarək gündür. Mən də sizinlə birlikdə burada qaldım və oruc tutdum. Prezident sözümüzü eşitdi, hörmət elədi, atılan addım xeyirlidir. Mən ona xeyir-dua verirəm. Prezidentlə münasibətim yaxşı olub.Mən ona dost və qardaş demişəm".
Deputat Hacı Əbdül: "Məsəl var, deyərlər, atamı öldürürəm ki, goruna and içəm. On dəqiqə qabaq prezident haqqında nələr demirdiniz, indi isə xoş sözlər deyirsiniz. Məlum olur ki, Ayaz müəllim kişiymiş, kişi addımı atdı. Ay deputatlar və müxalifət, gəlin siz də kişi olun, səs verməyin onun getməsinə.
1992-ci il martın 7-də mətbuatda Azərbaycan Respublikasının yeni prezidenti seçilənədək onun səlahiyyətlərini icra edən Yaqub Cavad oğlu Məmmədovun imzaladığı aşağıdakı sənədlər dərc olunmuşdu:
"Azərbaycan Respublikası Ali Sovetinin qərarı
Azərbaycan Respublikasının Prezidenti Ayaz Niyazi oğlu Mütəllibovun istefa verməsi barədə ərizəsinə baxaraq Azərbaycan Respublikası Ali Soveti qərara alır:
Azərbaycan Respublikasının Prezidenti Ayaz Niyazi oğlu Mütəllibovun tutduğu vəzifədən istefası qəbul edilsin.
Ali Sovetin sədri C.Məmmədov
Bakı şəhəri, 6 mart 1992-ci il".
Həmin gün Ali Sovet həmçinin Ayaz Niyazi oğlu Mütəllibovun Azərbaycan Respublikasının Prezidenti vəzifəsindən istefa verməsini nəzərə alaraq qərara almışdı:
"1. Ayaz Niyazi oğlu Mütəllibova gəlirlərinin indeksləşdirilməsi nəzərə alınmaqla on min manat olmaqla ömürlük pensiya təyin edilsin.
2. A.Mütəllibovun şəxsiyyətinin və mülkiyyətinin toxunulmazlıq hüququ saxlanılsın.
3. A. Mütəllibovun və ailəsinin təhlükəzliyini təmin etmək üçün on nəfərdən ibarət mühafizə dəstəsi ayrılsın. Ona xidmət maşını və bağ evi verilsin.
Ali Sovetin sədri Yaqub Məmmədov
Bakı şəhəri,
6 mart 1992-ci il".
(1-ci hissənin sonu)
Teyyub QURBAN
Ekspress.-2014.- 19-21 aprel.-S.15.