Ölkənin iqtisadi potensialının gücləndirilməsində dövlət proqramlarının rolu

 

Azərbaycan modeli müstəqillik dövrü ölkəmizdə aparılan iqtisadi islahatlar nəticəsində yarandı. Ümummilli lider Heydər Əliyevin yeni Azərbaycan qurmaq üçün ilk növbədə ölkəni parçalanmaqdan qoruması, dövlət çevrilişlərindən, özbaşınalıqlardan xilas etməsi hələ görüləcək işlərin başlanğıcı idi. Yalnız öz ölkəsi üçün deyil, eyni zamanda bəşəriyyət üçün dəyərli bir tarix yaratmaq Heydər Əliyev zirvəsinin başlıca faktoru idi. Hazırda Azərbaycan müstəqil ölkə olaraq bəşəri dəyərlərin bərqərar olduğu, davamlı inkişaf edən, dayanıqlı iqtisadiyyata malik ölkələr sırasındadır.

   Ölkədə aparılmış islahatlar nəticəsində bazar iqtisadiyyatı üçün səciyyəvi qanunvericilik bazası yaradıldı ki, nəticədə də ölkə iqtisadiyyatı konkret proqramlar əsasında idarə olunan iqtisadiyyata çevrildi. Son 20 il ərzində Azərbaycanda hər bir sahədə böyük keyfiyyət dəyişiklikləri baş verdi, ölkəmiz keçid dövrünü qısa müddətdə başa vuraraq yeni inkişaf mərhələsinə qədəm qoydu.

   Qeyd edək ki, ölkəmiz müstəqillik qazandığı bu illər ərzində Azərbaycan iqtisadiyyatına 120 milyard ABŞ dollarından çox sərmayə qoyuldu. Uğurlu siyasətin nəticəsidir ki, ölkəmiz yüksək gəlirli ölkələr sırasına çıxarıldı.

   Sosial-iqtisadi inkişaf modelinin reallaşması nəticəsində əldə olunan uğurlar, sadəcə ölkə daxilində deyil, bütün dünyada da geniş əks-səda doğurdu. 2004-cü ildən bu günədək ÜDM-in 3 dəfə, qeyri-neft sektorunun 2,4 dəfə, əsas kapitala investisiyaların 4,2 dəfə, qeyri-neft sektoru üzrə əsas kapitala investisiyaların 14,4 dəfə, dövlət büdcəsi gəlirlərinin 14 dəfə, strateji valyuta ehtiyatlarının 28 dəfədən çox artması Azərbaycanın iqtisadi sahədə əldə etdiyi uğurların, beynəlxalq aləmdə qazandığı nüfuzun göstəricisidir.

   Regionların sosial-iqtisadi inkişafı

   Azərbaycan regionlarında mövcud olan iqtisadi potensialdan tam və səmərəli istifadə olunmasını, iqtisadiyyatın tarazlı inkişafını təmin etmək məqsədilə icra olunan dövlət proqramları əhalinin həyat səviyyəsini getdikcə yüksəldir.

   Ulu öndərin müəyyənləşdirdiyi inkişaf yolu prezident İlham Əliyev tərəfindən layiqli şəkildə davam etdirilir ki, nəticədə də böyük zəhmətlər hesabına yaradılan əlverişli iqtisadi şərait iqtisadi inkişafı təmin edir. Son illər uğurlu strategiyanı reallaşdırmaqla təmin etdiyi iqtisadi artım nəticəsində Azərbaycan xalqının yaşayış səviyyəsi yüksəlib.

   Sosialiqtisadi sahədə əldə olunan uğurlar beynəlxalq təşkilatlar tərəfindən dəfələrlə qiymətləndirilir. Dünya Bankının hesablamalarına əsasən hələ 2009-cu ildə adambaşına düşən ümumi milli gəlirin səviyyəsinə görə Azərbaycan yuxarı orta gəlirli ölkələr qrupuna daxil edilib. BMT-nin İnkişaf Proqramı tərəfindən dərc olunmuş "İnsan İnkişafı Hesabatı"na əsasən Azərbaycan 2005-ci ildə tutduğu 101-ci yerdən 2011-ci ildə 76-cı yerə yüksəlmiş, "orta insan inkişafı" qrupu ölkələrini tərk edərək "yüksək insan inkişafı" kateqoriyasına daxil edilib. Məhz həmin dövrdə İnsan İnkişafı İndeksində reytinq irəliləməsinə görə Azərbaycan dünya liderliyinə yüksəlib.

   Ölkədəki biznes mühitinin yaxşılaşdırılması sahəsində reallaşdırılan islahatlar nəticəsində "Dooing Business" hesabatı Azərbaycanın nailiyyətlərini yüksək qiymətləndirərək 2009-cu ildə dərc olunmuş hesabatda ölkəmiz "ən islahatçı" ölkə elan edib. "Dooing Business 2012" hesabatında Azərbaycan işgüzar mühitin əlverişliliyi səviyyəsinə görə tədqiqatın aparıldığı 185 ölkə arasında 67-ci yerdə qərarlaşıb. Bütün bunların nəticəsidir ki, ölkəmizdə əlverişli rəqabət mühitinin yaradılması və daha da inkişaf etdirilməsi istiqamətində atılan addımlar öz bəhrəsini verir. Dünya İqtisadi Forumunun hazırladığı "Qlobal Rəqabət Qabiliyyəti İndeksi" hesabatına əsasən Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə dair tədqiqatın aparıldığı 144 ölkə arasında 46-cı yerdə qərarlaşmış və ardıcıl olaraq 4-cü ildir ki, MDB məkanında 1-ci olub. Onu da qeyd edək ki, ölkəmiz Cənubi Qafqazda investisiya reytinqi alan ilk və yeganə ölkədir. Regionda inkişaf parametrlərinə görə lider ölkəyə çevrilmiş Azərbaycan güclü iqtisadiyyatı nəticəsində qeyri-neft sektorunun davamlı inkişafına nail olub.

   Qeyd edək ki, ölkə əhalisinin etibarlı təminatı daim ölkə başçısının diqqət mərkəzində olmaqla yanaşı, eyni zamanda aqrar sektora dövlət dəstəyi, güzəştli kreditlərin və subsidiyaların verilməsi davam etdirilir. Xüsusilə kənd təsərrüfatı məhsulları istehsalı genişləndirilir. Qazanılmış uğurların daha da möhkəmləndirilməsi və davamlılığının təmin edilməsi məqsədi ilə "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması işi davam etdirilir.

   Ölkə iqtisadiyyatın inkişaf etdirilməsi, insanların yaşayış tərzinin yüksəlməsi və ölkəmizdə infrastruktur layihələrinin həyata keçirilməsi, regionlarımızın inkişafının təmin edilməsi baxımından bu ilin böyük layihələr və böyük nailiyyətlər ili olacağı görülən işlərdən məlum olur.

   Bütün bunlar sübut edir ki, demokratikləşmə, davamlı dayanıqlı iqtisadi inkişaf, dünya birliyinə sürətli inteqrasiya, ölkənin potensialının dövlətçiliyin daha da möhkəmləndirilməsinə əhalinin sosial rifahının yüksəldilməsinə yönəldilmiş siyasət Azərbaycanı dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevirməkdədir.

   Dövlət proqramlarının ölkənin inkişafında əhəmiyyəti

   Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanında deyildiyi kimi ölkə regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Dövlət proqramlarının icra olunduğu 10 il ərzində ümumi daxili məhsul 3,2 dəfə, o cümlədən qeyri-neft sektoru 2,6 dəfə, sənaye 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə, investisiyalar 6,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əməkhaqqı 5,5 dəfə artıb. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 900 mini daimi olmaqla 1,2 milyondan çox yeni yeri, 55,6 min müəssisə yaradılmış, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,3 faizə enmişdir. Dövlət proqramları çərçivəsində görülmüş genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaradıb.

   Yeri gəlmişkən, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfransda prezident İlham Əliyev bildirib ki, birinci beşillik proqram, demək olar ki, regionlarda böyük dönüş yarada bilib: "Ondan sonra ikinci proqram qəbul edildi. 2009-2013-cü illəri əhatə edən proqram başa çatdı. Deyə bilərəm ki, regionların inkişafında, ümumiyyətlə, Azərbaycanın iqtisadi potensialının gücləndirilməsində bu proqramların çox böyük rolu olub. Azərbaycanda aparılan islahatlar, düşünülmüş siyasət ölkəmizin hərtərəfli inkişafına təkan verdi. Bu gün Azərbaycan gələcəyə çox böyük ümidlərlə, nikbinliklə baxır. Bunun əsas səbəbi iqtisadi müstəqillikdir, iqtisadi gücümüzdürsiyasi iradədir".

   Qeyd edək ki, son illər regionların inkişafı, ölkə əhalisinin sosial problemlərinin həlli, o cümlədən bölgələrdə nəqliyyat xidmətlərinə olan tələbatın ödənilməsi məqsədilə müvafiq işlər görülmüş, yerliregional əhəmiyyətli layihələr həyata keçirilib. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfransda bildirilib ki, müvafiq Dövlət Proqramı çərçivəsində ölkənin avtomobil yollarında 3017 kilometr, o cümlədən 1103 kilometr respublika əhəmiyyətli və 1914 kilometr yerli əhəmiyyətli yol çəkilmiş, yenidən qurulmuş və təmir olunub. Bu yollarda 164 yeni körpüyol ötürücüsü tikilmiş, 47 körpü isə əsaslı təmir olunub.

 

   Xatırladaq ki, son 10 ildə ölkəmizdə sürətlə aparılan tikinti-quruculuq işləri dəmir yolu infrastrukturunun yeniləşlməsinə də öz təsirini göstərib. Regionun ən böyük nəqliyyat layihələrindən olan AvropaAsiya arasında Azərbaycan ərazisindən keçməklə daha etibarlı nəqliyyat bağlantısını təmin edən Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yanaşı, Ələt qəsəbəsində bu bağlantının tərkib hissəsi olan Yeni Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisi sürətlə davam etdirilir. Uzunluğu 7,5 kilometr, dərinliyi 7 metreni 165 metr olan kanal açılıb. Hazırda bərə və quru yük terminallarında işlər sürətlə aparılır. Bərə terminalı cari ildə istismara hazır olacaq. Bundan başqa, limanın magistral avtomobil və dəmir yollarına bağlantısı üzrə işlər yerinə yetirilir.

   Sosial-iqtisadi inkişaf

   "Azərbaycan Respublikasının 2014-cü il və gələn üç il üzrə iqtisadisosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri" "Büdcə sistemi haqqında" qanununa, "Büdcə sistemi haqqında" qanununun tətbiq edilməsi barədə" prezidentin 31 oktyabr 2002-ci il tarixli Fərmanına və Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli qərarı ilə təsdiq edilmiş "Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları"na uyğun olaraq hazırlanıb. Qeyd edək ki, konsepsiya dövlət başçısının 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasına, prezidentin 14 aprel 2009-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Regionlarının 2009-2013-cü illərdə Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı"na, 2008-ci il 25 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"na, Azərbaycan prezidentinin 2008-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"na və Azərbaycan Respublikasının Prezidenti və Nazirlər Kabineti tərəfindən qəbul edilmiş digər normativ-hüquqi sənədlər və təsdiq edilmiş sahə inkişaf proqramlarına əsaslanır.

   Azərbaycan Respublikasının tarixində yeni mərhələnin əsasını qoyan "Əsrin müqaviləsi"nin (1994) icrasına başlanılması xarici investisiyaların ölkəyə cəlb olunmasını daha da sürətləndirdi. Uğurlu neft strategiyasının həyata keçirilməsi nəticəsində ilbəil artan neftqaz gəlirlərini qeyri-neft sektoruna yönəltməklə iqtisadiyyatın tarazlı inkişafına nail olmaq son illər Azərbaycan dövlətinin qarşısında duran ən mühüm vəzifələrdən biri oldu. Regionların inkişafının sürətləndirilməsi dövlətin iqtisadi siyasətinin başlıca hədəflərindən biri kimi müəyyənləşdirilib.

   Regionların inkişafının 2009-2013-cü illəri əhatə edən ikinci mərhələsinin vacib istiqamətlərindən birirayon mərkəzlərində, iri qəsəbələrdə və bölgələrdə yerləşən şəhərlərdə kanalizasiyasu xətlərinin çəkilməsinə dair genişmiqyaslı işlərin başlamasıdır. Bir sözlə, regionların inkişafına dair birinci dövlət proqramı çərçivəsində əsas diqqət respublika əhəmiyyətli yolların tikilməsinə və yenidən qurulmasına yönəldildi.

   Son illərdə ölkədə kənd yollarının tikintisi istiqamətində genişmiqyaslı işlər görülür. Ölkə əhəmiyyətli əsas magistral yollarda tikinti işləri böyük ölçüdə yekunlaşdığı üçün kənd yollarının inşasına diqqət artıb. Yeri gəlmişkən, dövlət büdcəsindən, eyni zamanda Prezidentin Ehtiyat Fondundan kənd yollarının tikintisi layihələrinə ayrılan vəsaitlər artırılıb. Təkcə 2012-ci il ərzində kənd yollarını əhatə edən 18 layihə üzrə işlərə başlanılıb. 2012-ci ildə başlayan layihələrin həyata keçirilməsi nəticəsində 2013-cü il ərzində 634 km uzunluğunda kənd yollarının, 42 körpünün təmir-tikintisinin başa çatdırılıb. Bu yollar və körpülər Azərbaycanın 18 rayonunun 450 min nəfər əhalisi olan 400 yaşayış məntəqəsini birləşdirəcək, kənd yollarının inşası ilə bağlı yeni layihələrin icrasına başlanılması da nəzərdə tutulub. Bu da o deməkdir ki, artıq ucqar kəndlərdə yaşayan insanlarımız da yeni abad yollardan istifadə edəcəklər...

 

Eyvaz ƏLİYEV

İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən jurnalistlər arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim edilir

Ekspress.-2014.- 19-21 aprel.-S.18.