Yaşamaq yanmaqdır, yanasan gərək...
Avqustun 16-sı Bəxtiyar Vahabzadənin
doğum günüdür
Bu gün xalq şairi Bəxtiyar Vahabzadənin doğum günüdür. Bu münasibətlə "Ekspress" qəzeti AzərTAc-ın əməkdaşı Abdulla Suvarın böyük şairə həsr etdiyi məqaləni təqdim edir.
"Şairin tərcümeyi-halı olmur, taleyi olur" deyiminin doğruluğuna bu yazını hazırlayarkən bir daha əmin oldum. Ona da əmin oldum ki, bu taleyi hər qələm adamı yaşaya, özü də sona qədər yaşaya bilmir. Çünki bu yolda səni Xaqani kimi Vətəndən uzaqlarda ölmək, Nəsimi kimi dərisi soyulmaq, Sabir kimi məşəqqətlərə dözmək, Hadi kimi yaşamaq üçün əsərlərini satmaq, Cəlil Məmmədquluzadə kimi isinmək naminə əlyazmalarını yandırmaq kimi min bir əzab-əziyyət gözləyir. Sözü hər zaman diri, ölməz qalan belə tale sahibləri təkcə bir ömür yaşamır. Onların həyat kredosu ömrü boyu ölüm-qalım dilemması qarşısında çarpışmadan keçir.
Avqustun 16-da anadan olmasının 89-cu ildönümünü qeyd edəcəyimiz Azərbaycanın Xalq Şairi Bəxtiyar Vahabzadə də belə tale sahiblərindəndir.
Özünün hərtərəfli parlaq istedadı ilə xalqımızın dərin məhəbbətini qazanmış Bəxtiyar Vahabzadə yaradıcılığının şirəsini el ədəbiyyatından, ətrini Vətən torpağından, ruhunu doğma ana dilindən alıb, həyatın bütün sahələrinə, insan qəlbinin ən incə, dərin guşələrinə təsir edəcək ölməz əsərlər yaradıb.
Müasir Azərbaycan ədəbiyyatının ən parlaq simalarından olan Bəxtiyar Vahabzadə öz yaradıcılığı ilə bədii fikrimizin zənginləşməsində mühüm rol oynayıb. Böyük söz ustası xalqımızın yüz illər boyu təşəkkül tapmış yüksək milli-mənəvi dəyərlərinin qorunması, adət-ənənələrimizin yaşadılması naminə altmış ildən artıq bir müddət ərzində yorulmadan yazıb, yaradıb. O azərbaycançılıq məfkurəsinə dərindən bağlı olan və özünüdərkə çağıran çoxsaylı əsərləri ilə ədəbiyyatımızın inkişafına töhfələr verib. Azərbaycan xalqının tarixinin qədim dövrlərdən bəri müxtəlif mərhələlərində baş vermiş taleyüklü hadisələr, böyük şəxsiyyətlərin parlaq simaları ustad sənətkarın diqqət mərkəzində olub.
Bəxtiyar Vahabzadənin anlamında yaşamaq yanmaq olduğundan o, məğrurluqla, həmişə doğru söz, həqiqət naminə yanmaqdan və yandırılmaqdan qorxmadı.
Alim Bəxtiyar
Bəxtiyar Vahabzadənin bir alim kimi də Azərbaycan elmi qarşısında xidmətləri danılmazdır. Onun şifahi ədəbi irsimizin, klassik və müasir Azərbaycan ədəbiyyatının öyrənilməsi sahəsində axtarışlarının bəhrəsi olan əsərləri daim elmi ictimaiyyət tərəfindən maraqla qarşılanıb.
Bəxtiyar Vahabzadə ədəbi və elmi yaradıcılığı pedaqoci fəaliyyətlə uğurla əlaqələndirərək, uzun illər Bakı Dövlət Universitetinin professoru kimi Azərbaycanda yüksək ixtisaslı kadrların hazırlanmasına töhfələr verib. 1951-ci ildə "Səməd Vurğunun lirikası" mövzusunda namizədlik, 1964-cü ildə isə "Səməd Vurğunun həyat və yaradıcılığı" mövzusunda monoqrafiyasını müdafiə edib, filologiya elmləri doktoru alimlik dərəcəsini alıb.
O, 1980-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib.
Yetmişdən çox şeir kitabı ilə böyük oxucu sevgisi qazanan B.Vahabzadə 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin müəllifi olaraq əsl alim kimi öz sözünü deyib.
Öz sivri ucuyla bu lələk qələm
Dəldi sinəsini Azərbaycanın
Haqsızlığa, ədalətsizliyə qarşı üsyan Bəxtiyar şeirinin əsas leytmotivlərindəndir. O, nifrəti, kini ilə ədalətsiz adamları lənətləyir və onların şərəfsiz mövqeyini qamçılayır.
Görkəmli söz ustası hələ ötən əsrin 60-cı illərindən ölkəmizdə sovet imperiyasına qarşı mili azadlıq hərəkatının öncüllərindən biri olub. 1959-cu ildə yazdığı "Gülüstan" poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirərək, imperiya pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğurundakı ədalətli mübarizəsinə qoşulub.
Şair Azərbaycanın birliyi və istiqlaliyyəti uğrunda çarpışan Səttarxan, Şeyx Məhəmməd Xiyabani və Seyid Cəfər Pişəvərinin əziz xatirəsinə hər olunmuş "Gülüstan" poemasında yazır:
Öz sivri ucuyla bu lələk qələm
Dəldi sinəsini Azərbaycanın.
Başını qaldırdı, ancaq dəmbədəm
Kəsdilər səsini Azərbaycanın.
Bu poemaya görə 1962-ci ildə şair "millətçi" damğası ilə Bakı Dövlət Universitetdən çıxarılıb, yalnız 2 ildən sonra işinə bərpa olunub.
Bəxtiyar Vahabzadə millətin məhəbbətinə layiq olduğunu təsdiq etmək üçün ziddiyyətlər içində keçən həyatının bütün cəfalarına çəkinmədən tab gətirib, heç vaxt sarsılmayıb. Elə buna görədir ki, şeirin Bəxtiyarı Azərbaycanın Bəxtiyarı olaraq qəlblərdə əbədi qalıb.
Dil yoxsa, millət
yox,
heç
varlıq da yox
Görkəmli
şərqşünas alim
Əhməd Şmide yaradıcılığını dərindən öyrəndiyi,
əsərlərini alman
dilinə tərcümə
etdiyi Bəxtiyar Vahabzadə barədə belə deyib: "Bir insanın öz xalqını və öz doğma dilini dəlicəsinə sevə
bilmək qabiliyyətini
mən Bəxtiyar Vahabzadədən öyrəndim.
Bəxtiyar Vahabzadə realist şairdir. Dolaşıq və müəmmalı
ifadələr, aydın
olmayan tərkiblər
və əllaməlik
onun sənətinə
yaddır".
Bəxtiyar Vahabzadə yaradıcılığında
baş mövzulardan biri də ana
dilidir. Onun qəti qənaətinə
görə, dil xalqın varlığının
nişanələrindən biri olub, onun
ən qiymətli sərvətidir, üstəlik
nəsillər silsiləsini
birləşdirən, babaların
vəsiyyətini nəvələrə
çatdıran qüdrətli
tərbiyə vasitəsidir.
Dilimizin poetik imkanlarından
məharətlə bəhrələnən
şair fəlsəfi
məzmunlu lirikanın
gözəl nümunələrini
yaratmağa müvəffəq
olub.
Mən özüm-özümə
"unut" dedikcə,
Özümü
itirib tapıram səni!..
Bəxtiyar Vahabzadənin tariximizin
bir çox hadisələrini canlandıran
dram əsərləri gənc
nəslin tərbiyəsində
böyük rol oynayır. Müasir həyatdakı ziddiyyətlərin,
qarşıdurmaların və
mənəvi sarsıntıların
təsviri ilə yanaşı, yüksək,
pak və ülvi hisslərin tərənnümü ədibin
dramaturgiyasında təcəssümünü
tapıb. Təsadüfi deyil ki, onun
pyesləri Azərbaycan,
eləcə də xarici ölkə teatrlarının səhnələrində
uğurla tamaşaya qoyulub, müəllifinə
böyük şöhrət
gətirib.
Xalq Şairi Bəxtiyar
Vahabzadə bir dramaturq kimi də özünü təsdiq edib. Onun müasir mövzularda qələmə
aldığı "İkinci
səs", "Vicdan",
"Yağışdan sonra",
"Yollara iz düşür", "Hara gedir
bu dünya"",
"Fəryad", "Cəzasız
günah", "Dar ağacı",
"Rəqabət" və
"Özümüzü kəsən
qılınc" kimi
lirik-psixoloci pyesləri
günün aktual problemlərindən, müasirlərimizin
daxili dünyasından,
daim təzələnən
həyat və insan münasibətlərindən
söz açmaqla gerçəkliyin ən müxtəlif tərəflərinə
diqqət cəlb edib, layiqli səhnə
təcəssümü taparaq,
yarım əsrədək
bir müddətdə
Azərbaycan səhnəsindən
düşməyib. O, tarixi
və müasir mövzuda 20-dən artıq
iri həcmli poemanın müəllifidir.
Ədibin dramlarında bəzi
məqamlarda bir də görürsən ki, dramatik dialoq
hiss olunmadan şeirə
çevrilir. "İkinci
səs" pyesində
olduğu kimi:
Mən özüm özümə
"unut" dedikcə,
Özümü itirib tapıram səni!..
Bəxtiyar Vahabzadə bir
şair və dramaturq kimi sözün sehirkar qüvvəsini yaxşı
başa düşür
və ondan məharətlə istifadə
etməyi bacarırdı.
Öz alın tərilə bircə ömürdə
Yüz insan ömrünü qazanan da var
Son 30-40 ildə Azərbaycan ədəbiyyatında Bəxtiyar
Vahabzadə qədər
ümumxalq məhəbbəti
qazanmış ikinci bir şairin adını çəkmək
çətindir. Görkəmli sənətkarın ədəbi-elmi
və ictimai fəaliyyəti həmişə
yüksək qiymətləndirilib.
Bəxtiyar Vahabzadə Əməkdar İncəsənət Xadimi
Xalq Şairi fəxri adlarına layiq görülüb, Dövlət mükafatları
laureatı olub, müstəqil Azərbaycan
Respublikasının "İstiqlal"
ordeni ilə təltif edilib.
Bu gün
özünün ölməz
poeziyası ilə əbədi olaraq xalqımızın yaddaşına
köçən böyük
ədib hələ rəsmi xalq şairi statusu almamışdan da hər bir azərbaycanlının
əziz, sevimli şairi idi. Bəli, Bəxtiyar Vahabzadəni təbiət şair yaradıb. Poeziya elə bil onun üçün, o da poeziya üçün
doğulub.
Bədii, elmi, publisistik
yaradıcılığını ictimai-siyasi fəaliyyətlə
üzvi surətdə
əlaqələndirən Bəxtiyar
Vahabzadə bir neçə çağırış
Azərbaycan Respublikası
Ali Sovetinin və Milli Məclisinin deputatı seçilib.
O, xalqımızın həyatının
ən çətin və mürəkkəb anlarında baş verən taleyüklü hadisələrə münasibətdə
vətənpərvər ziyalı
mövqeyi nümayiş
etdirib. Ən əsası isə o, həmişə bu amalla yaşayıb:
"Bu dünya
beş gündür",
-
deyib
hər yerdə
Sağ ikən qəbirdə uzanan da var.
Öz alın tərilə bircə ömürdə
Yüz insan ömrünü
qazanan da var.
Çəkdiyi böyük zəhmətin
bəhrəsidir ki, bu gün onun
adı təkcə respublikamızda deyil, onun sərhədlərindən
çox-çox uzaqlarda
da mütəfəkkir
şair, lirik dramaturq, istedadlı alim və publisist,
qeyrətli və cəsarətli ictimai xadim, sadə və səmimi insan kimi məşhurdur.
Təsadüfi deyil ki, onun əsərləri dünyanın çox dillərinə tərcümə
olunaraq müəllifinə
böyük şöhrət,
Azərbaycana isə başucalığı gətirib.
Azadlıq ağacı bar verə bilməz
Şəhidlər
qanıyla suvarılmasa
Azərbaycan xalqının müstəqilik
ideyalarının ilk carçılarından
idi Bəxtiyar Vahabzadə. "Gülüstan"dan başlanan
içindəki azadlıq
sevgisini, o, sonralar da çoxsaylı oxucuları ilə bölüşürdü. Bu azadlığın çətin
və şərəfli
iş olduğunu duyaraq bir an
belə seçdiyi yoldan nəinki dönmədi, əksinə
daim mübarizənin ön cərgəsində
oldu. Bəlkə də bu səbəbdəndir ki, 20
Yanvar faciəsi ilə bağlı qələmə aldığı
"Şəhidlər" poeması ilə yeni bir tarix
yazdı. Qanla suvarılan bir torpağın azadlıq sevdalı, günahsız övladlarına söz heykəli ucaldan şair yazır:
Qatil gülləsinə qurban gedirkən
Gözünü sabaha dikdi şəhidlər.
Üçrəngli
bayrağı öz qanlarıyla
Vətən göylərinə çəkdi şəhidlər.
Şairin "Şəhidlər" poeması milli mübarizə tariximizin bədii təcəssümü
baxımından ədəbiyyatımızın
ən dəyərli əsərlərindəndir.
Çox kitablar oxudum,
zənn
elədim bəxtiyaram,
Mənə çox mətləbi
ahəstə
qandırdı muğam
Hər gecə iş otağında muğamın
sehrinə dalaraq səsi, musiqini, avazı yeni sözə, şeirə çevirən Bəxtiyar
Vahabzadə Azərbaycan
poeziyasına daha bir əbədi nümunə - "Muğam"
poemasını bəxş
etdi.
Sözsüz ki, muğam
Azərbaycan bəstəkarları,
rəssamları, heykəltəraşları
və şairləri üçün bütün
zamanlarda tükənməz
yaradıcı ilham mənbəyi olub və bundan sonra da olacaq.
Lakin etiraf etməliyik ki, Bəxtiyar Vahabzadə bu poema ilə sanki hər bir muğamı ayrı-ayrılıqda yenidən
kəşf etdi, yenidən bizlərə qaytardı. Əminliklə deyə bilərik
ki, Azərbaycanın Xalq Şairi Bəxtiyar Vahabzadənin
"Muğam" poeması
bu mövzuda olan ən parlaq
əsərlərdəndir.
Xalq Şairi poemada muğam xəzinəmizin
- elimizin mənəvi
sərvətinin insanın
şəxsiyyət, ağıl
və qəlb sahibi kimi yetişməsində,
vətənpərvərlik duyğularının inkişafında,
idrak prosesinin sürətləndirilməsində rolunu oricinal forma və üslubda ifadə edib:
Nə güman eyləmisən
ondakı
tilsimləri sən"
Kürü ahilə qurutdu,
salı
yandırdı muğam.
Çox kitablar oxudum,
zənn
elədim bəxtiyaram,
Mənə çox mətləbi
ahəstəcə
qandırdı muğam.
... Sözün
həqiqi mənasında Bəxtiyar Vahabzadə xoşbəxt
şairlərdəndir. O, təkcə
istedadlı şair ömrü
yaşamadı, həm də qürurlu kişi, mənəviyyatlı ata,
sevimli dost, qədirbilən
sənətkar ömrü yaşadı. Bəxtiyar
Vahabzadə həm də ona görə bəxtiyardır
ki, mənsub olduğu
xalqın azadlıq mübarizəsi tarixinə adını böyük həriflərlə
yazdırmağı bacardı.
Ekspress.-2014.- 16-18
avqust.- S.12.