Sosial təminat xərcləri artır

 

Qaçqın məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması

 

Azərbaycanda bu ilin birinci yarısında sosial təminat sahəsində vəziyyət əvvəlki ilin eyni dövrü ilə müqayisədə xeyli dərəcədə yaxşılaşıb. Pensiya və müavinətlərin məbləğində artım olub, eyni zamanda daha çox insan dövlətin sosial təminatından yararlana bilib.

   Bu il ötən ilə nisbətən sosial təminat sahəsində vəziyyətin yaxşılaşması eyni məqsədlər üçün 2014-cü ilin dövlət büdcəsindən ayrılan vəsaitlərin artması ilə bağlıdır.

   Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, yanvar-iyun ayları ərzində əhalinin sosial müdafiəsi və sosial təminatı üçün 987,4 milyon manat vəsait xərclənib. Bu qədər vəsait ümumi büdcə xərclərinin 11,3 faizini təşkil edir. Xərclərin ümumi daxili məhsula nisbəti isə 3,4 faiz olub.

   2013-cü ilin birinci yarısında eyni məqsədlər üçün 906,5 milyon manat xərclənmişdi. Son bir ildə Azərbaycan dövlətinin sosial müdafiə və sosial təminat xərcləri 8,9 faiz artıb.

   Dövlət Statistika Komitəsi 2014-cü ilin birinci yarısı ilə bağlı açıqladığı məlumata əsasən, 2014-cü il iyul ayının 1-i vəziyyətinə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu sistemində 1,285 milyon nəfər pensiyaçı qeydiyyatda olub və ölkə əhalisinin 13,6 faizini təşkil edib. Pensiyaçıların 61,1 faizi yaşa, 28,1 faizi əlilliyə, 10,8 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.

   Təyin olunan aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,3 faiz artaraq 172,2 manat təşkil ediborta aylıq əmək haqqının 39,2 faizinə bərəbər olub.

   Müqayisə üçün bildirək ki, ötən il pensiyaların orta məbləği 171 manat, 2012-ci ildə 152 manat, 2006-cı ildə 41,1 manat idi.

   Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun məlumatlarına əsasən isə cari ilin yanvar-iyun aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə 1,3933 milyard manat, yaxud əvvəlki ilin müvafiq dövrünə nisbətən 176,7 milyon manatya 14,5 faiz çox vəsait yönəldilib. Pensiya xərcləri 2013-cü ilin müvafiq dövrünə nisbətən 14,6 faiz artaraq 1,3596 milyard manat təşkil edib.

   2014-cü ilin altı ayı ərzində əhaliyə 33,7 milyon manat məbləğində müavinət ödənilib. Bunun 31,5 faizi hamiləliyə və doğuma görə, 27,3 faizi əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 16,9 faizi dəfn üçün ödənilən, 24,3 faizi isə digər müavinətlərin payına düşür.

   Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatlarına əsasən iyul ayının 1-i vəziyyətinə 332,2 min nəfərə sosial müavinətlər təyin olunub. Yaşa görə müavinət alanların sayı 13,2 min nəfər, əlilliyə görə 125,3 min nəfər, ailə başçısını itirməyə görə 39,4 min nəfər, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşadək uşaqların sayı isə 64,8 min nəfər təşkil edib.

   Əmək pensiyası almaq hüququ olmayan 55,1 min nəfərə kommunal, nəqliyyat və digər xidmətlərə görə güzəştlərin əvəzinə müavinət verilib.

   Valideynlərini itirən və valideyn himayəsindən məhrum olan uşaqların 517 nəfər qəyyumuna, eləcə də 9,9 min ailəyə 19,2 min uşaq üçün aylıq müavinət ayrılıb. Uşaq müavinətlərini şəhid ailələrinin, müharibə əlillərinin, I və II qrup Çernobıl AES əlillərinin və müddətli hərbi xidmət qulluqçularının uşaqları alıb. Bundan əlavə, 5,9 min 1 yaşadək uşağa görə 5,8 min ailəyə sosial müavinət verilib.

 

   Əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində 498 zərərçəkən kompensasiya alıb.

   Bununla yanaşı, 60,9 min nəfərə, o cümlədən 53,2 min uşağın doğulmasına görə, 4,5 min nəfərə radiasiya qəzası nəticəsində əlil olmuş şəxslərin müalicəsi üçün, 2 min nəfərə penitensiar müəssisələrində cəza çəkməkdən azad edilən şəxslərə və həyatını itirən 1,2 min nəfərin dəfni üçün birdəfəlik müavinət verilib.

   2014-cü ilin ilk yarımili ərzində Azərbaycan Respublikası qarşısında xüsusi xidmətlər göstərən 50,2 min nəfər aylıq təqaüd alıb.

   Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 mart tarixli Fərmanına əsasən əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar və Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlil olaraq sosial müavinət alan vətəndaşlara aylıq məbləği 60 manat müəyyən olunmaqla Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib.

   Bununla yanaşı, əlillərin sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 mart tarixli Fərmanına əsasən 2014-cü ilin aprel ayının 1-dən müharibə əlillərinə təyin edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği I qrup müharibə əlilləri üçün 36,4 faiz, II qrup üçün 52,9faiz, III qrup üçün 66,7 faiz artırılmış və müvafiq olaraq 150, 130 və 100 manat müəyyən edilib.

   Cari ilin iyul ayının 1-i vəziyyətinə ölkədə 126,6 min ailənin 555,2 min nəfər üzvü ünvanlı dövlət sosial yardımı alıb və hər bir nəfərə orta hesabla 29,36 manat ödənilib.

   Müqayisə üçün bildirək ki, 2013-cü ilin ilk yarısında Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu sistemində 1,2726 milyon nəfər pensiyaçı qeydiyyatda olub və ölkə əhalisinin 13,7 faizini təşkil edib. Pensiyaçıların 62,4 faizi yaşa, 27 faizi əlilliyə, 10,6 faizi isə ailə başçısını itirməyə görə pensiya alıb. Təyin olunan aylıq pensiyaların orta məbləği 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə1,7 faiz artaraq 153,3 manat təşkil edib.

   Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun məlumatlarına əsasən, 2013-cü ilin ilin yanvar-iyun aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə 1,219 milyard manat, yaxud 2012-ci ilin müvafiq dövrünə nisbətən 43,4 milyon manat vəya 3,7 faiz çox vəsait yönəldilib. Pensiya xərcləri 2012-ci ilin müvafiq dövrünə nisbətən 3,7 faiz artaraq 1,1906 milyard manat təşkil edib.

   2013-cü ilin altı ayı ərzində əhaliyə 28,4 milyon manat məbləğində ödənilən müavinətin hər biri 29,9 faiz olmaqla hamiləliyə, doğuma görəvə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 16,2 faizi dəfn üçün ödənişin, 24 faizi isə digər müavinətlərin payına düşür.

   Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatlarına görə, 2013-cü ilin ilk yarısında 311,4 min nəfərə sosial müavinətlər təyin olunub. Yaşa görə müavinət alanların sayı həmin dövrdə 13,6 min nəfər, əlilliyə görə 114,9 min nəfər, ailə başçısını itirməyə görə 37,6 min nəfər, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşadək uşaqların sayı isə 61,6 min nəfər idi.

   Əmək pensiyasıalmaq hüququ olmayan 55,6 min nəfərə kommunal, nəqliyyat və digər xidmətlərə görə güzəştlərin əvəzinə müavinət verilib.

   Yetimvalideyn himayəsindən məhrum olmuş uşaqların 565 nəfər qəyyumuna, eləcədə 9,9 min ailəyə 19,4 min uşaq üçün aylıq müavinət ayrılıb. Uşaq müavinətlərini şəhid ailələrinin, müharibə əlillərinin, I və II qrup Çernobıl AES əlillərinin və müddətli hərbi xidmət qulluqçularının uşaqları alıb. Bundan əlavə, 6,6 min 1 yaşadək uşağa görə 6,5 min ailəyə sosial müavinət verilib.

 

   Ötən ilin birinci yarısında əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində 510 zərərçəkən kompensasiya alıb. Bununla yanaşı, 61,7 min nəfərə, o cümlədən 53,2 min uşağın doğulmasına görə, 4,6 min nəfərəradiasiya qəzası nəticəsində əlil olmuş şəxslərin müalicəsi üçün, 2,9 min nəfərə penitensiar müəssisələrində cəza çəkməkdən azad edilən şəxslərə və həyatını itirən 1 min nəfərin dəfni üçün birdəfəlik müavinət verilib.

   2013-cü ilin altı ay ərzində Azərbaycan Respublikası qarşısında xüsusi xidmətlər göstərən 34,9 min nəfər aylıq təqaüd alıb.

   Ötən ilin iyul ayının 1-i vəziyyətinə ölkədə 120,9 min ailənin 531,9 min nəfər üzvü ünvanlı dövlət sosial yardımıalmış və hər bir nəfərə orta hesabla 27,3 manat ödənilib.

   Müqayisədən görünür ki, bu ilin birinci yarısında ötən ilə nisbətən sosial təminat sahəsində müsbətə doğru dəyişiklik baş verib.

   Məlumat üçün bildirək ki, 2014-cü ildə sosial təminat və sosial müdafiə xərclərinə 2,072 milyard manatya xərclərin 10,3 faizi ayrılacaq. Ötən il bu məqsədlə 1,813 milyard manat xərclənmişdi. Ötən illə müqayisədə sosial təminat və sosial müdafiə xərcləri 14,3 faiz artırılacaq. 2012-ci ilə nisbətən isə 302,7 milyon manatya 17,1 faiz artım gözlənilir.

   2014-cü ilin büdcəsindən təqaüdlər və sosial müavinətlər üçün 1,82 milyard manatya cəmi xərclərin 9,1 faizi həcmində (2013-cü illə müqayisədə 70,1 milyon manatya 4 faiz çox) maliyyə ayrılması nəzərdə tutulur.

   Sosial təminat və sosial müdafiənin maliyyələşdirilməsi üçün nəzərdə tutulan xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 2013-cü illə müqayisədə 1,2 faiz-bənd artaraq 10,3 faiz olacaq.

   Əvvəlki illərə nisbətən sosial müdafiə və təminat xərcləri xeyli dərəcədə artıb. 2005-ci ilə nisbətən 2014-cü ildə sosial təminat və sosial müdafiə xərcləri 6,8 dəfə artıb. 2009-cu ildən ötən dövr ərzində isə artım 2 dəfə olub. 2009-cu ildə sosial təminat və sosial müdafiə xərcləri əvvəlki ilə nisbətən 24,6 faiz, 2010-cu ildə 6,5 faiz, 2011-ci ildə 33,2 faiz, 2012-ci ildə 18,3 faz, 2013-cü ildə 2,5 faiz, 2014-cü ildə 14,3 faiz artıb.

   2014-cü ildə sosial təminat və sosial müdafiə xərclərinə ayrılan vəsaitin 1,142 milyard manatı (2013-cü ilə nisbətən 65 milyon manatya 6 faiz çox), Dövlət Sosial Müdafiə Fondu vasitəsilə əmək pensiyalarının maliyyələşdirilməsinə, 506,8 milyon manatı (2013-cü ilə nisbətən 43,6 milyon manatya 9,4 faiz çox) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyionun orqanları vasitəsilə həyata keçirilən sosial müavinətlərin, təqaüdlərin və digər sosial xarakteli ödənişlərin maliyyələşdirilməsi yönəldiləcək.

 

   

   Vasif CƏFƏROV

    Ekspress.-2014.- 22 avqust.- S.9.