Sağlamlıq imkanları məhdud uşaqlara sosial xidmət nə yerdədir?

                             

                              Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin işıqlandırılması

 

"Sağlamlıq imkanları məhdud uşaqlarasosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 9 yanvar 2013-cü il tarixli sərəncamının icrasına və görülən işlərin nəticələrinə həsr edilmiş yekun konfrans keçirilib.

   Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbərinin müavini Oqtay İbrahimovun sözlərinə görə, prezidentin təlimatı ilə ölkəmizdə sosial müdafiə və təminat sahəsində bir sıra tədbirlər yer tutub. Bunlardan da biri sağlamlığı məhdud olan uşaqlara sosial xidmətlərin, reabilitasiya xidmətlərinin göstərilməsidir. Bununla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bir qism göstərişlər verilib: "Fəaliyyət bir neçə istiqamətdə aparılır. O istiqamətlərindən biri də qeyri-hökumət təşkilatlarının vasitəçiliyi ilə əhalinin sosial müdafiəsi məsələləridir. Bu da ölkəmizdə çox istiqamətli fəaliyyətin bir nümunəsidir. Biz cəmiyyəti də sosial problemlərin həllinə cəlb etmək niyyətindəyik və bunu da müxtəlif yollarla edirik. Bu yöndə bizə müraciət edən təşkilatların hesabatlarını qəbul edib təhlil edirik".

   İlk dəfə bu tədbirin bir il bundan əvvəl başladığını xatırladan O.İbrahimov bildirib ki, ötən bir ildə 26 layihə işlənilib. Hansı ki, həmin layihələrin bir qismi dünən diqqətə çatdırılıb.

   Qeyd edək ki, sərəncama əsasən Azərbaycan Respublikasının Prezidentinin Ehtiyat Fondundan ilkin olaraq iki milyon manat vəsait ayrılıb. Sərəncamın icrası məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən "Sosial xidmət haqqında" Azərbaycan Respublikasının qanununa uyğun olaraq qeyd edilən təbəqələrdən olan uşaqlara sosial xidmətlərin göstərilməsi üçün 15 prioritet istiqamət üzrə dövlət sifarişlərinin yerinə yetirilməsi üçün müsabiqə elan edilmişmüvafiq sahələr üzrə ixtisaslaşmış 19 təşkilat müsabiqənin qalibi olub. Bu prioritet istiqamətlərindən biri də sağlamlıq imkanları məhdud olan uşaqlara sosial xidmət göstərməkdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə icra edilən layihələər təxminən 1390 nəfər sağlamlıq imkanları məhdud uşaq və onların ailələrini əhatə edir.

   "Sağlamlıq imkanları məhdud uşaqlar üçün icma əsaslı reabilitasiya xidmətləri" layihəsi üzrə çıxış edən Azərbaycan Birgə Yardım Təşkilatının (UAFA) nümayəndəsi Ülviyyə Mirzəyevanın sözlərinə görə, icma əsaslı reabilitasiya əlilliyi olan insanların reabilitasiyasını, sosial inteqrasiyasını və onların imkanlarının bərabərləşdirilməsini nəzərdə tutan bir strategiyadır. Azərbaycanda bu layihə 2004-cü ildən tətbiq olunmağa başlayıb. "Həmin ildən icma əsaslı reabilitasiya üzrə beynəlxalq mütəxəssis Mayya Tomas Azərbaycana dəvət olunubbir neçə regionu əhatə edən icmalarda aparılan tədqiqatlardan sonra Mayya Tomasın rəhbərliyi altında xüsusi plan hazırlanıb: "Elə həmin ildən də Gəncə, Xaçmaz və Bakının Yasamal regionu üzrə icma əsaslı reabilitasiya yaradılıb" deyən Ü.Mirzəyeva bildirib ki, hazırda 5 regionda bu reabilitasiya tətbiq edilir. Onun sözlərinə görə, son 2 il ərzində 5 mərkəzdə 600-dən çox uşağa reabilitasiya xidməti göstərilib: "İcma əsaslı reabilitasiyanın digər reabilitasiyalardan fərqi ondadır ki, tək əlilliyi olan uşağın yox, eləcə də onun ailəsinin həm də həmin uşağın yaşadığı icmanın reabilitasiyası nəzərdə tutulur. Tək uşaqla aparılmır, eyni zamanda həmin uşağın valideynləri ilə də aparılır. Əlavə olaraq inteqrasiya tədbirləri də həyata keçirilir. Eyni zamanda mobil xidmət də var. Mobil xidmətin həyata keçirilməsində məqsədimiz odur ki, valideynlərin sərhədləri qırılsın. Hələ də elə valideynlər var ki, onlar komplekslə yaşayırlar. Əlilliyi olan uşaqlarından utanırlar, onları evdən kənara çıxarmaq istəmirlər. Mobil xidmətin də məqsədi odur ki, həmin uşağı cəmiyyətə çıxarsın. Evə edilən hər bir səfər zamanı uşaqla bərabər valideynlə də işlənilir və maarifləndirilir. Uğurumuz isə uşağın evdən çıxaraq reabilitasiya mərkəzinə gələ bilməsidir".

   Sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyasının həyata keçirilməsi üçün Bakı, Sumqayıt, Gəncə və Şəki şəhərlərində, eyni zamanda Xaçmaz, Biləsuvar, Şəmkir və Zaqatala rayonlarında İcma Əsaslı Reabilitasiya Mərkəzləri fəaliyyət göstərir. Mərkəzlərdə 570 nəfər sağlamlıq imkanları məhdud uşağın sosial reabilitasiya ehtiyaclarını ödəmək üçün funksional qiymətləndirmə, aktiv terapiya, oyun terapiyası kimi müasir metodlardan istifadə etməklə, onların cəmiyyətə adaptasiya olunmasına köməklik göstərilir. 2013-cü ildə 100 nəfər uşaq Reabilitasiya Mərkəzinin fəaliyyətindən bəhrələnib və həmin uşaqlara müxtəlif məsləhətlər verilib. 50 nəfər uşaq Reabilitasiya Mərkəzinin fəaliyyətinə cəlb olunmaq üçün qeydiyyat jurnalında növbəyə götürülüb. "Əlilliyə erkən Yardım Portec Şəbəkəsi" İctimai Birliyi tərəfindən Xızı, Şabran, Siyəzən, Quba rayonlarında 100 nəfər (0-7 yaş) sağlamlıq imkanları məhdud uşaqlara Portec metodikası ilə sosial reabilitasiya xidmətlərinin göstərilməsinin məqsədi inkişafdan geri qalmış uşaqlar üçün məktəbəqədər erkən müdaxilə sisteminin yaradılmasıdır. Bu xüsusi qayğıya ehtiyacı olan məktəbəqədər uşaqların ehtiyaclarını qarşılamaq üçün xüsusi hazırlanmış həftəlik evə başçəkmə xidmətidir. Portec işçisi hər həftə uşağa evdə baş çəkir və yeni bacarıqlar öyrətmək üçün fəaliyyəti planlaşdırmağa köməklik edir. Eyni zamanda "Oriqami" Uşaq və yeniyetmələr İctimai Birliyi tərəfindən Bakı şəhərində 200 nəfər sağlamlıq imkanı məhdud uşaqların müasir fizioterapevtikpsixo-sosial metodlarla reabilitasiyana başlanılıb.

   Layihə çərçivəsində müasir reabilitasiya avadanlıqlarından istifadə etməklə uşaq serebral iflici keçirmiş sağlamlıq imkanları məhdud 6-18 yaşlı uşaqların hərəkət sisteminin artırılması məqsədi ilə dayaq-hərəkət sisteminin korreksiyasının həyata keçirilməsi, həmin uşaqların müasir vasitələr və metodologiya ilə psixo-sosial reabilitasiyası işi həyata keçirilir. Mingəçevir, Göyçay, Şamaxı şəhərlərində, Ağdaş, Ağsu, İsmayıllı, Qəbələ, Qobustan, Oğuz, Ucar rayonlarında 400 nəfər sağlamləq imkanları məhdud uşaq üçün səyyar reabilitasiya xidmətlərindən kənd yerlərində və reabilitasiya xidmətlərindən uzaqda yaşayan 3-12 yaşlı uşaqlar yararlanır.

   Sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası sahəsində kadr potensialının gücləndirilməsi məqsədilə Bakı şəhərində Psixo-fiziki İnkişafa Dəstək Mərkəzi yaradılıb. Hansı ki, mərkəzdə 70 nəfər mütəxəssisə müasir reabilitasiya motedlarının öyrədilməsi məqsədi ilə təlimlər təşkil edilir, mütəxəssislər, valideynlər və sağlamlıq imkanları məhdud uşaqlar üçün müvafiq mətbuat nəşrlərindən, elektron daşıyıcılardan istifadə imkanları yaradılır, ailələr uşaq inkişafı və reabilitasiyası sahəsində maarifləndirilir.

   "İnkişaf Naminə İdman İctimai Birliyi"nin rəhbəri Mehman Kərimov "Günərzi qayğı mərkəzləri" layihəsindən danışarkən bildirib ki, günərzi qayğı əlilliyi olan uşaqlar üçün gün ərzində nəzarət və qayğı deməkdir. Valideynlərə işləmək imkanı verən bu xidmət körpələr və uşaqlar üçün dövlət və ya özəl xidmətidir: "Məqsədimiz odur ki, əlilliyi olan uşaqlara öz həmyaşıdları ilə eyni sosial mühitdə böyüməyə imkan yaratmaq, əlilliyi olan uşaqların valideynlərinin də təhsillə təmin olunan tipik uşaqların valideynlərinə göstərilən dövlər dəstəyi ilə təmin olunması səciyyəvi olaraq günərzi qayğı xüsusi ehtiyyacları olması səbəbindən ənənəvi təhsilə cəlb oluna bilməyən əlilliyi olan uşaqlar üçün təhsil imkanları yaratdığı üçün erkən uşaqlıq inkişafının və ya xüsusi təhsil siyasətinin bir hissəsi sayılır".

   Əlillik və yoxsulluq bir-biri ilə əlaqəli olduğundan Azərbaycan konteksində günərzi qayğının ən həssas təbəqələrindən olan, yoxsulluq və əlillik səbəbindən təcrid olunmuş və müəssisələşmə təhlükəsində olan uşaqlar üçün təmin olunmasıdır. Nazirliyin sifarişi ilə icra edilən layihələrdə 8 rayonda günərzi mərkəzləri yaradılıb. Ümumilikdə günərzi mərkəzlərində 240 uşağa sosial xidmət göstərilir. Bu xidmətlərə uşaqların qidalanması, maraq və bacarıqlarından asılı olaraq dərnəklərə cəlb edilməsi, asudə vaxtlarının səmərəli təşkili və ev tapşırıqlarının hazırlanmasına kömək edilməsi, ündəlik həyat vərdişlərinin aşılanması, qavrayış emosionalfiziki inkişafına, onların sosial uyğunlaşmasına yardım, dərketmə bacarıqlarının inkişaf etdirilməsi aiddir.

 

   Günay RAMİZQIZI

   Ekspress.-2014.- 1-3 fevral yanvar.- S.10.