İşsizlik sosial problemdir
Özündən asılı olmayan
səbəbdən işini
itirənlərə sosial
müavinat verilməlidir
Qaçqın və məcburi
köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya
ehtiyacı olan təbəqələrinin problemlərinin
işıqlandırılması
Ölkəmizdə son illərdə çoxlu sayda yeni iş yerlərinin açılması faktı məlumdur. Təkcə 2013-cü ilin 9 ayı ərzində 82 min yeni, o cümlədən 61,4 min daimi iş yeri açılıb. Rəsmi məlumatlara əsasən 9 ay ərzində açılan daimi iş yerlərinin 10 faizi yeni yaradılıb, 13,9 faizi mövcud müəssisə və təşkilatlarda, 75,8 faizi isə fiziki şəxslər tərəfindən yaradılıb. Yeni iş yerlərinin 72,9 faizi regionların payına düşür.
2009-cu ildən cari ilin oktyabrın 1-dək isə cəmi 443,1 min olmaqla 336,7 min daimi iş yeri yaradılıb.
Yeni iş yerlərinin yaradılması ilə bərabər hər il ölkəmizdə bir neçə min insan özündən asılı olmayan səbəblərdən iş yerini itirir. Həmin insanlar obyektiv səbəblərdən tezliklə iş tapa bilmir və bu onların maddi-sosial vəziyyətinə mənfi təsir göstərir. Azərbaycan qanunvericiliyi belə insanların sosial müdafiəsini gücləndirmək üçün həmin insanlara işsiz statusu verir.
"Məşğulluq haqqında" qanunun 4-cü maddəsinə əsasən, işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanında işaxtaran kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli vətəndaşlar işsiz statusu almaq hüququna malikdirlər. Həmin maddənin 4.2 bəndinə əsasən, vətəndaş yaşadığı ərazi üzrə müvafiq icra hakimiyyəti orqanına şəxsiyyətini təsdiq edən sənəd, əmək kitabçası (yaxud onu əvəz edən sənəd), peşə və ya ixtisasını təsdiq edən sənəd təqdim edərək işaxtaran kimi qeydiyyata alınır. İlk dəfə işaxtaranlar şəxsiyyəti təsdiq edən və təhsil haqqında sənədləri təqdim edirlər. Qanununun 4.5.4 bəndinə əsasən, ilk dəfə işaxtaran vətəndaşlar işsizlik müavinəti almaq hüququna malik deyillər.
2014-cu il yanvarın 1-i vəziyyətinə məsğulluq
xidməti orqanları tərəfindən olkə uzrə rəsmi
issiz statusu verilən
səxslərin sayı 36,2 min nəfər
olub. Onların 41,5 faizini
qadınlar təskil edib. İşsizliyə
gorə muavinətin orta məbləği
268,5 manat olub.
Məşğulluq
xidməti
Özündən asılı olmayan səbəbdən iş yerini itirən hər kəs işsiz statusu alması üçün hökmən Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyinin Dövlət Məşğulluq Xidmətinə müraciət etməlidir. Dövlət Məşğulluq Xidməti bütün müraciət edənlərə işsiz statusu vermir. İlk növbədə onları işlə təmin etməyə çalışır və ya onların iş qabiliyyətinin artırılması üçün müxtəlif tədbirlər görür. Ötən il ərzində Dövlət Məşğulluq Xidməti orqanlarına 46667 nəfər vətəndaş müraciət edib. Onlardan 29390 nəfəri münasib işlərlə təmin olunub. Qeyd olunan dövrdə 4329 nəfər işsiz və işaxtaran vətəndaş əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına, 1480 nəfər isə ödənişli ictimai işlərə cəlb edilib. Bakı, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərindəki Əmək Birjaları tərəfindən 4101 nəfər müvəqqəti xarakterli iş yerlərinə göndərilib. Ötən il ərzində işsiz statusu verilənlərin sayı 2969 nəfər təşkil edib.
Qeyd edək ki, işsiz statusu alan insanların da heç də hamısı işsizliyə görə müavinət almır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2013-cü ildə işsiz statusuna malik olanların (36 206 nəfər) 636 nəfərinə işsizliyə görə müavinət verilib. İşsiz statusu daşıyanların 13,3 mini Bakıda yaşayıb və onlardan 228 nəfəri müavinət alıb. Regionlar üzrə ikinci ən çox işsiz Arandadır. Burada 10 mindən artıq rəsmi işsiz var. Onlardan 107 nəfəri ötən il müavinət alıb. Yuxarı Qarabağda 3347 işsiz (30 nəfər müavınət alıb), Abşeronda 1510 işzis (95 nəfər müavinət alıb). Rəsmi məlumata əsasın Naxçıvan Muxtar Respublikasında işsiz statusu daşıyan yoxdur.
"Məşğulluq haqqında" qanuna əsasən işsizlik statusuna malik olan şəxslərdən bir qismi işsizlik müavinəti ala bilir. Müavinətin ödənilməsi müddəti qanunda nəzərdə tutulmuş hallardan basqa 12 aylıq dövr ərzində 26 təqvim həftəsindən çox ola bilməz.
İşsizlik
müavinəti
necə
hesablanır?
Bəs, işsizlik müavinəti necə hesablanır? Bu məsələ "İşsizlik müavinətinin hesablanması və ödənilməsi" Qaydalarında öz əksini tapıb. Qaydalar Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli Qərarı ilə təsdiq edilib.
Qaydalar göstərir ki, işsiz statusu alan vətəndaşa işsizlik müavinəti (təkrar müavinət alınan hallar istisna olmaqla) ona işsiz statusu müəyyən edildiyi gündən hesablanır.
Müəssisələrin ləğvi və ya işçilərin sayı və ştatların ixtisar olunması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə əlaqədar olaraq sərbəstləşdirilən və işdən azad edildikdən sonra məşğulluq mərkəzində qeydiyyata alınan, lakin işdənçıxarma müavinəti və orta aylıq əmək haqqı ödənilən müddət ərzində işə düzəldilməyən vətəndaşlara işsizlik müavinəti bu müddətin qurtardığı birinci gündən təyin edilir.
İşçilərin sayının azaldılması və ya ştatların ixtisarı ilə əlaqədar müəyyən edilən xəbərdarlıq müddətləri əvəzinə işçiyə onun razılığı ilə azı iki aylıq əmək haqqını bir dəfəyə ödəməklə müvafiq əsaslarla əmək müqaviləsinə xitam verildiyi və işdənçıxarma müavinəti ödənildiyi hallarda həmin şəxsə sərbəstləşdirildiyi gündən sonrakı bir ay müddət bitdikdən sonra işsizlik müavinəti təyin edilə bilər.
Əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə əlaqədar müəyyən edilən xəbərdarlıq müddətləri əvəzinə işçiyə onun razılığı ilə azı iki aylıq əmək haqqını bir dəfəyə ödəməklə müvafiq əsaslarla əmək müqaviləsinə xitam verildiyi və müavinətin ödənildiyi hallarda həmin şəxsə işdən çıxdığı gündən sonrakı iki ay müddət bitdikdən sonra işsizlik müavinəti təyin edilə bilər.
İşsizlik müavinəti ödənilməsi müddəti 12 aylıq dövrdən çox ola bilməz.
İşsiz statusu təyin olunan vaxtdan 12 ay keçdikdən sonra işsiz vətəndaş münasib işlə təmin olunmayıbsa, onun təkrarən işsizliyə görə müavinət almaq hüququ vardır. Bu zaman işsizlik müavinəti təsdiq olunan müavinətin minimum məbləğində müəyyən edilir.
İşsiz statusu alan vətəndaşlara işsizliyin başlanmasından əvvəlki 12 ay ərzində haqqı ödənilən işə malik olduqda, onların işsizlik müavinəti axırıncı iş yerindəki son 12 ay üzrə hesablanan orta aylıq əmək haqqının 70 faizi məbləğində müəyyən edilir.
Əgər vətəndaş axırıncı iş yerində 12 aydan az işləmişdirsə bu halda işsizlik müavinəti üçün orta aylıq əmək haqqı axırıncı iş yerində faktiki işlədiyi aylarda hesablanan əmək haqqının cəmlənən məbləğinin faktiki işlənən ayların sayına bölünməsi ilə hesablanır.
İşsizin himayəsində 18 yaşa çatmamış uşağı olduqda işsizlik müavinətinin məbləği hər bir uşaq üçün müavinətin 10 faizi məbləğində, lakin müavinətin 50 faizindən artıq olmamaq şərti ilə artırılır. Ailədə valideynlərdən hər ikisinə işsizlik müavinəti təyin edildikdə, müavinətin himayədə olan hər uşaq ucun 10 faizi artırılmasi yalnız valideynlərdən birinə şamil edilir.
Bütün hallarda işsizlik müavinətinin məbləği həmin müavinətin təyin edildiyi dövrdə Dövlət Statistika Komitəsi tərəfindən rəsmi dərc olunmuş respublika üzrə orta aylıq əmək haqqından çox və təsdiq olunmuş müavinətin minimum məbləğindən az olmamalıdır.
İşsizlərin
sayı azalır
Bildirək ki, rəsmi işsiz statusu alan şəxslərlə
bərabər ümumi işsizlər də
olur. 2012-ci
ilin sonuna olan məlumata əsasən Azərbaycanda
243 min işsiz var. Bu cəmi
əhalinin 2,6 faizi deməkdir. İşsizlərin iqtisadi
fəal əhaliyə
nisbəti isə 5,3 faizdir. Ümumilikdə, Qərb ölkələri
ilə müqayisədə
Azərbaycanın əmək
bazarındakı mövcud
vəziyyət qənaətbəxşdir
işsizliyin səviyyəsi
aşağıdır. Son illər respublikada yeni iş yerlərinin
yaradılması istiqamətində
həyata keçirilən
tədbirlər nəticəsində
işsizliyin və yoxsulluğun səviyyəsi
nəzərəçarpacaq dərəcədə aşağı
düşüb.
Ötən əsrin 90-cı illərində
Azərbaycanda işsizliyin
səviyyəsi təxminən
20%, 2003-cü ildə isə
10,6% təşkil edirdi. Ötən 9 ildə respublikada işsizliyin səviyyəsinin
5,3%-ə düşməsi
kifayət qədər
normal göstəricidir. Bu nöqteyi-nəzərdən, Azərbaycan
MDB ölkələri arasında
ən yaxşı göstəriciyə malikdir.
Əgər vətəndaşlarımız
bir zamanlar iş axtarmaq üçün Rusiya və digər MDB ölkələrinə üz
tuturdularsa, son illərdə
əks proses başlayıb. Nəinki
MDB-dən, ümumilikdə
dünyanın bir çox ölkələrindən
işaxtaranlar iqtisadi baxımdan cəlbedici məkan kimi respublikamıza üz tuturlar.
Ölkəmizdə
işsizliyin azalmasına
inkişafyönümlü hər bir dövlət
proqramının birbaşa
aidiyyəti var. Son 10 ildə
qəbul olunan
"2003-2005-ci illər üçün
Azərbaycan Respublikasında
yoxsulluğun azaldılması
və iqtisadi inkişaf üzrə Dövlət Proqramı",
"Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi
inkişafı (2004-2008-ci illər)
Dövlət Proqramı",
"Azərbaycan Respublikasının
Məşğulluq (2006-2015-ci illər) Strategiyası",
"Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət
Proqramı", "2008-2015-ci illərdə Azərbaycan
Respublikasında yoxsulluğun
azaldılması və
davamlı inkişaf Dövlət Proqramı",
"Azərbaycan Respublikasının
Məşğulluq Strategiyasının
həyata keçirilməsi
üzrə 2011-2015-ci illər
üçün Dövlət
Proqramı" və
digər sənədlər
işsizliyin səviyyəsinin
azaldılması baxımından
əhəmiyyətli olub.
Regionların sosial iqtisadi inkişafına xidmət edən dövlət proqramları
yeni iş yerlərinin yaradılmasında
mühüm rol oynayıb. Nəticədə
2003-cü ildən respublikada
1 milyondan çox iş yeri açılıb
və bu proses davam edir.
Hazırda əsas problemlərdən
biri də işsizlər arasında gənclərin və 50 yaşından yuxarı vətəndaşların sayının
yüksək olmasıdır.
Bununla bağlı qanunvericiliyə
müəyyən dəyişikliklərin
edilməsi ilə bağlı təkliflər
var. Həmin təkliflərin
bir qismi gəncləri və 50 yaşından yuxarı vətəndaşları işə
götürən özəl
müəssisələr üçün
güzəştlərin tətbiqini
nəzərdə tutur.
Yəni,
dövlət özəl
müəssisələrdə bu qəbildən olan vətəndaşları
işə götürmək
üçün ciddi
maraq yaratmalıdır.
Vasif CƏFƏROV
Ekspress.-2014.- 8-10 fevral.- S.10.