Ən yaxın tarix
İlk və yeganə qadın spiker
Tanınmış
yazıçı-tədqiqatçı Teyyub
Qurban "Ən yaxın tariximiz"
başlığı altındakı yeni
araşdırmasında arxiv sənədləri
əsasında müasirlərimiz olan
dövlət və ictimai xadimlərimiz
barədə indiyədək bilmədiyimiz məlumatları,
faktları işıq üzünə çıxarır.
İlk araşdırma anadan olmasının 80 illiyi münasibətilə Azərbaycan parlamentarizmi tarixində qanunverici orqana başçılıq edən ilk və hələlik son sədr Elmira Qafarovaya həsr edilib.
HAŞİYƏ. Heydər Əliyev iki ay idi ki, Naxçıvanda idi. O, 1990-cı il iyul ayının 20-də Moskvadan təyyarə ilə Bakıya gəlmiş və iyulun 22-də Naxçıvana yola düşmüşdü.
Naxçıvan zəhmətkeşləri Heydər Əliyevi Azərbaycan SSR xalq deputatlığına namizəd göstərmişdilər. 1990-cı il parlament seçkilərindən sonra Bakıya Naxçıvandan göndərilən rəsmi sənəddə bildirilirdi:
"Azərbaycan SSR
Ali Sovetinin sədrinə
1990-cı il noyabrın 17-də Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan MSSR Ali Sovetinin sessiyası öz işinə başlamışdır. Sessiyada Naxçıvan MSSR-nin adı və dövlət rəmzlərinin dəyişdirilməsi məsələsi qaldırılmışdır. Xalq deputatı Heydər Əlirza oğlu Əliyevin sədrliyi ilə keçən sessiyada Azərbaycan Milli Dövlət dirçəlişi ideyasının həyata keçirilməsi yolunda yekdilliklə mühüm tarixi siyasi əhəmiyyəti olan qərarlar qəbul etmişdir:
1. Naxçıvan MSSR-in adı dəyişilib Naxçıvan Muxtar Respublikası adlandırılmış;
2. Naxçıvan MSSR Ali Sovetinin adı dəyişib Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırılmış;
3. Naxçıvan Muxtar Respublikasının bayrağı kimi Azərbaycan Demokratik Cümhuriyyətinin üçrəngli bayrağı qəbul olunmuş;
4. Gerb və himnin qəbul edilməsi üçün müsabiqə elan olunması qərara alınmış;
5. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Afiyəddin Cəlil oğlu Cəlilov seçilmişdir".
Elmira Qafarova öz müavinlərindən birini, şəxsiyyətinə səmimi hörmət etdiyi Afiyəddin Cəlilovu Bakıda, iş otağında təbrik etmiş, Naxçıvanla paytaxt arasındakı əlaqələrin daha da yaxşılaşdırılması barədə söhbət etmişdi.
1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin qərarı ilə Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri seçildi. Heydər Əliyev Bakıya Ali Sovetin iclaslarına getmirdi. Heydər Əliyev bunun səbəbini sonralar ("Azərbaycan" qəzeti. 12 sentyabr 1995-ci il) belə izah etmişdi: "1991-ci il sentyabrın 8-nə prezident seçkiləri təyin olunmuşdu. Naxçıvanda sessiya keçirildi, məni Ali Məclisin sədri seçdilər. Birinci qərarımız o oldu ki, Naxçıvanda prezident seçkilərini qadağan edək. Amma ondan qabaq Vilayət Partiya Komitəsi prezident seçkiləri üçün Naxçıvanda dairələr, məntəqələr yaratmışdı, bülletenlər gətirmişdilər. Böyük məsrəf, xərc olmuşdu. Bunlar hamısı var idi.
Biz bunu qadağan etdik. Dərhal Bakıdan, Azərbaycandan böyük təzyiqlər oldu. Buradan Naxçıvana doqquz deputat göndərdilər. Xatirimdədir, onlardan üçü general idi: general Nəsirov, general İsrafilov, respublika prokurorunun müavini Cəfər Quliyev, o da yəqin ki, general idi. Doqquz deputat, daxili işlər nazirinin birinci müavini başda olmaqla bir altmış nəfər də daxili qoşunlardan və sairə zabit göndərdilər. Çətin bir vəziyyət yarandı. Mən onlara ultimatum verdim ki, Naxçıvanı tərk etməsələr, xalq qalxacaq və şübhəsiz, vəziyyət çox gərginləşəcək. Onlar qorxdular, çəkildilər. Naxçıvanı tərk etdilər. Naxçıvanda prezident seçkiləri keçmədi.
Ondan sonra Naxçıvana
təzyiqlər daha da artdı. Burada (Bakıda - T.Q. ) bir qrup
naxçıvanlı hüquqşünası
ortaya çıxardılar
ki, Heydər Əliyev Naxçıvanı
Azərbaycandan ayırır
və sair".
Söhbət
1991-ci il sentyabrın 9-da Azərbaycan
Dövlət Televiziyasının
"Aktual ekran" verilişində iştirak
etmiş Əyyub Ələkbərov, Musa Həsənov,
Hüseyn Əsədov
və başqalarından
gedirdi.
1991-ci il 8 sentyabr prezident seçkiləri ərəfəsində Elmira Qafarova
Heydər Əliyevdən
aşağıdakı məktubu
almışdı:
"Nəzərə
alınmalıdır ki,
prezident seçkiləri
Azərbaycan xalqının
qərinələrdə sürən
azadlıq arzusu ilə bağlıdır və bütün xalqın istəyi, iştirakı təmin olunmalıdır. Bu seçkilər kiminsə
hakimiyyət hərisliyindən
doğan arzusunun təmin olunmasına yönəldilə bilməz.
Nəhayət, prezident seçkilərinin
təxirə salınmasında
qanunsuzluq yoxdur, bu yalnız ədalətin və xalq istəyinin yerinə yetirilməsinə
xidmət edir.
Bütün bunları nəzərə
alaraq Naxçıvan
MR Ali Məclisi qərara
alır:
1. Azərbaycan
Respublikası prezidenti
seçilməsi üçün
8 sentyabr 1991-ci il tarixə təyin edilmiş seçkilərin Naxçıvan
MR ərazisində keçirilməsi
dayandırılsın.
2. Azərbaycan
Respublikası Ali Sovetindən
respublika prezidentliyinə
seçkilərin daha
sonrakı müddətə
keçirilməsi xahiş
edilsin.
3. Həmin qərar barədə
SSRİ Xalq deputatlarının
qurultayına bildirilsin.
Naxçıvan
Muxtar Respublikası
Ali Məclisinin
Sədri H.ƏLİYEV
4 sentyabr 1991-ci
il".
Qeyd edək ki,
1991-ci ilin 3-7 sentyabrda
keçirilən Naxçıvan
Muxtar Respublikası
Ali Məclisinin fövqəladə
sessiyası ölkədə
baş verən proseslərlə əlaqədar
muxtar respublikanın həyatının demokratikləşdirilməsi
məsələləri müzakirə
olunmuşdu. Məsələn,
Ali Məclis muxtar respublika ərazisində Kommunist Partiyasının bütün strukturlarının
və vilayət partiya komitəsinin fəaliyyətinin dayandırılması,
onların əmlakının
milliləşdirilməsi haqqında
qərar qəbul etmiş, Azərbaycan Kommunist Partiyası və onun Mərkəzi
Komitəsinin buraxılması
barəsində Azərbaycan
Respublikası Ali Sovetinə
təklif verilmişdi.
Lakin Ali Məclisin deputatları və muxtar respublikanın əhalisi Azərbaycan kommunist rəhbərliyinin
kəskin narazılığını
hiss edirdilər...
Oktyabrın 2-də
Elmira Qafarovaya iş otağında xəbər
verdilər ki, Azərbaycan Xalq Cəbhəsinin təşəbbüsü
ilə parlament binası qarşısına
çoxlu adam
toplaşıb. Mitinqdə "Müstəqil Azərbaycan"
deputat blokunun üzvləri də iştirak edirlər.
Elmira Qafarova
aşağı düşdü,
mitinq iştirakçıları
ilə salamlaşdı.
Mitinqin aparıcısı
İsa Qəmbərova
dedi: "Biz niyə küçədə görüşməli
və danışmalıyıq.
Xahiş
edirəm, burda olan bütün xalq deputatları mənimlə birlikdə parlament binasında söhbətimizi davam etdirək".
İsa Qəmbərov parlament sədrinin iş otağında mitinqin qətnaməsini Elmira xanıma
təqdim etdi. O, bütün maddələri
diqqətlə oxuduqdan
sonra dedi: "Biz hamımız bir parlamentin üzvləyirik.
Mənim
fikrimcə, bu parlament o vaxt buraxıla bilər ki, Dağlıq Qarabağ məsələsini
birdəfəlik həll
etsin. Özümə gəldikdə isə,
məni Ağdaş rayonu əhalisi parlamentə seçib.
Əgər onlar geri çağırsalar, mən
deputat mandatımı
təhvil verərəm.
Sizin buna səlahiyyətiniz çatmır".
Elmira Qafrova o görüşdə həmçinin
demişdi: "Biz respublikada
Xalq Cəbhəsi ilə əlbir işləmək arzusundayıq.
Mən ürəkdən istəyirəm
ki, yaxın illərdə "Müstəqil
Azərbaycan" blokunun
deputatları Müstəqil
Azərbaycanın rəhbərləri
arasında olsunlar.
Bu məqsədə o vaxt
nail ola bilərsiniz ki, parçalanmayasınız,
dəlisovluğun daşını
atasınız, nə
mənə, nə də Ayaz Mütəllibova
yad gözlə baxmayasınız".
İsa Qəmbərov: "Biz Sizi
başa düşdük,
Elmira xanım. Onda qətnamədəki
digər maddələri
sessiyanın gündəliyinə
salın".
Elmira Qafarova:
"Buna tamamilə razıyam.
Bütün təkliflərinizi sessiyanın müzakirəsinə
çıxararıq, birlikdə
müzakirə edərik".
1991-ci il ortyabrın 8-də
Azərbaycan Respublikası
Ali Sovetinin növbədənkənar
sessiyasının bütün
iclasları Elmira Qafarovanın
təklifi ilə respublika televiziyası ilə birbaşa translyasiya edilirdi: "Ali Sovetin Rəyasət Heyətinin oktyabrın 7-də
keçirilmiş iclasında
"Müstəqil Azərbaycan"
deputat blokunun təklifləri nəzərə
alınmaqla növbədənkənar
sessiyanın gündəliyinin
layihəsi təsdiq olunmuşdur. Mən bütün xalqımıza
bildirmək istəyirəm
ki, biz müxalifətlə
siyasi qarşıdurmaya
yol vermək istəmirik və respublikanın həyati əhəmiyyətə malik
problemləri barəsində
elə qərarlar qəbul olunmasına tərəfdarıq ki, bu qərarlar hər iki tərəfi
təmin etsin".
Bütün deputatlar sessiyanın aşağıdakı gündəliyini
yekdilliklə təsdiq
etdilər:
1. Respublikanın
iqtisadi və ictimai-siyasi həyatını
sabitləşdirmək sahəsində
əlavə tədbirlər
haqqında.
2. Azərbaycan
Respublikasının Konstitusiyasına
(Əsas Qanunla) dəyişikliklər və
əlavələr edilməsi
haqqında.
3. Azərbaycan
Respublikasının Ali Sovetində
daimi orqan yaradılması haqqında.
4. Azərbaycan
Respublikasının dövlət
müstəqilliyi haqqında
aktın layihəsi barəsində.
5. Birləşmiş
Millətlər Təşkilatına,
dünya dövlətlərinə
və SSR İttifaqı
respublikalarına müraciətlərin
layihəsi haqqında.
6. "Azərbaycan
Respublikasının milli
özünümüdafiə qüvvələri haqqında"
Azərbaycan Respublikası
Qanunun layihəsi barəsində.
7. İqtisadi birlik haqqında müqavilənin layihəsi
barəsində.
8. SSRİ Ali Sovetində
Azərbaycan Respublikasının
nümayəndəliyi haqqında.
SSRİ xalq deputatı, bəstəkar
Arif Məlikov, respublikanın xalq deputatları R.İsmayılov,
Ş.Yəhyayev, H.Əzimov,
T.Qasımov, R.Qazıyev,
İ.Qəmbərov, T.Qarayev,
S.Rüstəmxanlı və
başqaları müzakirələrdə
fəallıqla iştirak
edirlər. Deputat Tofiq Bağırov
sessiyanı xalq deputatları qurultayı adlandırırdı.
Ali Sovetin
binası qarşısında
isə mitinqçilər
parlamentin buraxılmasını
tələb edirdilər.
Parlamentin buraxılması
barədə təklif
sessiyanın müzakirəsinə
çıxarılsa da,
səs çoxluğu
ilə qəbul edilmədi...
(əvvəli,ardı var)
Teyyub QURBAN
Ekspress.-2014.- 8-10
fevral.- S.15.