Əlillərin pensiya hüququ
Qaçqın və məcburi
köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya
ehtiyacı olan təbəqələrinin problemlərinin
işıqlandırılması
Azərbaycanda əlillərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə dövlət qanunvericilikdə bir sıra güzəştlər nəzərdə tutub. Belə güzəştlərdən biri də əlillərin bu statusu aldığı tarixdən pensiyaya çıxmaq hüququna sahib olmasıdır.
Mövcud qanunvericiliyə görə əmək pensiyasına çıxmaq üçün 3 şərtdən birinin baş verməsi lazımdır. Əmək pensiyası hüququ ya yaşın müəyyənləşdirilən həddə (kişilərdə 63 yaş, qadınlarda 59 yaş yarım, 2016-cı ildən qadınlarda 60 yaş) çatması, ya ailə başçısını itirməsi, ya da əlillik statusunun alınması nəticəsində əldə edilir.
Dövlətin əlil olan insanlara belə bir hüququ tanıması bu sosial qrupun müdafiəsinə nə dərəcədə önəm veridiyini göstərir.
2006-cı il yanvarın 1-dən qüvvədə olan "Əmək pensiyaları haqqında" qanunda əlillərin sosial müdafiəsi ilə bağlı mühüm müddəalar yer alıb. Qanunda əlilliyə görə əmək pensiyası növü xüsusilə fərqləndirilərək, bu kateqoriyadan olan vətəndaşlara xüsusi güzəştlər tətbiq edilib. Əlillərin ailə başçısını itirməyə görə əmək pensiyası hüquqlarının müəyyən edilməsində də bir sıra güzəştlər nəzərdə tutulub.
Əlilliyə görə əmək pensiyasının baza hissəsinin məbləği yaşa görə əmək pensiyasının baza hissəsinin məbləğinin I qrup əlillərə 120 faizi (I qrup gözdən əlillərə 200 faizi) həcmində müəyyənləşdirilib. Digər mühüm bir məqam əmək pensiyasının baza hissəsinə əlavələrlə bağlıdır. Qanunun 19-cu maddəsinə əsasən, öhdəsində əmək qabiliyyəti olmayan ailə üzvləri olan işləməyən I və II qrup əlillərə ailənin əmək qabiliyyəti olmayan hər üzvü üçün yaşa görə əmək pensiyasının baza hissəsinə əlavələr hesablanır. Bu əlavələr 1 yanvar 2006-cı ilədək mövcud olmuş əvvəlki pensiya sistemi ilə təyin olunan əmək pensiyalarının da üzərinə yenidən hesablanır.
Pensiyaçıların 27,2%-i əlilliklə pensiyaya çıxıb
2013-cü ilin sonuna olan məlumata əsasən ölkəmizdə əmək pensiyası alanların (1,276 milyon nəfərin) 27,18 faizi (345,6 min nəfəri) əlilliyə görə əmək pensiyası alanlardır. 2013-cü ilin üçüncü rübünün genişləndirilmiş məlumatına görə isə əlill pensiyaçıların 6,9 faizi (23,9 min nəfəri) I qrup, 85,9 faizi (296,8 min nəfəri) II qrup, 7,2 faizi (24,8 min nəfəri) III qrup əlillərdir.
Dövlət Sosial Müdafiə Fondunun məlumtaına görə I qrup gözdən əlillərin sayı 7872 nəfər təşkil edir. Əlilliyə görə əmək pensiyası alan vətəndaşların 3,6 faizi müharibə əlilləri, 95,5 faizi ümumi səbəbdən əlillər, 0,9 faizi isə dövlət qulluqçularıdır.
2006-sı ildə "Əmək pensiyaları haqqında" qanunda əlillərin sosial müdafiəsi ilə bağlı mühüm müddəaların yer alması əlilliyə görə pensiya çıxma prosedurlarını xeyli asanlaşdırdı. Nəticədə ötən müddətdə əlilliyə görə pensiya çıxanların sayında artım digər əsaslarla pensiya çıxanlardakı artımı xeyli qabaqladı. 2006-cı ilin əvvəlində Azərbaycanda 1,181 milyon əmək pensiyaçısı var idi. Onun 779,5 mini yaşa görə pensiyaya çıxanlar, 266,9 mini əlilliyə görə pensiyaya çıxanlar, 135,3 mini ailə başçısını itirməyə görə pensiyaya çıxanlar təşkil edib. Həmin dövrdə cəmi pensiyaçıların 22,6 faizi əlilliyə görə pensiya çıxanlar idi. 2013-cü ilin sonunda isə bu nisbət 27,18 faizə yüksəlib.
Paydakı
artımın əsas səbəbi pensiyaçıların
2006-2013-cü illər ərzində daha çox əlilliyə görə pensiyaya çıxa bilməsidir. 2013-cü ilin
sonunda pensiya alan 1,276 milyon nəfərin 346,9 mini əlilliyə
görə pensiya alanlar olub. 2006-2013-cü illər ərzində pensiyaçıların sayı
94,4 min nəfər artıb
ki, artımın da 80 mini məhz
əlilliyə görə
pensiyaya çıxanlar
təşkil edib. Yaşa görə pensiya alanların sayı ötən müddətdə cəmi
13,4 min nəfər artıb. Ailə başçısını itirməyə görə
artım min nəfər
olub.
2006-cı ildə və sonra qanunvericiliyə edilən dəyişiklik sayəsində yaşa görə pensiyaçıların
sayında artım artıq dayanıb, ailə başçısını
itirməyə görə
pensiya alanların sayı qismən artır, əlilliklə əlaqədar pensiya çıxanların sayında
isə ciddi artım var.
Əhalinin pensiya təminatında yeni sistemin tətbiqi
dövründə əlilliyə
görə əmək
pensiyası alan
şəxslərin pensiyalarında
əhəmiyyətli artımı
baş verib. Baxmayaraq ki, onların sayı da sürətlə
artıb. Belə
ki, ölkə üzrə əlilliyə
görə əmək
pensiyası alan pensiyaçıların pensiyalarının
orta aylıq məbləği 1 yanvar
2006-cı il tarixə
32,3 manat olduğu halda, 1 oktyabr 2013-cü il tarixə bu məbləğ 147,6 manata
çatıb. I qrup gözdən əlillərin pensiyalarının
orta aylıq məbləği isə
251 manat təşkil edib.
Bəs, əlilliyə görə
necə pensiya çıxmaq olar" Bunun üçün qanunvericiliyə diqqət yetirmək lazımdır.
Əlillər
5 il stajla
pensiyaya
çıxır
"Əmək
pensiyaları haqqında"
qanununa əsasən əmək pensiyalarının
təyin edilməsi, sosial sığorta stajının müəyyən
olunması, əmək
pensiyası sənədlərinin
rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydaları
mövcuddur. Həmin
qaydalara əsasən əlilliyə görə
əmək pensiyası
əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə
sığorta stajı
5 ildən az
olmamaq şərtilə
əmək qabiliyyətli
yaş dövrünün
hər tam ili üçün 4 ay sığorta
stajı olduqda təyin edilir. Azərbaycan Respublikası
Əmək Məcəlləsinin
42-ci maddəsinin 3-cü hissəsinə
əsasən 15 yaşına
çatan hər bir şəxs işçi kimi əmək müqaviləsinin
tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilən qaydada fəaliyyət qabiliyyəti
olmayan şəxs hesab edilən şəxslə əmək
müqaviləsi bağlana
bilməz.
Qeyd edilən qaydaların
necə tətbiq edildiyini konkret misallarda görmək olar.
Məsələn,
43 yaşlı sığortaolunan
(rəsmi əmək stajı olan) şəxsə 21 fevral
2010-cu il tarixdə 2-ci qrup əlillik müəyyən
olunub. Həmin şəxsin əlil olana qədər 14 il sığorta
stajı var. Qaydalara əsasən bu stajın əlillin pensiyaya çıxmasına
imkan verib-verməməsi
hesablanır. Bunun üçün 43 yaşdan
15 il (əmək
fəaliyyətinə icazə
verilməyən dövr)
çıxılır, qalan
28 il 4 aya vurulur. Cəmi 112 ay (9,4 il alınır)
alınır. Deməli,
əlil olana qədər toplanan 14 illik staj tələb
edilən minimum stajdan
(konkret halda 9,4 ildən) çox
olduğuna görə
həmin şəxs əlilliyə görə
pensiyaya çıxa bilər.
Digər bir misala baxaq. Təsəvvür
edək ki, 59 yaşlı sığortaolunan
şəxsə 13 yanvar
2010-cu il tarixdə 3-cü qrup əlillik müəyyən
olunub. Həmin tarixə qədər onun 11 il
sığorta stajı
var. Yenə də qaydalara əsasən əlilliyə görə
əmək pensiyası
təyin edilməsi üçün həmin sığortaolunanın 14 il
8 ay sığorta stajı
olmalıdır. Lakin
59 yaşlı şəxsin
cəmi 11 il
sığorta stajı
var. Deməli, 59 yaşlı
insanını əlilliyə
görə əmək
pensiyası hüququ yoxdur.
Beləliklə, əlilliyə görə
pensiya çıxa bilməsi üçün
əmək qabiliyyətli
hər dövr üçün 4 ay staj olmalıdır. Əgər bu
staj əlil olana qədər toplanan stajdan azdırsa həmin şəxs əlilliyə
görə pensiyaya çıxa bilmir. Çox olduqda isə bu hüququ qazanır. Bir şərtlə ki, cəmi staj 5 ildən az
olmasın.
Əlilliyə görə əmək
pensiyasının baza
hissəsinin məbləği
yaşa görə əmək pensiyasının
baza hissəsinin məbləği ilə müqayisədə təyin
edilir. I qrup əlillərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə
pensiyanın baza hissəsi yaşa görə əmək pensiyasının baza hissəsinin 120 faizi (I qrup gözdən əlillərə və bu sıradan olan sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə
200 faizi), II qrup əlillərə 100 faizi,
III qrup əlillərə
isə 55 faizi həcmində müəyyən
edilir. Hazırda yaşa görə
əmək pensiyasının
baza hissəsi 100 manatdır. Əgər şəxs I qrup
əlil kimi pensiyaya çıxırsa
onun pensiyasının
baza hissəsi 120 manatdan hesablanacaq. I qrup əlil
gözdən əlildirsə
pensiyanın baza hissəsi 200 manat olur. II qrup
əlillərdə 100 manat,
III qrup əlillərdə
isə 55 manat həcmindədir.
Pensiyalar hesablanan zaman
baza hissənin üzərinə sığorta
hissəsi də gəlinir.
"Əmək
pensiyaları haqqında"
qanuna əsasən əlilliyə görə
əmək pensiyasının
sığorta hissələrinin
hesablanmasında gözlənilən
pensiya ödənişi
müddətinin aylarının
sayı sığorta
davamiyyəti əmsalına
vurulur.
Sığorta davamiyyəti əmsalı
əlilliyə görə
əmək pensiyası
üçün tələb
olunan sığorta stajı aylarının sayının 184-ə olan
nisbəti şəklində
müəyyənləşdirilir.
Məsələn,
yuxarıdakı misalda
43 yaşlı sığortaolunanın
sığorta davamiyyəti
əmsalı həmin
yaşda olan şəxsə əlilliyə
görə əmək
pensiyasının təyin
edilməsi üçün
tələb olunan 112
ay (9,4 il) sığorta stajının
184-ə olan nisbəti
şəklində müəyyənləşdirilir.
Burada 112 rəqəmi
184-ə bölünür və
0,6087 əmsalı alınır.
Qaydalara görə, əmsal (0,6087) gözlənilən pensiya ödənişi müddətinin sayına vurulur və alınan məbləğ
əlil olan şəxsin fərdi hesabının sığorta
hissəsində toplanan
pensiya kapitalını
bölünür. Bu misalda gözlənilən
pensiya ödənişi
müddəti 144 aydır.
Bu rəqəm əmsala
vurularaq 87,65 alınır. Sonra əlil olan şəxsin fərdi hesabının sığorta
hissəsində toplanan
5680 manat pensiya kapitalı 87,65-ə bölünür. Alınan
64,8-in üzərinə
pensiyanın baza hissəsi, yəni 100 gəlinir. Ümumiləşdirsək,
yuxarıdakı misalda
2-ci qrup əlil olan şəxsə 164,8 manat pensiya
təyin edilir.
Qanunvericilik ümumiyyətlə əmək pensiyası təyin edilən zaman şəxsin əlil olmasını nəzərə alır.
Bu hallar əmək
pensiyalarına əlavələrdə
nəzərdə tutulub.
Əmək pensiyalarına əlavələr
iki qrupa bölünür - əmək
pensiyasının baza
hissəsinə əlavələr
və qulluq stajına görə əmək pensiyasına əlavələr.
Məsələn,
ikinci qrup əlil olan və əmək pensiyası təyin edilən işləməyən
şəxsin öhdəsində
iki azyaşlı uşaq var. Həmin şəxsin əlilliyə
görə əmək
pensiyasının baza
hissəsinin üzərinə
hər bir uşaq üçün yaşa görə əmək pensiyasının
baza hissəsinin 5 faizi məbləğində,
cəmi əmək pensiyasının baza hissəsinin 10%-i qədər əlavə hesablanır.
Əlavələr digər güzəştlər
də var.
Beləliklə, qanunvericilik əlil
olan insanların həm daha tez
pensiyaya çıxmasına,
həm də bütün ağır şərtlər nəzərə
alınaraq əlavələr
almasına imkan verir.
Vasif CƏFƏROV
Ekspress.-2014.- 14 fevral.- S.9.