Abbas Mirzənin yadigarını itirdik...

 

Sevimli aktrisamız, xalq artisti Firəngiz Şərifova dünən səhər ürək çatışmazlığından dünyasını dəyişdi

 

Xalq artisti, tanınmış aktrisa Firəngiz Şərifova dünyasını dəyişib. Aktrisanın nəvəsi Eldar Qasımovun məlumatına görə, F.Şərifova dünən səhər saatlarında keçinib. Sevimli aktrisamızın ölümünə ürək çatışmazlığı səbəb olub.

   Saat 14-də Teatr Xadimləri İttifaqının "Aktyorlar Evi"ndə xalq artisti ilə vida mərasimi keçirilib. Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Səbail rayonun icra başçısı Asif Əsgərov, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Şəfiqə Məmmədova, Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemətov, xalq artistləri Hacı İsmayılov, Tariyel Qasımov, Ağaxan Salmanov, Yasin Qarayev və digər sənət adamları, ictimai xadimlər, mərhumun ailə üzvləri iştirak edib.

   Vida mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qeyd edib ki, F.Şərifova biri-birindən maraqlı obrazları ilə tamaşaçıların rəğbətini qazanıb: "Onun bir-birindən maraqlı kinoteatr obrazları bu günsevilir. Firəngiz xanım teatrı və ümumilikdə Azərbaycan mədəniyyətini çox sevən bir insan idi. Bu gün biz onunla atasının adını daşıyan aktyorlar evində vidalaşırıq. Amma onun xatirəsi həmişə bizim xatirimizdədir. Allah rəhmət eləsin".

   Daha sonra çıxış xalq artisti Azər Paşa Nemətov bildirib ki, F.Şərifova ilə uzun illər bir yerdə çalışıb: "Firəngiz xanım gözəl həyat yaşayıb. O, xoşbəxt insanböyük aktrisa idi. Onun teatrda əvəzolunmaz rolları vardı. Firəngiz xanım daima yaddaşlarda qalacaq sənətkardır".

   Vida mərasimində Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov, xalq artisti Ağaxan Salmanov və başqaları çıxış edərək mərhumla bağlı xatirələrini bölüşüblər.

   Ailə üzvləri adından mərhumun nəvəsi Eldar Qasımov danışıb: "Bu, təkcə bizim ailənin yox, Azərbaycan xalqının itkisidir. Mən onun haqqında xalq artisti kimi yox, qayğıkeş və mehriban nənə kimi danışa bilərəm. Nənəm öz sənətini və insanları çox sevirdi. Yerin cənnət olsun, nənə!"

   Vida mərasimindən sonra xalq artisti II Fəxri Xiyabanda dəfn olunub.

   Xatırladaq ki, Firəngiz Şərifova "Eurovision" qalibi Eldar Qasımovun nənəsidir. Bununla bağlı Eldar Qasımov dünənə nəzərdə tutulan konsertini təxirə salıb. O, konsertini başqa günə keçirəcək nənəsinin xatirəsinə həsr edəcək.

   Firəngiz Şərifova 6 fevral 1924-cü ildə Bakıda xalq artistləri Abbas Mirzə Şərifzadə Mərziyə Davudovanın ailəsində dünyaya gəlib. 45 yaşlı Abbas Mirzə Şərifzadə şəxsiyyətə pərəstiş dövründə haqsız yerə tutulub 16 noyabr 1938-ci ildə "xalq düşməni" kimi güllələnib. 1956-cı ildə isə ona bəraət verilib. Mərziyyə Davudova (1901-1961) 1948-ci ildə Sovet dövlətinin teatr sahəsində ən böyük fəxri titulu olan SSRİ xalq artisti adına layiq görülüb.

   Firəngiz Şərifova 1941-ci ildə ailəsinin yaxın dostu xeyirxahı Üzeyir bəy Hacıbəyovun məsləhəti ilə Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) vokal fakültəsinə daxil olub. Dramaturq Cəfər Cabbarlının təkidi atası Abbas Mirzənin razılığı ilə səhnədə 8 yaşında "Oqtay Eloğlu"da Sevər bir az sonra "Sevil"də Gündüz rollarında çıxış edib. Firəngiz xanım 1947-ci ilin əvvəllərində Cəlil Məmmədquluzadə adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına qəbul olunub, daha sonra Xalq Maarif Komissarlığı İncəsənət İşləri İdarəsinin (bugünkü Mədəniyyət Nazirliyi) sərəncamına əsasən köçürülmə yolu ilə Gənc Tamaşaçılar Teatrının truppasında aktyor işləməyə başlayıb. 1960-cı il may ayının 5-də Akademik Milli Dram Teatrına işə götürülüb. O bu sənət ocağında 1965-ci il aprel ayının 1-nə qədər işləyib qısa müddət ərzində parlaq sənət hadisəsinə çevrilən obrazlar yarada bilib. 1965-ci ildə yenidən Gənc Tamaşaçılar Teatrına qayıdıb uzun illər burada çalışıb.

   Firəngiz Abbas Mirzə qızı Şərifova milli səhnə mədəniyyətimizin inkişafında göstərdiyi böyük xidmətlərə görə 24 may 1960-cı ildə Azərbaycan SSR-in əməkdar artisti, 25 dekabr 1969-cu ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. O, Musiqili Komediya Teatrında Gülçöhrə ("Arşın mal alan", Üzeyir bəy Hacıbəyov), Durna ("Durna", dramaturq Süleyman Rüstəm bəstəkar Səid Rüstəmov), Ulduz ("Ulduz", dramaturq Sabit Rəhman bəstəkar Süleyman Ələsgərov), Keto ("Keto Kote", Vladimir Dolidze), Bayadera ("Bayadera", İmre Kalman), Akademik Milli Dram Teatrının səhnəsində Perdidata ("Qış nağılı", Vilyam Şekspir), Həcər ("Qaçaq Nəbi", Süleyman Rüstəm), Rəfiqə Rəhimli ("Alov", Mehdi Hüseyn), Ket ("Gözəllik sevgi adası" ("Afrodita adası", Aleksis Parnis), Erfila ("Dəlilər", Lope de Veqa), Gülgün ("Od gəlini", Cəfər Cabbarlı), Gənc Tamaşaçılar Teatrında Gülzar ("Tamahkar", Süleyman Sani Axundov), Kraliça ("Qarlar Kraliçası", Hans Xristian Andersen), Zənci qadın Darotti ("Tom dayının koması", Biçer Stou), Aqadaya Tixonovna ("Evlənmə", Nikolay Qoqol), Sərvinaz ("Aqil Sərvinaz", Əyyub Abbasov), Mətanət ("Çiçəkii dağ", Məmmədhüseyn Təhmasib), Julyar ("İki veronalı", Vilyam Şekspir), Gülbahar ("Anacan", Yusif Əzimzadə), Yasəmən ("Qaraca qız", Abdulla Şaiq), Şərəfnisə ("Müsyö Jordan dərviş Məstəli şah", Mirzə Fətəli Axundzadə), Zerbinetta ("Skapenin kələkləri", Jan Batist Molyer), Yaqut ("Yaşar", Cəfər Cabbarlı), Ceınına ("Ovod", Etil Voyniç), Fitnə, Ana Vətən, ("Fitnə" "E1 oğlu", Abdulla Şaiq), Məhsəti Gəncəvi ("Rübailər aləmində", Məmmədhüseyn Təhmasib), Yetər ("Hacı Qəmbər", Nəcəf bəy Vəzirov), Beatriça Rasponi ("İki ağanın bir nökəri", Karlo Haldoni), Həmidə ("Keçən ilin son gecəsi", Anar), Qızyetər ("Komsomol poeması", İsgəndər Coşqun. Səməd Vurğunun eyniadlı poeması əsasında), Mədinə, Ağabəyim ("Mənim nəğməkar bibim" "Yazığam, sevmə məni", Əkrəm Əylisli), Təhminə ("Söhrab Rüstəm", İsgəndər Coşqun. Firdovsinin "Şahnamə" poeması əsasında), Ayşa Ana ("Fudzi dağında qonaqlıq", Çingiz Aytmatov Kaltey Məhəmmədcanov), Məşədixanım (" dəvə", Elçin) kimi maraqlı rollar oynayıb.

   Firəngiz Şərifova gənc yaşlarından başlayaraq "Azərbaycanfilm" kinostudiyasında istehsal olunan "Qaraca qız" (Yasəmən), "Bir ailəlik bağ evi" (Ana), "Bayquş gələndə" (Nənə), "Qərib cinlər ölkəsində (Tükəz), "Qətl günü" (Nənə) kino lentlərində müxtəlif rollara çəkilib.

   Biz qəzetimizin kollektivi oxucuları adından mərhuma Allahdan rəhmət, yaxınlarına səbr diləyirik.

 

   Allah rəhmət eləsin!

 

    Ekspress.-2014.- 21 fevral.- S.23.