"Özümü
heç vaxt aktyor kimi görməmişəm"
Azərpaşa Nemətov: "Aktyora
sərbəstlik verməsən,
oynaya bilməz"
"Aktyora səhnədə sərbəstlik verməsən, o, ümumiyyətlə, oynaya bilməyəcək". Tanınmış teatr rejissoru, Azərbaycan Teatr Xadimləri İttifaqının rəhbəri, xalq artisti Azərpaşa Nemətov belə hesab edir.
- Azərpaşa müəllim, Azərbaycanda peşəkar teatr sənətinin təşəkkül tapmasından 141 il keçir. Müasir Azərbaycan teatrını necə xarakterizə edərdiniz?
- 141 il çox rəngarəng keçib. Əgər söhbət müasir Azərbaycan teatrından gedirsə, mən yüksək qiymətləndirərdim. Teatrlarımız məhsuldar işləyirlər və yüksək səviyyəli tamaşaların sayı ilbəil artır. Hər hansı bir teatrı götürsək, xüsusən də Bakıda, görərik ki, çoxlu yeni tamaşalar təhvil verilib. Teatr işləyir, ona dövlət tərəfindən müəyyən diqqət və qayğı da var. Fəxri adlar, dövlət təqaüdləri, mükafatlar- bunlar qayğının göstəriciləridir. Eyni zamanda, teatrların texniki bazalarının yaxşılaşdırılmasına və zaman-zaman yeniləşdirilməsi istiqamətində böyük işlər görülür. Görün bu neçə ildə neçə-neçə teatr əsaslı təmir ounub və müasir texniki avdanlıqlarla təchiz olunub. Teatrlarımız dünyanın ən adlı-sanlı teatrları ilə rəqabət aparmaq gücündədir. Tamaşaların da keyfiyyəti günü-gündən yaxşılaşır. Son zamanlar mən o qədər yüksək səviyyəli tamaşalara baxmışam ki, saylarını itirmişəm. Bu da yüksək göstəricidən xəbər verir.
- Güclü gənc nəslin yetişdiyini dediniz. Amma teatrlarımız hələ də gənc kadr çatışmazlığından əziyyət çəkir. Tarazlığın pozulması sizcə, nəylə bağlıdır?
- Tarazlıq pozulmayıb. Sadəcə olaraq teatrlar öz planları üzrə fəaliyyət göstərirlər. Gənc aktyorlarla teatrlar arasında təmas olmalıdır. Digər tərəfdən, teatrların əksəriyyətinin rəhbərləri Mədəniyyət və İncəsənət Universitetinin professorları, dosentləri və kafedra müdirləridir. Mənim orada yetişən gənc aktyorların və rejissorların nəyə qadir olmalarından xəbərim var. İstər oğlan, istərsə də qızlar çox istedadlı gənclərdir. Özü də çox müasir aktyorlardır. Bu gün teatr sənətində aktyora lazım olan bütün keyfiyyətləri özlərində cəmləşdiriblər. Bu da Mədəniyyət və İncəsənət Universitetinin uğurudur.
- Gənclər əyalət teatrlarına getməyə maraq göstərmirlər. Rayon teatrlarının rəhbərləri gileylənir ki, gənc kadrları Bakıya oxumağa göndərirlər, lakin onlar oxuyub qurtarandan sonra rayona qayıtmırlar. Ümumiyyətlə, əyalət teatrlarının problemləri ilə maraqlanırsınız?
- Əyalət teatrlarının problemləri daha çoxdur. Nəyə görə? Əvvəla, Sovetlər vaxtında rayonlara aktyor işləməyə gedəndə, adamı yataqxanada yerlə təmin edirdilər. Müəyyən vaxt keçəndən sonra da ev verirdilər. Amma indi ev verilmir. Bu gün gənc aktyor rayona gedib az maaşla kirayədə qala bilməz, axı. İkincisi, aktyor təhsil alandan sonra, əlbəttə ki, paytaxtda qalıb işləmək arzusunda olur. Bu, təbiidir. Qala bilirsə, qalsın. Yox qala bilmirsə, rayona qayıtması üçün ona şərait yaradılmalıdır. Hesab edirəm, rayonlardakı teatrlar elə səviyyəyə qaldırılmalıdır ki, ümumiyyətlə, "əyalət" sözü işlənməməlidir. Mənim bu sözdən heç xoşum gəlmir. O zaman heç bir problem olmayacaq. Bir şeyi də nəzərdən qaçırmayaq ki, paytaxt teatrları rayonların teatrlarının aktyorlarından çox bəhrələniblər. Həmçinin Azərbaycanın bölgələrində fəaliyyət göstərən teatrların aktyorlarının da mərkəzdəki teatrların aktyorları kimi yaşamağa haqqı var.
- Ancaq bir çox məsələlərdə əyalət teatrlarının aktyorları diqqət və qayğıdan kənarda qalırlar...
- Mən bilirəm ki, bu gün Lənkəranda teatra böyük maraq göstərirlər
- O da yerli təşkilatların
hesabına...
- Təbii ki, belə də
olmalıdır. Misal üçün, Şəki
Teatrı da güclü teatrlardandır,
o cümlədən Gəncə
Dövlət Dram Teatrı...
Birinci, əlbəttə ki, kadr məsələsidir.
Kadr məsələsinin həlli
üçün də
şərait yaxşılaşdırılmalıdır.
- Elə tanınmış əyalət
teatrı var ki, bir nəfər
də olsun, fəxri adı olan aktyoru yoxdur.
Aktyorlara
fəxri adların verilməsində tarazlıq
nə üçün
pozulur? Ümumiyyətlə, aktyorlara fəxri
adların verilməsində
Teatr Xadimləri İttifaqının rolu nə dərəcədədir?
- Fəxri adların verilməsi teatrların rəhbərliyi
ilə Mədəniyyət
və Turizm Naziriyinin nəzarətində
olan işdir. Çünki teatrlar nazirliyin
tabeçiliyindədir. Azərbaycan Teatr Xadimləri İttifaqının əsas
məqsədi isə odur ki, üzvlərimizin
problemləri ilə məşğul olaq.
Bundan başqa, biz festivalların
təşkili ilə məşğul oluruq.
Başqa
ölkələrdə keçirilən
festivallarla təmas yaradırıq. Yəni
aktyorlara fəxri adların verilməsi birbaşa teatrların rəhbərlərindən asılı
məsələdir...
- Əvvəllər
aktyorluq sənətinə
gələn gənclərin
xarici görünüşünə,
səsinə, oyununa diqqət olunurdu. Ancaq indi, görünür,
belə şeylərə
o qədər də fikir vermirlər...
- Hamının
İncəsənət Universitetinə
qəbul olunmaq hüququ var. Rolu isə rejissor bölür. Hər rolu da obrazı yarada biləcək aktyora verir. Ancaq təbii ki,
bu dediyiniz amillər də nəzərdə tutulmalıdır.
- Deyilənə
görə, sizi də sənətə təzə gələndə
çox incidiblər?
- Mən İncəsənət Universitetini
bitirəndə, diplom
tamaşasını Gənc
Tamaşaçılar Teatrında
hazırlamışdım. O zaman bu tamaşanı
çox bəyənmişdilər.
Fikirləşirdim ki, gənc,
istedalı rejissor kimi, məni bir çox teatrlar dəvət edərlər. Lakin dəvət
etmədilər və
məni Gənc Tamaşaçılar Teatrına
rejissor assisenti kimi qəbul etdilər. Sonra çətinliklə də olsa, bir-iki
tamaşa hazırladım.
Ancaq gördüm ki, bu gedişlə işləyə bilməyəcəyəm.
Bir dəfə deyəsən,
televiziyada eşitdim ki, Leninqrad Gənc
Tamaşalar Teatrı
5-6 tamaşa hazırlayan
gənc rejissorları
praktikaya dəvət edir. Sənədlərimi hazırlayıb göndərdim
ora. O zamanlar Leninqrad Gənc Tamaşaçılar Teatrı
dünyanın məşhur
teatrlarından biri idi və mənə
təklif etdilər ki, həmin teatrda qalım. Beləliklə 1973-cü ildən 1978-ci ilə kimi qalıb
orda işlədim.
- Bəs niyə qayıtdınız?
- Rəhmətlik
Tofiq Quliyev atamın ən yaxın dostu idi. Görünür anam ona gileylənibmiş. Anam da, Tofiq əmi də qayıtmağımı
təkid etdilər.
Amma mən orda böyük
sənətlə məşğul
idim. Teatra səhər girib
axşam çıxırdım.
Bəzən mənim rusca
danışmağıma ilişirdilər
ki, guya mən gürcü şivəsi ilə danışıram. Mən də
hirslənirdim, deyirdim
ki, "siz öz dilinizdə təmiz danışın,
mənimlə işiniz
olmasın. Mən sənin
dilində aksentlə danışıram, ancaq öz dilimdə təmiz danışıram".
Buna baxmayaraq, mənim orda çox böyük hörmətim vardı.
Mənə ev
verdilər. Həyatımın maraqlı çağları
o illərə təsadüf
edir. Çünki böyük bir
teatr məktəbi ilə rastlaşmışdım.
Orada teatr sənəti ilə bağlı çoxlu biliklərə yiyələndim, böyük
məktəb keçdim.
Həmin
teatrda böyük sənətkar Tovstonoqov işləyirdi. Vaxtilə mənimlə
bərabər İqor
Vladimirovun teatrında
çalışan gənc
rejissorlar indi Rusiyanın ən tanınmış sənətçiləridir.
- Rusiyanın aktyorları və rejissorları ilə bizimkilərin arasında hansı fərqlər var?
- Mənə elə gəlir ki, orda qayda-qanun
bura nisbətən daha çoxdur. Heç bir aktyor ömründə
tamaşaya, məşqə
gecikməz. Aktyorun problemi
oldu-olmadı, səhnəyə
çıxmalıdır. Orda rejissora böyük hörmət var.
- Ordan qayıdandan sonra Bakı mühitinə uyğunlaşmaqda çətinlik
çəkmədiniz ki?
- Bakı mühitinə uyğunlaşmağımda
çox çətinliklər
yaranıb. Elə indinin özündə də çətinliklər
var... Yəni bir tamaşa
hazırlanıb təhvil
verilənədək bütün
teatr rejissora tabe olmalıdır. Yaradıcı heyət, texniki
qrup və təbii ki, teatrın rəhbərliyi.
Misal üçün, tamaşanın
uğurlu alınması
üçün fikirləşdiyini
həyata keçirmək
bizdə mümkün
deyil. Amma Leninqrad Gənc
Tamaşaçılar Teatrında
elə deyildi. Rejissor bütün istədiklərini həyata
keçirə bilirdi...
- Eşitdiyimizə
görə, səhhətinizdə
problemlər var...
- Vaxtilə infarkt keçirmişəm.
Bu "Mənim sevimli dəlim" tamaşasının məşqində
olub. Sonra bir dəfə
də işemiya keçirmişəm.
- Nə əcəb özünüzü
aktyor kimi sınamamısınız? İndi dəbdədir,
rejissor aktyorluq edir, aktyor rejissorluq.
- Mən özümü heç vaxt aktyor kimi
görməmişəm. Rejissorluq və
aktyorluq tamamilə bir-birindən fərqlənən
sənətlərdir. Bir də, rejissor sənəti 20-ci əsrdə
çox inkişaf edib, əvvəllər rejissor təşkilatçı,
idarəçi sayılırdısa,
dönüb sırf yaradıcı oldu. Bu sənətin çoxlu
özünəməxsus gözəlliyi
və özəlliyi
var.
- Elə rejissorlar var ki, aktyoru dar
çərçivədə saxlamağa meyllidir. Yəni ona səhnədə sərbəst olmağa imkan vermir. Sizdə necədir?
- Mən aktyora improvizasiya etməyə şərait
yaradıram. Aktyora səhnədə sərbəstlik verməsən,
o, ümumiyyətlə, oynaya
bilməyəcək.
AYXAN
Ekspress.-2014.- 22-24
fevral.- S.21