Yoxsulluq necə azaldılır?
Qaçqın və məcburi
köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya
ehtiyacı olan təbəqələrinin problemlərinin
işıqlandırılması
Hər bir ölkədə olduğu kimi Azərbaycanda da ən böyük sosial problemlərdən biri yoxsulluqdur. Yoxsulluq insanların aşağı səviyyədə həyat tərzi sürməsinin göstəricisidir və belə ağır vəziyyətdə yaşayanların sayının çox olması ölkənin iqtisadi və sosial cəhətdən inkişafına böyük əngəllər yaradır. Buna görə də hər bir dövlət kimi Azərbaycan dövləti də öz imkanlarından istifadə edərək ölkədə yoxsulluq səviyyəsinin iləbil azalmasına çalışır.
Bu məqsədlə dövlət 2 böyük proqram qəbul edərək həyata keçirir. O proqramlardan birincisi olan "2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı"nın icrası artıq başa çatıb. 2007-ci ildə isə daha bir proqram qəbul edilib və həmin proqram 2008-2015-ci illəri əhatə edir. 2015-ci ilin sonunda ikinci proqramın da icrası başa çatacaq.
Hər iki proqramın icrası ölkəmizdə yoxsulluq probleminin həlli istiqamətində xüsusi əhəmiyyətə malik olub. Yoxsulluqla mübarizə məqsədilə adıçəkilən proqramların qəbul edilməsi təsadüfi deyil. 2000-ci ilin sentyabrında Nyu-Yorkda BMT-nin təşkilatçılığı ilə 147 ölkənin başçısı Minilliyin sammitinə toplaşaraq, Minilliyin İnkişaf Məqsədlərini əks etdirən birgə Bəyannamə imzaladı və bununla da yoxsulluğun azaldılması məsələlərini özlərinin 2015-ci ilə qədər öhdəlikləri kimi müəyyənləşdirdi. Bəyannamədə göstərilən vəzifələri həyata keçirmək üçün 18 hədəf və 48 göstəricini özündə əks etdirən 8 qlobal məqsəd müəyyənləşdirildi. Həmin qlobal məqsədlərdən birincisi məhz ifrat yoxsulluq və aclıq içində yaşayan dünya əhalisinin sayının yarıyadək azaldılmasını nəzərdə tutur.
Minilliyin Bəyannaməsinə qoşulan bir ölkə kimi, Azərbaycan da bu öhdəliyin ölkə şəraitinə uyğun şəkildə həyata keçirilməsini təmin etmək məqsədilə yuxarıda adı çəkilən Dövlət Proqramını qəbul edib.
Bəs, yoxsulluq nədir və o necə müəyyənləşdirilir?
Yaşayış minimumuna əsaslanan
yoxsulluq
Yoxsulluq səviyyəsi müəyyən edilən zaman əsas meyar kimi istehlak səbətində nəzərdə tutulal mal və xidmətlərdən istifadə səviyyəsi əsas götürülür. Əgər insanların gəliri və istifadə etdiyi xidmətlər Azərbaycan Nazirlər Kabinetinin 2009-cu ildə təsdiq etdiyi normalara uyğun deyilsə, o halda həmin insanlar yoxsul səviyyədə yaşamış hesab edilir. Deməli, yoxsulluq minimum səviyyədə qidalanmanın, zəruri qeyri-ərzaq malları ilə təminatın və lazımı xidmətlərin (mənzil, kommunal, təhsil, səhiyyə və s.) olmamasının göstəricisidir. Minimum istehlak səbətinin tələblərinə əsasən insan ərzaq, qeyri-ərzaq və xidmətlərlə elə səviyyədə təmin olunmalıdır ki, onda fiziki və mənəvi zəifləmə baş verməsin.
Bunun üçün insanların gəliri istehlıak səbətinin dəyərindən az olmamalıdır. İstehlak səbətinin dəyəri dedikdə isə yaşayış minimumu nəzərdə tutulur. Hər il ilin əvvəlində statistik məlumatlardan və ev təsərrüfatlarının tədqiqatının nəticələrindən istifadə etməklə Milli Məclis yaşayış minimumunu müəyyənləşdirir. Onun əsasında il ərzində ölkəmizdə bu həddən aşağı nə qədər insanın, yəni yoxsul vətəndaşın olduğu müəyyən edilir.
2013-cü ilin sonuna olan məlumata
görə, Azərbaycanda
əhalinin 5,6 faizi yoxsuldur. Bu da ümumdünya yoxsulluq səviyyəsindən
təxminən 3,57 dəfə, inkişaf etməkdə olan ölkələrlə müqayisədə
isə 4,46 dəfə
aşağıdır. Dünyada yoxsulluğun
orta səviyyəsi
20, inkişaf etməkdə
olan ölkələrdə
25 faiz təşkil edir.
Azərbaycanda yoxsulluq həddi
ilə bağlı ən böyük mübahisə doğuran məsələ istehlak səbətinin tərkibi ilə bağlıdır.
Həm hökumət, həm də müstəqil ekspertlər etiraf edir ki, istehlak
səbətinin tərkibi
və orada olan mal və xidmətlər üzrə
normalar kasaddır.
Əksər mütəxəsislərin
fikrincə istehlak səbətinə daxil edilən həm mal və xidmətlərin çeşidi çoxaldılmalı,
həm də müəyyənləşdirilən minimum norma artırılmalıdır.
Əgər bu baş verərsə istehlak səbətinin dəyəri,
yəni yaşayış
minimumu 125 manatdan daha böyük olar. Bu halda
isə ölkəmizdə
yoxsul insanların sayının daha çox olması üzə çıxar.
İndi yoxsulluq problemi ilə bağlı dövləti ən çox məhz istehlak səbətinin tərkibinə görə
tənqid edirlər.
Yoxsulluğun azaldılması üçün
atılan addımlar
Tənqidlərə baxmayaraq qeyd
edək ki, dövlət son illərdə
yoxsulluq səviyyəsinin
azaldılması istiqamətində
çox mühüm addımlar atıb. Əgər belə olmasaydı 2002-ci ildən
bəri əhalinin yoxsul olan hissəsi
46,7 faizdən 5,6 faizə qədər azalmazdı.
"Azərbaycan
Respublikasında yoxsulluğun
azaldılması və
davamlı inkişaf Dövlət Proqramı"nın icrasına başlanıldığı 2002-ci ildə ölkəmizdə
yaşayış minimumu
adambaşına 35 manat
idi. Həmin ildə əhalinin 46,7 faizi yoxsulluq
səviyyəsində yaşayırdı.
Dövlət Proqramının
həyata keçirilməsi
nəticəsində 2005-ci ildə yoxsulluq səviyyəsi 2002-ci ildəki
46,7 faizdən 29,3 faizə endirildi. Sonrakı illərdə bu istiqamətdə nailiyyətlər daha da artırıldı və 2007-ci ilin axırına yoxsulluq səviyyəsi 15,8 faiz təşkil etdi. 2013-cu ildə isə yaşayış minimumu 116 manata qaldırımasına baxmayaraq,
yoxsulluq həddi 5,6 faizə düşdü.
2002-2013-cü illər ərzində
yaşayış minimumu
3,31 dəfə artdığı halda yoxsulluq həddi 8,3 dəfə azaldı.
Yoxsulluq həddinə daha
yaxın olan sosial qruplardan biri pensiyaçılardır.
Ötən müddətdə pensiyaçıların təqaüdlərinin
artırılması istiqamətində
ciddi tədbirlər görülüb. 2002-ci ildən minimum pensiya 10 manat idi. 2014-cü ildə artıq 100 manata çatıb. Minimum pensiya 10 dəfə artırılıb. Yaşayış minimumu bu müddətdə
35 manatdan 125 manata çatdırılıb. Deməli, pensiyaların minimum hissəsi
yaşayış minimumunu
nisbətən daha çox artıb.
Artım orta pensiyalarda
da müşahidə edilib. 2002-ci ildə 15 manat olan orta pensiyanın
məbləği 2013-cü ilin sonunda 170 manata yüksəlib.
2002-ci ildə orta pensiya yaşayış minimumundan 2,3 dəfə az olduğu halda 2013-cü ilin sonunda pensiyaçılar
üçün yaşayış
minimumunu 1,7 dəfə
ötdü.
Tədqiqatlar göstərir ki,
uşaqlar, çoxuşaqlı
ailələr ən yüksək yoxsulluq riskinə malik qruplardandır. Ev təsərrüfatlarında
uşaqlarla əlaqədar
əlavə xərclər
tələb olunduğundan
həmin ailələrdə
böyüklərin gəlir
əldə etmək imkanlarını yaxşılaşdırmaqla
yoxsulluq riskini azaltmaq mümkündür.
Eyni zamanda aztəminatlı uşaqlı ailələrin
zəruri yardımlarla
təmin edilməsi məqsədilə onların
sosial müdafiəsinin
gücləndirilməsi tədbirləri
həyata keçirilməlidir.
Çoxuşaqlı ailələrdə yoxsulluq riskinin daha yüksək olması sosial xərclərin nisbətən
aşağı yaş
qrupunda olanlara və uşaqlı ailələrə istiqamətləndirilməsini
zəruri edir.
Yoxsulluq sosial məsələlərlə
yanaşı həm də iqtisadi məsələdir. Yoxsulluğun azaldılması yalnız
iqtisadi siyasət sahəsində həyata keçirilən tədbirlər
nəticəsində əldə
edilməsə də,
iqtisadi artım və makroiqtisadi sabitlik kimi məsələlər
yoxsulluğun azaldılmasına
zəmin yaradaraq, çoxşaxəli və
davamlı inkişaf tempinin təmin edilməsində mühüm
amildir.
İqtisadi artımın davamlılığını
təmin edən ən başlıca cəhətlərdən biri
iqtisadi inkişafın
sahəvi və coğrafi diversifikasiyasıdır.
Bu baxımdan, qeyri-neft sektorunun inkişafı, həmçinin,
regionların tarazlı
inkişaf etdirilməsi
xüsusi önəm daşıyır. Məhz dayanıqlı
iqtisadi artım makroiqtisadi sabitliyin əsasını təşkil
etməlidir.
Makro səviyyədə iqtisadi sabitliyin qorunub saxlanılması ölkənin bütün
dövlət xərclərinin
davamlı və inflyasiya yaratmayan şəkildə idarə
edilməsini tələb
edir. Tədqiqatlar
göstərir ki, inflyasiyanın sürətli
artımı ilk növbədə
əhalinin yoxsul təbəqələrinə daha
ağır zərbə
vuraraq, yoxsulluq həddindən bir az yuxarı
səviyyədə olan
ailələrin yoxsulluğa
düçar olmalarına
gətirib çıxarır.
Bu baxımdan makroiqtisadi sabitlik, davamlı olaraq iqtisadi artımın təmin edilməsi, ölkənin gəlir və xərclərinin səmərəli idarə
edilməsi mühüm
əhəmiyyətə malikdir.
Dövlət
2009-cu ildən etibarən
ölkədə təkrəqəmli
inflyasiyaya nail olub. 2016-cı ilə qədər
təkrəqəmli inflyasiyanın
qalacağı güman
edilir.
Məlum olduğu kimi,
işsizlik yoxsulluğu
yaradan əsas amillərdən biridir.
Azərbaycan dövləti məşğulluq
siyasətində aktiv
və passiv tədbirlər vasitəsilə
işsizlərə yardım
göstərilməyə çalışır.
Passiv tədbirlər, əsasən,
işsizliyə görə
müavinətlərin verilməsindən
ibarətdir. 2013-cü ildə işsizlik müavinətinin orta məbləği 268,5 manat təşkil edib. Aktiv tədbirlər isə,
əsasən, peşə
təlimlərinin təşkil
edilməsi, əmək
yarmarkalarının keçirilməsi
və sair kimi çoxsaylı tədbirləri əhatə
edir və əsasən, əmək bazarının təşkilinə
və təkmilləşdirilməsinə,
işçi qüvvəsinin
iqtisadiyyatın tələblərinə
uyğunlaşdırılmasına yönəlib.
Digər mühüm məsələ
əməkhaqqının tənzimlənməsi
mexanizminin təkmilləşdirilməsidir.
Azmaaşlı və azməhsuldar iş yerlərinin çoxluğu
məşğul əhalinin
yoxsulluq riskini azaltmağa imkan vermir. Məşğul əhali arasında
yoxsulluq riskini azaltmaq üçün
son illərdə minimum əməkhaqqının
artırılması istiqamətində
müvafiq tədbirlər
həyata keçirilib.
Belə ki, 2003-cü ildən minimum əməkhaqqı
mərhələlərlə artırılaraq, 5,5 manatdan 2013-cü ilin sonunda 105 manata çatdırıldı. Minimum
əməkhaqqında artım
20 dəfə olub.
Dövlət nəzərdə tutduğu tədbirlər hesabına 2016-cı ilə
qədər yoxsulluğun
səviyyəsinin 8 faizə
qədər azaldılmasını
hədəfləyirdi. Artıq bu hədəfə
nail olunub. Lakin bununla belə
yoxsulluğun azaldılması
məqsədilə tədbirlər
davam etdiriləcək.
2016-cı ilə qədər
qeyri-neft sektoru üzrə ÜDM-nin artımının 7-8 faizdən
az olmamasına
çalışılacaq. Məhz qeyri-neft sektoru məşğul əhalinin
böyük əksəriyyətinin
cəmləşdiyi sahədir.
Son 3 ildə qeyri-neft
sektoru üzrə artım 7 faizdən yüksək olub.
Bununla bərabər dövlət
2016-cı ilə kimi işsizlik səviyyəsinin
3-4 faizə düşürülməsini
çalışacaq. Hazırda əmək qabiliyyətli əhalinin 5 faizindən bir qədər artığı işsiz sayılır.
Nəhayət, digər vacib
hədəf kimi
minimum əməkhaqqının və minimum pensiyanın yaşayış minimumuna
çatdırılmasını müəyyənləşdirilib. Bunlarla bərabər dövlər
ünvanlı sosial yardımın müəyyənləşdirilməsi
üçün istifadə
edilən ehtiyac meyarının həddinin
yaşayış minimumuna
çatdırılması hədəflənir. Dövlət müəyyənləşdirildiyi hədəflərinə çatacağı
təqdirdə Azərbaycanda
yoxsulluq səviyyəsi
bir qədər də azalacaq.
Vasif CƏFƏROV
Ekspress.-2014.- 25 fevral.- S.9.