Arxa oldu daşnağa
neçə qaniçən zalım, Altı yüz on
üç nəfər şəhid verdi Xocalım.
Xocalı
adında...
Dünən xəritədə, bu yer üzündə,
Xocalı adında şəhərim vardı...
Yerlə-yeksan oldu o bircə gündə -
Xocalı adında şəhərim vardı...
Tikilirdi, qurulurdu günbəgün,
Sakinləri şad olurdu günbəgün,
Qəsd etdilər axı, ona nə üçün?
Xocalı adında şəhərim vardı...
Sakit yaşayırdı səkkiz
min adam,
Hər qırğından, hər
ölümdən gen adam,
Satqın qonşuları dost bildik
müdam,
Xocalı adında şəhərim
vardı...
Körpələri
mışıl-mışıl yatırdı,
Yuxusunda qızıl gülə
batırdı,
Ürəklərdə arzular boy
atırdı -
Xocalı adında şəhərim
vardı...
Gecə ikən gülləbaran
etdilər,
Dinc şəhərə
tankları yeritdilər,
Qanlar töküb, gülə-gülə
getdilər,
Xocalı adında şəhərim
vardı...
Beşiklərdə güllələndi
körpələr,
Nələr etdi başkəsənlər,
gör nələr,
Qan rənginə çaldı o
gün üfüqlər,
Xocalı adında şəhərim
vardı...
Girov götürüldü minlərlə
insan,
Yer-göy lərzə gəldi ana
ahından,
Cəlladlar doymadı tökülən
qandan,
Xocalı adında şəhərim
vardı...
Tanrı verən ömrü niyə aldılar?
İnsanları dağa-daşa
saldılar,
Azanlar meşədə həlak
oldular -
Xocalı adında şəhərim
vardı...
Niyə boğdu
Salatını anası?
Ömrü boyu yanasıdı,
yanası,
Dinc sakinlər qarda-buzda donası -
Xocalı adında şəhərim
vardı...
Bəşər görməmişdi
belə faciə,
Düşdü dərhal dildən-dilə
faciə,
Zərbə oldu yurda, elə faciə
-
Xocalı adında şəhərim
vardı...
Eşidənin əli qaldı
üzündə,
Meyitlər var idi çölün
düzündə,
Yaş tükəndi anaların
gözündə -
Xocalı adında şəhərim
vardı...
Çingiz Mustafayev hönkürdü necə?
Ölmüş uşaq, qoca
gördü o neçə...
Dəhşətli səhnəni
çəkdi beləcə -
Xocalı adında şəhərim
vardı...
Öldürüldü altı
yüz on üç nəfər,
Qoca, uşaq, qadın, çox igid
əsgər,
"Üç yüz
altmış altıncı"da qatillər -
Xocalı adında şəhərim
vardı...
Görməyibdir tarix hələ elə
gün,
Niyə qismət oldu elə belə
gün,
Düşdü aya,
düşdü ilə belə gün,
Xocalı adında şəhərim
vardı...
Məhv olmuş şəhərim,
Xocalım, haray",
İkinci poemam -
"Yalquzağ"ı say,
Faciədən xəbər tutdu
ulduz, Ay,
Xocalı adında şəhərim
vardı...
Xatirəsi yad edilsin qoy bu gün,
Bir dəqiqə sükut - ölənlər
üçün,
Saat on yeddidə - nə səs, nə
bir ün,
Xocalı adında şəhərim
vardı...
18
fevral 2004
Yaraşmır
Görəcəyin günlər
varmış həyatda,
Dərddən daş da
ağlayarmış həyatda,
Ürəkdə qəm
çağlayarmış həyatda,
Azərbaycan, bu hal sənə yaraşmır!
Məğlubiyyət, məlal sənə
yaraşmır!
Yağı çoxdan diş
qıcayıb üstünə,
Hamı bilir qəsdi nədir, qəsdi
nə,
Necə dözək
alovuna, tüstünə?
"Ayağa
qalx!"-bu hal sənə yaraşmır!
Məğlubiyyət, məlal sənə
yaraşmır!
Aman Allah, nələr
gördüm, gör nələr?
Susdurulub gülərüzlü
körpələr,
Yağı düşmən
torpağıma od ələr,
Yenilməz ol, bu hal sənə
yaraşmır!
Məğlubiyyət, məlal sənə
yaraşmır!
Eşidilmir Koroğlunun nərəsi,
Nəbilərin, ər oğlunun nərəsi,
Bu torpağın -yer oğlunun nərəsi,
Doğma yurdum, bu hal sənə
yaraşmır!
Məğlubiyyət, məlal sənə
yaraşmır!
Qayaları qalxan elə, vuruş sən,
Qəzəb ilə, nifrət ilə
vuruş sən,
Zəfərlər yaz aya, ilə,
vuruş sən,
Məmləkətim, bu hal sənə
yaraşmır!
Məğlubiyyət, məlal sənə
yaraşmır!
Odlar yurdu, odun yadı
yandırmır,
Yağıları
şaxtan niyə dondurmur?
Bu vuruşda möhkəm dayan, sayıq dur,
Sözünü de, bu hal sənə
yaraşmır!
Məğlubiyyət, məlal sənə
yaraşmır!
Ölməyibdir, hələ durur həmzələr,
Kürəyindən qəfil vurur həmzələr,
Gizli-gizli tələ qurur həmzələr,
Qeyrətə gəl, bu hal sənə
yaraşmır!
Məğlubiyyət, məlal sənə
yaraşmır!
Mərd yaşayıb axı
Oğuz elləri,
Suvarılıb qanla dağı,
çölləri,
Yaddan çıxmaz qəhrəmanlıq
illəri,
Qələbə çal! Bu hal sənə
yaraşmır!
Məğlubiyyət, məlal sənə
yaraşmır!
Dekabr
1993
Ağır dərd
İlahi, özün şahidsən,
Dərdi çəkmək
olmur daha.
Torpaq yadlar tapdağında,
Vallah
batmışıq günaha.
Ürəyimdə kədər
ümman,
Dostla necə
bölüm axı?
Vətən xilas edilməyib,
Necə
deyib-gülüm axı?
Yurd əsirdi,
qandalları,
Vətən oğlu,
qır at indi.
Qoç Koroğlu
harda qalıb?
Yəhərlənsin
Qırat indi.
Ərənlərim,
odlar oğlu,
Vulkan olub
püskür bu gün.
Vallah, səni bağışlamaz
Nə Xan Araz, nə Kür bu
gün.
Əcdadımdan, babalardan
Yadigardır torpaq bizə.
Onu xilas edəmməsək,
Həyat olar yasaq bizə.
Yox,
yox, daha dözəmmirəm,
Dözəmmirəm
mən Şuşasız.
Xoş gedərmi bu Allaha,
Qalıbdır Vətən
Şuşasız.
Gör haçandan
soydaşlarım
Eldən-obadan
ayrılıb.
Şuşa qartal yuvasıdır,
Qartal yuvadan
ayrılıb.
Könlüm istər Kəlbəcəri,
Laçın, Zəngilan
dardadı.
Koroğlunun, Səttarxanın
Nəvələri bəs
hardadı?
Bizdən ayrı düşən
gündən
İsti suyun istisi
yox.
Murov dağın, Dəli
dağın
Zirvəsində
dumanı çox.
Çağlayan "Ceyran
bulağı",
Ceyranlardan ayrı
düşüb.
Yellicəmlə Keyti dağım
Dostdan, yardan ayrı
düşüb.
Laçınımın
laçınları,
Ağdamın ağ
günləri yox.
Qubadlının, Füzulinin
Toyları,
düyünləri yox.
Təhvil
verdik düşmənlərə,
Xankəndini, Ağdərəni.
Mütləq geri almalıyıq
Yadlara oylaq dərəni.
Əldən gedən torpaqlarım
Dönə-dönə
yaralanıb.
Tapdaq altda bağ-bostanım
Hey talanıb, uralanıb.
Gözlərim yollarda qalıb
Gedəmmirəm Cəbrayıla.
Allah, qəlbdə üsyan qopart,
Bəlkə bu millət
ayıla.
Yox, yox, belə gedə bilməz,
Bir gün vulkan
püskürəcək.
Məğlub olmaz Odlar Yurdu,
Azərbaycan püskürəcək!
5 iyun
1993
Xosrovum
Xocalı
soyqırımı zamanı dinc əhalinin xilas olunmasında
göstərdiyi igidliyə görə ölümündən
sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif
olunmuş Xosrov Məmmədovun xatirəsinə.
Bir anda talandı Xocalım mənim,
Odlara qalandı Xocalım mənim,
Ah çəkdi, el andı
Xocalım mənim,
Onun köməyinə
gəldin, Xosrovum.
Anatək bəslədi bu torpaq səni,
Köməyə səslədi bu
torpaq səni,
Qorxmaz böyütmüşdü
Qarabağ səni,
Vətəni müqəddəs
bildin, Xosrovum.
Doğma balaların Səyyad, Həmidə,
Şöhrətin, vüqarın Səyyad,
Həmidə,
Şirin arzuların Səyyad, Həmidə,
Elin qisasını
aldın, Xosrovum.
Düşmən əlindəydi
neçə qız, qadın,
Qoymadın diz çökə
önündə yadın,
Hörmətlə çəkilir
Şellidə adın,
Fəxri vətəndaşı
oldun, Xosrovum.
Vətən
göylərində gurladın, çaxdın,
Düşməni odlara
yandırıb, yaxdın,
Hünər, qəhrəmanlıq
yoluna çıxdın,
Ölməzlik
marşını çaldın, Xosrovum.
Mənfur yağılardan qisas
alanda,
Baban Koroğlutək qılınc
çalanda,
Bu yurdun yolunda şəhid olanda,
Daim yaddaşlarda
qaldın, Xosrovum.
Elin oğlu olmaq çətindir,
çətin,
Hamıya bəllidir ülvi niyyətin,
Daimi yolçusu əbədiyyətin,
Torpağın qədrini
bildin, Xosrovum.
15 mart 1998
Gülə
bilmərəm
Şuşam əldən
gedib, gülmək olarmı?
Cənnət
Qarabağım yad tapdağında.
Sevincin, fərəhin
mənası varmı?
Düşmən at
oynadır bağça-bağımda.
Sevinib gülməyi unutmuşam mən,
İndi ürəyimin
sakini kədər.
Qəlbimdə dumandı, gözlərimdə
çən,
Şadlanmaq, şənlənmək
hədərdir, hədər.
Özünə yer tapıb qəm
yaddaşımda,
Həmişə
onunla həmsöhbətəm mən.
Qarabağ dərdidir yalnız
başımda,
İmdad, kömək
umur bizlərdən Vətən.
Danışıb-gülməyi
yadırğamışam,
Kədər
qalaq-qalaq, dərd qalaq-qalaq.
Mən bir pərvanəyəm, Vətən
yanar şam,
Üz-üzə,
baş-başa birlikdə yanaq.
Torpağım gedəndən and
içmişəm ki,
Qırğından
söz açıb, ağı yazım mən.
Kədəri, qüssəni dost
seçmişəm ki,
Sevinc yaşı
axsın bir gün gözümdən.
Xocalının
qisasını alanda,
Nə ola Vətənin
könlü açıla.
Qarabağda Qələbəni
çalanda,
Yazıq Əli bəlkə onda
şad ola!
26
iyul 1999
"Gültəkin qayası"
Ağdam cəbhəsində
qəhrəmancasına həlak olmuş Gültəkin Əsgərovanın
əziz xatirəsinə.
Qarabağ qoynuna səslədi səni,
Vətənin namuslu,
qeyrətli qızı.
Bu torpaq anatək bəslədi səni,
Nifrətlə yad
etdin yadı, qansızı.
Yuxun gözlərindən ərşə
çəkildi,
Dedin: "Doğma yurdum qan
içindədi!"
Nahaq qan tökülür gör
neçə ildi,
Dövran qatillərə
"qaniçən" - dedi.
Elin hünərvəri, Gültəkin
qızı,
Böyük Qələbəyə
əminəm, - dedin.
Qoy qışa dönməsin
yurdumun yazı,
Bəxtəvər yaşasın
Əminəm, - dedin.
Heç vaxt qorxutmadı səni
güllələr,
Döyüşə can atdın,
döyüşə yalnız.
Hədərdir düşmənin cəhdləri,
hədər,
Silaha sarılsın
hər oğlan, hər qız.
Göz dikdi yollara bircən
-Əminən,
Səsi anasına
gedib çatmadı.
Analı yaşayıb gülərdi
dünən,
Bu günsə
göz yumub sənsiz yatmadı.
Can atdın Şuşaya, Xarı
Bülbülə,
Amma Topxanaya əlin
yetmədi.
Heyrandın çiçəyə,
heyrandın gülə,
Yaz gəldi,
bağında bülbül ötmədi.
Qəlbdən vurğun idin Xarı
Bülbülə,
Gülablı kəndindən
tapıb dərdilər.
Min tərif söylədin Xarı
Bülbülə,
Onu hospitalda sənə
verdilər.
Döyüşə gedəndə
kövrəldin yaman,
Dedin ki, saxlayın Xarı
Bülbülü.
Qoymayın o güllər sola, ay
aman,
Qoruyun, qoxlayın
Xarı Bülbülü.
Güllə
ayrılığın bir həftə çəkdi,
Qayıtdın
Ağdama sən şəhid kimi.
Sənsiz Xarı Bülbül
göz yaşı tökdü,
Naləsi, harayı
tutdu aləmi.
Dünən sənin
üçün dərilən gülü
Tabutun üstünə
atdılar bu gün.
Dəstəsi dağılan, sərilən
gülü
Sanki
yığmışdılar məzarın üçün.
Sənin faciənə, sənin dərdinə
Obalar ağladı,
ellər ağladı.
Ötürüb köksünü
hey dönə-dönə,
Sinənin
üstündə güllər ağladı.
Dedin: "Baş qoyaram
Qarabağımda!"
Sən torpaq yolunda
başını verdin.
"Yer yoxdur düşmənə,
xara bağımda",
Səngərə,
gülləyə sinəni gərdin.
Başın Qarabağda dəfn
olunubdur,
"Gültəkin
qayası" - deyiblər ora.
Zirvədə, bir dağda dəfn
olunubdur,
Göz dağı
olacaq daim yadlara.
"Gültəkin qayası" - əbədi
heykəl,
Sən öz hünərinlə
yaratdın onu.
Heç vaxt sinəsinə döyməsin
əcəl,
Candan çox sevirdin
doğma yurdunu.
Sığınıb inama, ada, qeyrətə,
Getdin vuruşmağa, getdin,
Gültəkin!
Bir anda qovuşub əbədiyyətə,
Qaya sinəsində bitdin, Gültəkin!
17
dekabr 1992
Əli VƏKİL
Ekspress.-2014.- 26
fevral.- S.15.