Tofiq Abdin vəfat etdi
74 yaşlı yazarın ürəktutmasından
keçindiyi bildirilir
Şair, publisist, tərcüməçi
Tofiq Abdin vəfat edib. 74 yaşlı yazar fevralın 24-də gecə
ürək tutmasından
dünyasını dəyişib.
Mərhumla vida mərasimi
dünən öz evində keçirilib.
Mərasimdə ziyalılar və
ədəbiyyat xadimləri
iştirak edib.
Vida mərasimindən
sonra Tofiq Abdin Buzovna qəbiristanlığında
torpağa tapşırılıb.
"525-ci qəzet"in
baş redaktoru Rəşad Məcid
"ANS Press"ə deyib:
"Həkimlər yazıçının
infarktdan dünyasını
dəyişdiyini deyirlər.
Tofiq Abdinin 3-4 gün bundan əvvəl zəhərləndiyi bildirilsə
də, səhhəti normallaşmışdı. Yazıçı çox
həssas adam
idi və bir az xəstələnən
kimi narahat olurdu. Ola bilər
ki, zəhərlənmədən
sonra qorxub".
Tofiq Abdin 1941-ci ildə
Salyanın Qırımızkənd
kəndində anadan olub. 1968-ci ildə
Azərbaycan Dövlət
İncəsənət İnstitutunun
teatrşünaslıq fakültəsini
bitirib. Həmin ildən "Qobustan"
toplusunda şöbə
müdiri işləyib.
1993-2001-ci illərdə Türkiyədə yaşayıb,
Türkiyənin "Orta
doğu" və
"Yeni Asiya" qəzetləri ilə əməkdaşlıq edib.
12 publisistik və
şeir kitabının
müəllifidir.
Tofiq Abdin uzun müddət "Ədalət"
qəzetində də
türk ədəbiyyatının
təbliğilə məşğul
olub.
Hüseyn Cavid adına
Naxçıvan Poeziya
Teatrında Rəsul Rzanın "Bir gün də insan ömrüdür"
poeması əsasında
tamaşası göstərilib.
Uzun illərdir, dövrü
mətbuatda müntəzəm
çıxış edir.
2002-ci ildə xalq şairi Rəsul Rza adına Beynəlxalq
Ədəbiyyat mükafatını
alıb. 2010-cu ildə
"Azərbaycan Respublikasının
əməkdar mədəniyyət
işçisi" fəxri
adına layiq görülüb.
Allah rəhmət eləsin!
Ekspress.-2014.- 26 fevral.- S.23.