Yeni yerləri qayğıya ehtiyacı olan insanların sayını azaldır

 

Qaçqın məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin işıqlandırılması

 

Azərbaycan dövləti ölkədə olan aztəminatlı və yoxsul insanların sosial müdafiəsini, onlara göstərilən qayğını gücləndirməklə bərabər həmin insanların mövcud ağır vəziyyətdən çıxa bilmələri üçün müxtəlif tədbirlər həyata keçirir. Belə tədbirlərdən ən əsası ölkədə yenidaimi yerlərinin açılmasına şərait yaratmaq, bu prosesə dəstək göstərməkdir.

   Məlumdur ki, məşğulluq imkanlarının artırılması əhalinin rifahının yaxşılaşdırılmasında müstəsna əhəmiyyətə sahibdir. İnsanlar işləyib normal gəlir əldə etdikcə aztəminatlı, yoxsul vəziyyətdən çıxa bilir, dövlətin xüsusi yardımına ehtiyacı qalmır. Buna görə də hər bir insan yoxsul olub, ehtiyac içində yaşayıb dövlətdən yardım, dəstək almaqdansa, daimi yeri tapıb sosial problemlərini müstəqil şəkildə həll etməyi daha üstün tutur.

   Bu baxımdan ölkəmizdə yenidaimi yerlərinin açılması, həmçinin əmək haqqı gəlirlərinin artması kasıb insanlar qədər dövlət üçünböyük önəm daşıyır.

   Azərbaycan dövləti mövcud vəziyyəti nəzərə alaraq son 10 ildə yeni yerlərinin açılması məqsədilə bir neçə dövlət proqramı hazırlayaraq həyata keçirib. O cümlədən regionların sosial-iqtisadi inkişafı ilə bağlı 2004-2008 və 2009-2013-cü illəri əhatə edən iki böyük Dövlət Proqramı qəbul edilib. Eyni xarakterli üçüncü proqramın 2014-cü ildə qəbulu nəzərdə tutulur.

   Bu və digər proqramların həyata keçirilməsi hesabına son 10 ildə Azərbaycanda bir milyondan artıq yeni, o cümlədən 900 minə yaxın daimi yeri yaradılıb.

   Dövlət Statistika Komitəsinin məlumatına görə, yalnız 2013-cu il ərzində ölkədə 109,9 min yeni, o cümlədən 83 min daimi yerləri açılıb. Regionların sosial-iqtisadi inkişafına istiqamətlənən ikinci Dövlət Proqramının icrasını əhatə edən 2009-2013-cü illər ərzində isə cəmi 471 min olmaqla 358,2 min daimi yerləri yaradılıb. 2013-cü il ərzində açılan daimi yerlərinin 10,7 faizi yeni yaradılan müəssisə və təşkilatlarda, 13,1 faizi mövcud müəssisə və təşkilatlarda, 0,5 faizi fəaliyyətini bərpa edən müəssisə və təşkilatlarda, 75,7 faizi isə fiziki səxslər tərəfindən yaradılıb.

   Yeni yerlərinin 72,2 faizi regionların, o cümlədən 20,5 faizi Aran, 16,1 faizi Gəncə-Qazax, 8 faizi Abşeron, 7,7 faizi Lənkəran, 4 faizi Dağlıq Şirvan, 5,1 faizi Şəki-Zaqatala, 4,1 faizi Quba-Xacmaz, 3,5 faizi Yuxarı Qarabağ, 2 faizi Naxçıvan, 1,2 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonunun payına düşüb.

   2013-cu il ərzində 95,7 faizi özəl sektorda açılan yeni yerlərindən daimi yerləri tam olaraq qeyri-neft sektorunda o cümlədən, 6,1 faizi tikinti, 4,3 faizi emal sənayesi, 3,1 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 1,5 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 0,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 0,7 faizi peşə, elmitexniki fəaliyyət, 0,9 faizi maliyyə və sığorta fəaliyyəti, 0,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, eləcə də digər fəaliyyət sahələri üzrə ixtisaslaşan müəssisə və təskilatlarda yaradılıb.

   Dövlət yeni yerlərini yaratmaqla bərabər əhalinin yoxsul vəziyyətdən çıxması üçün son 10 ildə minimum əmək haqqını dəfələrlə artırıb. Hazırda minimum maaş 105 manat, orta əməkhaqqı 423 manat təşkil edir.

   Görülən makroiqtisadi tədbirlər sayəsində yeni yerləri açılmaqla yanaşı əhalinin gəlirləri də artır. 2013-cü ilin yekununa olan məlumata əsasən, əhalinin gəlirləri 37,6 milyard manata, hər nəfərə düşən məbləği isə 4039,6 manata çatıb.

   Son 10 ildə əhalinin gəlirləri 7 dəfədən çox, gəlirlərin hər nəfərə düşən məbləği 5,77 dəfə, minimum əmək haqqı 11 dəfədən çox, orta əmək haqqı 5,46 dəfə artıb.

   Bəs, dövlət yerlərinin yaradılmasına necə nail olub? Bu məqsədlə hansı tədbirlər həyata keçirilib"

   Ümumiləşdirsək dövlət daha çox yeni yerinin açılmasına, əhalinin gəlirlərinin artmasına nail olmaq üçün investisiya mühitini yaxşılaşdırmaq, sahibkarlığı inkişaf etdirmək və yeni yerlərinin yaradılması həvəsləndirilmək siyasətini gücləndirməklə nail olub.

   Hökumətin gəldiyi qənaət ondan ibarətdir ki, makrosabitliyin qorunması və iqtisadi artımın təmin edilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi nəticə etibarı ilə əhalinin pul gəlirlərinin artmasına şərait yaradır. Lakin bununla yanaşı, yoxsul əhalinin müvafiq yerlərinə və istehsal vasitələrinə çıxış imkanlarının yaxşılaşdırılması tədbirlərinin həyata keçirilməsi, işsizliyin azaldılmasına yönəldilən məqsədyönlü siyasətin aparılması vacibdir. Bu baxımdan sahibkarlığın dəstəklənməsinə və məşğulluğun inkişafına istiqamətlənmiş sistemli tədbirlər insanların gəlir əldə etmək imkanlarının genişləndirilməsində mühüm əhəmiyyətə malikdir.

   Tədbirlər sırasında vergi güzəştlərini xüsusilə qeyd etmək olar. Hüquqi şəxslərdən tutulan mənfəət vergisinin dərəcəsi 27%-dən 2003-cü ildə 25%-ə, 2004-cü ildə 24%-ə, 2006-cı ildə 22%-ə, 2010-cu ildən isə 20%-ə endirildi. Həmçinin işəgötürənlərdən alınan məcburi sosial sığorta haqları üzrə faiz dərəcələri 29%-dən 2003-cü ildə 27%-ə, 2005-ci ildə 22%-dək azaldılıb. Sadələşdirilmiş vergi sisteminin tətbiqi dairəsinin genişləndirilməsi məqsədilə, 2003-cü ildən etibarən sadələşdirilmiş vergi dövriyyəsi illik gəlirin vergi tutulmayan məbləği dəfələrlə artırılaraq 120 min manata çatdırılıb.

   Digər tədbirlər aqrar sahə ilə bağlıdır. Ölkə əhalisinin təqribən 38%-dən çoxu kənd yerlərində yaşayır. Kənd təsərrüfatı sektoru ailə təsərrüfatlarının müvafiq yerləri ilə və gəlirlərlə təmin edilməsində mühüm mənbədir. Bu baxımdan, kənd təsərrüfatı istehsalçılarının müvafiq olaraq kreditlərdən, subsidiyalardan, kənd təsərrüfatı texnikasından və digər zəruri resurs və xidmətlərdən istifadə imkanlarının yaxşılaşdırılması xüsusi əhəmiyyət daşıyır.

   Kənd təsərrüfatı məhsulları istehsalçıları 2001-ci ildən başlayaraq torpaq vergisi istisna edilməklə, bütün vergilərdən azad edilib.

   Sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və bu sahəyə dövlət qayğısının artırılması məqsədilə dövlət büdcəsindən Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə ayrılan güzəştli kreditlərin həcmi hər il artırılaraq 2005-ci ildəki 40 milyon manatdan 2013-cü ildəki 270 milyon manata çatdırılıb. İndiyədək fond tərəfindən sahibkarlara 1,22 milyard manatdan artıq güzəştli kredit verilib. Ayrılan kreditlərin 60 faizi aqrar sahəyə yönəldilib.

   Dövlət hər il torpaq sahiblərinə əkilən hər hektara görə 40 manat, buğda və çəltik istehsalçılarına isə 80 manat subsidiya verir. Bundan başqa "Aqrolizinq"in xətti ilə istehsalçılara yanacaq, gübrə, texnika, iribuynuzlu məhsuldar heyvanlar güzəştli şərtlərlə satılır. 2013-cü ilin avqust ayına olan hesablamalara görə dövlət indiyədək aqrar sahəyə tətbiq etdiyi vergi güzəştləri və ayırdığı subsidiyalar hesabına 1,5 milyard manatdan artıq dəstək göstərib.

   Dövlət bundan sonra da kənd yerlərində layiqli məşğulluq və özünüməşğulluq imkanlarının genişləndirilməsi, kənd təsərrüfatı məhsulları istehsalçılarının vergilərdən azad olunmasında, kənd təsərrüfatı ilə məşğul olan əhalinin maliyyə-kredit mənbələrindən istifadə imkanlarını yaxşılaşdırmaqda maraqlıdır.

   Bundan sonra da emal müəssisələri şəbəkəsinin genişləndirilməsinin dəstəklənməsi və kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətinin artırılması məqsədilə mütərəqqi texnologiyaların tətbiqi dəstəklənəcək, habelə özəl sektorun iştirakı ilə kənd təsərrüfatının zəruri bazar infrastrukturu ilə təmin olunması genişləndiriləcək.

   İş yerlərinin açılmasının əhalinin rifahının yaxşılaşdırılmasında əhəmiyyəti böyükdür. Hazırda bu sahədə əsas məsələ əmək qabiliyyətli əhali üçün xüsusilə də qeyri-neft sektorunda, səmərəli məşğulluq imkanlarının daha da genişləndirilməsindən ibarətdir.

   Artıq 2012-ci ildən Azərbaycanda ÜDM istehsalında qeyri-neft sektorunun payı 50 faizlik həddi ötüb. 2017-ci ildə bu nisbətin 65-67 faizə yüksələcəyi proqnozlaşdırılır. Qeyri-neft sektorunun inişafı məhz məşğulluğun artması baxımından önəmlidir. Belə ki, 2013-cü ildə yaradılan 57,7 milyard manatlıq ÜDM-nin 32,63 milyard manatı qeyri-neft sektorunda, 25 milyard manatı neft sektorunda formalaşdırılıb. Neftqaz sektorunda 25 milyard manatlıq dəyəri 37,6 min muzdlu işçi, qeyri-neft sektorundakı yaradılan dəyəri isə 1,463 milyon muzdlu işçi təmin edib. Bu faktın özü sübut edir ki, qeyri-neft sektorunun inkişafı əhalinin məçğulluğu, yeni yerlərinin yaradılması üçün olduqca önəmlidir.

   Əhalinin aztəminatlı və yoxsul vəziyyətdən çıxması üçün digər mühüm məsələ əmək haqqının tənzimlənməsi mexanizminin təkmilləşdirilməsidir. Azmaaşlı və azməhsuldar yerlərinin çoxluğu məşğul əhalinin yoxsulluq riskini azaltmağa imkan vermir.

   Bu sahədə mühüm məsələlərdən biri də sahələr üzrə əmək haqları arasında ciddi fərqlərin olmasıdır. Ölkədə orta əmək haqqı 420 manat təşkil edib. Amma sənayedə 646 manat, tikinti kompleksində 617 manat, nəqliyyatda 532 manat, İKT-də 671 manat olub. Bu sahələrdə əmək haqqı yüksək olsa da başqa sahələrdə aşağıdır. O cümlədən kənd təsərrüfatında orta maaş 220 manat, təhsildə 290 manat, səhiyyədə 180 manat təşkil edir.

   Eyni zamanda hazırda orta aylıq nominal əmək haqqında dövlət sektoru ilə, qeyri-dövlət sektoru arasında da fərq var. Qeyri-dövlət sektorunda daha yüksək maaş mövcuddur.

   Beləliklə, dövlət bir tərəfdən yenidaimi yerlərinin açılmasına çalışır, bu məqsədlə müxtəlif iqtisadi tədbirlər həyata keçirir. Digər tərəfdən yaradılan yerlərində, muzdlu və sahibkarlıq gəaliyyəti ilə bağlı fəaliyyət sahələrində əhalinin fərdi gəlirlərin artmasına çalışır. Əgər əhalinin fərdi gəlirləri artmasa və gəlirlər yoxsulluq həddindən yüksək olmasa o halda qayğıya ehtiyacı olan insanların sayı azalmayacaq, nəticə etibarilə də dövlətdən yardım alan əmək qabiliyyətli insanların sayı həmişə yüksək olacaq.

 

  

Vasif CƏFƏROV

 Ekspress.-2014.- 28 fevral.- S.9.