Vətəndaşların əmək hüquqlarının pozulması

 

Qaçqın məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması

 

Dünyadakı proseslər hər sahəyə öz təsirini müxtəlif şəkildə göstərir. Xüsusilə vətəndaşların əmək hüquqlarının pozulması məhz bu poseslərin nəticəsi olaraq qiymətləndirilir.

   Ölkəmizdə özəl sahələrin əksəriyyətində işçilərin əmək hüquqları pozulur. Məsələn, əmək şəraitinin yaradılmaması, işçinin artıq saatına qədər işlədilməsi və s. buna misal ola bilər. 8 saatdan artıq olan saatı üçün əmək haqqının hesablanması əksər vaxtlarda adi qaydada aparılır ki, bu da nəticə etibarilə əmək mübahisələrinin yaranmasına gətirib çıxarır. Ancaq əmək qanunvericiliyində vaxtı, onun növləri, vaxtından artıq bu kimi məsələlər nizamlı şəkildə təqdim olunur. Yəni, əmək qanunvericiliyinə görə hər şey qaydasındadır.

   Əmək adamlarının hüquqları işəgötürənlər, xüsusilə transmilli şirkətlər tərəfindən pozulur. Beynəlxalq ticarət-təsərrüfat əlaqələrinin liberallaşması ölkələr və xalqlar arasında qeyri-bərabərliyi artırır, məşğulluq və sosial inkişaf sahəsində yeni-yeni problemlər ortaya çıxarır. Təsadüfi deyil ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası əməkçilərin sosial, əmək hüquqlarının və mənafelərinin müdafiəsi, qəbul olunan qanun və qərarların sosial yönümünün güclənməsi üçün ardıcıl aparır. İş yerlərinin qorunub saxlanması, yeni iş yerlərinin yaradılması, əməkhaqqının artırılması, əmək qanunvericiliyinin təkmilləşdirilməsi, istehsalatda təhlükəsizlik texnikasının yaxşılaşdırılması və s. görülən işlərin canlı misalıdır.

   Bakı Hüquq Mərkəzinin hüquqşünası Rüstəm Zeynalovun sözlərinə görə, qanunvericilik vaxtının tam, qısaldılmış və natamam vaxtı növlərini müəyyən edib. Gündəlik normal vaxtının müddəti 8 saatdanbuna müvafiq olaraq həftəlik normal vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz. Altıgünlük həftəsində həftəlik norma 40 saat olduqda gündəlik vaxtının müddəti 7 saatdan, həftəlik norma 36 saat olduqda gündəlik vaxtının müddəti 6 saatdan və həftəlik norma 24 saat olduqda gündəlik vaxtının müddəti 4 saatdan çox ola bilməz. "Bir qayda olaraq iki istirahət günü olan beşgünlük həftəsi müəyyən edilir. İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq işəgötürən və ya Nazirlər Kabineti tərəfindən altıgünlük həftəsi müəyyən edilə bilər".

   Hüquqşünas onu da qeyd edib ki, xüsusi xarakterli işlərdə çalışan işçilərə də (həkimlərə, müəllimlərə, elektrotexniki qurğularda, cihazlarda işləyənlərə və s.) həftə ərzində 36 saatdan çox olmayan vaxtı şamil edilir: "Natamam vaxtı əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işçi ilə işəgötürən arasında qarşılıqlı razılıq əsasında müəyyən edilə bilər. Əmək qanunvericiliyi vaxtından artıq , vaxtından artıq işlərə icazə verildiyi halları da müəyyənləşdirib. İş vaxtından artıq işəgötürənin əmri və işçinin razılığı ilə əmək funksiyasının müəyyən olunmuş günü vaxtından artıq müddət ərzində yerinə yetirilməsidir. Bir qayda olaraq, vaxtından artıq yolverilməzdir. Lakin təbii fəlakətin, istehsalat qəzasının və digər fövqəladə hadisələrin qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması məqsədilə qanunvericiliyin tələblərinə əməl olunmaqla işçinin vaxtından artıq işlərə cəlb edilməsinə yol verilir. Əmək Məcəlləsi vaxtından artıq işlərə yol verilən istisna halların da dairəsini dəqiq müəyyənləşdirib. Əmək şəraiti ağır və zərərli olan sahələrdə bütün günü (növbəsi) ərzində vaxtından artıq işlərin müddəti 2 saatdan çox ola bilməz. Hər bir işçi dalbadal gələn 2 günü ərzində 4 saatdan, əmək şəraiti ağır və zərərli olan yerlərində isə 2 saatdan çox vaxtından artıq işlərə cəlb edilə bilməz".

 

   Onu da qeyd edək ki, əmək hüququ insan hüquqlarının ayrılmaz hissəsidir. Bəşəriyyət daim insanların bərabər əmək hüququ uğrunda mübarizə aparıb. Konstitusiya ilə yanaşı, insanın əmək fəaliyyəti hüququ əmək qanunvericiliyin normaları ilə tənzimlənir.

   Ekspertlərin fikrincə, işçilərin əmək və istirahət hüquqlarının pozulması ilə bağlı olan şikayətlər hər bir siqnal ciddi şəkildə araşdırılaraq həmkarlar ittifaqlarının səlahiyyətləri çərçivəsində təqsirkar şəxslərə qarşı qanunvericiliyə uyğun qaydada tədbirlər görülməlidir. Bu işdə kütləvi informasiya vasitələrinin, o cümlədən internetin imkanlarından səmərəli istifadə olunmalıdır.

   Qeyd edək ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına və sahə həmkarlar ittifaqlarına daxil olan ərizə və şikayətlərin tərkibində əsasən əmək münasibətlərinin rəsmiləşdirilməsi və xitam verilməsi, məzuniyyətlə bağlı ödənclərin hesablanması və verilməsi, əmək hüquqlarının pozulması və s. məsələlər artıq öz əksini tapır. Bu müraciətlərin hər biri diqqətlə araşdırılaraq müvafiq tədbirlər görülməsi üçün səylər göstərilir. Elə hallar da olur ki, həmkarlar ittifaqlarının müdaxiləsindən sonra, o cümlədən, məhkəmə yolu ilə, yüzlərlə insan yerlərinə bərpa olunur.

   Onu da bildirək ki, əmək müqaviləsi bağlanmadan işə qəbul olunan vətəndaşlar bəzi xoşagəlməz hadisələrlə qarşılaşırlar. Məsələn, onlar üçün uzadılmış günü müəyyən edilir, ödənişli əmək məəzuniyyətləri verilmir, qeyri-qanuni olaraq işdən çıxarılır, əmək qabiliyyətini müvəqqəti olaraq itirməyə görə müavinətlər verilmirs. xatırladaq ki, belə vəziyyətlə daha çox uzun illər bir çox müəssisələrdə, xüsusən də xarici şirkətlərdə çalışan vətəndaşlar üzləşirlər. Ekspertlərin fikrincə, məhz həmin müəssisələrdə çalışan işçilər ehtiyac ucbatından onlara verilən əməkhaqqı ilə razılaşmalı olurlar. Bu isə analoji profildə çalışan xarici mütəxəssislərə verilən əməkhaqqından bir neçə dəfə aşağıdır. Belə hallar həmkarlar ittifaqı təşkilatlarının olmadığı müəssisələrdə daha çox rast gəlinir.

   Yeri gəlmişkən, Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkəmizdə işləyən əcnəbilərin əmək haqqı ölkə üzrə ümumi göstəricidən 11 dəfə yüksəkdir. Bir sözlə, əcnəbilərin orta aylıq əmək haqqı ölkə üzrə ümumi göstəricidən 11,4 dəfə artıqdır. Azərbaycanda əcnəbilərin yerli vətəndaşlardan çox əmək haqqı almasının səbəbi əslində yerli işçilərin əmək hüquqlarının pozulması kimi qiymətləndirilir. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun bildirib ki, əmək qanunvericiliyində əcnəbilərlə yerli vətəndaşların maaş məsələsi tənzimlənmədiyi üçün belə statistika ortaya çıxır: "Əmək münasibətləri müqavilələr əsasında tənzimləndiyi üçün bu gün bir çox şirkətlər maaş məsələsində müstəqil qərarlar verirlər. Qanunda bununla bağlı xüsusi qadağa olmadığından belə məsələlərə müdaxilə edilmir və nəticədə yerli vətəndaşların əmək hüquqları pozulur. Problemi aradan qaldırmaq üçün yerli işçilər həmin şirkətlərdə həmkarlar təşkilatları yaratmalıdırlar və bu təşkilatlar işçilərin hüquqlarını qorumalıdırlar. Əgər belə şirkətlərdə həmkarlar ittifaqları və işçilərin hüquqlarını qoruyan təşkilatlar susacaqsa bu problemin qarşısını almaq mümkün olmayacaq".

   AHİK-nın sədri Səttar Mehbalıyevin fikrincə, transmilli şirkətlərdə həmkarlar təşkilatlarının yaradılması ilə bağlı Həmkarlar İttifaqı müəyyən işlər görüb və hazırda bu şirkətlərin 50-55 faizində həmkarlar ittifaqları yaradılıb: "Bəzi xarici təşkilatlar həmkarlar ittifaqlarının yaradılmasına və işçilərlə görüşmələrə mane olurlar. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası 2013-cü ildə 365 müəssisədə həmkarlar ittifaqlarının yaradılmasına nail olub".

   O da qeyd olunur ki, həmkarlar ittifaqı təşkilatının yaradılmasına mane olan özəl şirkətlərdə işçilərin əmək hüquqları kobud şəkildə pozulur. Əslində dünyadakı iqtisadi böhranın nəticəsi olaraq bu kimi durumlar getdikcə artır. Bütün bunların qarşısını almaq üçünm hər bir vətəndaş hüququnu bilməli, əmək qanunvericiliyindən mütləq xəbərdar olmalıdır. Belə olduğu halda üzləşdiyi hər hansı bir problemli məqamda haqqını tələb edə bilər.

 

   Rəşid RƏŞAD

   Ekspress.-2014.- 1 iyul .- S.9.