Ölüm səhnəsində Romeo
Cülyettanın ayağını qıdıqladı...
Günel Məmmədova: "Anamdan icazəsiz filmə çəkilmirəm"
Ona qarşı qısqanclıqdan bəzən tələlər qurulub, olub ki, paltarlarını cırıblar. Hesab edir ki, bəzi yaşlı aktrisalar qalmaqallara verdikləri enerjini işə həsr etsələrdi, artıq xalq artisti adını almışdılar. Gənc Tamaşaçılar Teatrının aktrisası Günel Məmmədova Kulis.az saytının əməkdaşı Aliyə ilə söhbətində belə deyib.
Günel xanım son illərin tanınmağa və sevilməyə başlayan aktrisalarındandır - teatrallar onu Cülyetta ("Romeo və Cülyetta"), Reyhan ("M.S.S"), Sarıköynək ("Sarıköynəklə Valehin nağılı"), Viktoriya ("Viktoriya") kimi obrazlardan, kinosevərlər "Yalan", "Ləkə", "Sirr", "Həyat çiçəyi" kimi film və seriallardan tanıyır.
Müsahibəni cüzi ixtisarla təqdim edirik.
- Bayaq dediniz məşqdəyəm. Mövsümün sonunda nəyin məşqləridir belə?
- "Qoğalın nağılı"nı hazırlayırıq. Yeni mövsümdə, sentyabrda təqdim edəcəyik.
- Aktrisa Kəmalə Müzəffərli ilə oxşarlığınız var. "M.S.S." tamaşasında da sizin ananızı oynamışdı....
- (Gülür) Hə, oxşadan çoxdur. Xətrini çox istəyirəm, amma qohumluğumuz yoxdur.
- Günel, necə bir ailədə doğulub böyümüsünüz?
- Ailədə incəsənətlə bir mən məşğulam. Anamın yaxşı səsi olub, amma oxumağa meyl etməyib. Beş yaşımdan rəqsə getmişəm, uşaqlıqdan filmlərə çəkilmişəm. İncəsənət gimnaziyasında oxumuşam. Bu sənəti seçməyim ailəmin sayəsindədir. Vaxtında dərnəklərə qoymasaydılar, yəqin mən də başqa sahənin adamı olardım. Sağ olsunlar. Amma sənət seçmə məqamında valideynlərim o qədər də razı deyildilər, düşünürdülər ki, bu həvəs keçicidir. Amma mane də olmadılar. Əvvəl o qədər dəstəkləmirdilər məni, indi tamaşalarıma da baxırlar, hətta, anam o dəfə mənə dedi ki, səninlə fəxr edirəm. Hazırda mənə böyük dəstək olurlar.
- Dəstək deyəndə nəyi nəzərdə tutursunuz?
- Elə problemlər olur ki, insan kiməsə sığınmaq istəyir. Bir də maddi dəstək təbii... Mənim sponsorlarım valideynlərimdir. Sağ olsunlar.
- İşlərinizə qarışırlar?
- Mən hər istədiyimi eləmirəm, ailəmi nəzərə alıram. Seriallara, filmlərə dəvət alanda ilk növbədə anamla məsləhətləşirəm. Ssenarini evdəki heyətə - rejissor, prodüser-redaktora təqdim edirəm...
- Senzuraya...
- Bəli (gülür), razı olsalar çəkilirəm...
- Cülyetta ("Romeo və Cülyetta"), Sarıköynək ("Sarıköynəklə Valehin nağılı"), Viktoriya ("Viktoriya"), Nərgiz ("Yalan" filmi)... Hamısı sevən, sevilən gözəl qızlardır... Bu səpkidə rollardan bezməmisiniz?
- Bezmək deməzdim, amma rəngarənglik olsun istəyərdim. İki-üç fərqli rolum olub, qalanları sevgili qəhrəman... Mənə elə gəlir ki, rejissorlar üçün mənə belə rollar tapşırmaq rahatdır. Elə rejissorlar var ki, işləməyi sevmirlər, hazır materialı götürmək istəyirlər. Bu səpkili qəhrəman alınıbsa, deməli hazır baza var. Ona görə də, belə rolu mənə tapşırırlar. Eyni motivli olsa da, o obrazları fərqli yaratmışam.
- Məsələn, sizin Cülyettanın əvvəlkilərdən fərqi nədir?
- Onu siz deyə bilərsiniz. Mən bilən, biri dram teatrında olub (Barat Şəkinskaya- A.), biri bizim teatrda (Fatma Qədiri)... Biri də mən! O birilərini görməmişəm. Mən Cülyettaya ürəyimi qoymuşam, Günel olaraq fərqliyəmsə, o da fərqlidir. Həm də bizim "Romeo və Cülyetta"nı Cənnət xanım müasirləşdirib.
- Dediniz ki, Cülyettanız fərqlidir. Cülyetta, Viktoriya, Sarıköynək hamısı sizin həyat təcrübənizdən, yaşadığınız hisslərdən qaynaqlanır?
- Müşahidə və mütaliə deyim. Çünki hələ belə dərin hiss yaşamamışam, açığını desəm.
- Mütaliə
dediniz. Nə mütaliə edirsiniz?
- Rus bölməsini bitirmişəm,
rusca oxuyuram. Viktor Hüqonun "Səfillər"
romanını...
- Sizi sarsıdan əsər?
- Çox sevdiyim roman var - "Qürur və qərəz". Bir də
"Həyat" filmindən
təsirlənmişəm. Uşaqlar mənə adətən xəbər verirlər - filan filmə bax. Amma iki ildir nə
"Oskar", nə də
Kanndan mükafat alan filmləri
izləyə bilirəm.
- Günel, səhnədə və ya çəkilişdə
hansı kompleksləriniz
var?
- Ən
böyük kompleksim oxumaqla bağlıdır.
Məncə, səsim yoxdur.
Səhnədə oxumağa
kompleksim var. Bu tamaşada
məni oxutmaq üçün daha nələr etdilər... Düzdür,
oxudum, amma səsim yoxdur, bilirəm. Mən istəyirəm oxuyuramsa
qüsursuz, mükəmməl
oxuyum. Bir də bəlli
bir kompleksim, daha doğrusu, çərçivəm var
- açıq-saçıq səhnələrə çəkilə
bilmərəm.
- Özünüzdən
gələn kompleksdir,
yoxsa rejissorların yaxşı film ortaya qoya biləcəyinə inanmırsınız?
- Daha çox cəmiyyətdən
gələn kompleksdir.
Mən bu mühitdə yaşayıram, valideynlərim
var. Valideynlərimi fikirləşirəm,
özümü fikirləşirəm.
- Buna görə
hansısa filmdən imtina etmisiniz?
- Rövşən
İsax "Aktrisa"
filmində baş rola məni çəkmək istəyirdi.
Məhz açıq-saçıq səhnələr
var deyə, imtina etdim. Amma filmə baxanda peşman oldum. Orada açıq-saçıq səhnələr
elə də qabarıq deyil. İndi elə bir layihə
olsa, çəkilərəm.
- Obrazlarınızla
bağlı maraqlı
fikir bildirən varmı?
- "Ləkə" serialında
mənfi bir obraz yaratmışdım.
Ələlxüsus yaşlı
tamaşaçılardan belə
reaksiyalar alırdım:
"İfritə" deyirdilər,
qarğış edirdilər:
"Onu görüm..."
(gülür)
- Sadiq pərəstişkarlarınız varmı?
- Şəxsi
həyatda, yoxsa sənətdə?
- Hər ikisi.
- Təbii ki, var.
- Sizə nələr yazırlar, ya da göndərirlər?
- Onlardan çox danışmaq istəməzdim (gülür).
Amma onu deyim ki,
hədiyyələr edirlər.
Ən sevdiyim hədiyyə kukladır. Həm də "Monstr
hay" (gülür). Deyəsən, hələ böyüməmişəm.
- Gənc bir aktrisanın rastlaşdığı ən
böyük problem?
- Axmaq adamlar, pis adamlar.
- Gənc aktrisaya qarşı intriqalar olur, eləmi?
- Nə yalan deyim, heyətlə
problemlər olur.
- Cəbhələşmə
necə olur - yaşlı aktrisalar gənclərə qarşı,
yoxsa...
- (Gülür)
Hər cür olur. Məncə başları işə
qarışsa, heç
də belə problemlər olmaz. Demirəm işləmirlər, amma bir də var
özünü qalmaqallara
yox, tamamən işinə həsr edəsən.
- Qısqanclıqdan
nə kimi tələlər qururlar?
- Elə şeylər olub ki... Olub ki, paltarlarımı
cırıblar, kəsiblər.
İndi hamısını xatırlayıb,
qanımı qaraltmaq istəmirəm. Belə şeylərə
verdikləri enerjini işə həsr etsələr, xalq artisti adını almışdılar indi.
- Xarici layihələrdə işləriniz
olurmu?
- "Bakı, mən səni sevirəm" müştərək kinolayihəsinə
çəkilmişəm. Bir də Türkiyədən
serial təklifi gəlmişdi,
hələ bir xəbər yoxdur amma.
- Seriallarda nə problemlərlə qarşılaşırsınız - təbii, qonorardan başqa...
- Düzü, mən qonorarı necə istəmişəm,
elə də almışam. Məbləğ qane etməyəndə
çəkilmirəm. Bu qədər sadə.
Amma yaradıcılıq baxımından
mətnlə bağlı
problemlər olur.
Cümlələr çox ədəbi
olur. Bayaq dediniz ki, seriallara baxmıram. Haqlısınız. Necə baxasınız axı?
Elə layihələr var ki, orada mətnə
əməlli-başlı düzəlişlər
edirəm. Mümkün deyil onu olduğu
kimi oynamaq.
- Bayaq eyni ampluadan danışdıq. Gənc, gözəl
görkəm fərqli
rollar almağa mane olur. Gözəlliyiniz başqa nəyə
mane olur?
- Elə bir məqam yoxdu deyim. Fərqli rollarım
da olub e, amma eyni səpkili
çox olub, dediyim kimi. Fərqli rollar da olub.
Məsələn, "Çimnaz xanım
yuxudadır" kimi komediya oynamışıq.
- Heç tamaşada öz aranızda oyunlar getdiyi olurmu?
- Olur (gülür). Cülyettanın ölüm
səhnəsini oynayırdıq. Mən də dəhşət
qıdığı gələn adamam. Tamaşa gedə-gedə Elnur
Kərimov da (Romeo) mənim
ayağımı qıdıqlayır. Mən özümü
zorla saxlayıram...
Ekspress.-2014.- 16 iyul.- S.15.