Adil Mirseyidi itirdik

 

   Dünən səhər tanınmış şair-rəssam Adil Mirseyid 62 yaşında vəfat etdi. Mirseyid bir neçə il idi ki, ağır xəstəlikdən -qaraciyər serrozundan əziyyət çəkirdi.

   Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, şairin dəfn edilməsi üçün Hövsanda yer razılaşdırılsa da, ailəsi razı olmayıb. Adil Mirseyid ailəsinin israrı ilə Ağdaş rayonunda dəfn ediləcək.

   Xalq şairi, AYB-nin birinci katibi Fikrət Qoca şairin yas və dəfn mərasiminə dəstək olmaları üçün Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimovla əlaqə saxlayıb. İcra başçısı Adil Mirseyidin dəfn mərasimi üçün lazım olan bütün dəstəyi verəcəklərini bildirib.

   Baxışov Adil Mirseyid oğlu (Adil Mirseyid) 1952-ci il dekabrın 21-də Ağdaş şəhərində ziyalı ailəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində (1970-1976) təhsil alıb.

   Bir müddət təyinatla göndərildiyi Dağıstan Respublikasında işləyib (1975-1978), sonra Bakıda müxtəlif vəzifələrdə çalışıb (1978-1983). Ağdaş rayonu Füzuli adına Mədəniyyət Evinin Xalq Teatrında rəssam (1983-1987), Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətində rəssam (1990-1992), Azərbaycan Tərcümə Mərkəzinin "Yol" qəzetində iki il (1992-1993) redaktor vəzifəsində çalışıb.

   Ötən əsrin 70-ci illərinin sonlarından dövrü mətbuatda şeirlər çap etdirən Mirseyid "Güzgüdəki adam", "Bulud Adam", "Nəğmə Adam", "Vernisaj şeirlər", "Hardan baxsan görünən adam", "Ay Suvarisi" kitablarının müəllifidir. Rəsul Rza mükafatının laureatıdir. "Vektor" Beynəlxalq Elm Mərkəzinin fəxri doktoru adına, Gümüş Arzu Türk Ədəbiyyatına xidmət ödülünə, Bahar Simpadisi ödüllərinə layiq görülüb.

   Şeirləri rus, ingilis, fransız, alman, ispan, eston s. dillərə tərcümə olunub. İncəsənətin mədəniyyətin müxtəlif sahələrinə aid 200-dən artıq esse məqalənin müəllifidir. Rəsm əsərləri Almaniyada, Rusiyada, Qırğızıstanda, İranda, Türkiyədə Azərbaycanda şəxsi kolleksiyalarda saxlanılır.

   Son illərdə Adil Mirseyid "Ekspress"lə yaxından əməkdaşlıq edir qəzetimizdə "Art-ekspress" səhifəsini hazırlayırdı. Bu səhifədə Adil bəy Azərbaycanın dünyanın məşhur rəssamları digər yaradıcı insanları barədə esse məqalələrini çap etdirərdi. Tale elə gətirdi ki, sonuncu "Art-ekspress" bu gözəl istedadlı insanla vida səhifəsinə çevrildi...

   Allah rəhmət eləsin!

 

Ekspress.-2014.- 18 iyul.- S.15.